Məhkəmə qərarları › İş №1(055)-39/2022

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-39/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-39/2022 04.07.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Saat: 16:00 xx xxxx 1968-ci ildə Saatlı rayonu, Severski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Fətəlikənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan sayda, vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, Saatlı rayonu Fətəlikənd kəndində 2022-ci ilin yanvar ayının axırlarında yaşadığı evin birinci mərtəbəsindəki istifadə olunmayan otaqda 1 ədəd plastik vedrə və 7 ədəd plastik qablardakı torpağa qanunsuz olaraq əkmiş, 13 mart 2022-ci il tarixədək müddət ərzində həmin qablarda böyüyən ümumilikdə 12 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 13 mart 2022ci il tarixdə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları 12 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini aşkar edib götürmüşlər, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 2021-ci ilin dekabr ayının ortalarında çöl sahədən yaşadığı evə qayıdarkən yolun kənarında 1 ədəd kibrit qutusunu görmüş, maraq üçün həmin kibrit qutusunu yerdən götürüb içinə baxanda içərisində olan çətənə bitkisinin toxumu olduğunu görüb tanımış, toxumları sayarkən 20 ədəd olduğu ona məlum olmuşdur. Sonra həmin kibrit qutusunu cibinə qoyaraq toxumları əkmək üçün yaşadığı evə gətirərək saxlamışdır. 2022-ci ilin yanvar ayının axırlarında saxladığı 20 ədəd çətənə bitkisinin toxumlarını 7 ədəd müxtəlif ölçülü plastik qablara qablara və 1 ədəd plastik verdəyə əkmişdir. Həmin çətənə bitkilərini əkdiyi plastik qabları və vedrəni yaşadığı evin birinci mərtəbəsindəki otaqda saxlamışdır. 1 ədəd plastik verdəyə və 3 ədəd plastik qablara əkdiyi toxumlardan hər birində 2 ədəd, 4 ədəd plastik qaba əkdiyi toxumlardan isə hər birində 1 ədəd olmaqla, ümumilikdə 12 ədəd çətənə bitkisi cücərmiş və mütəmadi olaraq suvarıb diblərini yumşaldaraq onlara qulluq etmişdir. Həmin bitkilər təxminən 0,10-0,12 metr boy atmışdır. 13 mart 2022-ci il tarixdə təxminən saat 18 radələrində həyətdə olarkən evin qarşısına gələn polis əməkdaşları ona həyətində narkotik tərkibli bitkiləri əkməyi barədə məlumatlarının olduğunu, bununla bağlı baxış keçirəcəklərini bildirdikdə etiraz etməyərək bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları iki hal şahidinin və aqronomun iştirakları ilə həyətinə baxış keçirərkən yaşadığı evin birinci mərtəbəsindəki otaqda 7 ədəd ədəd plastik qablara və 1 ədəd plastik verdəyə əkib-yetişdirdiyi çətənə bitkilərini aşkar etmişlər. Səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında 1 ədəd plastik vedrədə, 7 ədəd plastik qablarda olan 12 ədəd bitkinin narkotik tərkibli olduğunu və öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini etiraf etmişdir. Baxışda iştirak edən aqronom tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilərkən bitkilərin diblərinin yumşaldıldığını və suvarıldığını, bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu qeyd etmişdir. Həmin 12 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq götürülmüşdür. O, hal şahidləri və polis əməkdaşları kimi həyətindən aşkar edilmiş çətənə bitkiləri olan qablaşdırmanın üzərində imza etmişdir. Həyətinə baxış keçirilərəkən foto və videoçəkiliş aparılmış, sonra baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Hazırda əməlinə görə peşmançılıq çəkir, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RİHB-nın Fətəlikənd kənd İƏD-si üzrə nümayəndəsi X5 ifadəsində göstərdi ki, 13 mart 2022-ci il tarixdə saat 17 radələrində Saatlı RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq kəndin ərazisində keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmiş, razılıq verdikdən sonra polis əməkdaşları ona həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçəyə gəlməyini xahiş etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən onun və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki mətbəx kimi istifadə olunan otağın qarşı sol tərəfindəki otaqda 1 ədəd plastik vedrədə və 3 ədəd plastik qablarda hər birində 2 ədəd, 4 ədəd plastik qabda hər birində 1 ədəd olmaqla orta hesabla 0,10-0,12 metr boy atmış ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq həmin 12 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom həmin 12 ədəd bitkiyə baxış keçirilərək həmin bitkilərin diblərinin boşaldıldığını, suvarıldığını, aqrotexniki qaydada becərmə işlərinin aparıldığını bildirib bu barədə rəy təqdim etmişdir. Aşkar edilmiş 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər polis əməkdaşları tərəfindən əkildiyi torpaqdan çıxarılaraq götürülmüşdür. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Sonda baxışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən X6 ifadəsində göstərdi ki, 13 mart 2022-ci il tarixdə Saatlı rayonu Fətəlikənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq həyətyanı sahəsində, həyətində olan yarımtikilidə narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Saatlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elnur Əhmədov, Saatlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Amid Sefyalıyev, Saatlı RPŞ-nin İTB-nin sahə rəisi Barat Sadıqov, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimli, hal şahidləri qismində dəvət edilmiş Saatlı RİHB-nın Fətəlikənd kənd İƏD-si üzrə nümayəndəsi Elşən Rəhmanov və Saatlı rayonu Fətəlikənd kəndində yaşayan Firqan Abbasovun iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki mətbəx kimi istifadə olunan otağın qarşı sol tərəfindəki otaqda 1 ədəd plastik vedrədə və 3 ədəd plastik qablarda hər birində 2 ədəd, 4 ədəd plastik qabda hər birində 1 ədəd olmaqla orta hesabla 0,10-0,12 metr boy atmış ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən 12 ədəd bitkiyə baxış keçirilərək həmin bitkilərin diblərinin boşaldıldığı, suvarıldığını, aqrotexniki qaydada becərmə işlərinin aparıldığını bildirmişdir. Aqronom tərəfindən bu barədə rəy tərtib edilmişdir. Həmin 12 ədəd bitkilər tərəflərindən əkildikləri yerdən çıxarılaraq bir ədəd polietilen torbada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki otaqdan aşkar edilmiş həmin 12 ədəd çətənə bitkilərinə oxşar bitkilərdən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Sonda baxışın keçirilməsi protokol tərtib edilərək imzalanmış, baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 şahid X2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də şahidlər X9 və X7 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan “baxış keçirilməsi haqqında” 25 may 2021-ci il tarixli protokoldan, ona əlavə olan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı şəhəri, A.Abuzərov küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yarımtikili otağından 2 ədəd plastik qablarda (dibçəklərdə) əkib-yetişdirdiyi 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin məhkəmə-bioloji ekspertizasının 14 mart 2022-ci il tarixli 18/312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs fərdi yaşayış evindən...” sözləri yazılmış və imzalar olan polietilen torbada ümumi sayı 12 (on iki) ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-25 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik nərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Çətənə (kannabis) bitkilərinin ümumi təmiz təmiz çəkisi-25 qram, tədqiqata sərf edildi-0,24 (hər obyektdən- 0,02 qram), qalıq-24,76 qramdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 05 aprel 2022-ci il tarixli 1601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəx kimi istifadə olunan otağın qarşı sol tərəfindəki otaqdan aşkar edilmiş 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. X8 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 13 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 15 mart 2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 24,76 qram təmiz çəkidə 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il doqquz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il doqquz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il səkkiz ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 24,76 qram təmiz çəkidə 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar