Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-36/2024 11.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1978-ci ildə Saatlı rayonu Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Saatlı rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxxxx 1975-ci ildə Saatlı rayonu Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)- 243/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Saatlı rayonu Norvuzlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açaraq, saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olub, oradan 4 baş, ümumilikdə xeyli miqdarda 8000 manat dəyərində inəkləri oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 8000 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində Saatlı rayonu Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açaraq, saxlanc yeri hesab olunan tövləyə qanunsuz olaraq daxil olub, oradan 4 baş, ümumilikdə xeyli miqdarda 8000 manat dəyərində inəkləri oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 8000 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 07 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Sabirabad şəhərində “Qlobus kuruqu” adlanan yerin yaxınlığında Rafət adlı şəxsin kafesində Ataxan ilə çörək yeyərkən Ataxan spirtli içki içmişdir. Həmin vaxt o, Ataxana heyvan oğurlamağı təklif etmişdir. Ataxan onun təklifi ilə razılaşmış və belə qərarlaşdırmışlar ki, yaşadıqları kəndə gedib orada kiminsə heyvanını oğurlasınlar. Buna görə Ataxan ilə birlikdə “Qlobus kuruqu” adlanan yerin yaxınlığında VAZ 2106 markalı avtomobilə əyləşmişlər və taksi sürücüsü Ataxan ilə onu Novruzlu kəndində aparmışdır. Onlar avtomobildən kənddə çöl sahələrə gedən yolun kənarında düşmuşlər. Onlar kəndə gedəndə saat 23:30 radələri olmuşdur. Onlar kənddə düşdükdən sonra təxminən yarım saat kəndin içərisində gəzərkən həmkəndliliri Sabirin oğlu Habilin evinin qarşısından keçən vaxt evin həyətinin giriş qapısının aralı olduğunu görmuşlər və Ataxan Habilin həyətinə girməyi təklif etmişdir. O, da Ataxanla razılaşmış və birlikdə evin həyətinin dəmir tordan olan, bir layı açıq qapısından Habilin həyətinə daxil olmuşlar. Bundan sonra o, evin pilləkənlərınə yaxınlaşıb baxmış və Ataxana demişdir ki, çöldə ayaqqabı olmadığını görə çox güman evdə heç kim yoxdur. Bundan sonra Ataxan ilə o, həyətdən tövləyə açılan qapının yanına getmişlər, tövlənin taxtadan olan qapısına bağlanmış ağ ipi açmışlar. Bundan sonra əvvəlcə Ataxan və onun arxası ilə özü tövləyə daxil olmuş və görmüşdür ki, orada 4 baş iribuynuzlu heyvan var. O, Ataxan ilə birlikdə tövlədə taxtaya bağlanmış və ot tayasının yanında olan “press” adlanan ağ iplərdən açıb həmin 4 baş iribuynuzlu heyvanın buynuz və boğaz nahiyəsindən bağlamış, sonra isə heyvanları tövlədən küçəyə çıxarıb çöl sahəyə aparmış və orada Habilin qardaşının yonca sahəsinə salmışdır. Həmin sahənin ağac budaqlarından düzəldilmiş giriş qapısı olmuşdur. Heyvanları həmin sahəyə saldıqdan sonra başındakı iplərlə onları sahənin taxtadan olan giriş qapısına bağlamışdır. Sonra Ataxan ilə birlikdə oradan çıxıb kəndə gedən asfalt yolun kənarına gəlmişlər. Belə ki, o, bir gün əvvəl tanışı Sabirabad rayonu Kürkəndi kəndində yaşayan Tarverdinin oğlu Maşalla ilə Sabirabad rayonunda görüşən zaman ona inək alacağını və həmin inəkləri özünə məxsus yük avtomobili ilə aparmasını xahiş etmişdir. Həmçinin Maşalladan heyvanları tanış bir adamın həyəti olarsa heyvanları həmin həyətə yığmalarını xahiş etmişdir. Maşalla da ona heyvanları anasıgilin həyətində olan tövləyə nə səbəbə yığmamağını soruşduqda o, Maşallaya yaxşı olar ki, heyvanları Sabirabad rayonunda tanış adamın həyətində bir gün saxlayıb oradan Bakı şəhərinə aparaq demişdir. Maşalla onunla razılaşıb ona Sabirabad rayonu Bulduq kəndində yaşayan qohumugilin həyətinə aparıb bir gün orada saxlamaq olar demişdir. Heyvanları oğurladıqdan sonra onlara yük avtomobili lazım olduğundan gecə saat 01 radələrində Maşallaya zəng edib ondan Saatlı rayonu Yeni Novruzlu qəsəbəsinə gəlməsini və inəkləri aparmasını xahiş etmişdir. Bundan sonra o, piyada asfalt yolun qırağı ilə yaşadığı Saatlı rayonu Yeni Novruzlu qəsəbəsinə getmişdir. Qəsəbənin girişinə yenicə çatarkən Maşalla özünə məxsus “Qazel” markalı yük avtomobili ilə gəlmişdir. O da Maşallanın avtomobilinə əyləşib onunla birlikdə Novruzlu kəndinə getmişdir. Novruzlu kəndinə çatanda Maşalla avtomobilini anasıgilin yaşadığı ünvana sürməsini görüb Maşallaya heyvanların anasıgildə olmadığını anasına məxsus çöl sahədə olduğunu və oradan götürəcəklərini bildirmişdir. Bundan sonra Maşalla onun göstərdiyi yolla avtomobilini idarə edib onunla birlikdə heyvanları bağladığı sahəyə gəlmişdir. O, avtomobildən düşüb sahənin giriş qapısını açmışdır. Bundan sonra Maşalla avtomobilini sahəyə sürmüş və onun verdiyi istiqamətlə Maşalla avtomobilin arxasını sahənin giriş qapısının yaxınlığında olan təpəyə doğru sürmüşdür. Bundan sonra Maşalla avtomobilindən düşmüş və onunla birlikdə avtomobilin yük yerinin qapısını açmışdır. Həmin vaxtda Ataxan heyvanın birinin ipindən tutub avtomobilin yanına gətirmişdir. Lakin o, Maşallanın Ataxanı tanımasın deyə Maşallaya havanın soyuq olduğunu deyib ona avtomobildə oturmasını təklif etmişdir. O da bir söz deməyib gedib avtomobilində oturmuşdur. Bundan sonra o və Ataxan heyvanları avtomobilə yükləmişlər. İşlərini yekunlaşdırdıqdan sonra o, “Qazel” markalı avtomobilə əyləşib Maşalla birlikdə yola düşmüşdür. Onlar Saatlı rayonu Yeni Novruzlu qəsəbəsinin girişinə çatanda Maşalla ona “sənin getməyinə nə ehtiyac var mən heyvanları özü aparıb düşürərəm” demişdir. Maşallanın bu sözündən sonra o, avtomobildən düşüb yaşadığı evə getmişdir. xx.xx.2023cü il tarixdə günorta təxminən saat 15 radələrində Maşalla onu mobil telefon vasitəsilə zəng edib heyvanların ac-susuz qaldığını və onları aparıb-aparmayacağını soruşmuşdur. O da Maşallaya ona iki gün vaxt verməsini və heyvanları xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə aparcaqlarını bildirmişdir. O, həmçinin Maşalladan heyvanları Bakı şəhərinə neçəyə aparacağını soruşmuşdur. Maşalla da ona heyvanaları Bakı şəhərinə 220 manata apara biləcəyini bildirmişdir. O, həmçinin Maşallaya heyvanaların iki gün qalmasına görə 150 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Maşalla onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o, Sabirabad rayonu Əsgərbəyli kəndində yaşayan dayısı oğlu İlyar Kərimova zəng edib 4 baş heyvanın olduğunu və həmin heyvanları harada sata biləcəklərini soruşmuşdur. İlyar da ona heyvanları Bakı şəhərində yerləşən Keşlə bazarına yaxın kəsimxanaya vermək olar demişdir. İlyar ona həmin qəssabxanada tanışının olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində o, İlyarla Sabirabad rayonunda “Qlobusun kuruqu” adlanan ərazidə görüşüb həmin ərazidə olan çayxanaların birində oturub söhbət etmişlər. Söhbət zamanı İlyar ona heyvanları Bakı şəhərində yerləşən kəsimxanada Qida Təhlükəsizliyin arayışı olmadan götürməyəcəklərini demişdir. İlyar həmçinin ona Qida Təhlükəsizlikdə işləyən tanışının olduğunu və əgər çatdıra bilsək Sabirabad rayonunda görüşüb ondan arayış ala biləcəyini bildirmişdir. Bundan sonra o və İlyar birlikdə taksiyə əyləşib Sabirabad rayonu Kürkəndi kəndinə getmişlər. Kənddə yerləşən yanacaqdoldurma məntəqəsinin yanında taksidən düşmüşlər. Bundan sonra o, Maşallaya yaşadığı kəndə gəlməyi barədə ona zəng etmişdir. Maşalla da telefon zənginə cavab verən zaman ona Sabirabad rayonunda yerləşən “Şamaxı” qəbirəstanlığında dəfndə olduğunu bildirmişdir. O dəfni yola verib gələcəyini demişdir. Təxminən saat 16 radələrində Maşalla özünə məxsus “Qazel” markalı yük avtomobili ilə onların olduqları yerə gəlmişdir. Bundan sonra o, və İlyar Maşallanın avtomobilinə əyləşib heyvanları avtomobilə mindirmələri üçün Sabirabad rayonu Bulduq kəndinə getmişlər. Kəndə çatanda Maşallanın avtomobili ilə tanımadığı evə gəlmişlər. Həmin evin həyətində heyvanları avtomobilə mindirəndən sonra bilmişdir ki, heyvanların olduğu həyət Maşallanın kürəkəninə məxsusudur. Onlar heyvanları avtomobilə yüklədikdən sonra “Kürqırağı” adlanan yolla Bakı şəhəri istiqamətində yola düşmüşlər. Bakıya gedərkən yolda, Şirvan şəhərində X3 işləyən tanışı heyvanlara baxıb arayış vermişdir. O da həmin arayışın şəkilini mobil telefonla çəkmişdir. Onlar Bakı şəhərinə çatsalar da kəsimxananın yerini tapa bilmədikləri üçün taksiyə əyləşib sürücüdən onu Keşlə bazarı yaxınlığında yerləşən kəsimxanaya aparmasını xahiş etmişdir. Həmin taksi sürücüsü də onu kəsimxanaya aparmışdır. Həmin vaxt Maşalla da avtomobilini sürüb arxaları ilə gəlmişdir. Onlar kəsimxanaya gəldikdən sonra o, kəsimxanaya daxil olub orada İlyarın ona adını dediyi Şahin adlı şəxsə yaxınlaşmışdır. Şahin adlı şəxsə 4 baş inək gətirdiyini demişdir. Həmin şəxs ondan Qida Təhlükəsizlikdən arayış alıb-almadığını soruşmuşdur. O da həmin şəxsə arayışın şəklinin mobil telefonunda olduğunu, arayışın özünün isə avtomobildə olduğunu demişdir. Bundan sonra Şahin adlı şəxs ona “Votsapp” olan mobil nömrəsini verib arayışı həmin “Votsapp” nömrəsinə göndərməyini bildirmişdir. O da arayışın şəklini həmin “Votsapp” nömrəyə göndərmişdir. Arayışın şəkli Şahin adlı qəssabın “Votsapp” nömrəsinə göndərdikdən sonra Şahin adlı qəssab avtomobilin arxasını kəsimxananın qapısının qarşısına sürməsini bildirmişdir. Maşalla da avtomobilinin arxasını kəsimxanın qapısını qarşısına sürmüşdür. Bundan sonra kəsimxanın işçiləri heyvanları avtomobildən aşağı düşürüb kəsməyə aparmışlar.. Bundan sonra Şahin adlı qəssab ətin pulunu hesablayıb ümumilikdə 3624 manat eləmiş və həmin puldan da heyvan kəsimi üçün 100 manat çıxıb ona ümumilikdə 3524 manat pul vermişdir. Pulu aldıqdan sonra onu avtomobildə gözləyən İlyar və Maşallanın yanına gəlib onlarla birlikdə Sabirabad rayonuna qayıtmışdır. Rayona çatdıqda İlyar “Qlobusun kuruqu” adlanan ərazidə avtomobildən düşüb taksi ilə yaşadığı kəndə gedəcəyini demişdir. Bundan sonra Maşalla onu Yaşar adlı şəxsə məxsus aptekin yanındakı beş mərtəbəli binanın qarşısında avtomobildən düşürmüşdür. Avtomobildən düşməmişdən əvvəl Maşalla ilə danışdıqları kimi ona 350 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Ataxana zəng edib ona Sabirabad rayonu “Qlobusun Kuruquna” gəlməsini bildirmişdir. Təxminən saat 11 radələrində o, Ataxanla görüşüb heyvan kəsimindən əldə etdiyi puldan 500 manat pul vermişdir. Belə ki, o, Ataxana 600 manat pul verməli imiş. Lakin Ataxanın ona 100 manat pul borcu olduğuna görə ona 500 manat pul vermişdir. Pulun qalanından 1370 manatını borc aldığı Sabirabad rayon sakini Samir adlı şəxsə, 540 manat Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən karyerdə usta işləyən Mehdiyə və pulun yerdə qalan 800 manatını isə Sabirabad rayonunda yerləşən “Ramin” petrola vermişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər və onunla barışmışlar. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin noyabr ayından sonra bir neçə dəfə Seyidəzim ilə görüşüb Sabirabad şəhəri ərazisində müxtəlif kafelərdə oturub çay içib çörək yemişdir. 2023-cü ilin dekabr ayının əvvəlindən Seyidəzim ona hər dəfə çay içəndə və yemək yeyəndə demişdir ki, “heyvan oğurlamaq istəyirəm mənə kömək et, sən sadəcə heyvanı oğurlamaqda mənə kömək et, qalanları mənlikdir, sənində haqqını verəcəm”. O, Seyidəzimin bunu ümumilikdə dediyini, yəni konkret kimin heyvanlarını oğurlayacağını demədiyini bildirmişdir. 07 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Sabirabad şəhərində “Qlobus kuruqu” adlanan dairənin yaxınlığında Rafət adlı şəxsin kafesində Seyidəzim ilə çörək yeyərkən o, spirtli içki araq içmişdir. Həmin vaxt yenə də Seyidəzim ona heyvan oğurlamağı təklif etmişdir. O da bu səfər onunla razılaşmış və belə qərarlaşdırmışlar ki, yaşadıqları kəndə gedib orada kiminsə heyvanını oğurlasınlar. Buna görə Seyidəzim ilə birlikdə “Qlobus” dairəsinin yaxınlığında ağ rəngli, dövlət qeydiyyat nişanına fikir vermədiyi, VAZ 2106 markalı avtomobilə əyləşmişlər və taksi sürücüsü işləyən tanımadığı həmin avtomobilin sürücüsü Seyidəzim ilə onu yaşadıqları Novruzlu kəndində aparmış, onlar isə avtomobildən kənddə çöl sahələrə gedən yolun kənarında düşmüşlər. Həmin taksi sürücüsünün pulunu Seyidəzim vermiş, dəqiq bilməmiş ya 4, ya da 5 manat pul vermişdir. Onlar kəndə gedəndə saat 23 radələri olmuşdur. Kənddə taksidən düşdükdən sonra təxminən yarım saat kəndin içərisində gəzmişlər, həmkəndlisi Sabirin oğlu Habilin evinin qarşısından keçən vaxt evin həyətinin giriş qapısının aralı olduğunu görmüş və Seyidəzimə demişdir ki, bəlkə girək Habilin həyətinə. Seyidəzim də razılaşmış və əvvəlcə Seyidəzim evin həyətinin dəmir tordan olan, bir layı açıq qapısından Habilin həyətinə keçmiş, onun ardınca isə o, həyətə keçmişdir. Bundan sonra Seyidəzim evin pilləkənlərinə yaxınlaşıb baxmış və demişdir ki, çöldə ayaqqabı olmadına görə çox güman ki, evdə heç kim yoxdur. Bundan sonra Seyidəzim ilə o, həyətdən tövləyə açılan qapının yanına getmiş, tövlənin taxtadan olan qapısına bağlanmış ağ ipi Seyidəzim açmış, ikisi birlikdə tövləyə daxil olmuş və görmüşlər ki, orada 4 baş iribuynuzlu heyvan var. O, Seyidəzim ilə birlikdə tövlədə taxtaya bağlanmış və tayanın yanında olan “press” adlanan ağ iplərdən açıb həmin 4 baş iribuynuzlu heyvanın boğaz nahiyəsindən bağlamışlar, sonra isə heyvanları tövlədən küçəyə çıxarıb çöl sahəyə aparmışlar və orada kiminsə yonca sahəsinə salmışlar. O, həmin sahənin ağac budaqlarından düzəldilmiş giriş qapısının olduğunu bildirmişdir. Heyvanları həmin sahəyə saldıqdan sonra başlarındakı iplərlə onları sahənin taxtadan olan giriş qapısına bağlamışlar. Sonra Seyidəzim ilə birlikdə oradan çıxıb kəndə gedən asfalt yolun kənarına gəlmişlər. Orada Seyidəzim mobil telefonla bir nəfər şəxsə zəng etmiş və ona demişdir ki, zəng etdiyi şəxs “QAZEL” markalı avtomobilin sürücüsüdür və adı Maşalladır, heyvanları aparmağa gələcəkdir. Bundan sonra Seyidəzim Maşalla adlı şəxsi qarşılaması üçün piyada asfalt yolun qırağı ilə Sabirabad rayonu istiqamətində getişdir. Təxminən bir saat sonra Seyidəzim dövlət qeydiyyat nişanı, səhv etməmişdirsə 54-??-986 ya 984 olan “Qazel” markalı yük avtomobili ilə oğurladıqları heyvanları bağladıqları sahənin qapısının qarşısına gəlmişlər. Seyidəzim “Qazel” markalı avtomobildən düşüb sahənin ağac budaqlarından düzəldilmiş qapısını açmış və sürücü avtomobilini sahəyə sürmüşdür. Bundan sonra avtomobilin sürücüsü Seyidəzimin göstərişi ilə avtomobilinin arxasını sahənin qırağında olan təpəyə doğru sürmüşdür. Avtomobil dayandıqdan sonra Seyidəzim və avtomobilin sürücüsü avtomobilin yük yerinin qapısını açmışlar. O da heyvanlardan birinin ipindən tutub avtomobilin yanına gətirmişdir. Lakin Seyidəzim avtomobilin sürücüsünə havanın soyuq olduğunu deyib sürücüyə avtomobildə oturmasını və heyvanları özlərinin yükləyəcəklərini demişdir. “Qazel” markalı yük avtomobilinin sürücüsüdə bir söz deməyib avtomobilində oturmuşdur. O da Seyidəzimlə birlikdə heyvanları avtomobilə mindirdikdən sonra Seyidəzim ona heyvanları özü aparacağını bildirmişdir. Bundan sonra Seyidəzim “Qazel” markalı yük avtomobilinə əyləşib sahədən çıxıb getmişlər. Seyidəzimgil getdikdən sonra o da sahənin qapısını bağlayıb piyada yaşadığı evə doğru getmişdir. Həmin günün səhərisi istifadə etdiyi ***-***- **-** mobil telefon nömrəsindən Seyidəzimin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng etsə də ona zəng çatmamışdır. Bir gün keçdikdən sonra Seyidəzim ona zəng etmişdir ki, gedək birlikdə Bəhrəmtəpədən çınqıl gətirək. O, gedib Seyidəzim ilə görüşmüş və onun idarə etdiyi Kamaz markalı avtomobil ilə Bəhrəmtəpəyə gedərkən o, Seyidəzimdən soruşmuşdur ki, bəs nə oldu heyvanların pulu. Seyidəzim ona demişdir ki, heyvanları hələ satmamışam, yaxın adamdadır, saxlatdırıram. Bundan iki gün sonra Seyidəzim ilə yenə də “Qlobus” dairəsinin yanında görüşərkən Seyidəzim ona 500 manat pul vermiş və demişdir ki, mənə olan 100 manat borcunuda silirəm. Belə ki, o, oğurluq etməmişdən 10 gün qabaq Seyidəzimdən 100 manat pul almışdır. Seyidəzim 500 manat pulu ona verərkən demişdir ki, həmin pulu özündən verir, heyvanları hələ satmamışdır. Seyidəzimin sözündən belə çıxmışdır ki, heyvanları satandan sonra ona əlavə pul verəcəkdir. Seyidəzim özü ona belə deməmiş, sadəcə sözündən belə çıxmışdır. O da Seyidəzimə bu barədə heç nə deməmişdir. O, ümumiyyətlə Seyidəzimdən heyvanları harada saxlatdırdığını, harada satmaq istədiyini, neçə manata satmaq istədiyini, sadəcə ona demişdir ki, bu mənim öz işimdir, sən birdənə mənə heyvanları oğurlamağa kömək et, qalanları sənlik deyil. Heyvanların pulundan ona nə qədər verəcəyini də Seyidəzim deməmişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər və onunla barışmışlar. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə təqdim edərək ifadəsində göstərdi ki, o, Saatlı rayonu Novruzlu kəndində arvadı İlhamə Zayidova ilə birlikdə yaşayır. Özünə məxsus təsərrüfatında 6 baş iribuynuzlu heyvanları vardır, həmin iribuynuzlu heyvanlar yaşadığı evin həyətində qalır, həmin heyvanları tövlədə saxlayıb ot və su verir. 07 dekabr 2023-cü il tarixdə təxminən saat 17 radələrində həmişə olduğu kimi özünə məxsus 6 baş iribuynuzlu heyvanlarını yaşadığı evin həyətindəki tövləyə salaraq qapısını bağlamışdır. Bundan sonra əl-üzünü yuyub paltarını dəyişib arvadı İlhamə ilə birlikdə ondan ayrı, Saatlı rayonu Yeni Novruzlu qəsəbəsində yaşayan oğlu Mərdangilə qonaq getmişlər. Gecəni oğlu Mərdangildə qalmışlar. 08 dekabr 2023-cü il tarixdə saat 08 radələrində arvadı İlhamə ilə birlikdə özünə məxsus avtomobilə əyləşib yaşadığı evə getmişlər. İdarəetdiyi avtomobillə asfalt yoldan dönüb yaşadığı evə doğru gedən zaman küçə qapısının açıq olduğunu görmüşdür. Küçə qapısından həyətə daxil olduqda tövlənin qapısının açıq olduğunu və tövləyə tərəf gedib tövlənin içərisinə baxan zaman inəklərin 5 başının tövlədə olmadığını görmüşdür. Əvvəlcə heyvanların tövlədən çıxdıqlarını ehtimal edib onları axtarmış, lakin iribuynuzlu heyvanlarını tapa bilməmişdir. Buna görə heyvanlarının oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Heyvanlarının oğurlandığını bilən qardaşı Valeh Zayidov yaşadığı evə gəlmişdir. Qardaşı Valeh ona özünə məxsus çöl pay torpaq sahəsinə heyvanlarını aparan zaman çöl sahəsində yük avtomobilinə məxsus iz gördüyünü bildirmişdir. Onunla birlikdə sahəyə gedib izə baxarkən həqiqətəndə sahəyə avtomobilin girdiyini sahənin qırağında torpaq yığıntısının üzrənindən heyvanlara məxsus izlər olduğunu görmüşdür. Çöl sahədən yaşadığı evə qayıtdıqdan sonra tövləyə gedib baxan zaman oğurlanan inəklərdən birinin erkək balasının tövlənin bir küncündə sıxışıb qaldığını görmüşdür. Oğurluq nəticəsində ona 8000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində əvvəldən tanıdığı ünvan 1 ünvanında yerləşən “Ucal Ergün” ət kəsimi məntəqəsinə gəlib 4 baş iribuynuzlu heyvanın olduğunu deyib kəsimə vermək istədiyini bildirmişdir. Ondan iribuynuzlu heyvanı qəbul edib-etməməsini soruşmuşdur. O da İlyara heyvanların sənədini gətirməsini və bundan sonra heyvanı qəbul edəcəyini bildirmişdir. İlyar onunla razılaşdıqdan sonra getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:30 radələrində İlyar işlədiyi ət kəsimi məntəqəsinə gəlib 4 baş inək gətirdiyini bildirmişdir. Bundan sonra o, ət kəsimi məntəqəsində işləyən Şahid3 İlyarın gətirdiyi 4 baş heyvanı qəbul etməsini bildirmişdir. Heyvanları təhvil verən zaman İlyarın yanında əvvəllər tanımadığı şəxs olmuşdur. Həmin şəxs orta boylu, dolu bədən qurluşlu təxminən yaşı 40-45 yaşı olmuşdur. Qeyd etmişdir ki, heyvanlar ət kəsimi məntəqəsinə qəbul olunduqdan sonra o, X1 arayışını verməsini istəmişdir. X7 Təhlükəsizliyin verdiyi arayışın kağız versiyasının yaşadığı rayonda qaldığını deyib arayışın şəklini mobil telefonda olduğunu demişdir. O da İlyara arayışın şəklini onun Votsapp nömrəsinə göndərməsini bildirmişdir. İlyar da arayışın şəklini göndərmiş və bundan sonra onunla birlikdə ət kəsimi məntəqəsinə girib heyvanların kəsilib soyulmasını gözləmişlər. Ətin ümumi qiyməti 3624 manat təşkil etmişdir. Həmin puldan 100 manat kəsim pulunu çıxıb qalan 3520 manatını İlyara vermişdir. İlyar və onun yanındakı şəxs pulu alıb getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində işlədiyi “Ucal Ergün” ət kəsimi məntəqəsində heyvan alveri edən Şahid2 ona yaxınlaşıb 4 baş iribuynuzlu heyvan gətirildiyini və həmin heyvanların ət kəsimi məntəqəsində kəsilməsini xahiş etmişdir. O da X2 arayışını soruşmuş və Şahin ona mobil telefonun Votsappında kəsimə gətirilən heyvanların arayışının fotoşəklini göstərmişdir. Bundan sonra o, heyvanların kəsilməsinə icazə vermişdir. Bundan sonra tanımadığı bir şəxs Qazel markalı yük maşının arxa yük yerinin qapısını açmış və o da fəhlələrin köməyi ilə yük maşının arxasından 4 baş inəyi düşürüb ət kəsiminə vermişdir. Bundan sonra heyvanlar kəsilərək soyulmuş və çəkisinin və qiymətini hesablaması üçün Şahinə təhvil vermişdir. Bundan sonra heyvanın çəkisinin və qiymətinin nə qədər olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Qazel” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol pulu müqabilində ayrı-ayrı şəxslərə məxsus mal-qaranı heyvan bazarına aparır. Təqsirləndirilən şəxs1 təxminən 10 ildən çoxdur ki tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 onun mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. O, da Seyidəzimə evdə olduğunu demişdir. Bundan sonra Seyidəzim ona yaşadığı Yeni Novruzlu qəsəbəsinə gəlməyini və anasıgildən heyvan götürəcəyini bildirmişdir. O, da Seyidəzimin sözünü yerə salmayıb Saatlı rayonu Yeni Novruzlu qəsəbəsinə getmişdir. Qəsəbənin girişinə çatanda Seyidəzimin onu dayancaqda gözlədiyini görmüşdür. Seyidəzim avtomobilə oturduqdan sonra onlar birlikdə Saatlı rayonu Novruzlu kəndinə getmişlər. Novruzlu kəndində Seyidəzimin anasıgilin qapısına çatan zaman Seyidəzim ona heyvanların özünə məxsus olduğunu demiş, lakin anasıgilinən söz-söhbəti olduğuna görə heyvanları çöl pay torpaq sahəsində əkdiyi yonca sahəsində saxladığını demişdir. Bundan sonra Seyidəzimin göstərdiyi yolla gedib asfalt yoldan çox da uzaq məsafədə olmayan çöl sahəyə çatmışdır. Seyidəzim avtomobildən düşüb həmin sahənin ağac budaqlarından düzəldilmiş qapısını açmış və o da avtomobilini sahəyə sürmüşdür. Bundan sonra Seyidəzim ona avtomobilin arxasını sahənin giriş qapısından təxminən 10 metr məsafədə olan təpəyə sürməyini bildirmişdir. O da avtomobilinin arxasını Seyidəzimin göstərdiyi yerə sürmüşdür. Avtomobili saxladıqdan sonra aşağı enib Seyidəzimə kömək etmək üçün avtomobilin arxasına keçib avtomobilin arxa qapısını açmışdır. Həmin vaxt təxminən 40-45 yaşlarında, əynində palto olan, bir nəfər şəxsin inəyin ipindən yapışıb avtomobilə tərəf gətirdiyini görmüşdür. Həmin şəxs onlara yaxınlaşan zaman Seyidəzim ona “narahat olma mənə kömək edəcəklər, ged otur maşında” demişdir. O da hava soyuq olmasına görə avtomobilində oturmuşdur. Seyidəzim və orada olan tanımadığı şəxs heyvanları avtomobilin yük yerinə mindirdikdən sonra Seyidəzim gəlib avtomobilə əyləşmişdir. Bundan sonra o, avtomobili işə salıb yola düşmüşdür. Həmin vaxt o, Seyidəzimə sahədə olan şəxs gedirsə aparaq demişdir. Lakin Seyidəzim ona həmin şəxsin işi olduğuna görə özü gedəcəyini bildirmişdir. Bundan sonra Seyidəzim ondan heyvanları onun həyətinə, ya da ki atasıgilin həyətinə aparmağını xahiş etmişdir. O, Seyidəzimdən heyvanları onlara aparmaqdansa anasıgilin həyətində olan tövləyə aparmasını demişdir. Lakin Seyidəzim əvvəl dediyi kimi ona anasıgilnən arası olmadığını və evdən çıxdığını əsas gətirib heyvanları israrla onlara aparmağı təklif etmişdir. O da Seyidəzimə inanıb ona Sabirabad rayonu Bulduq kəndində yaşayan kürəkəni Ağaəli Musayevin tövləsində saxlaya biləcəyini demişdir. Lakin Seyidəzimə əvvəlcə Ağaəli ilə danışacağını demişdir. Bundan sonra kürəkəni Ağaəlinin mobil nömrəsinə zəng edib tanışı seyidə məxsus heyvanları onun həyətində olan tövləyə yığmaq istədiklərini deyib buna icazə verib-verməyəcəyini soruşmuşdur. Ağaəli nəsə problem olub-olmamasını soruşduqda o, Ağaəliyə “seyid adamdır yalan danışmaz” demişdir. Bundan sonra Ağaəli ona heyvanları onun həyətindəki tövlədə saxlamağına razılıq vermişdir. Ağaəli ona razılıq verdikdən sonra o, Seyidəzimə heyvanları özü Sabirabad rayonu Bulduq kəndinə aparıb kürəkəninin həyətinə buraxacağını və getməyinə ehtiyac olmadığını bildirmişdir. Seyidəzim də onunla razılaşmış və onlar Saatlı rayonu Yeni Novruzlu qəsəbəsinin girişinə çatan zaman avtomobilini saxlayıb Seyidəzimi qəsəbənin girişində olan dayanacağın qarşısında düşürmüşdür. Bundan sonra o, yoluna davam etmişdir. Sabirabad rayonu Bulduq kəndinə çatdıqdan sonra heyvanları düşürməyi üçün avtomobili kürəkəni Ağaəligilin qapısının qarşısına sürmüşdür. Ağaəligilə çatanda ayın tarixi xx.xx.2023-cü il, saat isə təxminən 02 radələri olmuşdur. O, avtomobilini Ağaəlinin həyətinə sürüb “Qazel” markalı avtomobilinin yük yerini açıb heyvanların buynuzlarında olan ipləri kəsib onları bir-bir həyətdə olan tövləyə buraxmışdır. Heyvanları tövləyə buraxdıqdan sonra o, bir qədər Ağaəligilin həyətində oturub yoruğunu almışdır. O, Ağaəligilin həyətində olan zaman Seyidəzim onun mobil nömrəsinə zəng edib kəndə çatıbçatmadığını soruşmuşdur. O, da Seyidəzimə kəndə çatdığını və heyvanları düşürdüyünü bildirmişdir. Ağaəlinin həyətində bir qədər istirahət etdikdən sonra avtomobilini idarə edib Sabirabad rayonu Kürkəndi kəndində yaşadığı evə getmişdir. Yaşadığı evə çatanda saat təxminən 03-04 radələri olmuşdur. Yaşadığı evə çatdıqdan bir qədər sonra Seyidəzim ona zəng edib harada olduğunu soruşmuşdur. O da Seyidəzimə Sabirabad rayonu Kürkəndi kəndində yerləşən yaşadığı evdə olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Seyidəzimin mobil nömrəsinə zəng edib heyvanları aparıb-aparmamasının səbəbini soruşmuşdur. Seyidəzim də ona səbirli olmağını və heyvanları 11 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə aparacağını demişdir. Seyidəzim ondan heyvanları Bakı şəhərinə neçəyə aparacağını soruşmuşdur. O, Seyidəzimə heyvanları Bakı şəhərinə 200 manata aparacağını bildirmişdir. Seyidəzim də onunla razılaşmışdır. 11 dekabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində Seyidəzim onun mobil nömrəsinə zəng edib harada olduğunu soruşmuşdur. O da Seyidəzimə Sabirabad rayonunda yerləşən “Şamaxı” qəbirastanlığında dəfndə olduğunu bildirmişdir. Seyidəzim ona Sabirabad rayonu Kürkəndi kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında onu gözlədiyini bildirmişdir. Dəfn qurtardıqdan sonra “Qazel” markalı avtomobili ilə Seyidəzimin onu gözlədiyi yerə getmişdir. Yanacaqdoldurma məntəqəsinə çatdıqda Seyidəzimin yanında əvvəllər tanımadığı sonradan adının İlyar olduğunu bildiyi şəxs olmuşdur. Seyidəzim və onun yanındakı şəxs avtomobilinə əyləşdikdən sonra yanacaqdoldurma məntəqəsindən avtomobilinin çəninə yanacaq vurub Sabirabad rayonu Bulduq kəndi istiqamətində yola düşmüşlər. Avtomobil yolunda hərəkətdə olan zaman o, Seyidəzimdən yanında gələn şəxsin kim olduğunu soruşduqda Seyidəzim ona həmin şəxsin kömək edəcəyini bildirmişdir. Bulduq kəndində çatıb heyvanları avtomobilə yükləmək üçün kürəkəni Ağaəlinin evinə getmişlər. Heyvanları Ağaəlinin tövləsindən avtomobilinin yük yerinə çıxardıqdan sonra təxminən saat 17 radələrində Bakı şəhərinə getmək üçün “Kürqırağı” adlanan yolla yola çıxmışlar. Bakı şəhərinə çatmalarına az qalmış İlyar mobil telefonla kiməsə zəng etmiş və onun avtomobilinin nömrəsini kiməsə verməsi üçün ondan nömrəni soruşmuşdur. O da İlyara avtomobilinin nömrəsini nə səbəbə başqasına verməsini soruşduqda Seyidəzim ona avtomobilinin nömrəsini qəssabxanaya girib-çıxmaları üçün qəssabxanını işlədənə verəcəyini bildirmişdir. Bundan sonra o, avtomobilinin nömrəsini Seyidəzimə demişdir. Təxminən saat 20 radələrində Bakı şəhərinə çatmışlar. Lakin qəssabxananın yerini tapa bilmədiklərinə görə təxminən 2 saat qəssabxanın yerini axtarmışlar. Sonda qəssabxanın yerinin “keşlə” bazarının yaxınlığında olduğunu müəyyən etmişlər. Təxminən saat 22 radələrində qəssabxanaya çatmışlar. Bundan sonra Seyidəzim avtomobildən düşüb qəssabxanaya getmişdir. Bir qədər sonra Seyidəzim qəssabxanadan gəlib avtomobilin arxasını qəssabxanın qapısının qarşısına sürməyini demişdir. Avtomobilin arxasını qəssabxanın qarşısına sürdükdən sonra qəssabxanın öz işçiləri heyvanları düşürmüşlər. Bundan sonra o, avtomobilini sakit bir yerdə saxlayıb İlyarla birlikdə avtomobildə oturub Seyidəzimin gəlməsini gözləmişdir. Təxminən 40 dəqiqə sonra Seyidəzim qəssabxanadan gəlib avtomobilə əyləşmişdir. Təxminən saat 23 radələrində Bakı şəhərindən Sabirabad rayonu istiqamətində yola düşmüşlər. Təxminən saat 02 radələrində Sabirabad rayonuna çatmışlar. Sabirabad rayonunda “Qlobusun kuruqu” adlanan yerdə İlyar avtomobildən düşüb taksi ilə yaşadığı kəndə gedəcəyini bildirmişdir. Bundan sonra o, Seyidəzimi yaşadığı Saatlı rayonu Yeni Novruzlu kəndinə aparıb evinə düşürmüşdü. Seyidəzim də danışdıqları kimi yol haqqı olan 220 manat pulu ona vermişdir. Bundan sonra o, yaşadığı Sabirabad rayonu Kürkəndi kəndinə getmişdir. Saatlı polisinə çağırıldıqdan sonra həmin heyvanların Seyidəzim tərəfindən, sonradan adını bildiyi Ataxan adlı şəxslə birlikdə oğurlandığını bilmiş, buna qədər o, həmin 4 baş heyvanların oğurluq olduğunu bilməmişdir. İşdə olan 08 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Saatlı rayonu Novruzlu kəndində yerləşən yaşadığı evin həyətindəki tövlədən 4 baş iribuynuzlu heyvan oğurlanmışdır. İşdə olan 20 dekabr 2023-cü il tarixli şübhəli şəxslərin ifadələrin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Saatlı rayonu Novruzlu kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin küçə qapısını göstərərək həmin qapını açıb həyətə daxil olduqlarını bildirmiş, sonra həyətə daxil olduqda sola dönüb ot tayasının qarşısında həyətdə olan evə bitişik tövləni, bundan əlavə ot tayasının yaxınlığından heyvanların başını bağlamaları üçün ot tayasının bir tərəfinə yığılmış press iplərini götürdükləri yeri, tövlənin taxta qapısını necə açdıqlarını, sonra Zərərçəkmiş şəxs yaşadığı evdən təxminən 400 metr aralıda yerləşən və Valeh Zayidova məxsus çöl pay torpaq sahəsinin qapısının qarşısına gedərək oğurladıqları iribuynuzlu heyvanları “Qazel” markalı avtomobilə mindirdikləri sahəni əyani olaraq göstərmişdir. İşdə olan 20 dekabr 2023-cü il tarixli şübhəli şəxslərin ifadələrin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Saatlı rayonu Novruzlu kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin küçə qapısını göstərərək həmin qapını açıb həyətə daxil olduqlarını bildirmiş, sonra həyətə daxil olduqda sola dönüb ot tayasının qarşısında həyətdə olan evə bitişik tövləni, bundan əlavə ot tayasının yaxınlığından heyvanların başını bağlamaları üçün ot tayasının bir tərəfinə yığılmış press iplərini götürdükləri yeri, tövlənin taxta qapısını necə açdıqlarını, sonra Zərərçəkmiş şəxs yaşadığı evdən təxminən 400 metr aralıda yerləşən və Valeh Zayidova məxsus çöl pay torpaq sahəsinin qapısının qarşısına gedərək oğurladıqları iribuynuzlu heyvanları “Qazel” markalı avtomobilə mindirdikləri sahəni əyani olaraq göstərmişdir. İşdə olan 20 dekabr 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2la birlikdə oğurladıqları 4 baş iribuynuzlu heyvanı kəsimə verdiyi Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 26 ünvanında asfalt yolun qırağında avtotəmir məntəqəsinin arxa tərəfində yerləşən “Ucal Ergün” ət kəsimi məntəqəsini, sonra “Ucal Ergün” ət kəsimi məntəqəsində qəssab işləyən və kəsimə gətirdiyi iribuynuzlu heyvanları qəbul edən Müslüm adlı şəxsi, bundan sonra heyvanların ət kəsimi məntəqəsinə aparmaları üçün qəssablar tərəfindən düşürüldükləri yeri əyani olaraq göstərmişdir. İşdə olan "xxxx" MMC-dən daxil olmuş 09 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, 1 baş dişi, Qarabağ cinsdən, 4 yaşlı, diri çəkisi 450 kq çəkidə inəyin orta bazar satış qiyməti 2500 (iki min beş yüz) manat, 1 baş dişi, Qarabağ cinsdən, 4 yaşlı, diri çəkisi 350 kq çəkidə inəyin orta bazar satış qiyməti 2000 (iki min) manat, 1 baş dişi, yerli cinsindən, 4 yaşlı, 300 kq çəkidə inəyin orta bazar satış qiyməti 1500 (min beş yüz) manat, 1 baş dişi, Qarabağ cinsindən, 1 yaş 6 aylıq, diri çəkisi 300 kq çəkidə dügənin orta bazar satış qiyməti 2000 (iki min) manat təşkil edir. İşdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2-ci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-243/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Sabirabad rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-243/2022 saylı hökmü ilə təyin edilmiş 1 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və o, Sabirabad rayon icra və probasiya şöbəsinin qeydiyyatından həmin tarixdən çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 2-ci dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 dekabr 2023-cü il tarixədək və 21 dekabr 2023-cü il tarixdən tarixədək tutularaq həbsdə saxlanılmışlar. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 dekabr 2023-cü il tarixədən və 21 dekabr 2023-cü il tarixədək tutularaq 02 (iki) gün həbsdə saxlanıldıqları müddət onlara təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyini tələbinə əsasən hazırda Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-243/2022 saylı hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-243/2022 saylı hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, həmin hökmlə hazırda mövcud olan məhkumluq hazırki baxılan cinayətə münasibətdə residiv yaratmır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 dekabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək, 02 (iki) gün tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 dekabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək, 02 (iki) gün tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-36/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-36/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver