Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-32/2025 03.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Saatlı şəhəri, E.Hüseynov küçəsi ev 1-də qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə saat 02:20 radələrində Saatlı şəhəri E.Hüseynov küçəsi 11 nömərli evin yaxınlığında tanışı Şahid1 əvvəlcədən verdiyi 80 manat pulun müqabilində 5 (beş) ədəd kağız kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,103 qram, 0,088 qram, 0,045 qram, 0,040 qram və 0,042 qram olmaqla, ümumi təmiz çəkisi 0,318 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroini və 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,214 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alıb, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üstündə saxlamış, həmin xeyli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini 29 avqust 2024-cü il tarixdə saat 02:40 radələrində Saatlı şəhəri E.Hüseynov küçəsində satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, həmin yerdə və həmin tarixdə saat 02:41-dən 03:05-dək olan müddət ərzində üstünün yoxlanılması və baxış zamanı əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən həmin 5 (beş) ədəd kağız kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,103 qram, 0,088 qram, 0,045 qram, 0,040 qram, 0,042 qram olmaqla, ümumi təmiz çəkisi 0,318 qram xeyli miqdarda narkotik vasitə heroin və 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,214 qram xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, yəni yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, təxminən 4-5 ay olar ki, həbsdən azad olmuş və həbsdən azad olunduqdan sonra bir neçə dəfə Şahid1 Qoçəli qızının vasitəsi ilə Saatlı şəhər sakini olan Zaur Əzizov adlı şəxsdən narkotik əldə edir. Belə ki, Zaur Əzizov ilə əlaqəyə girmir, narkotik vasitə və ya psixotrop maddə ehtiyacı olan zaman Şahid1 pul verir, Fitat da Zaur Əzizovdan narkotik vasitə və ya psixotrop maddə alaraq ona verir. Şahid1 ilə onunla qonşuluqda, təxminən 200 metr aralı məsafədə yaşayır, Fitatı uşaq vaxtlarından tanıyır, Fitat sonradan bir müddət Bakı şəhərində də yaşamış, son iki ay olar ki, Saatlı şəhərinə yaşadığı evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 00-01 radələrində Fitat ***-***-**-** nömrə ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq “Zaur gəlib, nə istəyirsən götürüm?” demiş, o da “həm ondan, həm bundan” götürmək istədiyini demişdir. Bundan sonra Fitat ona “Whatsapp” mobil proqramı vasitəsi ilə “çıx yola” deyə mesaj yazmış, o da bu mesajdan sonra küçəyə çıxmış və piyada Fitatın yaşadığı ev istiqamətində getməyə başlamış, Fitatın yaşadığı evə bir qədər qalmış Fitat da küçəyə çıxmış və ona tərəfə gəlməyə başlamışdır. Ona yaxınlaşaraq “pulu ver gedim götürüm” demiş, o da nə qədər pul lazım olduğunu soruşduqda 80 manat olduğunu demişdir. O da 80 manat pulu cibindən çıxararq Fitata vermiş, Fitat yaşadığı evə getmiş, o isə küçədə gözləmişdir. Bir neçə dəqiqədən sonra Fitat yanına gəlmiş, 5 büküm “kokos”, bir büküm də “şüşə” vermişdir. Bundan sonra Fitat ona təklif etmiş ki, birlikdə yaşadığı evə gedərək maddələrdən istifadə etsinlər. Lakin Fitatın evində azyaşlı qız uşağı olduğuna görə belə qərara gəlmişlər ki, narkotik və psixotrop maddələri, Fitatın yaşadığı evə bitişik olan və yaşayış olmayan bibisi Gülbəniz adlı şəxsin evində istifadə etsinlər. O da razılaşmış və birlikdə piyada Fitatın bibisi Gülbənizin evi istiqamətində getməyə başlamışlar. Həmin vaxt saat təxminən 1-2 radələri olarmış. Gülbənizin evinə çatmağa təxminən 100 metr qalmış mülki geyimli tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Fitatla onun üstlərinin yoxlanacağını bildirmişlər. O və Fitat polis əməkdaşlarının tələblərinə etiraz etməmişlər. Bu zaman polis əməkdaşları videoçəkilişə başlamışlar və onun yanında Şahid1 üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuşdur. Fitat da üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək əynində olan şalvarın cibindən 2 ədəd bükümdə “şüşə” və bir ədəd bükümdə “kokos” çıxararaq təqdim eləmiş və polis əməkdaşlarının sualına cavab olaraq öz istifadəsi üçün Zaurdan aldığını demişdir. Şahid1 üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, həmin bükümlərin kütlələrini xatırlamır. Daha sonra 2 ədəd “şüşə” büküm bir ədəd ağ rəngli zərfdə, bir büküm “kokos” isə başqa bir ağ rəngli zərfdə qablaşdırılmış, üzəri o və Fitat da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ona üzərində qanunla saxlanması qadağan olunmuş əşya və ya narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etməyi təklif olunmuş, o da üstündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək əynində olan idman şalvarının sağ yan cibində olan 5 büküm “kokos”u və bir büküm “şüşə”ni təqdim eləmişdir. Üstündən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, lakin çəkiləri yadında qalmamışdır. Polis əməkdaşları narkotik maddə və psixotrop maddəni haradan aldığını soruşmuşlar, o da Fitatın vasitəsi ilə öz istifadəsi üçün əldə etdiyini demişdir. Həmin bükümlərdən içərisində “kokos” olanlar bir ədəd ağ rəngli zərfdə, bir büküm “şüşə” isə digər bir zərfdə qablaşdırılmış, kağız zərflərin üzəri o və Fitat daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs və Şahid1nmı əvvəllər tanımamış, heç biri ilə qohumluq əlaqəsi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə Saatlı şəhəri, E.Hüseynov küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfimdən qəbul edilmiş, qərar RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra RPŞ-nin rəisi tərəfindən “əməliyyat qrupunun yaradılması haqqında” əmr çıxarılmış və ondan, Saatlı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və Saatlı RPŞ-nin CAB-nin Axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 29 avqust 2024-cü il tarixdə saat 02:41-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə bağlı Saatlı şəhəri H.Əliyev prospekti ilə Sabirabad şəhəri istiqamətində getdikdə “Aynur” klinikasına çatmamış sola ayrılan Saatlı şəhəri E.Hüseynov küçəsinə daxil olduqda Təqsirləndirilən şəxs yanında sonradan adı məlum olan ünvan 1 ünvanında yaşayan Şahid1 ilə birlikdə olduğu müəyyən olunduğu üçün hər ikisinə daxil olmuş məlumat barədə bildirib üstlərində hər hansısa bir qanunsuz əşya, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özlərinin təqdim etmələrini bildirib, hazırki vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqların məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqların olması, təhqiqat zamanı müdafiəçi ilə təmin olunacaqları izah edilmişdir. Bundan sonra Şahid1 əynindəki şalvarın sağ cibindən bir ədəd “West” markalı siqaret qutusu çıxarıb təqdim edərək həmin qutunun içərsində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisinə baxılarkən 3 ədəd kağız bükümün olduğu müəyyən edilmiş, həmin kağız bükümlər ayrıayrılıqda açılarkən ikisinin içərisində metamfetaminə oxşar kütlə, bir ədədinin içərsində isə heroinə oxşar kütlə oldduğu müəyyən olunmuşdur. İki ədəd içərisində metamfetaminə oxşar kütlə olan bükümlər olduqları bükümlər ilə birlikdə çəkilərkən çəkisinin 0,54 qram, heroinə oxşar kütlə olan kütlə isə bükümlə birlikdə çəkilərkən çəkisinin 0,15 qram olduğu müəyyən olunmuşdur. Həmin 2 ədəd bükümdəki metamfetaminə oxşar kütələr bir ədəd zərfdə, bir bükümdəki heroinə oxşar kütlə isə başqa bir ədəd zərfdə qablaşdırılıb götürülmüş, zərflərin üzəri Fitat və Hüseyn də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümü təqdim etmiş, içərisində “kokos” adlı narkotik vasitə olduğunu bildirmiş, həmin büküm açılarkən isə içərisində 6 ədəd ayrı-ayrılıqla büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlərin 5 ədədi açılarkən içərisində heroinə oxşar kütlələr aşkar edilmiş, həmin kütlələr olduqları bükümlər ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,53 qram olduğu müəyyən olunmuşdur. Digər bir büküm açılarkən isə içərisində metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş və olduğu bükümlə birlikdə çəkilərkən çəkisinin 0,30 qram olduğu müəyyən olunmuşdur. 5 ədəd içərisində heroinə oxşar kütlə olan bükümlər bir ədəd zərfdə, metamfetaminə oxşar kütlə olan büküm isə başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin zərflərin üzəri də bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitələri Şahid1 pul verdiyini və Fitatın alıb gətirdiyini, Şahid1 isə öz növbəsində narkotik vasitəni Zaur adlı şəxsdən aldığını, onlar hər ikisi 80 manat Hüseynin, 50 manat isə Fitatın verdiyini qeyd etmişlər. Sonda protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmış, tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və Şahid1 da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə və psixotop maddələri, həmçinin şəxslərin Saatlı polis şöbəsinə gətirilərək tərəfindən bu barədə RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və araşdırma davam etdirilməsi üçün müvafiq olaraq təhqiqat orqanına təhvil verilmişdir. Raportun icraası Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X2 həvalə edilmiş, bundan sonra NMQ-nun baş əməliyyat müvəkkili Şahid3, CABnin əməliyyat müvəkkili Şahid4, Şahid1 və Təqsirləndirilən şəxs və onun iştirakı ilə Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə təkrar baxış keçirilmiş, həmin maddələr müvafiq olaraq 4 ədəd ayrı-ayrı zərflərdə qablaşrılmış, üzəri imzalanmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində hər hansı başqa əşya varsa təqdim etmələri təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan “Redmi Note 13” markalı, Şahid1 isə üzərində olan “Redmi 9A” markalı mobil telefonları təqdim etmişlər, həmin telefonlar iş üzrə sübut əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən götürülmüşdür. Qeyd olunan narkotik vasitə və psixotrop maddələrdən başqa Təqsirləndirilən şəxs və Şahid1 üzərlərindən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya saxlanması, daşınması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid4 və Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, X6 uzun zaman olar ki, tanıyır, hal hazırda Zaur Bakı şəhərində özünə məxsus “Opel” markalı dövlət nömrə nişanını bilmədiyi, gümüşü rəngli, universal kuzova malik avtomobillə taksi kimi fəaliyyət göstərir. Əvvəllər Zaurdan 2-3 dəfə öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almış, Zaur hər dəfəsində maddələri onun yaşadığı evə gətirmişdir. X7 da çoxdan tanıyır, təxminən 200 metr aralı məsafədə qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs da əvvəllər onun vasitəsi ilə Zaur Əzizovdan narkotik vasitə almışdır. Təxminən 5-6 gün bundan əvvəl narkotik asılılığı səbəbindən ağrıları artdığı üçün Zaurun mobil nömrəsinə zəng vuraraq, həmçinin “Whatsapp” mobil proqramı vasitəsi ilə də zəng edərək, səs göndərərək, “şüşə”, “kokos” adlı maddələr, “Metodon” həbi istəmiş ki, vəziyyətdən çıxsın. Zaur da ona “gətirəcəm” deyə cavab vermişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Zaur ona “Whatsapp” mobil proqramı vasitəsi ilə zəng edərək “axşamacan gəlib çıxacam” demiş, o da Zaura “gələndə gətir qonşuda Hüseyn də istəyir” demişdir. Hüseyn də həmin gün günorta saatlarında onun yaşadığı evə gəlmiş, həmin vaxt Hüseyn ona “Zaur gələndə mənə də narkotik vasitə gətirsin, 80 manatlıq götür, bir yerdə istifadə eliyərik” demişdir. Bu səbəbdən də o Zaurdan Hüseyn üçün 80 manatlıq, öz istifadəm üçün də 50 manatlıq narkotik vasitə və psixotrop maddə gətirməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 24:00 radələrində Zaur yaşadığı evlərin yaxın olması səbəbindən taxta hasardan yaşadığı evin həyətinə düşmüş və “gətirmişəm” demişdir. Bundan sonra “get Hüseyndən də pulu al, gəl verim” demiş, sonra o, Hüseynin mobil nömrəsinə zəng vuraraq “Zaur gəlib, nə istəyirsən götürüm?” demiş, Hüseyn də “həm ondan, həm bundan” götürmək istədiyini demişdir. Bundan sonra o Hüseynə “Whatsapp” mobil proqramı vasitəsi ilə “çıx yola” deyə mesaj yazmış, bundan sonra Zaur onun yaşadığı evdə qalmış, o isə Hüseyndən pulu götürmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxanda Hüseynin onun yaşadığı ev istiqamətində gəldiyini görmüş, o da Hüseynə tərəf getməyə başlamışdır. Hüseynə çatanda “pulu ver gedim götürüm” demiş, Hüseyn də nə qədər pul lazım olduğunu soruşduqda o 80 manat olduğunu demişdir. Hüseyn də 80 manat pulu cibindən çıxararaq ona vermiş, o yaşadığı evə geri qayıtmış, Hüseyn isə küçədə qalmışdır. O, yaşadığı evə daxil olmuş, Zaura yaxınlaşaraq ümumilikdə 130 manat pul verərək 5 büküm “kokos” və 1 büküm “patı” Hüseyn üçün, 2 büküm “patı” və 1 büküm də “kokos” özü üçün götürmüşdür. Bundan sonra o narkotik vasitələri və psixotrop maddələri evdə olan“West” markalı siqaret qutusuna qoyaraq şalvarının sağ yan cibinə qoymuş, Zaura çay vermiş, Zaur da taksi avtomobili çağırdığını, gedəcəyini bildirmiş, o isə narkotik vasitədən istifadə etmək üçün yaşadığı evdən çıxaraq Hüseynin yanına qayıtmışdır. Orada siqaret qutusunun içərisindən 5 büküm “kokos”, bir büküm də “şüşə”ni Hüseynə vermişdir. Bundan sonra əvvəlcə Hüseynə təklif etmiş ki, birlikdə yaşadığı evə gedərək maddələrdən istifadə etsinlər. Lakin anidən ağlına Zaurun yaşadığı evdə olması gələrək, evində azyaşlı qız uşağının olmasını Hüseynə bildirirək narkotik və psixotrop maddələri, yaşadığı evə bitişik olan və yaşayış olmayan bibisi Gülbəniz adlı şəxsin evində istifadə etməyi təklif eləmişdir. Hüseyn də razılaşmış və birlikdə piyada bibisi Gülbənizin evi istiqamətində getməyə başlamışlar. Həmin vaxt saat təxminən 1-2 radələri olarmış. Gülbənizin evinə çatmağa təxminən 100 metr qalmış mülki geyimli tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun və Hüseynin qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək Hüseynlə onun üstlərinin yoxlanacağını bildirmişlər. O və Hüseyn polis əməkdaşlarının tələblərinə etiraz etməmişlər. Bu zaman polis əməkdaşları videoçəkilişə başlamışlar və əvvəlcə Hüseynin yanında onun üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuşdur. O, da üzərində narkotik vasitə və ya psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən 2 ədəd bükümdə “şüşə” və bir ədəd bükümdə “kokos” çıxararaq təqdim eləmiş və polis əməkdaşlarının sualına cavab olaraq öz istifadəsi üçün Zaurdan aldığını demişdir. Üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, həmin bükümlərin də kütlələrini xatırlamır, amma qramdan az imişlər. Daha sonra 2 ədəd “şüşə” büküm bir ədəd ağ rəngli zərfdə, bir büküm “kokos” isə başqa bir ağ rəngli zərfdə qablaşdırılmış, üzəri o və Hüseyn də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Hüseynə üzərində qanunla saxlanması qadağan olunmuş əşya və ya narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etməyi təklif etmişlər. Hüseyn də üstündə narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək əynində olan idman şalvarının sağ yan cibində olan 5 büküm “kokos”u və bir büküm “şüşə”ni təqdim eləmişdir. Üstündən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, lakin çəkiləri yadında qalmamışdır. Polis əməkdaşları narkotik maddə və psixotrop maddəni haradan aldığını soruşmuşlar, Hüseyn də onun vasitəsi ilə öz istifadəsi üçün Zaurdan əldə etdiyini demişdir. Həmin bükümlərdən içərisində “kokos” olanlar bir ədəd ağ rəngli zərfdə, bir büküm “şüşə” isə digər bir zərfdə qablaşdırılmış, kağız zərflərin üzəri o və Hüseyn də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Şahid1 əynində olan şalvarının sağ yan cibində saxladığı “West” markalı siqaret qutusunun içərisindən bir bükümdə narkotik vasitə heroinə bənzər və 2 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən isə 5 bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki. Şahid1 və Təqsirləndirilən şəxs üstlərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər maddələrə baxış keçirilmiş, sonuncular həmin kütlələrin üzərlərindən aşkar edildiklərini təsdiq etmişlər. İşdə olan məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/774 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs Teyub oğlunun üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 5 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,103 qram, 0,088 qram, 0,045 qram, 0,040 qram, 0,042 qram, ümumi çəkisi-0,318qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. 2. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs Teyub oğlunun üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki kağız kəsiyinə bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,214qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,078qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kağız kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri-0,130qram, 0,163qram, ümumi çəkisi-0,293qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5 ədəd bükümdə və Şahid1 üzərindən götürülmüş 1 ədəd bükümdə, cəmi 6 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə və Şahid1 üzərindən götürülmüş 2 ədəd bükümdə, cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İsiyahı) Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir (İsiyahı) İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 6882 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Naromaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 məxsus mobil telefona baxış keçirilmiş, Baxış zamanı şübhəli şəxs Şahid1 məxsus mobil telefonun “Xiaomi Redmi 9A” markalı olmaqla qara rəngli, mobil telefonun smartfon tipli, içərisində qalereya, qısa mesaj, zəng qeydiyyatı, telefon kitabçası ilə yanaşı, “Whatsapp”, “TikTok”, “Facebook”, “Snapchat”, “YouTube” və sair proqramlar olması, mobil telefonda olan “Whatsapp” mobil proqramınin içərisinə daxil olduqda orada “Təranə” adı ilə qeyd olunmuş X4 istifadəsində olan mobil nömrə ilə qeydiyyat keçilmiş mesajlaşma olması, həmin mesajlaşma zamanı səs yazmadan, video və audio zənglərdən istifadə edilməsi, xx.xx.2024-cü il tarixdə saat 13:54-də Şahid1 Zaur Əzizova səs faylı göndərməsi, saat 15:11-də, 15:16-da və 15:17-də Zaur Əzizov tərəfindən video zəng olunması, lakin Şahid1 tərəfindən zəngə cavab verilməməsi, həmin gün saat 15:18-də 41 dəqiqə, saat 16:03-də 7 dəqiqə hər iki şəxsin arasında videodanışıq olması, saat 18:22-də və 19:19-da Şahid1 tərəfindən səs faylı göndərilməsi, 19:38-də sonuncu videozəng etməsi, lakin videozəngə cavab verilməməsi, saat 19:39-da səs faylı göndərilməsi, saat 19:52-də cavabsız videozəng edilməsi, saat 19:53-də səs faylı göndərilməsi, saat 19:59dan 20:37-dək 4 dəfə videozəng edilmiş lakin cavab verilməməsi, saat 20:38-də yenidən səs faylı göndərilməsi, səs fayllarında Zaur Əzizov gəlməsi, gəlib çatması, nə etməsi, gəlib gəlməməsi barədə suallar verilməsi, sonuncu səs yazısında “dəqiq gəlmisənsə mənə denən, 2 qram biri istəyir, birdə yarım qram da daş istəyirlər, 2 qram yarım, Allaha and olsun dedin çıxmışam, çıxıram, camaata da dedim gəlir” sözlərindən qurulmuş cümlədən ibarət səs yazısısının olması, telefona daxil olan və çıxan zənglər siyahısında Şahid1 ilə Təqsirləndirilən şəxs istifadəsində olan 077 395 24 96 saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 18:32-də 8 saniyə, saat 18:35-də 12 saniyə, saat 19:34-də 21 saniyə, xx.xx.2024-cü il tarixdə saat 01:51-də 6 saniyə telefon danışığı olması müəyyən olunmuş, Bunlardan başqa şübhəli şəxs Şahid1 istifadəsində olmuş mobil telefonun digər sosial və mesajlaşma proqramlarında, qalereyasında və digər bölmələrində iş üçün sübuti əhəmiyyət kəsb edən yazışmalara, mesajlara, şəkillərə, videolara və digər məlumatlara rast gəlinməmiş, baxış zamanı “Xiaomi” markalı fotokameradan istifadə edilməklə Şahid1 istifadəsində olmuş mobil telefonun şəkilləri çəkilmiş, mobil telefonda olan “Whatsapp” mobil proqramındakı iş üçün əhəmiyyət kəsb edən yazışmada olan səs yazıları “hp” markalı kompyuter vasitəsi ilə 1 ədəd CD diskin yaddaşına köçürülmüş, çəkilmiş şəkil və 1 ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş, baxış zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus mobil telefonun “X14 13” markalı olmaqla boz rəngli olması, mobil telefonun smartfon tipli olması, içərisində qalereya, qısa mesaj, zəng qeydiyyatı, telefon kitabçası ilə yanaşı, “Whatsapp”, “TikTok”, “Facebook”, “Snapchat”, “Snaptube” “YouTube” və sair proqramlar olması, mobil telefonda olan “Whatsapp” mobil proqramınin içərisinə daxil olduqda orada “Tni” adı ilə qeyd olunmuş Şahid1 istifadəsində olan mobil nömrə ilə qeydiyyat keçilmiş 051 559 36 32 saylı nömrə ilə mesajlaşma olması, həmin mesajlaşma zamanı səs yazmadan, audio zənglərdən istifadə edilməsi, xx.xx.2024cü il tarixdə saat 20:41-də Təqsirləndirilən şəxs Şahid1 səsli zəng etməsi, aralarında 1 dəqiqə danışıq olması, xx.xx.2024-cü il tarixdə saat 01:38-də, 01:43-də 01:44-də, 01:49da və 01:50-də aralarında səs fayllarını göndərmə əməliyyatlarının olması, səs fayllarında Şahid1 Təqsirləndirilən şəxs “nə oldu pul tapmadız”, Təqsirləndirilən şəxs isə “Sizdə kim var, Zaurdan başqa kim var”, Şahid1 “hardasan sən, bir çıx Əkbərgilin küçəsinə işim var səninlə”, Təqsirləndirilən şəxs isə “Yaxşı gəl” deməsi müəyyən olunması, telefona daxil olan və çıxan zənglər siyahısında Təqsirləndirilən şəxs ilə Şahid1 istifadəsində olan 051 559 36 32 saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 18:32-də 7 saniyə, saat 18:35-də 11 saniyə, saat 19:34-də 21 saniyə, xx.xx.2024-cü il tarixdə saat 01:05-də 8 saniyə və 01:51-də 26 saniyə telefon danışığı olması, X4 istifadəsində olan 070 881 70 30 saylı mobil nömrənin isə telefon kitbaçasında “Zaur Bax” kimi qeyd olunması, xx.xx.2024cü il tarixinədək aralarında müxtəlif vaxtlarda telefon danışıqlarının olması müəyyən olunmuş, bunlardan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun digər sosial və mesajlaşma proqramlarında, qalereyasında və digər bölmələrində iş üçün sübuti əhəmiyyət kəsb edən yazışmalara, mesajlara, şəkillərə, videolara və digər məlumatlara rast gəlinməmiş, baxış zamanı “Xiaomi” markalı fotokameradan istifadə edilməklə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun şəkilləri çəkilmiş, mobil telefonda olan “Whatsapp” mobil proqramındakı iş üçün əhəmiyyət kəsb edən yazışmada olan səs yazıları “hp” markalı kompyuter vasitəsi ilə 1 ədəd CD diskin yaddaşına köçürülmüş, çəkilmiş şəkil və 1 ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 21751 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı "xxxx" MMC-dən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd üzərində “Verbatim” yazısı və digər göstəricilər həkk olunmuş, əl yazısı ilə 13437 yazısı yazılmış CD disk «HP» markalı kompüterə yerləşdirilmiş, diski açdıqda içərisində “13437.zip” qovluğu, həmin qovluğu açdıqda içərisində “516248532_SMS.txt”, “515593632_SMS.txt”, “**********32.txt” “**********32.txt” və “antena13437.xls” faylları müəyyən olunmuş, “516248532_SMS.txt” faylını açdıqda həmin faylın içərisində iş üzrə sübuti əhəmiyyətə malik hər hansı bir məlumat olmaması, “515593632_SMS.txt” faylını açdıqda xx/xx/2024-cü il tarixdə saat 20:33:30-da **********32 saylı nömrə istifadəçisi tərəfindən Şahid1 istifadəsində olan **********32 saylı nömrəyə “Telli yeke qizsan ayib deyil meni aldadirsan,men ustumde bu geder pox goturub cole cixmisham”, xx/xx/2024-cü il tarixdə saat 06:18:38-də Şahid1 istifadəsində olan **********32 saylı nömrədən **********46 saylı nömrə istifadəçisinə “1 saat di arize demisem helde gelip _cixmiyip olanimi sene vermisem gelip _cixsin send de verecem narahat olma”, 9/07/2024-cü il tarixdə saat 06:22:04-də **********46 saylı nömrə istifadəçisi tərəfindən Şahid1 istifadəsində olan **********32 saylı nömrəyə “DOSTUM hem kankret veziyet o deyil. Hemde tebide dedim yox dedin. Senin xeberin olmadan men senin sohbetini yoluna qoydum. Telnaz mene ya onan yada tebiden bir tike birsey ver. Sonra cixaram hormetinden. Olsa pulum yoxdu dememisem sene bilirsen.”, xx/xx/2024-cü il tarixdə saat 14:02:16-da **********46 saylı nömrə istifadəçisi tərəfindən Şahid1 istifadəsində olan **********32 saylı mobil nömrəyə “Telnaz ATAMİN QEBRİ 5 MANATİM VAR. MENE TEBİ ALİNAR DE ALLAHA AND OLSUNKİ CİDDİ DEYİREM”, xx/xx/2024-cü il tarixdə saat 14:09:24-də **********46saylı nömrə istifadəçisi tərəfindən Şahid1 istifadəsində olan **********32 saylı mobil nömrəyə “Telnaz alinar tebi 5 Manatim var qonagim var bir soz de ANAMİN CANİ 5 VAR” məzmunlu ismarıcların (SMS) daxil olması, “**********32.txt” faylını açdıqda həmin faylın içərisində iş üzrə sübuti əhəmiyyətə malik hər hansı bir məlumatın olmaması, “**********32.txt” faylını açdıqda Zaur Əzizovun istifadəsində olan ********* saylı nömrə ilə Şahid1 istifadəsində olan **********32 saylı mobil nömrəarasında 2024-08-28 il tarixdə saat 15:15:44-də 7 saniyə, sonuncuların istifadə etdikləri ********** saylı və **********32 saylı nömrələr arasında 2024-08-28 tarixdə saat 21:07:52-də 17 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə ilə Şahid1 istifadəsində olan **********32 saylı nömrə arasında 2024-08-29 tarixdə saat 01:51:36-da 6 saniyə telefon danışığının olması, “antena13437.xls” faylını açdıqda Şahid1 istifadəsində olan 051 559 36 32 saylı mobil nömrə 2024/08/28 tarixdə saat 13:44:33-dən həmin tarixdə saat 20:44:46-dək “Saatli sh” anten dairəsində, Təqsirləndirilən şəxs istifadəsində olan 051 624 85 32 saylэ nцmrə isə 2024/08/28 tarixi saat 10:32:47-dən 17:01:26-dək “Saatli sh”, həmin tarixdə saat 19:17:48də isə “Saatli rayonu, Qiraqli kendi.“ anten dairəsində olması, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində “Saatli r-nu.” anten dairəsində olması müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Raton Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkumluğu xx.xx.2025-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırda ittiaham olunan cinayət əməllini məhkumluğu ödənilmədiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 29 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,216 qram heroin və təmiz çəkisi 0,357 qram metamfetaminin Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X3 tutulması nəzərə alınmalıdır. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,216 qram heroin və təmiz çəkisi 0,357 qram metamfetaminin Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X3 tutulması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-32/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-32/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver