Məhkəmə qərarları › İş №1(055)-31/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-31/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-31/2025 13.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Cəbrayıl rayonu Şıxalıağalı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Şıxalıağalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyul 2024-cü il tarixdə saat 03 radələrində Saatlı şəhər sakini Zərərçəkmiş şəxs məxsus Saatlı şəhəri, Nizami küçəsində yerləşən təmirsiz ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin açıq pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub, evin birinci və ikinci mərtəbəsindəki otaqlarda istifadə olunmuş bir metrinin qiyməti 0,4 manat olan, 107,6 metr uzunluğunda, 4 mm diametrli, 1 damarlı, mis materiallı, ümumi dəyəri 43,04 manat qırmızı rəngli elektrik naqilləri, bir metrinin qiyməti 0,4 manat olan, 38 metr uzunluğunda, 4 mm diametrli, 1 damarlı, mis materiallı, ümumi qiyməti 15,2 manat sarı rəngli elektrik naqilləri, bir metrinin qiyməti 0,4 manat olan, 169 metr uzunluğunda, 4 mm diametrli, 1 damarlı, mis materiallı, ümumi qiyməti 67,6 manat olan mavi rəngli elektrik naqilləri, orta bazar qiyməti ilə cəmi dəyəri 125,84 (yüz iyirmi beş manat səksən dörd qəpik) manat olan elektrik naqillərini gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs 125,84 (yüz iyirmi beş manat səksən dörd qəpik) manat məbləğində maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində Lokbatan dairəsi ərazisində fəhlə kimi işləyir. xx.xx.2024-cü il tarixdə tanışı X3 istifadəsində olan mobil nömrə ilə ona zəng edərək həyətində ot presinin kiplərinin olduğunu, buna görə də köməyə ehtiyacı olduğunu bildirmişdir. O, da razılaşmış və həmin tarixdə saat 23 radələrində tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşərək Saatlı rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Saatlı rayonuna çatmış və orada Mübariz Cavadovun yaşadığı evə getmişdir. Mübarizin həyətinə çatdıqda, ot preslərinin kiplərini yığmağa kömək etmişdir. Bir müddət sonra isə Mübarizin evində qalmış və birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Bundan sonra şəxs Mübarizə geri qayıtmalı olduğunu bildirmişdir. Həmin tarixdə gecə saat 03 radələrində evdən çıxmış və M.Əzizbəyov adına orta məktəbin yerləşdiyi istiqamətdə irəliləmişdir. Yol kənarında yaşayış olmayan və işiqları sönülü olan tikilinin olduğunu görmüş və pulunun olmadığını, pula ehtiyacı olduğu üçün həmin evə girərək oğurluq etməyə qərar vermişdir. O, həmin yaşayış sahəsinin sağ tərəfində yerləşən şiferlə örtülmüş damın üstünə çıxmış və evin həyətinə daxil olmuşdur. Həyətdə olarkən, evin sağ tərəfindəki pəncərənin açıq olduğunu görmüş və həmin pəncərədən evə daxil olmuşdur. Evə daxil olanda, evin pilləkəninin yaxınlığında bir sintetik torba görmüş və torbanı götürüb evə daxil olmuşdur. Evin döşəməsi və tavanının yarımçıq tikildiyini görmüşdür. Evin içində qiymətli əşya tapmadığından, divara bərkidilmiş elektrik naqillərini görərək əli ilə dartıb qoparmış və həmin naqilləri sintetik torbaya yığmışdır. Naqilləri torbaya yığdıqdan sonra pəncərədən həyətə çıxmış və oradan da yol kənarına yönəlmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və əlindəki torba barədə soruşmuşlar. O, da oğurluq etdiyini və elektrik naqillərini oğurlayıb torbaya yığdığını etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun özünə məxsus Saatlı şəhəri, Nizami küçəsində yerləşən təmirsiz ikimərtəbəli fərdi yaşayış evi var. Həmin evin çox hissəsi tikilsə də, tavan və döşəmə hissəsi hələlik təmir olunmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində o, həmin tikiliyə baş çəkərkən evin elektrik naqillərinin oğurlandığını görmüşdür. O, həmin elektrik naqillərini təxminən 2022-ci ildə Saatlı şəhərindən almış və sonra həmin naqilləri evinə quraşdırmışdır. Bu naqillər 2024-cü ildən etibarən həmin tikilidə istifadə olunmağa başlanmışdır. O, evdən oğurluq olduğunu gördükdə dərhal Saatlı RPŞ-yə gedərək bu barədə məlumat vermişdir. Saatlı RPŞ-də ona məlum olmuşdur ki, ona məxsus fərdi yaşayış evindən elektrik naqillərini oğurlayan şəxs əvvəldən tanımadığı Cəbrayıl rayonu Şıxalıağalı kənd sakini Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə ona məxsus fərdi tikiliyə baxış keçirilmişdir. Həmin tikilinin içərisində oğurlanmış elektrik naqillərinin yerlərini göstərmiş və bütün proseslər müstəntiq tərəfindən protokollaşdırılmışdır. Fotoşəkillər çəkilmiş və Təqsirləndirilən şəxs da ona məxsus evə haradan qanunsuz daxil olduğunu, həmçinin elektrik naqillərini haradan oğurladığını göstərmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş və o da digər iştirakçılar kimi protokolun doğru olduğunu imzası ilə təsdiq etmişdir. Zərərçəkmiş şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, o, həmin evi maddi imkanları zəif olduğu üçün hələlik tam təmir etdirə bilməmişdir. Həmin evi gələcəkdə ailə üzvləri ilə birlikdə yaşamaq üçün tikdirmiş və hal-hazırda evdə təmir işləri davam etdiyi üçün evdə heç kəs yaşamır. Evin təyinatı gələcəkdə orada yaşamaq olmuşdur. Ona məxsus fərdi tikilidən elektrik naqillərinin oğurlanması nəticəsində ona 125,84 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində ona yalnız elektrik naqillərinin oğurlanması səbəbindən 125,84 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə notariat formada təsdiq olunmuş ərizə təqdim edərək göstərmişdir ki, hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 06 iyul 2024-cü il tarixdə gecə saat 03 radələrində Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Saatlı şəhəri Nizami küçəsi ərazisində xidmətdə olarkən, bir nəfər şəxsin yol kənarında olan yaşayış sahəsinin içərisində, ikinci mərtəbədə elektrik naqillərini qopararaq əlindəki sintetik torbaya yığdığını görmüşdür. Həmin şəxsi saxlamaq məqsədilə ərazidə xidmət aparan PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 və PPXB-nin polis nəfəri, polis Şahid4 köməyə çağırmışdır. Daha sonra həmin şəxs, yaşayış sahəsinin sağ tərəfində olan mişar daşlarından tikilmiş tikilinin üstünə çıxaraq, əlindəki sintetik torba ilə birlikdə yol kənarına tullanmışdır. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və bu zaman digər polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Həmin şəxs ad və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirərək, qanunsuz daxil olduğu evdən elektrik naqillərini oğurladığını etiraf etmişdir. Bundan sonra həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə Saatlı RPŞ-yə dəvət etmişlər. Həmin şəxs RPŞ-yə daxil olduqda, onun şəxsiyyətinin Cəbrayıl rayonu Şıxalıağalı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin şəxs İstintaq Bölməsinə təhvil verilmiş və Təqsirləndirilən şəxs əməlini etiraf edərək elektrik naqillərini təqdim edə biləcəyini bildirmişdir. Sonra onun, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun əlində saxladığı bir ədəd sintetik torbaya baxış keçirmişdir. Baxış zamanı sintetik torbada elektrik naqilləri olduğu müəyyən olunmuşdur. Daha sonra həmin naqillər müstəntiq tərəfindən ölçülmüş və bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs, oğurluq olan evin sahibi Saatlı şəhər sakini Zərərçəkmiş şəxs, PPXB-nin polis nəfəri Şahid2 və müstəntiqin iştirakı ilə oğurluq hadisəsi olan evin qarşısına getmişlər. Baxış zamanı Zərərçəkmiş şəxs Saatlı şəhəri, Nizami küçəsində yerləşən yarımçıq tikili formasında ikimərtəbəli fərdi yaşayış evindən elektrik naqillərinin oğurlandığını bildirmiş və əvvəlcə evin giriş hissəsini göstərmişdir. Daha sonra evin birinci mərtəbəsində quraşdırılmış elektrik naqillərinin qoparıldığını, bundan sonra evin digər otaqlarındakı elektrik naqillərinin qoparıldığını və hazırkı vəziyyətini göstərmişdir. Zərərçəkmiş şəxs evin birinci mərtəbəsindəki pəncərəsini göstərərək Təqsirləndirilən şəxs həmin pəncərəni açmaqla evə daxil olduğunu və həmin formada da evdən qaçdığını bildirmişdir. Bundan sonra hadisə yeri Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edilmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyi evi, evə qanunsuz daxil olduğu yeri göstərərək, evin içərisindən Zərərçəkmiş şəxs göstərdiyi elektrik naqillərini qopardığını və həqiqətən də evə qanunsuz olaraq pəncərədən daxil olub, oradan çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs evin sağ tərəfindəki mişar daşlarından hörülmüş hasarı göstərərək, həmin yerdən evin həyətyanı sahəsinə qanunsuz daxil olduğunu, sonra isə evin pəncərəsindən qanunsuz olaraq evin içərisinə daxil olduğunu, daha sonra evin içərisindəki müxtəlif otaqlardakı və evin ikinci mərtəbəsindəki elektrik naqillərini qopararaq oğurladığını və oradan tapdığı bir ədəd kisəyə yığaraq, evin birinci mərtəbəsindəki pəncərədən qaçmağa çalışarkən polis əməkdaşları tərəfindən aşkar olunaraq saxlanıldığını bildirmişdir. Daha sonra o, Saatlı RPŞ-nin PPXB-nin polis nəfərləri kimi xidmətdə olarkən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin inzibati binasından elektrik naqillərini sökdüyünün şahidi olduqları bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində bir ədəd kisədə elektrik naqilləri ilə birlikdə evin həyətindən çölə çıxmış və evin həyətyanı sahəsindən yol kənarına çıxdığı mişar daşlarından hörülmüş hasarı və saxlanılan yeri göstərmişlər. Müstətntiq tərəfindən evin içərisinə baxış keçirilmiş və evin içərisində olan və qoparılmış elektrik naqilləri ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş elektrik naqillərinin xarici görkəmi və formalarına görə eyni naqillər olduğu müəyyən olunmuşdur. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və düzəlişlər daxil edilməmiş və o da digər iştirakçılarla birlikdə protokolun doğruluğunu təsdiq edərək imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş şahidlər Şahid3 və Şahid4 istintaq zamanı verdiyi ifadələrində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 06 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əlindəki sintetik torbada elektrik naqilləri olduğunu, həmin elektrik naqillərini Saatlı şəhəri, Nizami küçəsində yerləşən yarımçıq tikili formasında ikimərtəbəli fərdi yaşayış evindən oğurladığını bildirdi. Daha sonra həmin elektrik naqilləri tərəfimdən sintetik torbadan çıxarıldı və uzunluqları ölçüldü. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sintetik torbadakı uzunluğu 107,60 metr olan qırmızı rəngli, uzunluğu 38 metr olan sarı rəngli və uzunluğu 169 metr olan mavi rəngli elektrik naqillərinin olduğu müəyyən edilmişdir. İşdə olan 06 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs Saatlı şəhəri, Nizami küçəsində yerləşən yarımçıq tikili formasında ikimərtəbəli fərdi yaşayış evindən eletrik naqillərinin oğurlandığını bildirərək, əvvəlcə evin giriş hissəsini göstərdi. Daha sonra evin birinci mərtəbəsində quraşdırılmış elektrik naqillərinin qoparıldığını, bundan sonra evin digər otaqlarındakı eletrik naqillərinin qoparıldığı və hazırkı vəziyyətini göstərdi. Zərərçəkmiş şəxs evin birinci mərtəbəsindəki pəncərəsini göstərərək oğurluq edən şəxsin həmin pəncərəni açmaqla qevə daxil olduğunu və evdən qaçdığını bildirdi. Bundan sonra hadisə yeri Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edildi. Təqsirləndirilən şəxs oğurluq etdiyin evi, evə qanunsuz daxil olduğu yeri göstərərək evin içərisindən Zərərçəkmiş şəxs göstərdiyi elektrik naqillərini qopardığını və həqiqətən də evə qanunsuz olaraq pəncərədə daxil olub, oradan da çıxdığını bildirdi. Təqsirləndirilən şəxs evin sağ tərəfindəki mişar daşlarından hörülmüş hasarı göstərərək həmin yerdən evin həyətyanı sahəsinə qanunsuz daxil olduğunu, sonra isə evin pəncərəsindən qanunsuz olaraq evin içərisinə daxil olduğunu, sonra evin içərisindəki müxtəlif otaqlardakı və evin ikinci mərtəbəsindəki müxtəlif otaqlardakı elektrik naqillərini qopararaq oğurladığını və oradan tapdığı bir ədəd kisəyə yığaraq evin birinci mərtəbəsindəki pəncərədən qaçmağa çalışarkən polis əməkdaşları tərəfindən aşkar olunaraq saxlanıldığını bildirdi. Daha sonra Saatlı RPŞ-nin PPXB-nin polis nəfərləri xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin inzibati binasından elektrik naqillərini sökdüyünün şahidi olduqlarını, bundan sonra Təqsirləndirilən şəxs əlində bir ədəd kisədə elektrik naqilləri ilə birlikdə evin həyətindən çölə çıxdıqda onun evin həyətyanı sahəsindən yol kənarına çıxdığı mişar daşlarından hörülmüş hasarı və saxladıqları yeri göstərdilər. Tərəfimdən evin içərisinə baxış keçirilən zaman evin içərisində olan və qoparılmış elektrik naqilləri ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş elektrik naqillərinin xarici görkəmi və formalarına görə eyni naqillər olduğu tərəfimdən müəyyən olundu. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5880 saylı rəyindən görünür ki: 1. 107,6 metr uzunluğunda, bir metrinin qiyməti 0,4 manat olan İstifadədə olmuş, 4 mm diametrli, 1 damarlı, mis materiallı, qırmızı rəngli elektrik naqilinin ümumi dəyəri 43,04 manat; 2. 38 metr uzunluğunda, bir metrinin qiyməti 0,4 manat olan istifadədə olmuş, 4 mm diametrli, 1 damarlı, mis materiallı, sarı rəngli elektrik naqilinin qiyməti 15,2 manat; 3. 169 metr uzunluğunda, bir metrinin qiyməti 0,4 manat olan istifadədə olmuş, 4 mm diametrli, 1 damarlı, mis materiallı, mavi rəngli elektrik naqilinin qiyməti 67,6 manat olmaqla, ekspertiza tədqiqatına təqdim edilən elektrik naqillərinin istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 125,84 manat müəyyən edilir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddəylə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar