Məhkəmə qərarları › İş №1(055)-37/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-37/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-37/2025 08.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci ildə Saatlı rayonu Potubəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək 03 il, 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Saatlı rayonu Əlisoltanlı kəndində qeydiyyatda olan və Saatlı şəhəri M.Maqamayev küçəsində fərdi tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,345 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib və üstündə saxlamış, 17 dekabr 2024cü il tarixdə saat 11:00 radələrində Saatlı şəhəri, Cavanşir küçəsində piyada hərəkət edərək həmin psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada həmin tarixdə saat 11:00-dan 11:11-dək üstü yoxlanılarkən əynində olan şalvarın sol yan cibində saxladığı 1 ədəd kürə formalı plastik qabda həmin xeyli miqdarda təmiz çəkisi 0,345 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin psixotrop maddənin qəbul edilməsində istifadə edilən içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şpris aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən tutulduğu gündən bir neçə gün əvvəl Saatlı şəhəri H.Əliyev prospektində yerləşən parkda gəzərkən yerdə yumru formalı plastik qab görmüşdür. Həmin qaba yaxınlaşaraq yerdən götürüb içərisinə baxarkən, el arasında “patı” kimi adlanan metamfetamin olmasını bilmiş və istifadə etmək məqsədi ilə onu üstündə saxlamışdır. Bundan əlavə, aptekdən narkotik vasitə qəbul etmək üçün 1 ədəd şpris də almış və onu üzərində saxlamışdır. 17 dekabr 2024-cü il tarixdə saat 11 radələrində odun toplamaq üçün Saatlı şəhəri Cavanşir küçəsi ilə gedərkən, mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və xidməti vəsiqələrini göstərərək onun üstünün yoxlanılacağını demişlər. O, etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif edilmişdir ki, üstündə qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etsin. O, səmimi olaraq üstündə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra əynindəki şalvarın sol yan cibindən 1 ədəd plastik qabda psixotrop maddə metamfetamin və 1 ədəd şprisi təqdim etmişdir. Kütlə elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qablaşdırılmışdır. Daha sonra polis şöbəsinə gəldikdə, inzibati binanın otaqlarının birində təqdim etdiyi kütləyə və 1 ədəd şprisə baxış keçirilmiş, sonra həmin kütlələr yenidən polis əməkdaşları tərəfindən kağız zərfə qablaşdırılıb götürülmüşdür. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Firudun oğlu ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 dekabr 2024-cü il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndində qeydiyyatda olan və Saatlı şəhəri M.Maqamayev küçəsində fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin AÜ əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 11 radələrində Saatlı şəhəri, Cavanşir küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanılmış və həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağı Təqsirləndirilən şəxs izah edilmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah etmiş və üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olubolmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 1 ədəd “Xiaomi Redmi 8” markalı mobil telefonu, sol cibindən isə 1 ədəd elektron siqaret, 1 ədəd şprisi və 1 ədəd kürə formalı plastik qabı çıxarıb təqdim etmiş və qabın içərisində patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kürə formalı plastik qabın içərisinə baxış keçirilmiş və içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə olduğu kürə formalı plastik qabla birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 2,94 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kürə formalı plastik qabda psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüş, aşkar edilmiş digər əşyalar isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş və şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Mirzahid Abasov tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd kürə formalı plastik qab təhqiqatçı tərəfindən açılmış və içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Bütün bunlar barədə videoçəkiliş aparılmış və protokol tərtib olunmuşdur, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 Firudun oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 17 dekabr 2024-cü il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Əlisoltanlı kəndində qeydiyyatda olan və Saatlı şəhəri M.Maqamayev küçəsində fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan şalvarın sol yan cibində saxladığı 1 ədəd kürə formalı plastik qabda xeyli miqdarda təmiz çəkisi – 0,345 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin psixotrop maddənin qəbul edilməsində istifadə edilən içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şpris aşkar edilərək götürülmüşdür. İşdə olan 17 dekabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd kürə formalı plastik qabda 0,345 qram psixotrop maddə metamfetaminə və həmin psixotrop maddənin qəbul edilməsində istifadə edilən içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şprisə baxış keçirilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/966 nömrəli ekspert rəyində göstərilmişdir ki: 1. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd plastik qabda təmiz çəkisi – 0,345 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2.Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...şpris...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd şprisin içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu müəyyən olunur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək 03 il, 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkumluğu xx.xx.2025-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırda ittiaham olunan cinayət əməllini məhkumluğu ödənilmədiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Saatlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, ona Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 03 il, 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il, 04 ay, 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-801/2023 saylı qərarı xx.xx.2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, həmin tarixdə məhkumun ölkədən çıxması müvəqqəti məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə məhkum qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzası xx.xx.2025-ci il tarixdə başa çatdığı üçün Saatlı rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 il, 04 ay, 20 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,295 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd içərisində psixotrop maddə metamfetaminin izləri olan şpris məhv edilməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 il, 04 ay, 20 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,295 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd içərisində psixotrop maddə metamfetaminin izləri olan şpris məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar