Məhkəmə qərarları › İş №1(055)-3/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-3/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-3/2023 10.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1960-cı il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Mollavazlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin mart ayının əvvəlində Saatlı rayonu Mollavazlı kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkmiş, 08 sentyabr 2022-ci il tarixədək müddət ərzində əkdiyi 3 ədəd toxumdan cücərmiş çətənə (kannabis) bitkilərini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmişdir. Bundan başqa, o, 2022-ci ilin avqust ayının axırlarında həmin 3 ədəd çətənə (kannabis) bitkisinin hissələrindən toplayıb qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 475 qram ümumi təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə edərək 1 ədəd polietilen torbada qablaşdırıb qanunsuz olaraq yaşadığı evin həyətindəki damda saxlamış, 08 sentyabr 2022-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb əldə edərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 ildir ki, ürək-damar tutulması, yüksək təzyiq və başağrısından əziyyət çəkdiyi üçün narkotik vasitə olan marixuanadan istifadə edir. Bir gün balığa getdiyi vaxt meşədə yabanı halda bitmiş çətənə bitkisi görmüş, onun lazımi hissələrini toplayıb qurudaraq yaşadığı evə gətirib saxlamış və özü üçün istifadə etmişdir. Həmin bitkidən əldə etdiyi marixuananı istifadə etdikdən sonra toxumlarını saxlamış, ümumilikdə 3 ədəd toxumu özü istifadə etmək üçün yaşadığı Saatlı rayonu Mollavazlı kəndindəki evinin həyətinə əkmiş və həmin toxumlardan cücərmiş bitkilərə qulluq göstərmişdir. Həmin bitkilərin hissələrindən toplayıb sellofan torbaya yığıb həyətdəki damda saxlamışdır. 08 sentyabr 2022-ci il tarixdə əməliyyat tədbiri keçirən polis əməkdaşları həyətinə gələrək baxış keçirmiş, 3 ədəd narkotik tərkibli bitkiləri və içərisində qurudub saxladığı marixuana olan sellofan torbanı aşkar edərək götürmüşlər. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərdi ki, 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə Saatlı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar hazırlanmış, rəisə məruzə edilmiş və həmin qərar təsdiq edildikdən sonra hal şahidləri, digər polis əməkdaşları və aqronomla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Baxış keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs etirazı olmamışdır. Həyətə baxış keçirildikdə 3 ədəd kol şəklində narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərə aqronom tərəfindən baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs özü həyətdəki damda saxladığı içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan torbanı təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, 08 sentyabr 2022-ci il tarixdə Saatlı rayonu Mollavazlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə Saatlı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar hazırlanmış, rəisə məruzə edilmiş və həmin qərar təsdiq edildikdən sonra hal şahidləri, digər polis əməkdaşları və aqronomla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Baxış keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs etirazı olmamışdır. Həyətə baxış keçirildikdə 3 ədəd kol şəklində narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan torbanı təqdim etmiş və onu öz istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Mollavazlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində işləyir. 08 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları ona keçirəcəkləri əməliyyat tədbirində hal şahidi qismində iştirak etmək üçün müraciət etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Baxış keçirilən zaman həyətdəki sahədə 3 ədəd kol şəklində narkotik tərkibli bitkilər olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs evində saxladığı qurudulmuş halda olan narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitəni özü üçün saxladığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı rayonu Mollavazlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfində olan torpaq sahəsində əkib-yetişdirdiyi 1 ədəd, sağ tərəfindəki damın arxasında olan torpaq sahəsində əkib-yetişdirdiyi 2 ədəd, ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaşadığı evin həyətindəki damda şkafın üzərində 1 ədəd polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 sentyabr 2022-ci il tarixli rəydən görünür ki, Saatlı DAİM-nin bitkiçilik sektorunun müdiri, aqronom X1 rayonu Mollavazlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfində 1 ədəd, evin sağ tərəfində köhnə tikilinin arxa hissəsində 2 ədəd boyları orta hesabla 1.60-1.80 sm olan ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunmuşdur. Aşkar olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 09 sentyabr 2022-ci il tarixli 18/993 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...5.imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan 01 ədəd sintetik torbada ümumi sayı 03 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi- 2200,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 03 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş üzərində “...5.imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi- 475,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 03 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eyni tərkiblidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İ-12046 nömrəli, İ-26243 nömrəli, İ-7028 nömrəli və İ-5139 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 1990-cı il təvəllüdlü oğlu X5 “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin mart ayının əvvəlində Saatlı rayonu Mollavazlı kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkməsi, 08 sentyabr 2022-ci il tarixədək müddət ərzində əkdiyi 3 ədəd toxumdan cücərmiş çətənə (kannabis) bitkilərini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etməsi, bundan başqa, onun 2022-ci ilin avqust ayının axırlarında həmin 3 ədəd çətənə (kannabis) bitkisinin hissələrindən toplayıb qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 475 qram ümumi təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə edərək 1 ədəd polietilen torbada qablaşdırıb qanunsuz olaraq yaşadığı evin həyətindəki damda saxlaması, 08 sentyabr 2022-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb əldə edərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı 3-15 ədəd olduqda xeyli miqdar başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu əkib onlara aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə xeyli miqdarda kultivasiya etdiyindən və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs 23 sentyabr 1990-cı il təvəllüdlü oğlu X2 Vətən müharibəsi iştirakçısı olmasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin 15 noyabr 2022-ci il tarixli 6823 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X14 27 sentyabr 2022-ci il tarixli PHŞ/6.65-2-2022-2013 saylı məktubundan görünür ki, Saatlı rayonu Mollavazlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, xx xxxxxx 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsində narkoloji kabinetdə qeydiyyatdadır, psixonevroloji kabinetdə isə dispanser qeydiyyatda yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 2199,70 qram olan üç ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və 474,90 qram qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 sentyabr 2022-ci il tarixli 18/993 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə on ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq bir il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutularaq iki gün saxlanılması ona təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 10 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 2199,70 qram olan üç ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və 474,90 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar