Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-35/2024 27.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi-Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 27 iyun 2024-cü il Saatlı şəhərində xx xxx 1991-ci il tarixdə İmişli rayonu Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, məhkum olunmamış, İmişli rayonunun Yuxarı Qaralar kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, 28 May küçəsində yerləşən yeni yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs M-6 (59 km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qara Nuru kəndindən keçən 11+300 km hissəsində 01 mart 2024cü il tarixdə saat 16:25 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, etibarnamə əsasında idarə etdiyi “Daewoo” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı rayonu Qara Nuru kəndi istiqamətindən Sarıcalar kəndi istiqamətində idarə edərkən, ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozub, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” və həmin Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin “qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir” tələblərinə zidd olaraq maksimum hərəkət sürəti icazə verilən saatda 50 kilometrdən çox, 60 km/saat sürətlə hərəkət etdirərək qarşıdan ona nisbətən yolu soldan sağa keçən piyada X7 gördükdə, qeyd edilən qaydalara riayət etməklə avtomobili tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə tekniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək yolun hərəkət hissəsində avtomobilin qabaq hissəsi ilə Pəri Məmişovanı vurmuş, nəticədə sonuncunun qarnın qapalı küt travması, dalağın cırılması, daxili qanaxma, qarının yumşaq toxumasında qansızma, daxili orqanların azqanlılığı, qarnın yumşaq toxumasında qansızma, sağ budun yuxarı 1/3-də, sol budun orta 1/3-də qapalı yerdəyişən sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, alın nahiyəsində, burnun tinində, sol mil bilək oynağının bayır səthində, sağ və sol əlin üst səthində sol iç topuq nahiyəsində sıyrıqlar, sol budun orta 1/3-də bayır səthdə, sağ budun yuxarı 1/3-də arxa səthdə qançırlardan ibarət həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, qarnın qapalı küt travması ilə dalağın cırılması nəticəsində baş vermiş daxili qanaxmadan ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, yəni yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 mart 2024-cü il tarixdə saat 11 radələrində sifarişləri almaq üçün etibarnamə əsasında idarə etdiyi avtomobili ilə iş yoldaşı İmişli şəhər sakini Sənan Əzizli ilə birlikdə Saatlı rayonuna getmiş və Nəsimikənd istiqamətində gedib həmin tərəfdə olan bütün mağazalardan sifarişləri qəbul edib Sarıcalar kəndi istiqamətində qayıtmağa başlamışdır. Saatlı rayonu Qara Nuru kəndi ərazisindən keçən düz avtomobil yolunda avtomobilini öz hərəkət zolağı ilə təxminən 60 km/saat sürətlə idarə edərkən yolun sağ və sol tərəfində çoxlu uşaqların yolun kənarı ilə hərəkət etdiyini təxminən 60-70 metrdən görmüşdür. Həmin uşaqları keçdikdən sonra ondan solda yolun kənarında dayanmış əvvəldən tanımadığı, lakin sonradan adını bildiyi X9 qəfildən yola çıxaraq yolun digər tərəfinə, yəni ona nisbətən sağına tərəf qaçmağa başlamışdır. O, Pərinin qaçdığını görən kimi avtomobilin sürətini azaltmış, lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi həmin uşağa dəyiş, avtomobil uşağa dəydikdən sonra uşağı təxminən 2-3 metr qabağa tullamışdır. Uşağa dəyərkən o, avtomobili əks zolağın kənarında dayandırmış və dərhal avtomobildən düşüb Sənanla birlikdə Pərini yerdən götürüb avtomobilinin arxa oturacağına uzadıb avtomobili Saatlı rayon xəstəxanası istiqamətində idarə etməyə başlamışdır. O, avtomobili idarə etməyə başlayarkən özünün istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən 103 xidmətinə zəng edib hadisə barədə məlumat versə də təcili tibbi yardım avtomobili gəlib çıxmamışdır. O, özü Pərini xəstəxanaya çatdırmış və orada olarkən Pərinin aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Bundan sonra Saatlı RPŞ-nin əməkdaşları xəstəxanaya gəlib onu aparıb sərxoşluğunu yoxlamaq üçün həkim müayinəsindən keçirmişlər, sonra isə polis əməkdaşları ilə birlikdə hadisəni törətdiyi yerə gedib, hadisəni necə törətdiyini göstərmiş, hadisə yerində fotoçəkillər çəkilmiş, sxem tərtib olunmuş, sonda protokol yazılaraq ucadan oxunmuş, doğru yazıldığı üçün o, həmin protokolda imza etmişdir. Sonda ehtiyatsızlıqdan cinayət əməli törətdiyini və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum X9 onun azyaşlı qızıdır, Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 2-ci sinfində təhsil almışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyindən mütəmadi olaraq Bakı şəhərində tikintidə fəhlə kimi işləyərək pul qazanır. 01 mart 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhərində tikintidə işləyərkən atası İsmayıl onun mobil telefon nömrəsinə zəng edərək qızı Pərinin məktəbdən yaşadığı evə gəlib avtomobil yolunu keçmək istəyərkən ağ rəngli minik avtomobilinin onu vurduğunu, qızı Pərinin xəsarətlər aldığını və xəstəxanaya aparıldığını demişdir. O da dərhal işdən çıxaraq Saatlı rayonuna gəlmişdir. Yaşadığı Saatlı rayonu Qara Nuru kəndinə çatarkən azyaşlı qızı Pərinin aldığı xəsarətlərdən vəfat etdiyini və hadisəni İmişli rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Sonradan hadisəni törətmiş Gündüz mərhum qızı Pərinin yas mərasiminin təşkilində və sair formada onlara maddi və mənəvi köməklik etmişdir. Hadisədə Gündüzün ehtiyatsızlığından baş vermişdir. Bunlara görə onun Gündüzdən şikayət və tələbi yoxdur. Hazırda təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilmişdir. Sonda göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 01 mart 2024-cü il tarixdə saat 11 radələrində mağazalardakı vitrinlərdə malların yığılması məqsədilə iş yoldaşı Gündüzün idarə etdiyi avtomobillə Saatlı rayonu Nəsimikənd istiqamətində gedib həmin tərəfdə olan bütün mağazalardan sifarişləri qəbul edib və vitrindəki mallara nəzarət edib Sarıcalar kəndi istiqamətində qayıtmağa başlamışlar. Saatlı rayonu Qara Nuru kəndi ərazisindən keçən düz avtomobil yolunda Gündüz avtomobilini öz hərəkət zolağı ilə təxminən 60 km/saat sürətlə idarə edərkən onlardan solda yolun kənarında dayanmış əvvəldən tanımadığı, lakin sonradan adını bildiyi X9 qəfildən yola çıxaraq yolun digər tərəfinə, yəni onlara nisbətən sağına tərəf qaçmağa başlamışdır. Gündüz Pərinin qaçdığını görən kimi avtomobilin sürətini azaltmış, lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi həmin uşağa dəymiş, avtomobil uşağa dəydikdən sonra Pərini təxminən 2-3 metr qabağa tullamışdır. Pəriyə dəyərkən Gündüz avtomobili əks zolağın kənarında dayandırmış və dərhal avtomobildən düşüb Gündüzlə birlikdə Pərini yerdən götürüb avtomobilin arxa oturacağına uzadıb avtomobili Saatlı rayon xəstəxanası istiqamətində idarə etməyə başlamışdır. Gündüz avtomobili idarə etməyə başlayarkən 103 xidmətinə zəng edib hadisə barədə məlumat versə də təcili tibbi yardım avtomobili gəlib çıxmamışdır. Onlar Pərini xəstəxanaya çatdırdıqdan sonra orada olarkən aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Sonradan xəstəxanaya gəlmiş digər iş yoldaşları ilə birlikdə onların idarə etdiyi avtomobilə əyləşib yaşadığı İmişli şəhərinə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Saatlı rayon X16 Polis Bölməsinin yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir. 01 mart 2024-cü il tarixdə təxminən saat 17:00 radələrində Saatlı RPŞ-nin məsul növbətçisi, polis mayoru X13 rayonu Qara Nuru kənd sakini X6 avtoqəza nəticəsində ölməsi barədə ona məlumat vermişdir. O da digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və orada məlum olmuşdur ki, İmişli rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saatlı rayonu Qara Nuru kəndinin içərisindən keçən avtomobil yolunda Sarıcalar kəndi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada X7 vurması nəticəsində sonuncu hadisə yerində ölmüşdür. Müstəntiq tərəfindən iki hal şahidinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hadisə Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qara Nuru kəndindən keçən hissəsində baş vermişdir. Hadisə yerinə baxış zamanı müstəntiq tərəfindən fotoşəkillər çəkilmiş, sonda baxışın keçirilməsi barədə tərtib edilmiş protokol ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o, baxışda iştirak edən iki hal şahidi və polis əməkdaşları kimi protokolda imza etmişdir. Sonra sürücü Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olub-olmamasını müəyyən etmək məqsədilə köməkliyi ilə sərxoşluq müayinəsindən keçirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 mart 2024-cü il tarixli “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolla müəyyən edilmişdir ki, hadisə Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qara Nuru kəndindən keçən 11+300 km hissəsində baş vermişdir. Həmin yol asfalt örtüklü, hamar və qurudur. Həmin yolda “maksimum sürətin məhdudlaşdırılması” və “yol verin” yol nişanları, yolun ortasında isə qarşı-qarşıya nəqliyyat vasitələrinin axınını ayırmaq üçün düz ağ xətt və yolun kənarlarında düz sarı xətt nişanları vardır. Baxış Səmədkənd (Qara Nuru) istiqamətindən Sarıcalar avtomobil yolu istiqamətdə dayandıqda aparılmış, hadisə baş verən yolun sağ hərəkət hissəsindən sonra yol çiyini, boş sahə, sol kənarında yol çiyini, müxtəlif otlar olan boş sahə vardır, sonra sağdan fərdi yaşayış evlərinin hasarları və binaları, sonra soldan ağaclar olan sahə, fərdi yaşayış evlərinin hasarları və binaları yerləşir. Hadisə yerində yol örtüyünün eni 6,1 metr, hərəkət hissəsinin eni isə 5,4 metrdir. Baxış zamanı iştirak edən “Daewoo” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs deməsindən idarə etdiyi avtomobil ilə piyadanı vurduğu yer müəyyən edildi. Həmin yerdən yolun sağ kənarınadək məsafə 1,9 metr, yolun sol kənarınadək məsafə 4,2 metr, yolun sağ kənarındakı “maksimum sürətin məhdudlaşdırılması” yol nişanınadək məsafə 8,2 metr, yol sol kənarındakı işıq dirəyinə qədər məsafə isə 18 metrdir. Baxış zamanı piyada Pəri Məmişovanın yolun sol kənarından vurulduğu yerədək 4,2 metr məsafə qət etdiyi müəyyən edildi. Baxış zamanı başqa əhəmiyyət kəsb edən hallar müşahidə olunmamış, fotoşəkillər çəkilmiş və sxem tərtib olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 mart 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokolla Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, **- GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada X7 vurması barədə olan videogörüntülər Saatlı rayonu Qara Nuru kəndində yaşayan X3 məxsus “Məhəmmədəli” marketin müşahidə kamerlarından götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Sabirabad rayon şöbəsinin 01 mart 2024-cü il tarixli 01 nömrəli rəyindən görünür ki, X6 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər qarnın qapalı küt travması, dalağın cırılması, daxili qanaxma, qarın boşluğunda maye və laxtalı qan, daxili orqanların azqanlılığı, qarnın yumşaq toxumasında qansızma, Sağ budun yuxarı 1/3-də, sol budun orta 1/3-də qapalı yerdəyişən sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, alın nahiyəsində, burnun tinində, sol mil bilək oynağının bayır səthində, sağ və sol əlin üst səthində sol iç topuq nahiyəsində sıyrıqlar, sol budun orta 1/3də bayır səthdə, sağ budun yuxarı 1/3-də arxa səthdə qançırlar. Aşkar edilmiş xəsarətlər: dalağın cırılması, daxili qanaxma, qarnın yumşaq toxumasında qansızma, sağ budun yuxarı 1/3-də, sol budun orta 1/3-də qapalı yerdəyişən sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, alın nahiyəsində, burnun tinində, sol mil bilək oynağının bayır səthində, sağ və sol əlin üst səthində sol iç topuq nahiyəsində sıyrıqlar, sol budun orta 1/3-də bayır səthdə, sağ budun yuxarı 1/3-də arxa səthdə qançırlar-həyatidir, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər.Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi.X6 ölümünə səbəb qarnın qapalı küt travması nəticəsində dalağın cırılması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Ölüm müayinədən 3-4 saat əvvəl baş vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli 8/1107 nömrəli rəyindən görünür ki, hərəkət üçün təhlükə yaranan anda nəqliyyat vasitəsinin sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalıdır. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitələri maksimum hərəkət sürəti icazə verilən saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqəni müəyyən edir. Aparılmış hesabata əsasən tədqiq olunan şəraitdə nəqliyyat vasitəsinin icazə verilən hərəkət sürətinə uyğun tam dayanma yolu 26,3 metrdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 33,8 metr aralı məsafədə olmuşdur. Hadisə baş verən sahədə icazə verilən hərəkət sürətə uyğun nəqliyyat vasitəsinin tam dayanma yolu piyada vurulana qədər qət etdiyi məsafəni keçməyə başladığı anda faktiki sürətə uyğun onun hadisə yerindən ola biləcəyi məsafəsindən kiçik olduğundan (Sd.i.<Sa), nəqliyyat vasitəsinin sürücüsünün hərəkərlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ona görə də sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisəni əks etdirən videogörüntüdən belə məlum olur ki, piyada aşağı templə hərəkətə başlayır, daha sonra qaçaraq hərəkətini davam etdirib yolu keçir. Tədqiqat piyadanın 4,5 metr məsafəni qaçışla hərəkət etməsinə uyğun aparılmışdır. Piyadanın qaçmazdan əvvəl daha aşağı templə hərəkətə başlaması nəzərə alındığı şəraitdə sürücünün hərəkəti üçün təhlükənin keçmə müddəti artdığından nəqliyyat vasitəsinin piyadanın vurulma yerindən olduğu məsafə yuxarıdakı hesabatla müəyyən edilmiş məsafədən böyük olacaqdır və bu halda sürücünün hadisənin qarşısını almağa texniki imkanı daha da artdığından hazırkı rəyin nəticəsinə təsir etməyəcəkdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş sürücünün hərəkətlərində Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 mart 2024-cü il tarixli 14 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətində olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə verilmiş AF seriyalı 503889 nömrəli sürücülük vəsiqəsinin və xx.xx.2023-cü il tarixə verilmiş BD seriyalı 470467 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətləri ilə müəyyən edilmişdir ki, onun “Daewoo” markalı, **-GF- *** dövlət qeydiyyat nişanlı avtomobilin də aid olduğu “B” və “C” kateqoriyasına aid edilən avtomobilləri idarə etmək hüququ vardır və o, hadisə zamanı qardaşı X4 məxsus avtomobili etibarnamə əsasında idarə etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin 05 mart 2024-cü il tarixli 11-1/2-45-104/2024 saylı məktubunda göstərilmişdir ki, M-6 (59 km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun 11+300 km hissəsində avtonəqliyyat vasitələrinin maksimum sürəti 50 km/saatdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2023-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlər ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Buna görə də məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müadirə edilməli əmlak, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-35/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-35/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver