Məhkəmə qərarları › İş №1(055)-37/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-37/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-37/2023 30.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 12:00-da xx xxxx 1978-ci il tarixdə Saatlı rayonu Krasnoselski (indiki Qara Nuru) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən çöl sahədə həmkəndlisi Zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq kəllə ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə vurub ona burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burunun belində, sol gözaltı nahiyədə qançırlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 aprel 2023-cü il tarixdə günorta saat 2-3 radələrində həmkəndlisi Zərərçəkmiş şəxslə su üstündə aralarında mübahisə yaranmış, o da həmin vaxt əsəbi olduğu üçün Zərərçəkmiş şəxs burun nahiyəsinə kəllə ilə vuraraq ona xəsarət yetirmişdir. Əməlindən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 21 aprel 2023-cü il tarixdə yaşadığı Saatlı rayonu Qara Nuru kəndindəki çöl sahəyə getmiş, ona məxsus sahəni su basdığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək ərazisinə niyə su buraxdığını soruşmuş, Təqsirləndirilən şəxs da ona sahəyə getməsini, özünün də oraya getdiyini demişdir. Çöl sahəyə çatdıqda aralarında mübahisə yaranmış, nə olduğunu bilmədən Təqsirləndirilən şəxs kəllə ilə onun burun nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hadisəni görməmişdir, lakin Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs mübahisə edib dalaşdıqlarını eşitmişdir. Muraddin və Azər hər ikisi onun dostu olduğu üçün onları barışdırmaq istəmiş, yolda gedərkən Muraddini görmüş, Muraddinə Azərlə həmkəndli olduqlarını, bir-birləri ilə dalaşmağın ayıb olduğunu deyərək barışmaqlarını istəmiş, lakin o, barışmayacağını bildirmişdir. Bundan sonra o, həmin yerdən çıxıb getmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs Saatlı RPŞ-nə ünvanladığı 21 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 21 aprel 2023cü il tarixdə yaşadığı kəndin ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs onun burun nahiyəsinə vuraraq onu döydüyünü bildirmiş və Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X6 Şəxsin Sabirabad rayon şöbəsinin 26 aprel 2023-cü il tarixli 101 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burunun belində, sol gözaltı nahiyədə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 21 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 may 2023-cü il tarixli 446 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X3 və 2019-cu il təvəllüdlü X2 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 21 aprel 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən çöl sahədə həmkəndlisi Zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq kəllə ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə vurub ona burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burunun belində, sol gözaltı nahiyədə qançırlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Ona görə də hazırkı iş üzrə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs barəsində icraata zərərçəkmiş şəxslə barışmağa görə xitam verilə bilməz. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla üç yüz saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı çəkməyə başladığı vaxtdan hesab edilsin. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar