Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-32/2023 31.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 31 may 2023-cü il, Saatlı şəhəri Saat:14:30 xx xxxxxx 1983-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Saatlı şəhəri, Babək küçəsi, ev 90-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cümaddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 02 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində Saatlı şəhəri Babək küçəsi ev 89-da yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin yaxınlığından keçən “Sabir” adlı su kanalının sahilindəki taxta tikilinin qapısındakı kilidin asıldığı dəmir parçasını tikilidən aralayıb qapını açaraq başqa saxlanc yeri hesab edilən taxta tikiliyə qanunsuz daxil olub, oradan 300 manat dəyərində “Aqidel” markalı, 3 fazalı, 75 mm diametrli çıxışı olan, modeli və texniki göstəriciləri məlum olmayan su nasosunu götürüb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmuş, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı şəhəri, Babək küçəsi ev 90-da ailə üzvləri ilə birlikdə yaşayır və fəhləlik etməklə dolanışıq edir. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır, həyətyanı sahələrini daş hasar ayırır. Ədavət və düşmənçiliyi olmamışdır. Yaşadıqları evin yaxınlığından “Sabir” adına su kanalı keçir, kənd sakinləri suvarma işləri ilə məşğul olmaq üçün bütün qonşular həmin “Sabir” kanalına su motoru quraşdırıb istifadə edir, istifadə etdikdən sonra həmin motoru çıxarıb həyətlərinə aparırlar. Zərərçəkmiş şəxs da həmin “Sabir” adlı su kanalının kənarında taxtadan xüsusi yer düzəldib motoru da həmin yerdə saxlayıb qapısını da qıfılla bağlamışdır. xx.xx.2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs məxsus olan “Sabir” adlı su kanalına quraşdırdığı su motorlarından birini oğurlamaq qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 05 radələrində istifadə etdiyi yük arabasını həyətindən götürüb iş adıyla evdən çıxmış, məqsədi su motorunu oğurlamaq olduğu üçün bir qədər kənarlaşdıqdan sonra yenidən küçələrinə gəlmişdir. Zərərçəkmiş şəxs məxsus motorun saxlandığı taxtadan olan tikiliyə yaxınlaşıb qapısında asma kilid olduğunu görmüş, həmin vaxt tikilinin divarına bərkildilmiş kilidin asıldığı dəmir parçasını taxtadan çıxarıb qapını açmışdır. Həmin vaxt tikilidə iki ədəd su motorunun olduğunu görmüş, həmin motorlardan biri hazır quraşdırılmış, digəri isə tikilinin içərisində quraşdırılmamış vəziyyətdə olmuşdur. Motoru özüylə gətirdiyi kisəyə salmış və tikilidən çıxarıb arabaya qoymuş, yenidən həmin tikilinin qapısındakı kilid birləşən hissəsini öz yerinə bərkidib həmin yerdən uzaqlaşmışdır. Çıxarkən tez olduğu üçün arabanı metal qəbul edən Şahid1 evinin yaxınlığında kolluğun içərisində gizlətmiş, saat 07 radələrində Şahid1 səsləyib həyətə çağırmış və istifadə olunmayan yararsiz özünə məxsus su motorunu metal kimi satmaq istədiyini Bəybalaya bildirmişdir. Həmin vaxt Şahid1 onun arabasındakı kisədə olan su motorunu əli ilə qaldırıb, çəkisinin elə də ağır olmadığını deyib ona 13 manat pul vermiş, o da pulu alıb həmin yerdən çıxıb getmişdir. Saatlı RPŞ-yə dəvət olunan zaman törətdiyi cinayət əməlini etiraf etmişdir. Əlavə olaraq bildirir ki, su motorunu Bəybalaya satarkən öz həyətindən gətirdiyini və özünə məxsus olduğunu bildirmiş, motorun oğurluq olması barədə ona heç nə deməmiş, oğurluq barədə barədə kiminsə xəbəri olmamış, ona kimsə kömək etməmişdir. Dəymiş ziyandan 100 manat ödəmiş, qalanını da ən qısa vaxtda ödəyəcəkdir. Etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, həyətyanı sahələrini daş hasar ayırır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs son zamanlar spirtli içkilərə meyilli olduğu üçün tüfeyli həyat tərzi keçirmişdir. Yaşadığı ev “Sabir” adına su kanalının yaxınlığında yerləşdiyi üçün həyətyanı sahələrdə suya olan ehtiyaclarını ödəməkdən ötrü həmin su kanalına motor quraşdırıb istifadə etmişlər. Motor təhlükəsiz olsun deyə həmin su kanalının yaxınlığında taxtadan tikili tikib motoru da onun içərisində saxlamışlar. Həmin motor SSRİ dövrünə aid olduğu üçün üçfazalı olmuş və elektrik sərfiyyatı artıq olmuş, bu səbəbdən də həmin su motorundan istifadə etmək sərf etmədiyi üçün daha müasir və ekonomik su motorunu alıb su kanalına quraşdırıb istifadə etməyə başlamışlar. Su motorunu dəyişsələr də, keçmişdən qalan “Aqidel” markalı su motorunu da həmin tikilinin içərisində saxlamışlar. xx.xx.2022-ci il tarixdə onun evinin yaxınlığında su kanalının sahilindəki tikiliyə gedib su motoruna nəzarət etmək istəyərkən tikilinin qapısındakı asma qıfılın bağlandığı yerin asıldığı dəmir parçasının tikiliyə vurulmuş hissəsinin boş olduğunu görmüş, dərhal qapını açıb içəri baxan zaman keçmişdən qalan əvvəlki su motorunun yerində olmadığını görmüş, motoru kimin götürdüyünü bilmədiyi üçün oğurlandığını başa düşüb bu barədə Saatlı RPŞ-yə müraciət etmişdir. Daha sonra onu çağırıb motorun sındırılmış və hissələrə ayrılmış formada olan dəmir parçalarını təqdim etmişlər. Həmin dəmir parçalarına baxan zaman ona məlum olmuş ki, həmin parçalar oğurlanmış su motorunun hissələridir və su motorunu qonşusu Təqsirləndirilən şəxs tikilinin qapısını açaraq tikiliyə daxil olub oğurlamış və metal qəbul edən Saatlı sakini Şahid1 satmışdır. Ekspertiza rəyində oğurlanmış su motorunun qiyməti 300 manat göstərilsə də, həmin qiymətlə razı deyil. Onun su motorunun qiyməti 800 manatdır. Onda həmin su motorunu aldığı qiymətləri əks etdirən heç bir sənəd yoxdur. Lakin həmin motor güclü olduğu üçün qiymətinin 800 manat olmasını təxmin edir. Ona dəymiş ziyandan 100 manat ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Saatlı şəhər sakini Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Saatlı RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə özünə məxsus olan su motorunun oğurlanması ilə bağlı məlumat vermiş, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus olan “Aqidel” markal su motorunu Saatlı şəhər sakini Təqsirləndirilən şəxs oğurlayıb lom metal kimi Şahid1 13 manata satmışdır. İlk öncə Şahid1 iştirakı ilə ona satılmış su motoru hissələrə ayrılmış formada Saatlı RPŞ-yə gətirilmiş, Saatlı RPŞ-də motorun sahibi Zərərçəkmiş şəxsla birlikdə baxış keçirimişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də, həmin su motoru Zərərçəkmiş şəxs məxsusdur. Daha sonra Əliyev X3 şəhəri ərazisində müəyyən olunaraq Saatlı RPŞ-nin İstintaq bölməsinə təhvil verilmiş, sonuncu törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 06 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Aqidel” markalı su motoru onun yaşadığı Saatlı şəhəri, Babək küçəsi 89 nömrəli evin qarşı ilə keçən “Sabir” adına su kanalının kənarındakı qapısı asma kilidlə bağlanan taxta tikilinin içərisindən oğurlanmış, həmin baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan 10 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 müxtəlif hissələrə ayrılmış su matorunun hissələrini təqdim edərək həmin su matorunu ona Təqsirləndirilən şəxs satdığını bildirmiş, Zərərçəkmiş şəxs isə Şahid1 təqdim etdiyi su motorunun hissələrinin ona məxsus oğurlanmış su motorunun hissələri olduğunu bildirmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan 11 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən su motorunun hissələrinə baxıb həmin su motorunun Zərərçəkmiş şəxs məxsus olduğu və onun tərəfindən oğurlanan su motorunun hissələri olduğunu bildirmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan 12 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokodan görünür ki, Əliyev X3 şəhəri, Babək küçəsi 89 nömrəli evin qarşı ilə keçən “Sabir” adına su kanalının kənarındakı qapısı asma kilidlə bağlanan taxta tikilini göstərərək, həmin tikilinin qapsına vurulmuş asma kilidin bərkidildiyi taxtaya vurulmuş dəmir parçasını aralayıb qapını açaraq tikilinin içərisində daxil olduğunu və su motorunu oradan oğurladığını bildirmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 noyabr 2022-ci il tarixli 9/7891 nömrəli rəyindən görünür ki, qərarın təsviri hissəsində göstərilən 01 ədəd “Aqidel” markalı, 3 fazalı, 75 mm diametrli çıxışı olan, modeli və texniki göstəriciləri məlum olmayan su nasosunun 30 il müddətində istifadə olunduğunu nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yaralı vəziyyətdə 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 300,00 manat müəyyən edilir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus oğurlanmış su motorunun qiymətinin 300 manat olması barədə ekspert rəyi ilə razılaşmadığını, su motorunun qiymətinin 800 manat olduğunu bildirmişdir. Cinayət işində olan 20 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarda qeyd olunan xüsusata hüquqi qiymət verildiyindən bu hal nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, dəymiş ziyanın məbləğini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 aprel 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan hissələrə ayrılmış su nasosu sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan hissələrə ayrılmış su nasosu sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-32/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-32/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver