Məhkəmə qərarları › İş №1(055)-3/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-3/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-3/2024 01.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Saat: 10:35 xx xxxxxx 1982-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı şəhəri, M.Əzizov küçəsi ev 7-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; xx xxx 1978-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı şəhəri, H.Əliyev prospekti, döngə 9, ev 7-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 03 may 2023-cü il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 175 manat dəyərində 350 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 175 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 may 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 175 manat dəyərində 350 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 175 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 may 2023-cü il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 150 manat dəyərində 300 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 150 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 19 may 2023-cü il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 290 manat dəyərində 580 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 290 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 may 2023-cü il tarixdə saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 190 manat dəyərində 380 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 190 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış 0,389 qram təmiz çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və istintaqa məlum olmayan yerdə qanunsuz olaraq saxlamış, həmin narkotik vasitəni 15 iyun 2023-cü il tarixdə saat 13:45 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Muğan” parkının qarşısında əynindəki köynəyin cibində piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-yə gətirib, həmin tarixdə saat 14:55 radələrində həmin narkotik vasitəni onun üstündən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs2 03 may 2023-cü il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 175 manat dəyərində 350 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 175 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 may 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 175 manat dəyərində 350 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 175 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 may 2023-cü il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 150 manat dəyərində 300 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 150 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 19 may 2023-cü il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 290 manat dəyərində 580 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 290 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 may 2023-cü il tarixdə saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs şəklində tamah niyyəti ilə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından 190 manat dəyərində 380 kq çəkidə dəmir relsləri söküb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxsnə 190 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən kustar üsulla hazırlanmış 0,215 qram təmiz çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və istintaqa məlum olmayan yerdə qanunsuz olaraq saxlamış, həmin narkotik vasitəni 15 iyun 2023-cü il tarixdə saat 11:05 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən M.Əzizbəyov adına tam orta məktəbin yaxınlığında əynindəki şalvarın cibində piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-yə gətirib, həmin tarixdə saat 12:05 radələrində həmin narkotik vasitəni onun üstündən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı şəhəri, M.Əzizov küçəsi ev 7-də atası Madər Ağahüseynov, anası Gilas Ağahüseynova, arvadı Sədəf Ağahüseynova və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 onun dostudur, münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyindən rayon ərazisində iş olarsa fəhləlik edir. Vaxtlarını dəqiq xatırlamadığı tarixdə, həqiqətən də, Təqsirləndirilən şəxs2 ilə birlikdə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinə daxil olaraq, oradakı emalatxana binasının divarlarından bir neçə dəfə dəmir relsləri söküb oğurlamış və satmışdır. Lakin bu hadisə beş dəfə deyil, az olmuşdur. Dəmir relslər dəmir alışı ilə məşğul olan Şahid1 satılmışdır. Bir dəfə isə dəmir relsləri Şahid2 məxsus “Qazel”ə yükləmişlər və satmaq üçün Ziyadın həyətinə aparmışlar. Hər dəfə nə qədər çəkidə dəmir rels götürdüklərini və həmin dəmir relslərin satışından nə qədər pul qazandıqlarını dəqiq xatırlamır. Dəmir relslərin puluna siqaret və ərzaq məhsulları almış, borclarını qaytarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı bildirir ki, uzun müddətdir ki, tapanda narkotik vasitə olan heroindən istifadə edir. 13 iyun 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Saatlı RPŞ-yə aparılmış və üzərinə baxış keçirilmişdır. Üzərindən aşkar olunmuş narkotik vasitə isə ona məxsus deyil. Çünki polis şöbəsinə gətirildikdən sonra bir ədəd büküm heroin tanımadığı polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur.Şəxsi axtarış aparılarkən də qorxduğu üçün narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş, şəxsi axtarış aparılması barədə protokola imza etmişdir. Şəxsi axtarış zamanı həmçinin foto və video çəkiliş aparılmışdır. İbtidai istintaqın sonrakı vaxtlarında müstəntiq tərəfindən aparılmış dindirmələr zamanı qorxduğu üçün etirafedici ifadələr vermişdir. Etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmişə dəymiş maddi ziyan da ödənilmişdir. Hazırda narkotik asılılığından qurtarmaq və müalicə olunmaq üçün barəsində aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Saatlı şəhəri, H.Əliyev prospekti, döngə 9 ev 7-də arvadı Aygün Kazımova, qızı Səidə Kazımlı və oğlu Həsən Kazımlı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun dostudur, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyindən rayon ərazisində fəhləliklə məşğul olur. Dəqiq vaxtını xatırlamadığı tarixdə, həqiqətən də, Təqsirləndirilən şəxs1 ilə birlikdə Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinə daxil olaraq oradakı emalatxana binasının divarlarından bir neçə dəfə dəmir relsləri söküb oğurlamış və oğurlanmış dəmir relsləri dəmir alışı ilə məşğul olan Şahid1 satmışdır. Bir dəfə isə dəmir relsləri Şahid2 məxsus “Qazel”lə Ziyadın həyətinə aparmışlar.Həmin vaxt Talehlə birlikdə dəmir relsləri yük avtomobilinə yükləmişlər.Lakin həmin ərazidən oğurluq beş dəfə deyil, daha az olmuşdur. Hər dəfə nə qədər çəkidə dəmir rels götürdüklərini və həmin dəmir relslərin satışından nə qədər pul qazandıqlarını dəqiq xatırlamır. Dəmir relslərin puluna siqaret və ərzaq məhsulları almış, borclarını qaytarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı bildirir ki, uzun müddətdir ki, tapanda narkotik vasitə olan heroindən istifadə edir.13 iyun 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Saatlı RPŞ-yə aparılmış və üzərinə şəxsi axtarış keçirilmişdir.Üzərindən aşkar olunmuş narkotik vasitə isə ona məxsus deyil. Çünki polis şöbəsinə gətirildikdən sonra bir ədəd büküm heroin tanımadığı polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur.Şəxsi axtarış aparılarkən də qorxduğu üçün aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu və öz istifadəsi üçün saxladığını göstərmiş, şəxsi axtarış aparılması barədə protokola imza etmişdir. Şəxsi axtarış zamanı həmçinin foto və video çəkiliş aparılmışdır. İbtidai istintaq dövründə müstəntiq tərəfindən aparılmış dindirmələr zamanı da qorxduğu üçün etirafedici ifadələr vermişdir.Tutduğu əməllərə görə peşmançılıq çəkir və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmişə dəymiş maddi ziyan da ödənilmişdir.Hazırda narkotik asılılığından əziyyət çəkir. Bu asılılıqdan qurtarmaq və müalicə olunmaq üçün barəsində aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2021-ci ildən Zərərçəkmiş şəxsndə mexanik vəzifəsində işləyir. Təxminən 2023-cü ilin may ayının axırlarında Zərərçəkmiş şəxsndə nəzarətçi vəzifəsində işləyən X1 şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən keçmiş Saatlı Melioservis İdarəsində baxış keçirmiş və baxış zamanı keçmiş Saatlı Melioservis İdarəsinin həyətindəki köhnə emalatxana binasının divarından dəmir relslərin oğurlandığını müəyyən etmişdir. Bununla bağlı ona məlumat verdikdən sonra qeyd edilən idarənin binalarına baxış keçirmişdir. Behbud İsmayılovun qeyd etdiyi fakt öz təsdiqini tapdığından Zərərçəkmiş şəxs rəisi Tapdıq Bağırova keçmiş Saatlı Melioservis İdarəsinin həyətindəki 15 tikili üzərindən dəmir relslərin oğurlanması barədə məlumat vermişlər. Bundan sonra Zərərçəkmiş şəxs rəisi Tapdıq Bağırov RPŞ-yə müraciət edərək 15 tikili üzərindən dəmir relslərin oğurlanması barədə məlumat vermişdir. Faktiki olaraq binanın istismar müddəti keçsə də oğurlanmış dəmir relslər material kimi öz dəyərlərini itirməmişlər. Tərəflərindən baxış keçirilərkən emalatxana binasından təxminən 100 metr uzunluğunda 38 diametrlik dəmir relsləri oğurlandığı müəyyən olunmuşdur. Bundan sonra ərizə ilə Saatlı RPŞ-yə müraciət edilmiş və araşdırma aparılarkən oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir rayonda yaşadıqlarından tanıyır, onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyindən yaşadığı evin qarşı tərəfində dəmir əşyalarını alıb-sataraq pul qazanır. Rayon ərazisində olan insanlar mütəmadi olaraq dəmir əşyalarını ona gətirib verir, o da həmin əşyaları çəkərək kiloqramını 43 qəpikdən hesablayaraq pulunu verir. 03 may 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs2 tanımadığı şəxsin idarə etdiyi motosikletlə yaşadığı evin qarşısına gəlib motosikletdə olan dəmir relsləri göstərərək satmaq istədiyini demiş, o, Pərvizdən həmin dəmir relsləri haradan tapdığını soruşarkən sonuncu dəmir relslərin vəfat etmiş atası Böyükkişidən qaldığını, yaşadığı evdə olan dəmir relsləri maddi cəhətdən çətinlik çəkdiyindən və pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. O, 5 ədəd 3-4 metr uzunluğunda dəmir relslərə baxaraq heç bir problem olmadığını, dəmir relsləri almaq istədiyini demişdir. Hesablama apardıqdan sonra dəmir relslərə görə Pərvizə 150 manat pul vermiş və Pərvizdən aldığı dəmir relsləri aldığı digər dəmirlərin yanına atmışdır. 09 may 2023-cü il tarixdə yaşadığı evdə olarkən Pərviz motosikletin arabasında olan 5 ədəd 3-4 metr uzunluğunda dəmir relsləri satmaq üçün gətirmiş, o da hesablama apardıqdan sonra dəmir relslərə görə Pərvizə 150 manat pul vermişdir. O da Pərvizdən aldığı dəmir relsləri aldığı digər dəmirlərin yanına atmışdır. Yaşadığı evin qarşı tərəfində dəmirlər xeyli toplandıqdan sonra hamısını və həmçinin dəmir relsləri yük avtomobillərinə yükləyərək Bakı şəhərində yerləşən “X11”ə satmışdır. Satdığı dəmirlərə görə aldığı pulları götürüb yaşadığı evə qayıtmışdır. 14 may 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən Pərviz tanımadığı şəxsin idarə etdiyi motosikletlə yaşadığı evin qarşısına gəlmişdir. Pərviz yenə onu çağırıb motosikletin arabasında olan 4 ədəd 3-4 metr uzunluğunda dəmir relsləri göstərərək satmaq istədiyini demiş, o da dəmir relsləri motosikletin arabasından götürüb tərəzidə çəkmiş və çəkisinin 300 kiloqram olduğu məlum olmuşdur. Həmin dəmir relslərə görə Pərvizə 130 manat pul vermiş, sonuncu isə pulu götürüb gəldiyi motosikletlə çıxıb getmişdir. O da Pərvizdən aldığı dəmir relsləri aldığı digər dəmirlərin yanına atmşdır. 19 may 2023-cü il tarixdə Pərviz yenidən tanımadığı şəxsin idarə etdiyi motosikletlə yaşadığı evin qarşısına gəlmiş və satmaq üçün idəmir relslər gətirdiyini demişdir. O, Pərvizdən dəmir relsləri haradan əldə etdiyini yenidən soruşduqda, sonuncu bir daha ona dəmir relslərin atası Böyükkişidən qaldığını, hissə-hissə gətirdiyini demişdir. O, 7 ədəd 3-4 metr uzunluğunda olan dəmir relslərə baxaraq heç bir problem olmadığını, dəmir relsləri almaq istədiyini demişdir. Sonra birlikdə dəmir relsləri motosikletin arabasından götürüb tərəzidə çəkmişlər və çəkisinin 580 kiloqram olduğunu bilmişlər. O, hesabladıqdan sonra dəmir relslərə görə Pərvizə 250 manat pul vermişdir. Pərviz ondan pulu götürüb gəldiyi motosikletlə çıxıb getmişdir. O da Pərvizdən aldığı dəmir relsləri aldığı digər dəmirlərin yanına atmışdır. Yaşadığı evin qarşı tərəfində dəmirlər xeyli toplandıqdan sonra hamısını və həmçinin dəmir relsləri yük avtomobillərinə yükləyərək Bakı şəhərində yerləşən “X11”ə satmışdır. Satdığı dəmirlərə görə aldığı pulları götürüb yaşadığı evə qayıtmışdır. 25 may 2023-cü il tarixdə saat 16 radələrində Pərviz “Qazel” markalı yük avtomobili ilə yaşadığı evin qarşısına gəlmiş və yük avtomobilində olan 5 ədəd 3-4 metr uzunluğunda olan dəmir relsləri satmaq istədiyini demişdir. O, yük avtomobilində olan dəmir relslərə baxaraq heç bir problem olmadığını, dəmir relsləri almaq istədiyini demişdir. Sonra birlikdə dəmir relsləri yük avtomobilindən götürüb tərəzidə çəkmişlər və çəkisinin 380 kiloqram olduğunu bilmişlər. O, hesabladıqdan sonra dəmir relslərə görə Pərvizə 163 manat pul vermişdir. Pərviz ondan pulu götürüb yük avtomobili ilə çıxıb getmişdir. O da Pərvizdən aldığı dəmir relsləri aldığı digər dəmirlərin yanına atmışdır. Həmin dəmir relsləri də sonradan kəsərək hissələrə bölmüşdür. Sonradan polis əməkdaşları onu Saatlı polis şöbəsinə dəvət edərkən Təqsirləndirilən şəxs2 satmış olduğu dəmir relsləri Saatlı şəhərində yerləşən keçmiş Saatlı Melioservis İdarəsinin həyətindən tanışı Təqsirləndirilən şəxs1la birlikdə oğurladığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir rayonda yaşadıqlarından onları tanıyır, onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmədiyindən özünə məxsus “Qazel” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hər hansı bir şəxsin yükü olarsa apararaq çörək pulu qazanır. 25 may 2023-cü il tarixdə özünə məxsus yük avtomobili ilə Saatlı rayon mərkəzi bazarının qarşısına getmiş və hər hansı şəxslərin yükü olarsa aparmaq üçün gözləməyə başlamışdır. Təxminən saat 15 radələrində Pərviz orada dayandığını görüb ona yaxınlaşmış və dəmirlərinin olduğunu, aparıb satmaq üçün yük avtomobilinin lazım olacağını demiş, o da 15 manat qarşılığında dəmirləri apara biləcəyini demişdir. Pərviz onun idarə etdiyi yük avtomobilinin qabaq oturacağında əyləşmiş və birlikdə keçmiş Saatlı Melioservis İdarəsinin qarşısına getmişlər. İdarənin qarşısında olarkən Talehi, Talehin yanında 5 ədəd 3-4 metr uzunluğunda dəmir relslərin olduğunu görmüşdür. O, Pərvizdən dəmir relslərin nə olduğunu və haradan əldə etdiyini soruşarkən, Pərviz ona dəmir relslərin vəfat etmiş atası Böyükkişidən qaldığını, pula ehtiyacı olduğundan hazırda aparıb satmaq və qazanc əldə etmək istədiyini demişdir. Taleh Pərvizlə birlikdə dəmir relsləri yük avtomobilinə yükləmiş, sonra Pərviz yük avtomobilinin qabaq oturacağında əyləşmiş, Taleh isə idarənin yanında qalmışdır. Pərviz ona yük avtomobilini Saatlı rayonu Qırağlı kəndində yaşayan Ziyad adlı şəxsin yaşadığı evin qarşısına sürməyini istəmişdir. Özünə məxsus yük avtomobilini Ziyadın yaşadığı evin qarşısına sürmüş və Pərviz avtomobildən enərək Ziyadı çağırmışdır. Ziyad gələrək yük avtomobilində olan dəmir relslərə baxaraq heç bir problem olmadığını, dəmir relsləri almaq istədiyini demişdir. Pərviz və Ziyad dəmir relslər ağır olduğu üçün yük avtomobilindən endirərkən o da onlara köməklik etmişdir. Sonra dəmir relsləri tərəzidə çəkmişlər və çəkisinin 380 kiloqram olduğunu görmüşdür. Ziyad hesabladıqdan sonra dəmir relslərə görə Pərvizə pulunu vermişdir. Pərviz pulu Ziyaddan götürüb onun da pulunu vermiş və birlikdə Saatlı şəhərində yerləşən mərkəzi bazarın qarşısına gəlmişlər. Sonradan polis əməkdaşları onu Saatlı polis şöbəsinə dəvət edərkən Pərvizin Ziyada satmış olduğu dəmir relsləri Saatlı şəhərində yerləşən keçmiş Saatlı Melioservis İdarəsinin həyətindən tanışı Təqsirləndirilən şəxs1la birlikdə oğurladığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Firudun oğlu ifadəsində göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı onun və Saatlı RPŞ-nin əməkdaşlarının iştirakları ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs2 Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən M.Əzizbəyov adına tam orta məktəbin yaxınlığında piyada gedərkən onlar tərəfindən müəyyən edilmiş və Saatlı RPŞ-yə gətirildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibindən 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş həmin bükümdəki narkotik vasitə olan heroinə oxşar kütlə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd bükümdəki kütlənin heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmiş, sonda axtarış və götürmə aparılması ilə protokol tərtib edilərək imza edilmiş, şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı onun və Saatlı RPŞ-nin əməkdaşlarının iştirakları ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs1 Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkının qarşısında onlar tərəfindən müəyyən edilmiş və Saatlı RPŞ-yə gətirildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış aparılarkən əynindəki köynəyin cibindən 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş həmin bükümdəki narkotik vasitə olan heroinə oxşar kütlə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd bükümdəki kütlənin heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmiş, sonda axtarış və götürmə aparılması ilə protokol tərtib edilərək imza edilmiş, şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 Şahid5 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsə də, şahidlər Şahid6, Şahid4 və X2 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 10 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxsnə məxsus Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən keçmiş Saatlı Melioservis İdarəsinin həyətindəki emalatxana binasının divarında olan dəmir relslər oğurlanmışdır. İşdə olan 01 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abasov X3 Melioservis İdarəsinə məxsus keçmiş Saatlı Meliservis İdarəsinin həyətindəki emalatxana binasının divarından oğurlanmış 98 sm, 104 sm, 83 sm, 130 sm, 94 sm, 97 sm, 123 sm və 99 sm uzunluğunda ümumilikdə 8 ədəd dəmir relsləri könüllü olaraq təqdim etmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin dəmir relslər götürülmüşdür. İşdə olan 02 iyul 2023-cü il tarixdə tarixli baxış keçirilməsi haqqında protokolla Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Meliservis İdarəsinin həyətindəki emalatxana binasının divarından oğurlanmış 98 sm, 104 sm, 83 sm, 130 sm, 94 sm, 97 sm, 123 sm və 99 sm uzunluğunda ümumilikdə 8 ədəd dəmir relslərə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilmiş, həmin şəxslər dəmir relslərin onların oğurladıqları dəmir relslər olduğunu bildirmişlər. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 oktyabr 2023-cü il tarixli 9/7084 nömrəli rəyindən görünür ki, ekspert təyini haqqında qərarda göstərilən dəmir relslərin (metal qırıntı) kimi 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu təxminən aşağıdakı kimi müəyyən olunur: -01 kq çəkidə dəmir relslər – 0,50 manat; -03 may 2023-cü il tarixdə oğurlanmış 350 kq çəkidə dəmir relslər – 175,00 (350 kqx0,50 man) manat; -09 may 2023-cü il tarixdə oğurlanmış 350 kq çəkidə dəmir relslər – 175,00 (350 kqx0,50 man) manat; -14 may 2023-cü il tarixdə oğurlanmış 300 kq çəkidə dəmir relslər – 150,00 (300 kqx0,50 man) manat; -19 may 2023-cü il tarixdə oğurlanmış 580 kq çəkidə dəmir relslər – 290,00 (580 kqx0,50 man) manat; -25 may 2023-cü il tarixdə oğurlanmış 380 kq çəkidə dəmir relslər – 190,00 (380 kqx0,50 man) manat. İşdə olan Zərərçəkmiş şəxs rəisi tərəfindən məhkməyə göndərilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxsnə dəymiş ziyan tam şəkildə ödənilmişdir və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İşdə olan 15 iyun 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 16 iyun 2023-cü il tarixli 18/642 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 əynindəki...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi 0,215 qram olub, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 0,165 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 12 sentyabr 2023-cü il tarixli 5836 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 15 iyun 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 16 iyun 2023-cü il tarixli 18/643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 əynindəki...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi -0,389 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi 0,389 qram olub, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 0,339 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 12 sentyabr 2023-cü il tarixli 5834 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşlar, hazırda məhkumluqları yoxdur. İşdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı onlardan aşkar edilmiş narkotik vasitənin onlara məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərlərinə qoyulduğunu, Saatlı şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus keçmiş Saatlı Melioservis İdarəsinin həyətinə beş dəfə deyil, bir-iki dəfə daxil olub dah az miqdarda dəmir rels oğurladıqlarını göstərsələr də, təqsirləndirilən şəxslərin onun istinad edilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. İbtidai araşdırma orqanı haqlı olaraq təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxslərə qeyd olunan maddələrlə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin göstərdiyi xüsusatlar təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlilərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, barələrində CM-nin 62 və ya 70ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində iki azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, narkotik vasitənin növünü, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, cəza təyin edilərkən qeyd olunan hal nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı iki gün onlara təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə təqsirləndirilən şəxslərin barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək onlar məhkəmə iclas zalından dərhal həbsə alınmalıdırlar. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 barəsində məcburi təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,165 qram və 0,339 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 98 sm, 104 sm, 83 sm, 130 sm, 94 sm, 97 sm, 123 sm və 99 sm uzunluğunda ümumilikdə 8 ədəd dəmir relslər zərərçəkmiş Zərərçəkmiş şəxsnə qaytarılmalıdır. İş üzrə 99,48 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq on ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq doqquz ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq on ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq doqquz ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,165 qram və 0,339 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 98 sm, 104 sm, 83 sm, 130 sm, 94 sm, 97 sm, 123 sm və 99 sm uzunluğunda ümumilikdə 8 ədəd dəmir relslər zərərçəkmiş Zərərçəkmiş şəxsnə qaytarılsın. İş üzrə 99,48 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar