Məhkəmə qərarları › İş №1(055)-36/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-36/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-36/2025 09.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsilə təqsirli bilinərək qəti olaraq 04 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 0,812 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 15 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində həmin 0,367 qram psixotrop maddə metamfetamini 01 ədəd falqa kəsiyi bükümündə satış məqsədi ilə Saatlı şəhəri Babək küçəsinə satış məqsədilə qanunsuz daşıyıb, orada həmin vaxt tanışı Saatlı şəhər sakini Şahid1, sonuncunun əvvəlcədən həmin gün saat 16:09 dəqiqədə ona məxsus bank kartına mədaxil etdiyi 80 manat pulun müqabilində qanunsuz olaraq satmış, 19 dekabr 2024-cü il tarixdə saat 19:45 dəqiqədə Saatlı şəhəri, Mətləb Kərimov küçəsində piyada hərəkət edən zaman qalan 0,445 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:50-dən 20:03-dək üstü yoxlanılarkən əynindəki şalvarın sol cibində saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə həmin 0,445 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, daşımış, saxlamış və qanunsuz olaraq psixotrop maddəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun pula ehtiyacı olduğu üçün Şahid1 100 manat məbləğində borc pul istəmişdir. Ona narkotik vasitə verməmim və qarşılığında pul almamışdır. Polislər tərəfindən saxlanıldığı gün təxminən axşamüstü saat 19:30 radələrində o, evdən çıxaraq uşaqları evə gətirmək üçün rayona gəlmişdir. Onu ondən təqribən 100 metr kənarda olan polis əməkdaşları çağırmışlar. O, dönüb geri qayıtmışdır. Məsələnin nə olduğunu soruşduqda ona polis şöbəsində aydınlaşdıracaqlarını bildirmişlər və onun qoluna qandal vuraraq polis şöbəsinə aparmışlar. O, əvvəlcə boynuna götürmək istəməmişdir. Lakin, onu elə bir vəziyyətə salmışlar ki, dözə bilmədiyi üçün narkotik satmağını boynuma almışdır. Hətta Polis şöbəsində qapını açıb onu Samitə göstərərək ona bildirmişlər ki, “səni də bu vəziyyətə qoyarıq”. Polis şöbəsində onun əlini-qolunu sarıdıqdan sonra onun dizinin altından taxta keçirərək onu yuxarıdan asmışlar, ona elektroşok chazı ilə bədəninin bütün nahiyələrinə elektrik vermişlər və ayağının alt hissəsindən dubinka ilə vurmuşlar. Bildirmək istəyir ki, əgər onun üzərində narkotik vasitə olsaydı onu polis əməkdaşları çağıran zaman onu yolun kənarına atardı. Şahid1 də işgəncə altında ondan narkotik vasitə aldığını bildirmişdir. Göstərilənlərə əsasən onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və ən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, təxminən 1 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. O, narkotiki tutulduğu gündən təxminən 15-20 gün əvvəl Bakı şəhəri, Əhmədli qəsəbəsində olarkən sosial şəbəkədən tanış olduğu və tanımadığı şəxsdən 150 manat müqabilində 2 qram psixotrop maddə olan metamfetamin almışdır. O, həmin psixotrop maddədən özü bir neçə dəfə istifadə etmişdir. Daha sonra gələcəkdə istifadə etmək məqsədilə üstündə saxlamışdır. O, hər dəfə həmin narkotiki az-az çəkmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 19 radələrində Saatlı şəhəri, Mətləb Kərimov küçəsində piyada hərəkət edərkən həmin narkotiki əynində olan şalvarın sol cibində saxlamışdır. O, həmin vaxt piyada hərəkətdə olarkən mülki formada olan polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna dair məlumat verərək, onu Saatlı RPŞ-yə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə gəlmişdir. Daha sonra RPŞ-nin Növbətçi Hissəsinin qarşısında olan zaman əməliyyat müvəkkili ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olubolmadığını soruşmuşdur. O, da cavabında üstündə “patı” olduğunu bildirmişdir. Daha sonra əməliyyat müvəkkili ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyi bildirmişdir. O da əynində olan şalvarın sol cibində saxladığı içərisində “patı” olan 1 ədəd polietilen kəsiyi bükümünü təqdim etmişdir. Əməliyyat müvəkkili onun təqdim etdiyi 1 ədəd polietilen kəsiyi bükümünü açaraq içinə baxmış və həmin kütlə elektron tərəzidə çəkildikdən sonra əməliyyat müvəkkili tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra əməliyyat müvəkkili ondan üzərindəki qanunla qadağan olunmuş digər əşyaları da təqdim etməyi istəmişdir. O, üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmiş və üzərində olan 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd özünə məxsus Kapital Banka məxsus Birbank debet kartını, 1 ədəd Redmi markalı mobil telefonu və 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan zərurət olmadığı üçün ona geri qaytarılmışdır. Digər əmlaklar isə zərurət olduğu üçün götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o və iştirak edən polis əməkdaşları protokolda imza etmişlər. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra onun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə baxış keçirilməsi üçün onu müstəntiqin otağına dəvət etmişlər. O, müstəntiqin otağına qalxmış və orada əməliyyat müvəkkili onun üzərindən aşkar olunan və götürülən 1 ədəd zərfdə qablaşdırılmış kütləni müstəntiqə təqdim etmişdir. Müstəntiq zərfi açmış və zərfin içərisindəki 1 ədəd polietilen kəsiyi bükümündə olan metamfetaminə baxış keçirmişdir. Müstəntiq həmin kütləyə baxış keçirdikdən sonra ondan həmin kütlə barədə soruşmuşdur. O, həmin kütləni tutulduğu vaxtdan təxminən 15-20 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Müstəntiq həmin kütləni niyə üzərində saxladığını soruşduqda, gələcəkdə özünə istifadə etmək məqsədilə üzərində saxladığını demişdir. Daha sonra həmin 1 ədəd polietilen kəsiyi bükümündə metamfetamin müstəntiq tərəfindən zərfə geri qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra müstəntiq ona tanışı olan Saatlı şəhər sakini Şahid1 istintaq zamanı verdiyi ifadəsində ondan 100 manat müqabilində narkotik vasitə aldığı barədə ifadə verdiyini və Şahid1 dediklərinin həqiqətə uyğun olub-olmaması barədə soruşmuşdur. O, bütün bunların yalan olduğunu bildirmişdir. Bundan sonra bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o və iştirak edən polis əməkdaşları protokolda imza etmişlər. Bundan sonra o, müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulmuş, sonra ona vəkil təqdim edilərək, hüquq və vəzifələri izah edilmişdir. Bununla bağlı ona bildiriş təqdim edilmişdir. Bir daha bildirir ki, o, Samitə narkotik satmamış, Şahid1 15 dekabr 2024-cü il tarixdə saat 16:09 dəqiqədə ona məxsus bank kartına 100 manat pul mədaxil etmiş və Samit həmin gün 100 manat pulu ona borc kimi göndərmişdir. O, əvvəllər də heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxslə tutulmaqları eyni vaxtda olmuşdur. Onun təqsirləndirilən şəxslə narkotik vasitə alış-verişi olmamışdır. Təqsirləndirilən şəxs ondan borc pul istəmiş, o, da Miryusifin kartına pul atmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona Miryusifin kartına pul atdığını və ondan narkotik aldığını bildirmişlər. Ona polis şöbəsində işgəncə verildiyindən o, da məcbur qalıb Miryusifdən narkotik aldığını bildirmşdir. Lakin o, Təqsirləndirilən şəxs narkotik vasitə almamış və ona narkotik vasitə qarşılığında pul verməmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, onu polis şöbəsində döyüb cinayəti boynuna qoymuşlar. O, da prokurorluğa şikayət etmiş və onun şikayətinə baxılmamışdır. O, da düşünmüşdür ki, onun işinə məhkəmə də düzgün baxılmayacaqdır. Ona görə də özü barəsində olan cinayət işində Miryusifdən narkotik aldığını və qarşılığında pul verdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildən artıq müddətdir ki, el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamindən istifadə edir. 15 dekabr 2024-cü il tarixdə rayonun Molday kənd sakini Miryusif adlı şəxsin mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edərək psixotrop maddə metamfetamin və heroin almaq istədiyini bildirmişdir. Miryusif də onunla razılaşmış və ona heroinlə patı sata biləcəyini bildirmişdir. O, Miryusifdən 1 qram patı və 1 çet heroin istəmişdir. Miryusif də onunla razılaşmış və 80 manata 1 qram patı, 20 manata isə 1 çet heroin satacağını demişdir. O, Miryusiflə razılaşmışdır. Miryusif ona telefonla danışarkən özünə məxsus 16 rəqəmli bank kartının nömrəsini şifahi olaraq bildirmişdir. Həmin nömrəni kağıza yazmış və həmin tarixdə saat 16 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Araz minimarket”dəki “Milliön” ödəniş terminalından 100 manat pulu Miryusifin kartına göndərmişdir. Pulu göndərdikdən 10-15 dəqiqə sonra Miryusifin yaşadığı evin yaxınlığındakı küçədə Miryusiflə görüşmüş və ondan 1 ədəd falqa kəsiyi bükümdə təxminən 1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd sellofan kəsiyi bükümündə 1 çet, yəni 0,1 qram çəkidə heroin almışdır. Həmin metamfetamindən və heroindən gün ərzində bir qədərini istifadə etmişdir. Heroin bir istifadədən sonra qurtarmış, lakin metamfetamin hələ qalmışdır. Beləliklə, o, metamfetaminin digər hissəsini üstündə saxlamışdır. 17 dekabr 2024-cü il tarixdə saat 14:30 radələrində yaşadığı Şeyx Yusif küçəsində olarkən mülki geyimli şəxslər kənardan yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərmiş və üstünün yoxlanılacağını demişlər. O da etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, üstündə qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etsin. O, səmimi olaraq üstündə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra başında qara rəngli papağın içərisində 1 ədəd kağız bükümdə saxladığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra kütlə elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qablaşdırılmış və möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdi ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 dekabr 2024-cü il tarixdə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Mirzahid Abasovun və 19 dekabr 2024-cü il tarixdə Saatlı RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyevin verdiyi əməliyyat tapşırıqlarının icrası ilə əlaqədar olaraq, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olan və Saatlı şəhəri Şeyx Yusif küçəsində fərdi tikilidə yaşayan Şahid1 qanunsuz olaraq psixotrop maddə satması, habelə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə Saatlı RPŞ-nin CAB-nin rəisi, polis baş leytenantı X4 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Fuad Salmanov raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Daha sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Fuad Salmanova həvalə edilmişdir. Fuad Salmanov tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin rəisi, polis baş leytenantı X5, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Firudun oğlu, PPXB-nin polis manqa komandiri, polis baş serjantı Şahid4 və o özü iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 19 radələrində Saatlı şəhəri, Mətləb Kərimov küçəsində Təqsirləndirilən şəxs saxlanılmış və ona həmin vaxtdan şübhəli şəxs qismində saxlanılması bildirilmişdir. O, faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olduğu izah edilmişdir. Sonra ona Saatlı RPŞ-yə gəlməsi təklif edilmiş və Təqsirləndirilən şəxs razılaşaraq Saatlı RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin Növbətçi Hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Buna görə də həmin şəxsin üstünə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sol cibindən 1 ədəd Kapital Bank kartını, özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki gödəkçənin sağ cibindən 1 ədəd Xiaomi Redmi markalı mobil telefonu, 1 qutu Vinston siqaretini, 1 ədəd alışqanı və əynindəki şalvarın sağ yan cibindən 1 ədəd polietilen bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Həmin kütlə polietilen bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,52 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd zərfdə qablaşdırılmış və götürülmüşdür, həmçinin 1 ədəd Xiaomi Redmi markalı mobil telefonu və 1 ədəd Kapital Bank kartı da götürülmüşdür. Bundan sonra həmin şəxsdən aşkar edilmiş digər əşyalar isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Baxış zamanı videoçəkiliş aparılmışdır. Sonra aşkar edilmiş psixotrop maddə müvafiq istintaq orqanına təhvil verilmiş və protokol tərtib edilmişdir. Bununla bağlı protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs Qəribağa oğluna müdafiə hüququnun olduğu və müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə İstintaq bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılmış və götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini Bakı şəhəri, Əhmədli qəsəbəsində olarkən sosial şəbəkədən tanış olduğu və tanımadığı şəxsdən 150 manat müqabilində 2 qram psixotrop maddə olan metamfetamin aldığını, həmin psixotrop maddədən bir neçə dəfə istifadə etdiyini və gələcəkdə də istifadə etmək məqsədilə üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd polietilen büküm baş müstəntiq tərəfindən açılmış və içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və tərəfi tərəfindən imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, heç kəsə narkotik vasitə satmadığını, üstündən aşkar olunan bank kartının da özünə aid olduğunu və həmin bank kartına tanışı Şahid1 15 dekabr 2024-cü il tarixdə borc kimi 1 dəfə 100 manat pul göndərdiyini bildirmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib edilmişdir və o, digər iştirakçılarla birlikdə protokola imza atmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsində Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə ibtidai istintaq zamanı 21 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs Şahid1 ilə digər Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, o, 15 dekabr 2024-cü il tarixdə saat 16:09 dəqiqədə Təqsirləndirilən şəxs məxsus bank kartına Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Araz Market”dəki ödəmə terminalı vasitəsilə 100 manat pul mədaxil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bank kartına mədaxil etdiyi 100 manat pulun 80 manatı müqabilində həmin gün saat 16:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, ondan 1 bükümdə psixotrop maddə metamfetamini almışdır. Qalan 20 manatın müqabilində isə 1 çet, yəni 0,1 qram heroin aldığını bildirmişdir. İşdə olan 17 dekabr 2024-cü il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olan və Saatlı şəhəri Şeyx Yusif küçəsində fərdi tikilidə yaşayan Şahid1 üstünə baxış keçirilən zaman başındakı qara rəngli papaqda saxladığı 1 ədəd falqa kəsiyində olduğu bükümlə birlikdə 0,56 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Şahid1 həmin kütləni tanışı Təqsirləndirilən şəxs 80 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan 17 dekabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhər sakini Şahid1 üstündən aşkar olunaraq götürülmüş 1 ədəd falqa kəsiyində olduğu bükümlə birlikdə 0,56 qram psixotrop maddə metamfetaminə baxış keçirilmiş, Şahid1 həmin kütləni tanışı Təqsirləndirilən şəxs 80 manat pul müqabilində aldığını bir daha etiraf etmişdir. İşdə olan 19 dekabr 2024-cü il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sol cibində saxladığı 1 ədəd polietilen kəsiyində olduğu bükümlə birlikdə 0,52 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan 19 dekabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd polietilen kəsiyində olduğu bükümlə birlikdə 0,52 qram psixotrop maddə metamfetaminə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. İşdə olan 19 dekabr 2024-cü il tarixli Şahid1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid1 istintaq zamanı ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif edildi. O, bildirdi ki, 15 dekabr 2024-cü il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs məxsus bank kartına Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Araz Market”dəki ödəmə terminalı vasitəsilə 100 manat pul mədaxil etmişdir. Samir Əzizov ifadəsində göstərdiyi həmin xüsusat üzrə “Araz Market”dəki ödəmə terminalını, ödəmə terminalında hansı prosesləri həyata keçirdiyini, daha sonra Təqsirləndirilən şəxs bank kartına 100 manat pulu mədaxil etdiyini, həmin pulun 80 manatı müqabilində həmin gün saat 16:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, Saatlı şəhəri Babək küçəsində 1 bükümdə psixotrop maddə metamfetamini aldığını və ifadəsində qeyd etdiyi həmin yerləri göstərməklə, əməlini bir daha etiraf etmişdir. İşdə olan 20 dekabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon “Xiaomi Redmi” markalı olmaqla, qarşı hissəsi sensor ekrandan ibarətdir, ekranın yuxarı orta hissəsində fotoşəkil çəkmək üçün kamerası vardır. Mobil telefonun arxa tərəfi ağ rəngdə olmaqla yuxarı sol hissəsində fotoşəkil çəkmək üçün kamera və sağ yan kənarında əl-barmaq izi sensoru vardır. Mobil telefon işlənmiş və işlək vəziyyətdədir, üzərində (050) ***-**-** GSM nömrə var. Mobil telefonu işə salıb içərisindəki məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, mobil telefonun ana ekranında bir sıra mobil tətbiq proqramları var. Həmin proqramlardan biri də Birbank mobil tətbiqidir. Birbank mobil tətbiqinə baxış keçirilən zaman müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 16:09 dəqiqədə Təqsirləndirilən şəxs məxsus 523915******5829 nömrəli “Birbank Cashback” bank kartına Million ödəmə terminalı vasitəsilə 100 manat pul vəsaiti mədaxil olunmuşdur. İş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusat üzrə xx.xx.2024-cü il tarixdə saat 16:09 dəqiqədə Təqsirləndirilən şəxs məxsus 523915******5829 nömrəli bank kartına mədaxil etdiyi 100 manat pul vəsaitinin həqiqətən də sonuncunun bank kartına mədaxil olunmasına dair Birbank tətbiqində “**********8” nömrəli qəbz olduğu müəyyən olunmuşdur. Bu barədə fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/969 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd falqa kəsiyi bükümündə təmiz çəkisi – 0,367 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/979 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,445 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetamin ilə Şahid1 aşkar olunmuş metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib elementlərinə görə eyni tərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək qəti olaraq 04 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il, 05 ay, 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, üzərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün üzərində saxladığını və Şahid1 narkotik vasitə satmadığını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 arasında ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 100 manat pul müqabilində Vüqar İmanzadədən 1 büküm narkotik vasitə olan metanfetamin, 1 “çet” isə heroin aldığını sonuncunun üzünə qarşı demişdir. Bundan başqa işdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/979 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Şahid1dan aşkar olunmuş və Təqsirləndirilən şəxsdan aşkar olunmuş metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib elementlərinə görə eyni tərkiblidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının ona fiziki zor tətbiq etmələri ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zor nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmənin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı, Təqsirləndirilən şəxs RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, qeyri-insani rəftara və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması toplanmış sübutlarla öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərkən şəxs xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarəti izi aşkar edilməmişdir. Məhkəmə həmçinin, Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə almaması barədə ifadəsinə münasibətdə qeyd edir ki, həmin ifadələr təqsirləndirlən şəxs Miryusif İbrahimovu müdafiə xarakteri daşıyır. Belə ki, Şahid1 özünün CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsində keçirilən məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilərkən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə almasını və onun müqabilində sonuncunun kartına pul göndərdiyini bildirmişdir. Həmin cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(055)-40/2025 saylı hökmü ilə Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə alaraq satış məqsədi olmadan üzərində saxladığı və daşıdığı üçün CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, ona Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 04 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il, 05 ay, 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi vaxtadək Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə çəkilməmiş cəzası 02 ay 17 gün təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 il, 05 ay, 02 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,445 qram olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 il, 05 ay, 02 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,445 qram olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. İş üzrə 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar