Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-35/2023 30.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 13:00-da xx xxxxxx 1964-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Daqıcı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonu Fətəlikənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən 17 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində yaşadığı Saatlı rayonu Fətəlikənd kəndində mərkəzi yolun kənarında, Fətəlikənd qəbirstanlığının yaxınlığında yerdən tapdığı bir ədəd polietilen bükümdəki kustar üsulla hazırlanmış 0,290 qram təmiz çəkidə narkotik vasitə olan heroini mənimsəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynindəki boz rəngli şalvarının sol ön cibinə qoyaraq qanunsuz olaraq saxlamış və gələcəkdə şəxsi istehlak üçün Saatlı rayonu Sarıcalar kəndi ərazisində yerləşən pambıq zavodunun yaxınlığında saat 17:25 radələrində qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu müəyyən edərək Saatlı RPŞ-nə gətirib, saat 18:45 radələrində həmin narkotik vasitəni əynindəki boz rəngli şalvarının sol ön cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün yaşadığı Saatlı rayonu Fətəlikənd kəndindən çıxıb Sarıcalar kəndinə gedərkən yol kənarında yerdən el arasında “kakos” adlanan narkotik vasitəni tapmışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılmış və həmin narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 17 fevral 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinə Saatlı rayonu Fətəlikənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə daşıması barədə məlumat daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Saatlı rayonu Sarıcalar kəndində yerləşən pambıq zavodunun yaxınlığında saxlanılaraq Saatlı RPŞ-yə gətirilmişdir. Şöbədə Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı Əlisafa İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol cibindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünün olduğunu və onu öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 17 fevral 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə daşıması barədə məlumat daxil olmuş, bununla bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Saatlı rayonu Sarıcalar kəndində yerləşən pambıq zavodunun yaxınlığında saxlanılaraq Saatlı RPŞ-yə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə 17 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı rayonu Fətəlikənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə Saatlı RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 fevral 2023-cü il tarixdə Saatlı RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üstünə Saatlı RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Əlisafa İsgəndərov tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın qabaq sol cibindən bir ədəd büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütləni tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 18 fevral 2023-cü il tarixli 18/189 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.290 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkumluğu olmuş və ödənilmiş, sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 1(055)-14/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq iki il bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək Saatlı Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən 17 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində yaşadığı Saatlı rayonu Fətəlikənd kəndində mərkəzi yolun kənarında, Fətəlikənd qəbirstanlığının yaxınlığında yerdən tapdığı bir ədəd polietilen bükümdəki kustar üsulla hazırlanmış 0,290 qram təmiz çəkidə narkotik vasitə olan heroini mənimsəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynindəki boz rəngli şalvarının sol ön cibinə qoyaraq qanunsuz olaraq saxlaması və gələcəkdə şəxsi istehlak üçün Saatlı rayonu Sarıcalar kəndi ərazisində yerləşən pambıq zavodunun yaxınlığında saat 17:25 radələrində qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşlarının onu müəyyən edərək Saatlı RPŞ-nə gətirmələri, saat 18:45 radələrində həmin narkotik vasitəni əynindəki boz rəngli şalvarının sol ön cibindən aşkar edərək götürmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,15 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 1(055)-14/2019 saylı saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq iki il bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkumluğu olmuş və həmin cinayətlərə görə məhkumluğu ödənilmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyinində təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 29 mart 2023-cü il tarixli, 1715 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 17 fevral 2023-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən 19 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 19 fevral 2023-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0.240 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 fevral 2023-cü il tarixli 18/189 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən 19 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub iki gün saxlanılması ona təyin olunmuş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 30 may 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,240 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-35/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-35/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver