Məhkəmə qərarları › İş №1(055)-33/2022

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-33/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-33/2022 02.06.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Saatlı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Saatlı rayonu Bayramovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyada olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair, xx xxxxxx 1994-cü ildə Saatlı rayonu Qolovino kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Heydərabad kəndində qeydiyyada olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1, Saatlı rayonu Dədə Qorqud kəndində 01 dekabr 2021-ci il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Təhməzov Meyxoş Babaş oğlunun əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncuya məxsus çöl sahədə yerləşən vaqonun 200 manat dəyərində dəmir qapısını, 700 manat dəyərində vaqonun çöl örtüyü olan alüminium lövhəni, vaqonun içərisindən 60 manat dəyərində dəmir sobanı, 30 manat dəyərində dəmir çarpayını, cəmi 990 manat məbləğində əmlakı gizli olaraq talamış, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Atayev X8 rayonu Dədə Qorqud kəndində 01 dekabr 2021-ci il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Təhməzov Meyxoş Babaş oğlunun əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncuya məxsus çöl sahədə yerləşən vaqonun 200 manat dəyərində dəmir qapısını, 700 manat dəyərində vaqonun çöl örtüyü olan alüminium lövhəni, vaqonun içərisindən 60 manat dəyərində dəmir sobanı, 30 manat dəyərində dəmir çarpayını, cəmi 990 manat məbləğində əmlakı gizli olaraq talamış, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır, qonşu Heydərabad kəndində yaşayır. Aşurla münasibəti normal olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təhməzov Meyxoş Babaş oğlunu həmkəndlisidir. 30 noyabr 2021-ci il tarixdə idarə etdiyi motosikletdə nasazlıq yaranmış, həmin motosikleti Saatlı şəhərində motosiklet təmir edən İlham adlı şəxsə təmir üçün vermiş, 01 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı kənddə olarkən motosikletə ehtiyat hissəsi lazım olduğundan Saatlı şəhərinə getməli olmuş, həmin vaxt Aşuru kənddə görüb onun motosikleti ilə Saatlı şəhərinə getmişdir. Öz motosikletinə ehtiyat hissəsi alıb İlham ustaya verərək kəndə qayıtmış, motosikleti Aşura vermiş və yaşadığı evə getmişdir. Təxminən yarım saatdan sonra evdə olarkən Aşur onu küçədən səsləmiş və birlikdə çöl sahədə balıq tutmağa getməyi qərarlaşdırıb saat 12 radələrində Aşurun motosikletinə əyləşib Dədə Qorqud kəndinin çöl sahəsinə getmişlər. Çöl sahədə həmkəndlisi Meyxoş Təhməzovun dəmir vaqonunu görüb oğurluq etmək qərarına gəlmişlər.Aşurla birlikdə motosikletdən düşüb vaqonun yanına yaxınlaşmışlar, həmin vaxt vaqonun dəmir giriş qapısı əyilmiş vəziyyətdə olmuş, üzərində heç bir kilid olmamış, açıq olmuşdur. Aşurla birlikdə kənardan heç kimin gəlmədiyinə tam arxayın olub açıq vəziyyətdə olan vaqonun içərisindən bir ədəd dəmir tordan hazırlanmış köhnə çarpayını, bir ədəd dəmirdən olan sobanı, təxminən 5-6 kq ağırlığında alüminiumu oğurlayıb Aşurun idarə etdiyi motosikletə qoymuşlar, birlikdə Dədə Qorqud kəndi istiqamətində hərəkət etmişlər. Aşur onu yaşadığı evə düşürmüş, özü isə idarə etdiyi motosikletlə Saatlı şəhəri istiqamətində getmişdir. Aşurla oğurladıqları əşyaları Aşur özü gedib Saatlı şəhərində metal qəbulu məntəqəsində satacağını və həmin pulu birlikdə böləcəkləri barədə razılığa gəlmişlər. 02 dekabr 2021-ci il tarixdə Saatlı rayon bazarının qarşısına getmiş, Aşuru orada görmüş, oğurladıqları əşyaları kimə və hansı qiymətə satdığını soruşduqda sonuncu ona əşyaları Saatlı şəhərində metal qəbulu ilə məşğul olan Zakirə 164 manata satdığını demiş, həmin puldan ona 30 manat pul vermişdir. Aşurdan ayırılıb usta İlhamın yanına getmiş və orada motosikleti təmir etdiyi üçün İlhama Aşurun ona verdiyi 30 manat və üstündə olan 50 manat, ümumilikdə 80 manat pulu vermişdir. Sonradan onu Saatlı polisinə dəvət etmişlər, polis şöbəsində səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Polis əməkdaşları ondan və Aşurdan izahat aldıqdan sonra protokol tərtib edib fotoşəkillər çəkmişlər. 06 dekabr 2021-ci il tarixdə Aşurla birlikdə metal qəbulu məntəqəsində işləyən Zakir adlı şəxsin yanına getmiş, oğurladıqları əşyalardan alüminiumdan başqa, dəmir çarpayını, dəmir sobanı və dəmir qapını oradan Aşurla birlikdə götürüb Zakirə 140 manat pul vermişlər. Həmin puldan 110 manatını Aşur, 30 manatı isə o, vermişdir. Sonra həmin əşyaları Aşurun motosikletinə yükləyib Meyxoşa məxsus çöl sahədə olan vaqonun yanına getmişlər, dəmir qapını Aşurla birlikdə yerinə bağlamışlar, dəmir soba və dəmir çarpayını isə vaqonun içərisinə qoymuşlar. Sonradan Aşurla birlikdə oğurladıqları alüminiumun oxşarını tapıb yerinə qoymuşlar.Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 Xanoğlan oğlunu tanıyır, rayonun Dədə Qorqud kəndində yaşayır, münasibəti onunla normal olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təhməzov Meyxoş Babaş oğlunu da tanıyır. Heç bir ədavət və düşmənçiliyi olmamışdır. 30 noyabr 2021-ci il tarixdə səhər saatlarında Fərrux onu kənddə görmüş, onun motosikleti ilə Saatlı şəhərinə gedib gələcəyini bildirib motosikleti Fərruxa vermiş, günortaya yaxın Fərrux gəlib motosikleti qaytarmışdır. Bir qədər sonra Fərruxla birlikdə onun motosikleti ilə çöl sahəyə balıq tutmağa getmişlər, saat 12 radələrində çöl sahədə Meyxoş Təhməzovun bir neçə ildir ki, gətirib əkin sahəsinin kənarına qoyduğu dəmir vaqonu görüb Fərruxla birlikdə həmin vaqonda olan dəmir hissələri oğurlamaq qərarına gəlmişlər. Motosikletdən düşüb vaqonun yanına yaxınlaşmışlar, vaqonun dəmir giriş qapısı əyilmiş vəziyyətdə olmuş, üzərində heç bir kilid olmamış, açıq olmuşdur. Fərruxla birlikdə kənardan heç kimin gəlmədiyinə tam arxayın olub açıq vəziyyətdə olan vaqonun içərisindən bir ədəd dəmir tordan hazırlanmış köhnə çarpayını, bir ədəd dəmirdən olan sobanı, alüminiumu götürüb idarə etdiyi motosikletə qoymuşlar, birlikdə Dədə Qorqud kəndi istiqamətində hərəkət etmişlər. Əvvəlcə Fərruxu yaşadığı evə düşürmüş, özü isə idarə etdiyi motosikletlə Saatlı şəhəri istiqamətində getmişdir. Fərruxla oğurladıqları əşyaları aparıb Saatlı şəhərində metal qəbulu məntəqəsinə satacaqları və əldə etdikləri pulu böləcəkləri ilə bağlı razlığa gəlmişlər. Təxminən saat 14 radələrində Saatlı şəhərində yerləşən Zakir adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getmiş, oğurluq əşyları ümumilikdə 164 manata Zakirə satmışdır. Həmin günün səhəri Fərrux onu Saatlı rayon bazarının qarşısında görmüş, əşyaları kimə və neçə manata satdığını soruşduqda oğurladıqları əşyaları Zakir adlı şəxsə 164 manata satdığını demişdir. Həmin puldan 30 manatını Fərruxa vermiş, qalanını özü götürmüşdür. Bir neçə gün sonra onu Saatlı rayon polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşları ondan və Aşurdan izahat aldıqdan sonra protokol tərtib edib fotoşəkillər çəkmişlər. 06 dekabr 2021-ci il tarixdə Fərruxla birlikdə metal qəbulu məntəqəsində işləyən Zakir adlı şəxsin yanına getmişlər, oğurladıqları əşyaları Zakirə 140 manat pul verib götürmüşlər. Həmin puldan 110 manatını o, 30 manatı isə Fərrux vermişdir. Sonra həmin əşyaları motosikletinə yükləyib Meyxoşa məxsus çöl sahədə olan vaqonun yanına getmişlər, dəmir qapını Fərruxla birlikdə yerinə bağlamışlar, dəmir soba və dəmir çarpayını isə vaqonun içərisinə qoymuşlar. Sonradan Aşurla birlikdə oğurladıqları alüminiumun oxşarını tapıb yerinə qoymuşlar. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Təhməzov Meyxoş Babaş oğlu ifadəsində göstərdi ki, Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olmaqla yaşayır, fərdi təsərrüfatla məşğul olur. Dədə Qorqud kəndinin çöl torpaq sahəsində 5 hektar torpaq sahəsi var, orada taxıl bitkiləri əkib-becərir. Təxminən 2016-cı il tarixdən əkin sahəsində 7x3 m ölçüdə dincəlmək üçün dəmir vaqon düzəltmiş, əkin torpaq sahəsini suvarmağa gedərkən iş çox olduğundan arada kəndə qayıtmayaraq orada gecələyir. 01 dekabr 2021ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb çöl torpaq sahəsindəki əkin yerinə gedərkən dəmir vaqonun 1 ədəd qapısının, dəmir vaqonun ətrafına çəkilmiş üzlüyün, dəmir vaqonun içərisində olan soba və yatmaq üçün istifadə etdiyi dəmir çarpayının olmadığını görüb dərhal Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Saatlı rayon polis şöbəsində araşdırma aparılan zaman ona məxsus əşyaların həmkəndlisi Təqsirləndirilən şəxs1 və rayonun Heydərabad kəndində yaşayan Təqsirləndirilən şəxs2 birlikdə oğurladığı məlum olmuşdur. Ziyanın məbləğini ekspert rəyində oldu kimi, yəni 990 manat məbləğində qəbul edir. Ona dəymiş maddi ziyan tam ödənilmişdir.Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. X1 ifadəsində göstərdi ki, əvvəllər Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş və Saatlı rayonu Dədə Qorqud kəndi onun xidməti ərazisi olmuşdur. Təhməzov Meyxoş Babaş oğluna məxsus çöl əkin sahəsindəki vaqondan əşyaların oğurlanması barədə icraatına daxil olmuş raportla əlaqədar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əşyaların Saatlı rayonu Dədə Qorqud kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Saatlı rayonu Heydərabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 oğurlaması ehtimal olunmuş və həmin şəxslər izahatlarının alınması üçün Saatlı RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahat verərkən onlar Meyxoş Təhməzova məxsus vaqondan oğurluq etdiklərini etiraf etmişlər. Bununla bağlı protokol tərtib edilərək imza olunmuş, fotoşəkillər çəkilmişdir. X2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmədə iştirak etməsə də, X2nun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 yanvar 2022-ci il tarixli 9/9180 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 990,0 manat müəyyən olunur. 2016-cı ildən köhnə vəziyyətdə istifadə olunan 2 metr uzunluğunda 1,5 metr enində, qalınlığının 5 mm olan dəmir laydan, həmin dəmir layın ətrafında 7 metr uzunluğunda qalınlığı 5 mm olan 5 ml-lik dəmir künclüyü olan qapı – 200,00 manat, 2016cı ildən istifadə olunan 70 sm uzununda, 60 sm enində, qalınlığı 5 mm olan dəmir laydan ibarət soba – 60,00 manat,2016-cı ildən istifadə olunan ümumilikdə 7 metr uzunluğunda, qalınlığı 5 mm olan 5 ml-lik dəmir künclüyü və dəmir tordan olan köhnə çarpayı – 30,00 manat, 2016-cı ildən köhnə vəziyyətdə istifadə olunan 7 metr uzunluğunda, 2 metr enində, 5 mm qalınlığı olan alüminium lövhə (list) – 700,00 manatdır. İşdə olan 01 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərər çəkmiş Meyxoş Təhməzova məxsus vaqonun 1 ədəd dəmir qapısı, vaqonun divarının ətrafına vurulmuş alüminium, vaqonun içərisindən 1 ədəd dəmir soba və dəmir çarpayı Saatlı rayonu Dədə Qorqud kəndinin çöl sahəsindən oğurlanmışdır. İşdə olan 07 dekabr 2021-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları vaqonun divarının ətrafına vurulmuş alüminium lövhədən başqa, vaqonun 1 ədəd dəmir qapısı, 1 ədəd dəmir soba və 1 ədəd dəmir çarpayı Saatlı şəhərində yerləşən X5 məxsus metal qəbulu məntəqəsində aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayəti törətməsi iş üzrə təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Ona görə də həmin xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan 1 ədəd dəmir qapı, 1 ədəd dəmir tordan olan çarpayı və 1 ədəd dəmir sobanın zərər çəkmiş Təhməzov Meyxoş Babaş oğluna qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd dəmir qapı, 1 ədəd dəmir tordan olan çarpayı və 1 ədəd dəmir sobanın zərər çəkmiş Təhməzov Meyxoş Babaş oğluna qaytarılması nəzərə alınsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar