Məhkəmə qərarları › İş №1(055)-31/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-31/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-31/2024 27.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Saat: 14:30 xx xxxxx 1976-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı şəhəri, 28 May küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, Saatlı rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən, istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş və saxlamış, həmin narkotik vasitəni polietilen torbada 01 mart 2024-cü il tarixdə saat 10 radələrində Saatlı rayonu Mollavaizli kəndinin ərazisindəki gölün kənarı ilə piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib, orada 01 mart 2024-cü il tarixdə saat 11:05 radələrində əynindəki gödəkçənin içəri hissəsində gizlətdiyi polietilen torbada həmin 450 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 29 fevral 2024-cü il tarixdə Saatlı rayonununMollavaizli kəndinin ərazisində olan gölün kənarında gəzərkən kolların arasında 1 ədəd rəngli sellofan torba olduğunu görmüşdür.Həmin sellofan torbanı götürüb açıb içinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu bilmiş və torbadakı marixuananı aşkar etdiyi yerdə özünün istifadə etməsi üçün gizlətmişdir. Marixuananı gizlətdikdən sonra yaşadığı evə qayıtmışdır. Yaşadığı evdə olarkən gizlətdiyi marixuananın başqa şəxslərin tapa biləcəyini düşünərək yerini dəyişmək qərarına gəlmiş və bu məqsədlə 01 mart 2024-cü il tarixdə 09 radələrində yaşadığı evdən çıxaraq Mollavaizli kəndinin ərazisində yerləşən gölün kənarına getmiş və kolların arasında gizlətdiyi rəngli sellofan torbadakı narkotik vasitəni götürüb əynindəki qara rəngli gödəkçənin içərisində gizlədərək yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Saat 10 radələrində marixuananı götürdüyü yerdən aralaşıb gölün kənarı ilə yaşadığı ev istiqamətində hərəkətdə olarkən Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə getmişdir.Saatlı rayon Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları otaqların birində onun üstünə şəxsi axtarış keçirərkən üzərindəki 1 ədəd sellofan torbanı aşkar etmişlər. Onun yanında torbanı açarkən içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu görmüşlər. O da üstündən aşkar edilən sellofan torbadakı kütlənin marixuana olmaqla ona məxsus olmasını etiraf etmişdir. Aşkar edilmiş qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs hazırki məhkəmə iclası zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 01 mart 2024-cü il tarixdə Saatlı şəhəri ərazisində bazarın yaxınlığında olarkən Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq şöbəyə təzə gələn rəisin onunla tanış olmaq istədiyini bildirib onu rayon polis şöbəsinə aparmışlar. Rayon polis şöbəsinin otaqlarının birində polis əməkdaşları 1 ədəd sellofan torbada olan qurudulmuş marixuananı onun üzərinə qoymuşlar və ondan həmin narkotik vasitənin ona məxsus olması barədə ifadə verməyi, razılaşacağı halda gələcəkdə ayağına qolbaq taxılacağını bildirmişlər. O da polis əməkdaşlarından qorxduğu üçün razılaşmış və narkotik vasitənin ona məxsus olmaqla üzərindən aşkar olunması barədə etirafedici ifadələr vermişdir. şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Bir daha bildirir ki, 1 ədəd sellofan torbada olan qurudulmuş marixuana ona məxsus deyil və onun üzərindən aşkar olunmamışdır. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 01 mart 2024-cü il tarixdə polis əməkdaşlarının iştirakları ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 10 radələrində Saatlı rayonu Mollavaizli kəndinin ərazisində yerləşən gölün kənarında hərəkətdə olarkən olarkən tərəflərindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən 01 ədəd sellofan torba aşkar edilmiş, torba açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixunaya oxşar kütlə qablaşdırılıb götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir. Sonda axtarış və götürmə aparılması ilə bağlı protokol tərtib edilmiş, foto və video çəkiliş aparılmışdır. Şahid2 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmiş, narkotik vasitənin onun üzərinı qoyulması, qorxudulması barədə göstərdiklərinin də hamısı yalandır və cinayət məsuliyyətindən yayınmaq niyyəti daşıyır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 01 mart 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin içəri hissəsində saxladığı 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 01 mart 2024-cü il tarixli 3-16-16/2-18/229 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi – 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 450 qram olub, tədqiqata istifadə olundu 0,10 qram, qalıq-449,90 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 18 aprel 2024-cü il tarixli 2469 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(055)-62/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşlarının narkotik vasitəni Saatlı RPŞ-də onun üzərinə qoyduqlarını və polis əməkdaşları tərəfindən qorxudulduğu üçün əməlini etiraf etdiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zaman öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, cinayət işi materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”a əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılarkən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu göstərmiş, müdafiəçinin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması barədə verdiyi suala cavabında ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özü də ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində ondan aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı zamanı etirafedici ifadələr verərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 449.90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdən 03 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq bir il səkkiz ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 449.90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar