Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-36/2023 22.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 2023-cü il, Saat: 18:00 Saatlı şəhəri xx xxxx 1971-ci ildə Saatlı rayonu Tverskoy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Əbilov X3 Sülhəddin Adış oğluna arvadı X2 dayandırılmış əlilliyə görə pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq, 2021-ci ilin iyun ayının axırlarında Saatlı rayonu Sarıcalar kəndində yerləşən pambıq zavodunun qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 2700 manat pulunu alaraq dələduzluq edib ələ keçirmiş, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs2 azyaşlı nəvəsi Cəmilə Məmmədlini əsəb xəstəliyi ilə əlaqədar pensiyaya çıxaracağı adı ilə yalan vəd verib aldadaraq, 2021-ci ilin iyul ayında Saatlı rayonu Sarıcalar kəndində yerləşən pambıq zavodunun qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2000 manat pulunu alaraq dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs3 dayandırılmış əlilliyə görə pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq, 12 avqust 2021-ci il tarixdə Saatlı şəhəri, Nizami küçəsində yerləşən məscidin qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 2500 manat pulunu alaraq dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs4 arvadı Şahid3 aldığı əlilliyə görə pensiyasının kəsilməməsini təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr ayının axırlarında Saatlı rayonu Dədə Qorqud kəndində yerləşən köhnə un dəyirmanının qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 2600 manat pulunu alaraq dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs5 anası X1 dayandırılmış əlilliyə görə pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq, 27 noyabr 2021-ci il tarixdə Saatlı rayonu Şirinbəy kəndində yerləşən yaşadığı evin qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 2300 manat pulunu alaraq dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs6 dayandırılmış əlilliyə görə pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə 23 mart 2022-ci il və 26 mart 2022-ci il tarixlərdə Saatlı rayonu Şirinbəy kəndində yerləşən yaşadığı evin qarşısında müvafiq olaraq 2200 manat və 550 manat pulu alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2750 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Zərərçəkmiş şəxs7 dayandırılmış əlilliyə görə pensiyasının yenidən verilməsini bərpa edəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə 2022-ci ilin iyul ayında Saatlı rayon Mərkəzi Xəstəxanasının həyətində 1500 manat, 2022-ci ilin avqust ayının əvvəllərində Saatlı rayon Mərkəzi Xəstəxanasının həyətində 500 manat və 2022-ci ilin avqust ayının axırlarında Saatlı rayon mərkəzi bazarının qarşısında 200 manat pulu alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 2200 manat pulunu dələduzluq edib ələ keçirmiş, yəni təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı rayonu Şirinbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 tanıyır, onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O təxminən 2021-ci ilin yanvar ayında Saatlı RMX-da olarkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona yaxınlaşmışlar. Sülhəddin ona arvadı Səadətin astma-bronxit xəstəsi olduğunu, əvvəllər bununla bağlı pensiya aldığını, hazırda pensiyasının kəsildiyini, kəsilmiş pensiyanı yenidən bərpa etdirmək istədiyini, Yadulla isə nəvəsi Cəmilənin əsəb xəstəsi olduğunu, bununla əlaqədar sonuncunu pensiyaya çıxarmaq istədiyini demişlər. O da onlarla söhbət edərkən yalandan tanışlarının olduğunu, həmin şəxslərin pensiyalarını düzəltməyə kömək edəcəyini, bunun üçün pul alacağını demişdir. O, Sülhəddin və Yadullanı təxminən 2021-ci ilin may ayının axırlarında yaşadıqları Saatlı rayonu Sarıcalar kəndindəki pambıq zavodun qarşısına çağırmışdır. Sülhəddindən 2700 manat, Yadulladan isə 2000 manat pulu pensiyanı düzəltməyə kömək etmək üçün istəmişdir. Sülhəddin 2700 manat pulu düzəldərək həmin ilin iyun ayının axırlarında, Yadulla isə 2000 manatı iyul ayında pambıq zavodun qarşısında ona vermişlər. Pulu ona verdikdən sonra Yadulla ilə Sülhəddinə heç bir problem olmayacağını, onlarla əlaqə saxlayacağını bildirmişdir. Sülhəddin və Yadulla dəfələrlə onun mobil telefonuna zəng edərkən onlara işlərin hazır olduğunu, heç bir problem olmayacağını demişdir. O müxtəlif xəstəxanalara müraciət edərək maraqlanmağa çalışsa da, pensiya məsələsini həll etmək mümkün olmamış və onların ona verdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 2021-ci ilin iyul ayında Saatlı RMX-da şəxsi işləri ilə əlaqədar olarkən Zərərçəkmiş şəxs3 ona əlilliklə əlaqədar aldığı pensiyasının kəsildiyini, yenidən kəsilmiş pensiyanı bərpa etdirmək istədiyini demişdir. O da Firuzəyə kəsilmiş pensiyasını bərpa etmək üçün 2500 manat pul alacağını demiş və onlar razılaşmışlar. Təxminən bir həftə sonra Saatlı RMX-ya şəxsi işi ilə əlaqədar yenidən orada Firuzəni görmüşdür. Firuzə ilə görüşüb söhbət edərkən sonuncu yenidən ona pensiyasının kəsildiyini, kəsilmiş pensiyasını bərpa etdirmək istədiyini demişdir. O da Firuzəyə heç bir problem olmadığını və köməklik edəcəyini bildirmişdir. 12 avqust 2021-ci il tarixdə o, Saatlı RMX-da olarkən Firuzənin mobil telefonuna zəng edərək Saatlı şəhərində olduğunu, pensiyanı düzəltdirmək istəyirsə pulu ona verməyini demiş, Firuzə isə hazırda məsciddə işlədiyini, 2500 manat pulun yaşadığı evdə olduğunu, oradan pulu götürdükdən sonra verə biləcəyini bildirmişdir. O, heç bir problem olmadığını, Firuzəyə onun işlədiyi məscidin yanına gələ biləcəyini demişdir. O, bir qədər sonra məscidin yanına gəlib Firuzə ilə görüşmüş və sonuncu 2500 manat pulu oğlu Həmzənin yanında ona vermişdir. O da problem olmadığını, bir neçə ay müddətində pensiyanı yenidən bərpa edəcəyini demişdir. Lakin Firuzənin pensiyasını düzəldə bilməmişdir. Təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısına gələrək onu səsləmiş, o da küçəyə çıxıb İlhamla söhbət edərkən sonuncu arvadı Fəridənin 2-ci qrup əlilliyə görə pensiya aldığını, oktyabr ayında komissiya təşkil olunacağını, əgər komissiyadan keçməzsə pensiyanın kəsiləcəyini və kömək etməsini istəmişdir. O da İlhama heç bir problem olmadığını və Fəridənin pensiyasının kəsilməsinin qarşısını alacağını, sonuncunun komissiyaya getməyəcəyini demişdir. İlham ondan buna görə nə qədər pul alacağını soruşarkən ona 2600 manat pul veriləcəyini demişdir. İlham onunla razılaşdıqdan sonra yaşadığı evə qayıtmışdır. Bundan təxminən üç-dörd gün sonra İlham onun mobil telefonuna zəng edərək pulu hazırladığını, onunla görüşmək istədiyini və pulu harada ona verə biləcəyini soruşmuş, o da İlhama Saatlı rayonu Şirinbəy kəndinə gəlməyinə ehtiyac olmadığını, həmin pulu yaşadığı evin qarşısından götürəcəyinii demişdir. Sonra Saatlı rayonu Dədə Qorqud kəndinə getmiş, kəndə çatdıqdan sonra İlhamla əlaqə saxlamışdır. İlhama köhnə dəyirmanın yanında olduğunu demiş və bir qədər sonra İlham da ora gəlib onunla görüşmüşdür. İlham ona 2600 manat pul, əlavə olaraq arvadı Fəridənin sənədlərini ona vermişdir. O da sənədlərə baxdıqdan sonra heç bir problem olmadığını demişdir. O, İlhama sənədləri düzəltdikdən sonra arvadı Fəridənin komissiyaya getməli olmayacağını və qısa müddətdə sənədləri düzəldəcəyini bildirmişdir. Lakin o, Fəridənin pensiyasının kəsilməsinin qarşısını almaq üçün nəsə edə bilməmiş, İlhamdan aldığı pulları özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən 2021-ci ilin noyabr ayında Saatlı RMX-da olarkən Zərərçəkmiş şəxs5 ona yaxınlaşaraq anası Natəvanın pensiyasının kəsildiyini və kəsilmiş pensiyanı bərpa etdirmək istədiyini demiş, o da Ramala müxtəlif insanlara pensiyalarını düzəltməyə kömək etdiyini, heç bir problem olmadığını bildirmişdir. Ramal ondan bunun qarşılığında nə qədər pul alacağını soruşarkən, o, Ramala pensiyanı bərpa etmək üçün 2300 manat pul alacağını demiş və onlar razılaşmışlar. 27 noyabr 2021-ci il tarixdə Ramal ona zəng edərək 2300 pulu və sənədləri hazır etdiyini demiş, o da Ramala həmin sənədləri və pulu yaşadığı evin qarşısına gələrək orada verməsini demişdir. Ramal da İsgəndər adlı şəxslə birlikdə yaşadığı evin qarşısına gəlmiş, İsgəndərin yanında 2300 manat pulu, anası Natəvanın xəstəlik sənədlərini və şəxsiyyət vəsiqəsini ona vermişdir. O, problem olmadığını, b ay müddətində pensiyanı yenidən bərpa edəcəyini demişdir. O, Ramalla danışdıqdan sonra yaşadığı evə qayıtmışdır. Sonradan Ramal ona zəng edərək pensiyanı yenidən bərpa edib-etmədiyini soruşarkən o, Ramala səbirli olmağını demişdir. Bundan sonra Ramal ona dəfələrlə zəng edərək anası Natəvanın pensiyasının bərpa edilib-edilmədiyini soruşmuş və verdiyi 2300 manat pulu geri istəmişdir. O da yalandan Ramala sənədləri hazırladığını və pensiyanı da düzəldəcəyini demişdir. Lakin o, Ramalın anası Natəvan Ələsgərovanın pensiyasını yenidən bərpa edə bilməmişdir. Zərərçəkmiş şəxs5 ona verdiyi 2300 manat pulu geri istəsə də həmin pulu qaytara bilməmişdir. Təxminən 2022-ci ilin mart ayının axırlarında Zərərçəkmiş şəxs6 onun mobil telefon nömrəsinə zəng edərək, tanışından onun pensiya düzəltdiyini eşitdiyini, özünün də pensiyasının kəsildiyini və pensiyasını yenidən bərpa etdirmək istədiyini demişdir. O, Cəfərə heç bir problem olmadığını, bununla əlaqədar görüşmək istədiyini və pensiyanı yenidən bərpa etdirəcəyini bildirmişdir. 22 mart 2022-ci il tarixdə Cəfər Saatlı rayonu Şirinbəy kəndindəki Nadir ticarət mərkəzinin qarşısına gəlmiş və orada görüşmüşlər. Cəfərlə söhbət edərkən sonuncu kəsilmiş pensiyasını bərpa etdirmək istədiyini deyərkən, ona heç bir problem olmadığını, yenidən pensiyasını bərpa etmək üçün 3000 manat pul lazım olacağını demişdir. Cəfər də heç bir problem olmadığını, 3000 manat pul verəcəyini demişdir. 23 mart 2022-ci il tarixdə Cəfər onunla mobil telefon əlaqəsi saxlayarkən 2200 manat pul hazır etdiyini dedikdə, o, Cəfərə pulu yaşadığı evə gətirməyini istəmişdir. Cəfər bir qədər sonra Saatlı rayonu Şirinbəy kəndindəki onun yaşadığı evə gəlmiş və 2200 manat pulu evinin həyətində ona vermişdir. O, Cəfərə bu pulla işin alınmayacağını, əlavə olaraq da 700 manat pul lazım olduğunu demişdir. Sonra Cəfər yerdə qalan pulu düzəldib gətirəcəyini deyərək onunla sağollaşıb getmişdir. 26 mart 2022-ci il tarixdə Cəfər onunla əlaqə saxlayaraq yenidən yaşadığı evə gəlmişdir.Cəfər onunla görüşdükdən sonra 550 manat pul düzəltdiyini, yerdə qalan 150 manat pulu sonra verəcəyini demişdir. O da Cəfərə aprel ayının sonuna qədər kəsilmiş pensiyanı bərpa edəcəyini bildirmişdir. O, 03 iyun 2022-ci il tarixdə Cəfərlə əlaqə saxlamış və birlikdə Bakı şəhərində yerləşən Əlillərin bərpa mərkəzinə getmişlər. Cəfər həmin mərkəzdə komissiyadan keçdikdən sonra geri qayıtmışlar. O, Cəfərin verdiyi pulları özü üçün xərcləmiş və başqa heç kimə pul verməmişdir. Lakin pensiyanı düzəldə bilməyərək Cəfərin pulunu da qaytara bilməmişdir. Təxminən 2022-ci ilin iyul ayında əvvəldən Zərərçəkmiş şəxs7 onun mobil telefon nömrəsinə zəng edib əlaqə saxlayarkən pensiyasının kəsildiyini və kəsilmiş pensiyasını yenidən bərpa etmək istədiyini demiş, o da Ağagülə heç bir problem olmadığını, bunun qarşılığında isə 2000 manat pul alacağını demişdir. Təxminən 2022-ci ilin iyul ayında Saatlı RMX-da Ağagüllə görüşmüş və Ağagül 1500 manat pulu sənədlərini düzəltməsi üçün ona vermişdir. Həmin vaxt Ağagülə Bakı şəhərinə gedəcəyini və sənədləri təqdim edərək pensiyasını yenidən bərpa edəcəyini demişdir. Ağagül onunla mütəmadi olaraq mobil telefonla əlaqə saxlayıb danışarkən o, Ağagüldən yerdə qalan pulu da verməyini istəmiş, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində yenidən Ağagüllə Saatlı RMX-da görüşərkən sonuncu qalan 500 manat pulu da ona vermişdir. Təxminən 2022-ci ilin avqust ayının axırlarında o, Ağagüllə yenidən Saatlı rayon mərkəzi bazarın qarşısında görüşərkən yalandan sənədi hazırladığını və gedib götürmək istədiyini demişdir. O, Ağagüldən buna görə Bakı şəhərinə getmək üçün əlavə olaraq yol pulu kimi 200 manat istəmişdir. Ağagül buna görə ona əlavə olaraq 200 manat da pul vermişdir. O, pulu Ağagüldən götürdükdən sonra Bakı şəhərində öz şəxsi işlərini görüb yaşadığı evə qayıtmışdır. Bir müddət sonra Ağagül onun mobil telefon nömrəsinə zəng edərək pensiya işinin nə yerdə olduğunu soruşmuş, o da Ağagülə yalandan sənədləri hazırlayacağını, narahat olmamasını, pensiya işini düzəldəcəyini demişdir. Daha sonra mobil telefon nömrəsini Ağagül bir daha narahat etməməsi üçün dəyişmişdir. Ağagüldən aldığı puldan heç kimə verməmiş və hamısını özünün ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 2019-ci ildə arvadı Səadətin aldığı pensiya kəsilmiş və müxtəlif orqanlara Səadətin pensiyasının bərpa olunması üçün müraciət etsə də nəticə olmamışdır. Həmçinin onun qohumu Zərərçəkmiş şəxs2 nəvəsi Cəmilə Məmmədli əsəb xəstəsi olduğundan sonuncu onu da pensiyaya çıxarmaq istəmişdir. Bu səbəbdən Yadulla ilə birlikdə təxminən 2021-ci ilin aprel ayında Saatlı RMX-ya getmişlər və xəstəxananın həyətində Təqsirləndirilən şəxsla qarşılaşmışlar. Süleymanla söhbət edərkən sonuncu tanışlarının olduğunu, pensiyalarını düzəltməyə kömək edəcəyini, lakin bunun üçün pul alacağını demişdir. Onlar da razılaşmışlar. Süleyman onu və Yadullanı təxminən 2021-ci ilin may ayının axırlarında yaşadığı kənddəki pambıq zavodunun qarşısına çağırmışdır. O da Sülhəddinlə birlikdə pambıq zavodunun qarşısına gedərək Süleymanla görüşüb onunla söhbət etməyə başlamışlar. Süleyman onlara kömək edəcəyini, buna görə də ondan 2700 manat, Yadulladan isə 2000 manat pensiya işlərinin düzəltməsinə pul istəmişdir. O, 2700 manat pulu düzəldərək həmin ilin iyun ayının axırlarında, Yadulla isə 2000 manatı iyul ayında pambıq zavodunun qarşısında Süleymana vermişlər. Süleyman pulu aldıqdan sonra heç bir problem olmayacağını, tanışları ilə əlaqə saxlayıb pensiyaları düzəldəcəyini demişdir. Bundan sonra Süleyman onlara zəng etməmiş və bu barədə heç bir şey deməmişdir. O və Yadulla dəfələrlə Süleymanın mobil telefonuna zəng edərək nə xəbər olmasını öyrənməyə çalışsalar da, Süleyman onlara işlərin hazır olduğunu, heç bir problem olmayacağını, onlarla əlaqə saxlayacağını demişdir. Bundan sonra Yadulla ilə birlikdə Süleymanın yaşadığı Şirinbəy kəndinə gedərək verdikləri pulu ondan tələb etmişlər. Süleyman da onlara pullarını qaytaracağını, səbrli olsalar pensiya işlərini düzəldəcəyini demişdir. Bundan sonra dəfələrlə Süleymanın yaşadığı evin qarşısına getsələr də, onu tapa bilməmişlər. Daha sonra aldadıldıqlarını başa düşdükləri üçün bu barədə şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, azyaşlı nəvəsi Cəmilə əsəb xəstəsi olduğundan onu əlaqədar pensiyaya çıxarmaq istəmişdir. Həmçinin onun qohumu Zərərçəkmiş şəxs1 arvadı Səadət Ağayeva astma xəstəsi olduğundan əvvəllər Səadət də pensiya almış, sonradan pensiyası kəsilmişdir. Bu səbəbdən Sülhəddinlə birlikdə təxminən 2021-ci ilin aprel ayında Saatlı RMX-ya getmişlər. Orada Təqsirləndirilən şəxsla qarşılaşmışlar. Süleymanla söhbət edərkən o, nəvəsi Cəmilənin xəstə olduğunu və pensiyaya çıxarmaq istədiyini, Sülhəddin isə arvadı Səadətin əvvəllər pensiya aldığını, sonradan pensiyalarının kəsildiyini və yenidən pensiyaları bərpa etdirmək istədiklərini demişdir. Bu zaman Süleyman tanışlarının olduğunu, pensiya işlərini düzəltməyə kömək edəcəyini, lakin bunun üçün pul alacağını demişdir. Onlarda Süleymanın təklifi ilə razılaşmışlar. Süleyman onu və Sülhəddini təxminən 2021-ci ilin may ayının axırlarında yaşadığı kənddəki pambıq zavodunun qarşısına çağırmışdır. O, Sülhəddinlə birlikdə pambıq zavodun qarşısına gedərək Süleymanla görüşüb onunla söhbət etmişlər. Süleyman onlara kömək edəcəyini, buna görə də Sülhəddindən 2700 manat, ondan isə 2000 manat pul istəmişdir. Sülhəddin 2700 manat pulu düzəldərək həmin ilin iyun ayının axırlarında, o da 2000 manatı iyul ayında pambıq zavodun qarşısında Süleymana vermişlər. Pulu Süleymana verdikdən sonra sonuncu heç bir problem olmayacağını, tanışları ilə əlaqə saxlayacağını, sonra pensiya işlərini düzəldəcəyini demişdir. Bundan sonra Süleyman onlara zəng etməmiş və bu barədə heç bir şey deməmişdir. O və Sülhəddin dəfələrlə Süleymanın mobil telefonuna zəng edərək nə xəbər olmasını öyrənməyə çalışsalar da, Süleyman onlara işlərin hazır olduğunu, heç bir problem olmayacağını, onlarla əlaqə saxlayacağını demişdir. Bundan sonra Sülhəddinlə birlikdə Süleymanın yaşadığı Şirinbəy kəndinə gedərək verdikləri pulu ondan tələb etmişlər. Süleyman da onlara pensiya işlərini həll edəcəyini, əks halda pulları qaytaracağını demişdir. Daha sonra aldadıldıqlarını başa düşdükləri Süleyman barəsində şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2009-cu ildən varikoz xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olduğu üçün 300 manat məbləğində pensiya almış,2021-ci ilin mart ayında pensiyası kəsilmişdir. O da pensiyasının kəsilməsi ilə əlaqədar müxtəlif sənədləri toplayıb xəstəxanaya təqdim etsə də, müsbət nəticə əldə olunmamışdır. Təxminən 2021-ci ilin iyul ayında Saatlı RMX-da olarkən təsadüfən Təqsirləndirilən şəxs da ora gəlmişdir. Xəstəxanada onunla görüşüb danışarkən Süleyman ona müxtəlif insanlara pensiyalarını düzəltməyə kömək etdiyini, heç bir problem olmadığını, onun da pensiyasını bərpa etməyə kömək edə biləcəyini demişdir. Süleyman ona pensiyasını bərpa etmək üçün 2500 manat pul alacağını demiş və onlar razılaşmışlar. 12 avqust 2021-ci il tarixdə Saatlı şəhəri, Nizami küçəsində yerləşən məsciddə işləyərkən Süleyman mobil telefonuna zəng edərək Saatlı şəhərində olduğunu, pensiyanı düzəltdirmək istəyirsə pulu ona verməyini demişdir. O, Süleymana hazırda işdə olduğunu, 2500 manat pulun yaşadığı evdə qaldığını, oradan pulu götürdükdən sonra verə biləcəyini demişdir. Süleymanla mobil telefonla danışdıqdan sonra yaşadığı evə gedərək 2500 manat pulu götürüb oğlu Həmzə ilə birlikdə tanımadığı yol avtomobili ilə məscidin yanına gəlmişdir. Süleyman da bir qədər sonra yol avtomobili ilə məscidin yanına gəlmişdir. O, 2500 manat pulu, xəstəliyi ilə əlaqədar müxtəlif sənədləri və şəxsiyyət vəsiqəsini oğlu Həmzənin yanında Süleymana vermişdir. Süleyman da problem olmadığını, bir ay müddətində pensiyanı yenidən bərpa edəcəyini demişdir. O, Süleymanla danışdıqdan sonra yaşadığı evə qayıtmış və Süleyman dediyi müddəti gözləmişdir. Lakin pensiyasının bərpa edilmədiyini görüb Süleymandan ona verdiyi 2500 manat pulu istəsə də, Süleyman ona müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. O da aldadıldığını başa düşdüyü üçün bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, təxminən 2017-ci ildən arvadı Fəridə ürək-damar xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil kimi 260 manat məbləğində pensiya almışdır. Təxminən 2021-ci ilin oktyabr ayında yenidən komissiya olacağından və həmin komissiyadan keçə bilməyəcəyi halda arvadı Fəridənin pensiyasının kəsiləcəyini bildiyindən müəyyən şəxslərlə maraqlanarkən Süleyman adlı şəxsin pensiya işi ilə məşğul olduğunu eşitmiş və 2021-ci ilin sentyabr ayının axırlarında Saatlı rayonu Şirinbəy kəndinə Süleymanın yaşadığı evin qarşısına getmişdir. Süleymanla yaşadığı evin qarşısında görüşüb söhbət edərkən arvadı Fəridənin əlilliyə görə aldığı pensiyanın kəsiləcəyini və bununla bağlı kömək etməsini demişdir. Süleyman da ona heç bir problem olmadığını, Fəridənin pensiyasının kəsilməsinin qarşısını alacağını, sonuncunun komissiyaya getməyəcəyini, lakin bunun müqabilində 2600 manat pul alacağını demişdir. Süleymanla razılaşdıqdan sonra yaşadığı evə qayıtmış və 2600 manat pulu hazır edib Süleymanın mobil telefonuna zəng edərək pulu hazırladığını, onunla görüşmək istədiyini demişdir. Süleyman da ona Saatlı rayonu Şirinbəy kəndinə gəlməyinə ehtiyac olmadığını, həmin pulu yaşadığı evin qarşısından götürəcəyini bildirmişdir. Süleyman yaşadığı kəndə çatdıqdan sonra onunla əlaqə saxlamış və kəndin içərisindəki köhnə dəyirmanın yanında görüşmüşlər. Süleymana orada 2600 manat pul və arvadı Fəridənin sənədlərini vermişdir. Süleyman ona sənədləri düzəltdikdən sonra arvadı Fəridənin komissiyaya getməli olmayacağını demiş və qısa müddətdə məsələni həll edəcəyini bildirmişdir. 2021-ci ilin oktyabr ayında həkim komissiyası təşkil olunarkən Süleymana zəng edərək necə olacağını soruşmuş, Süleyman isə hər hansı yerə getməyə ehtiyac olmadığını, bütün məsələləri özünün həll edəcəyini demişdir. Qısa müddət sonra arvadı Fəridənin 2-ci qrup əlilliyi ilə əlaqədar aldığı sosial müavinət kəsilmişdir. Bundan sonra dəfələrlə Süleymanın mobil telefonuna zəng edərək məsələnin nə yerdə olduğunu və pensiyanı düzəldib-düzəltməməsini soruşarkən sonuncu hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan Süleymanı nə qədər axtarsa da, pulunu geri ala bilməmiş və aldadıldığını başa düşdüyü üçün bu barədə polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, anası Natəvan Ələsgərova astma-bronxit xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olduğu üçün 257 manat məbləğində pensiya almışdır. Təxminən 2021-ci ilin iyun ayında anası Natəvan Ələsgərovanın pensiyası kəsilmişdir. O da bundan sonra anası Natəvanın pensiyasını yenidən bərpa etmək üçün çalışsa da, nəticə əldə olunmamışdır. Təxminən 2021-ci ilin noyabr ayında anası Natəvanın pensiyası ilə əlaqədar Saatlı RMX-da olarkən təsadüfən Təqsirləndirilən şəxs da ora gəlmişdir. Süleymanla görüşüb danışarkən anası Natəvanın pensiyasının kəsildiyini və pensiyanı bərpa etdirmək istədiyini demişdir. Süleyman da ona köməklik edəcəyini və qarşılığında 2300 manat pul alacağını bildirmişdir. O, anasının xəstəliyi ilə bağlı sənədləri və 2300 manat pulu hazır edib bu barədə Süleymana məlumat verdikdə sonuncu həmin sənədləri və pulu yaşadığı evin qarşısına gələrək orada verməsini xahiş etmiş, o da Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbinin direktoru Şahid2la birlikdə Saatlı rayonu Şirinbəy kəndinə Süleymanın evinin qarşısına getmişdir. O, Süleymanla yaşadığı evin qarşısında görüşüb Şahid2 yanında 2300 manat pulu Süleymana vermişdir. Süleyman da problem olmadığını, bir ay müddətində pensiyanı yenidən bərpa edəcəyini bildirmişdir. O, Süleymanla danışdıqdan sonra yaşadığı evə qayıtmış və Süleyman dediyi müddəti gözləmişdir. Sonradan Süleymana zəng edərək pensiyanı bərpa edib-etmədiyini soruşarkən sonuncu səbrli olmasını, problemi həll edəcəyini bildirmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bundan sonra Natəvanın pensiyasının bərpa edilmədiyini görüb Süleymandan ona verdiyi 2300 manat pulu istəsə də, Süleyman ona müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. O da aldadıldığını başa düşdüyü üçün bu barədə Saatlı RPŞ-yə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2009-cu ildən 2-ci qrup əlilliklə əlaqədar pensiya almışdır. Təxminən 2021-ci ilin noyabr ayında pensiyası kəsilmişdir. O, pensiyasının bərpası ilə əlaqədar müvafiq orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bundan sonra kənddə yaşayan şəxslərdən pensiyasının bərpası üçün hər hansı bir şəxsin köməklik edə biləcəyini soruşduqda, mərhum həmkəndlisi Cavanşir ona Saatlı rayonu Şirinbəy kəndində Süleyman adlı şəxs olduğunu, onun köməklik edə biləcəyini demişdir. O, bundan sonra Süleymanın mobil telefon nömrəsini taparaq əlaqə saxlamış, əlaqə zamanı sonuncu problem olmadığını, pensiyanı yenidən bərpa edə biləcəyini, bunun üçün onunla görüşmək lazım olduğunu demişdir. 22 mart 2022-ci il tarixdə o, Saatlı rayonu Şirinbəy kəndindəki Nadir ticarət mərkəzinin qarşısına gəlmiş və orada Təqsirləndirilən şəxs Əbülfət oğlu ilə görüşmüşdür. Süleymana pensiyasının kəsildiyini, pensiyanın bərpası üçün köməklik lazım olduğunu demişdir. Süleyman da ona yenidən pensiyanı bərpa etmək üçün 3000 manat pul lazım olacağını bildirmiş, o da razılaşmışdır. 23 mart 2022-ci il tarixdə 2200 manat pul düzəldib Saatlı rayonu Şirinbəy kəndinə Süleymanın yaşadığı evin qarşısına getmiş, Süleymanla görüşdükdən sonra 2200 manat pulu sonuncuya vermişdir. Süleyman da ona bu əlavə olaraq da 700 manat pul lazım olduğunu demişdir. 26 mart 2022-ci il tarixdə əlavə olaraq 550 manat pul düzəldib yenidən Süleymanın yaşadığı evin qarşısına getmişdir. Süleymanla görüşüb həmin pulu ona verərək yerdə qalan 150 manat pulu da sonra verəcəyini demişdir. Süleyman da ona aprel ayının sonuna qədər pensiyasını düzəldəcəyini demişdir. Lakin həmin vaxtdan sonra Süleymandan bir xəbər ala bilməmişdir. 03 iyun 2022-ci il tarixdə Süleyman onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və həmin vaxt onunla birlikdə Bakı şəhərində yerləşən əlillərin bərpa mərkəzinə getmişlər. O, həmin mərkəzdə komissiyadan keçdikdən sonra yaşadığı kəndə qayıtmışdır. Təxminən 2022-ci ilin iyul ayının əvvəllərinədək gözləmiş və pensiyası bərpa olunmadığından məcbur qalıb Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2013-cü ildən 2-ci qrup əlil olması ilə bağlı 250 manat məbləğində pensiya almışdır. Təxminən 2021-ci ilin noyabr ayında pensiyası kəsilmişdir. Pensiyasının yenidən bərpa etmək məqsədilə iş düzəldən şəxs axtararkən ona Saatlı rayonu Şirinbəy kəndində yaşayan Süleyman adlı şəxsin pensiya işlərini həll etdiyini demişlər. O da Süleymanın mobil telefon nömrəsini tapıb əlaqə saxlayarkən ona pensiyasının kəsildiyini və yenidən bərpa etmək istədiyini demiş, sonuncu pensiyasını düzəldəcəyini, bunun qarşılığında isə ondan 2000 manat pul alacağını demişdir. Bununla əlaqədar təxminən 2022-ci ilin iyul ayında Saatlı RMX-da Süleymanla görüşüb əvvəlcə 1500 manat, avqust ayının əvvəllərində isə qalan 500 manat pulu vermişdir. Hərdən Süleymanla əlaqə saxlayarkən sonuncu heç bir problem olmadığını və sənədlərini hazırladığını demişdir. Bir müddət sonra təxminən 2022-ci ilin avqust ayının axırlarında Süleyman onunla Saatlı rayon mərkəzi bazarın qarşısında görüşərkən sənədi hazırladığını və gedib götürmək istədiyini, buna görə Bakı şəhərinə getmək üçün əlavə olaraq 200 manat yol pulu lazım olduğunu demiş, o da Süleymana buna görə əlavə olaraq 200 manat pul vermişdir. Süleyman pulu ondan götürdükdən sonra çıxıb getmiş, o da yaşadığı evə qayıtmışdır. Daha sonra Süleymanın mobil telefonun zəng çatmamış, Süleymanın yaşadığı evə getsə də, sonuncunu taparaq pulunu geri ala bilməmişdir. Aldadıldığını başa düşdüyü üçün bu barədə polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs3 təxminən 2009-cu ildən varikoz xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olduğu üçün 300 manat məbləğində pensiya almışdır. Təxminən 2021-ci ilin mart ayında komissiyadan keçə bilmədiyi üçün anası Firuzənin pensiyası kəsilmişdir. Anası Firuzə pensiyasının kəsilməsi ilə əlaqədar müxtəlif sənədləri toplayıb xəstəxanaya təqdim etsə də, müsbət nəticə olmamışdır. 12 avqust 2021-ci il tarixdə anası Firuzə ilə birlikdə evdə olan 2500 manat pulu götürüb yol avtomobili ilə məscidin yanına getmişlər. Süleyman da bir qədər sonra məscidin yanına gəlmişdir. Anası Firuzə 2500 manat pulu, xəstəliyinə dair müxtəlif sənədləri və şəxsiyyət vəsiqəsini onun yanında Süleymana vermişdir. Süleyman da problem olmadığını, bir ay müddətində anası Firuzənin pensiyasını yenidən bərpa edəcəyini demişdir. Bundan sonra pensiyanın bərpa edilmədiyini görüb Süleymandan ona verdikləri 2500 manat pulu istəsələr də, Süleyman onlara müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Onlar da məcbur qalıb Süleyman barəsində şikayət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 27 noyabr 2021-ci il tarixdə axşam saatlarında evdə olarkən dostu Zərərçəkmiş şəxs5 ona zəng edib onunla birlikdə Saatlı rayonu Şirinbəyli kəndinə getməyi xahiş etmiş, o da razılaşmışdır. Bir qədər sonra Ramal özünə məxsus avtomobillə onun yaşadığı evin qarşısına gəlmiş və birlikdə Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu Şirinbəyli kəndinə getmişlər. Saatlı rayonu Şirinbəyli kəndinə çatdıqdan sonra Süleyman yaşadığı evdən çıxaraq onlarla görüşmüşdür. Zərərçəkmiş şəxs5 Süleymanla danışıb söhbət edərkən anası Natəvanın kəsilmiş pensiyasını bərpa etdirmək istədiyini demişdir. Süleyman da Ramala heç bir problem olmadığını və Natəvanın pensiyasını bərpa edə biləcəyini bildirmişdir. Onun yanında Zərərçəkmiş şəxs5 2300 manat pulu, anası Natəvanın xəstəlik sənədlərini və şəxsiyyət vəsiqəsini Süleymana vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2017-ci ildən ürək-damar xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil kimi 260 manat məbləğində pensiya almışdır. Təxminən 2021-ci ilin oktyabr ayında yenidən komissiya olacağını bildiklərindən əri İlham pensiyanın kəsilməsinin qarşısını almaq məqsədilə iş düzəldən şəxs axtararkən ona Saatlı rayonu Şirinbəy kəndində yaşayan Süleyman adlı şəxsin olduğunu və pensiya məsələsini həll etməsini deyilmişdir. Bununla əlaqədar əri İlham Süleymanla əlaqə saxlamış və Süleymanın pensiyanın kəsilməsinin qarşısını almaq üçün 2600 manat pul lazım olduğunu demişdir. Bu məqsədlə də əri İlham tərəfindən Süleymana 2600 manat pul verilmişdir. Təxminən 2021-ci ilin oktyabr ayından sonra onun aldığı pensiya kəsilmişdir. Bundan sonra Süleymanla əlaqə saxlayaraq pulu geri istəsələr də, nəticə olmamışdır. Əri İlham da məcbur olub Süleyman barəsində polisə şikayət etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyib barışıq əldə etməsini, himayəsində bir nəfər azyaşlı övladının olmasını, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-36/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-36/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver