Məhkəmə qərarları › İş №1(055)-38/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-38/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-38/2025 10.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi qaydada videooperator işləyən, Saatlı şəhəri, M.F.Axundov küçəsi ev 177-də qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 7,44 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitə Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyat axtarış tədbirlədiri nəticəsində xx.xx.2025-cii il tarixdə Saatlı şəhəri X6 küçəsində saxlanılaraq həmin tarixdə qeyd olunan ünvanda saat 10:42-dən saat 10:50-dək olan müddət ərzində üstünün yoxlanması və baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əynində olan qara rəngli parça materialdan hazırlanmış şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 7,44qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 il olar ki el arasında “nəşə” adlanan narkotik vasitə olan qurudulmuş maruxuanadan istifadə edir. O, polis tərəfindən saxlanmazdan təxminən bir həftə əvvəl “Araz” çayının Saatlı şəhəri ərazisindən keçən hissəsindən qarmaq vasitəsi ilə balıq tutmağa getmiş, həmin gün balıq tuta bilmədiyi üçün “Araz” çayının sahilində gəzinməyə başlamışdır. Gəzinən zaman gözünə yerdə bir ədəd şəffaf rəngli bağlanmış sellofan büküm sataşmış və bükümü yerdən götürərək üst hissəsindən içərisinə baxdıqda, içərisində “nəşə” olduğunu görmüşdür. Bu zaman həmin narkotik vasitədən istifadə etməyi düşünmüş və ətrafa nəzər yetirərək heç kimin olmadığından tam əmin olduqdan sonra həmin narkotik vasitəni sellofan bükümü özü ilə götürmüş və cibində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 10:15 radələrində təzəlikcə vəfat edən atası Rahib İsmayılovun ölüm kağızını düzəltmək üçün Saatlı şəhərində yerləşən Notariat ofisinə getmiş, həmin gün Notariat ofisi işləmədiyi üçün geri qayıtmışdır. Həmin gün saat təxminən 10:35 radələrində piyada və tək halda evə geri qayıdan zaman Saatlı şəhəri X6 küçəsində mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etməyini istəmişlər. O da özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməyi təklif edilmişdir. O, da əynində olan parça materialdan olan qara rəngli şalvarının sağ yan cibində saxladığı içərisində “nəşə” olan bükümü təqdim etmişdir. Həmin bükümü tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi sellofon bükümdə aşkar edilmiş narkotik vasitə olan “nəşə” kütləsi elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə ümumi çəkisi 7,95 qram olmuşdur. Bundan sonra üstündən aşkar edilmiş “nəşə” bükümlə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Bundan başqa üzərindən bir ədəd alışqan, “GSS” markalı siqaret, “Redmi” markalı mobil telefon aşkar edilmiş, aşkar edilərək götürülmüş “nəşə”dən başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş “nəşə” olan sellofan büküm açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da “nəşə”ni “Araz” çayının kənarından tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üstündən aşkar edilmiş “nəşə” yenidən qabalaşdırılaraq götürülmüş, aşkar edilmiş siqaretlə alışqan özünə qaytarılmış, “Redmi” markalı mobil telefon isə götürülmüşdür. Üstündən aşkar edilmiş “nəşə”dən başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşka edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.. xx.xx.2025-ci il tarixdə Saatlı şəhəri, M.F.Axundov küçəsi ev 177-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Şahid1 tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:40 radələrində Saatlı şəhəri X6 küçəsi ilə piyada və tək halda yaşadığı ev istiqamətində hərəkətdə olarkən müəyyən edilmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmiş, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etməyini istəmişlər. Ağarzə də özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməyi təklif edilmiş, Ağarzə də əynində olan parça materialdan hazırlanmış qara rəngli şalvarının sağ yan cibində saxladığı bükümü təqdim etmişdir. Həmin bükümü tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi sellofon büküm açılmış, içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə ümumi çəkisi 7,95 qram olmuşdur. Bundan sonra Ağarzənin üstündən aşkar edilmiş “nəşə” bükümlə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Bundan başqa Ağarzənin üzərindən bir ədəd alışqan, “GSS” markalı siqaret, “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Üstündən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlədən başqa Ağarzənin üzərindən qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Ağarzə də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra o olanlar barədə raportla RPŞ-nin rəhbərliyinə məruzə etmiş, raportunun icraası Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı Mirzahid Abasova həvalə edilmişdir. X2 xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan büküm açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da Ağarzə həmin kütləni “Araz” çayının kənarından tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan büküm yenidən qabalaşdırılaraq götürülmüşdür. Üstündən aşkar edilmiş siqaretlə alışqan Ağarzənin özünə qaytarılmış, “Redmi” markalı mobil telefon isə götürülmüşdür. Üstündən aşkar edilmiş qururdulmuş marixuanaya bənzər kütlədən başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşka edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmiş, hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 oğlu istintaq zamanı verdiyi ifadələrində Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ arxa cibində saxladığı bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəyə baxış keçirilmiş, sonuncu həmin kütlənin üzərlərindən aşkar edildiklərini təsdiq etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/04 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 7,44qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 302 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Naromaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il və xx.xx.2018-ci il təvəllüdlü uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvəllərdə eyni xarakterli cinayət törətdiyinə görə məhkum olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 06 yanvar 2025-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 7,42 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 7,42 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar