Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-39/2023 04.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 16:20-də xx xxxxxx 1978-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Saatlı şəhəri, M.Ağayev küçəsində onunla qonşuluqda yaşayan əmisi Zərərçəkmiş şəxs ilə əvvəllər Zərərçəkmiş şəxs gəlini Şahid5 əxlaqsız təkliflər etməsi səbəbindən ailələri arasında baş vermiş mübahisələrə görə evini tərk edib getdikdən sonra yenidən evinə qayıtmasına görə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən istintaqa məlum olmayan alətlə onun üzərinə hücum edib Zərərçəkmiş şəxs yaxın adamları, oğlu Şahid4, bacısı Şahid3, gəlini Şahid5 və nəvəsi Zilan Qarayevanın gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıq etməklə qəsdən sağ əl nahiyəsinə zərbələr endirərək ona sağ əlinin 5-ci əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, 1-ci əldarağı falanqa oynağının yarımçıxığı xəsarətlərindən ibarət zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaya aid olan xəsarətlər yetirmiş, yəni zərər çəkmiş şəxsə xüsusi amansızlıqla həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o, evə gələndə Ülkər maşınının şüşəsini daşla vurmuşdur. Buna görə də o, 102 xidmətinə zəng vurmuş və polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onlarla söhbət apardıqdan sonra getmişlər. Bütün hadisə evində olan və həyətini çəkən nəzarət kamerasına düşmüşdür və o, həmin görüntüləri məhkəməyə təqdim etmişdir. Hadisə zamanı mübahisəni Ülkərgil yaratmışlar. Hadisə Ülkərin oğlunun onun atasının üzünə tüpürməsi ilə başlamışdır. Əvvəlcə Ülkər atasını söymüş, oğlu isə atasının üstünə hücum çəkmişdir. Ülkər isə atasının yaxasından yapışmışdır. Sonra isə Ülkərin oğlu ilə onun oğlunun arasında mübahisə yaranmışdır. Ülkərdə bıçaq olmuş və onun oğluna həmin bıçaqla 3 dəfə vurmuşdur. Ülkərin oğlu həyətlərindən bel götürməyə getmişdir. Ülkəri o vurmamış, Ülkərin oğlunda bel olmuş, Ülkərin oğlu həmin bellə onu vurmaq istəyərkən o yayınmış və bel Ülkərə dəymişdir. O, həyətdən çıxanda əlində rezin şlanq olmuş, əlində dəmir heç nə olmamışdır. Onu da polis Namiz əlindən almış və o, şlanqala heç kimə xəsarət yetirə bilməmişdir. Hadisə zamanı oğlunun əlində dabankeş olmuşdur. Daha sonra isə Ülkər onu dəfələrlə vurmuşdur. Davanın sonuna qədər polis Namiz orada olmuşdur. Hadisədə günahkar Zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən bir müddət öncə Qəhrəman onun gəlininə sataşdığı üçün iki ailə arasında münaqişə yaranmışdır. Buna görə də onlar Qəhrəmanın atası Adil ilə, yəni öz qardaşı ilə Qəhrəmanın rayona gəlməyəcəyi barədə razılaşmışlar. Onlar Qəhrəmangil ilə qonşudurlar. Hadisə günü Qəhrəmanı rayonda görmüşlər. Bu barədə qapılarının ağzında atası ilə Qəhərmanın niyə rayona gəlməsi ilə bağlı söhbət etmişlər. Əsas hadisədən qabaq aralarında mübahisə yaranmış və buna görə hər iki ailə 102 xidmətinə zəng etmişdir. Hadisənin dəqiq saatı yadında deyil, hava qaranlıq olmuşdur. Aralarında yaranan mübahisəni Qəhrəmanın atası yaratmışdır. Polis əməkdaşları gələrək onlarla profilaktik söhbətlər aparmışlar, daha sonra isə getmişlər. Bundan sonra isə onda olan tüfəngin rayon polis şöbəsinə təhvil verilməsi ilə bağlı polis Namiz Ağayev onun yanına gəlmişdir. Bu zaman o, yenə Qəhramanın atası ilə söhbət etmişdir. Lakin birdən Qəhrəmangil həyətlərindən çıxaraq üstünə hücum çəkmişlər. Qəhrəmanın əlində el arasında “mantirovka” deyilən dəmir olmuşdur. Atasının əlində daş, oğlunda isə dabankeş olmuşdur. Onun əlində bıçaq və ya başqa silah olmamışdır. Qəhrəmangil ailəlikcə onun üstünə hücum çəkəndə onların evindən də oğlu, bacısı və bacısının yoldaşı çıxmışdır. Qəhrəman əlindəki dəmirlə onun başına vurmaq istəyən zaman əli ilə başını qorumuşdur və nəticədə əlindən xəsarət almışdır. Onu Təqsirləndirilən şəxs vurmuşdur. Daha sonra isə ürəyi getmiş və ailə üzvləri təcili tibbi yardım çağırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, Ülkərin bacısının yoldaşıdır. Hadisə günü Ülkərgilə qonaq getmişlər. Onlar küçədə olanda Ülkər ilə qardaşı Adil küçədə olmuşdur. Lakin birdən Ülkərgil ilə Qəhrəmangil arasında dava başlamışdır. Hava qaranlıq olmuş, o, bəzi şeyləri dəqiq görə bilməmişdir. Həm də qorxduğundan qıraqda dayanmışdır. Hadisə zamanı polis Namiz Ağayev də orada olmuşdur. Dava başlayan kimi Qəhrəmanın həyətindən uşaq və qadınlar Ülkərin üstünə hücum çəkmişlər. Davaya Qəhrəmangil başlamışdır. Qadınlardan birinin əlində yaba olmuşdur. Qəhrəmanın əlində “mantirovka” deyilən dəmiri görmüşdür. O, həmin dəmirlə Ülkəri vurmağa cəhd etmişdir. Və sonda bir dəfə ona vura bilmişdir. Dediyi kimi, hava qaranlıq olduğundan bəzi şeyləri dəqiq görə bilməmişdir. Ülkərlə Qəhrəmanın oğulları da orada olmuşdur. Onlar da davaya qarışmışlar. Ülkərin oğlunda belin taxta sapı olmuşdur. Qəhrəman Ülkərin başına vuranda Ülkər əli ilə başını tutmuş və zərbə əlinə dəymişdir. O, Ülkərdə bıçaq görməmişdir. Qəhrəman Ülkəri vuranda o, Ülkərin oğlu və gəlini orada olmuş, polis Namiz də orada olmuşdur. Ülkərə görə təcili tibbi yardım gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Zərərçəkmiş şəxs gəlinidir. Həmin hadisədən bir müddət öncə Qəhrəman ona sataşdığı üçün iki ailə arasında münaqişə yaranmışdır. Qayınatası və Qəhrəmanın atası Qəhrəmanın bir də rayona gəlməyəcəyi barədə razılaşmışlar. Lakin hadisə günü Qəhrəman evə gəlmişdir. Hadisə 21 dekabr 2022-ci il tarixdə olmuşdur. Hadisədən qabaq Ülkər əmi həyətə çıxmış, qardaşı ilə söhbət etmişdir. Qəhrəmanın atası artıq-əskik danışmağa başlamışdır. Daha sonra isə dava başlamışdır. Qəhrəmangil əllərində dəmirlə qayınatasını vurmuşlar. O da görmüşdür. Qadınların əlində isə yaba və sair kimi dəmirlər olmuşdur. İslam və Səlimə isə ayırmağa çalışmışdır. O, həmin zaman uşaqlarını həyətə salmışdır. Qayınatasını Qəhrəmangilin əlindən çətin almışlar. Qəhrəman əlindəki dəmirlə qaynatasının başına vurmuşdur. Yaba Qəhrəmanın yoldaşında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Ülkər qardaşı, Qəhrəman isə digər qardaşı Adilin oğludur. Onlar Ülkərgilə qonaq gəlmişlər. Küçədə olarkən dava düşmüş, Ülkəri döymüşlər. O, qırağa çəkilmişdir. Onun gördüyü qədəri ilə Qəhrəmanın əlində dəmir olmuş, həmin dəmirlə Ülkərin başına vurmuşdur. Ülkər başını əli ilə qoruduğu zaman əlinə vurmuşlar. Hava qaranlıq olmuşdur. Ülkər ayaq altında qalmış, qarışıqlıq olmuş, bəzi şeyləri dəqiq görməmişdir. Yaba Qəhrəmanın yoldaşında olmuşdur. Bir nəfər polis hadisənin əvvəlindən orada olmuş, dalaşanları tək ayırmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə 21 dekabr 2022-ci il tarixdə baş vermişdir. Hadisədən qabaq atası evə gələndə Ülkər atasının maşınını daşlamışdır. Sonra evə getmişlər. Babası çöldə Ülkərlə mübahisə etmiş, söz-söhbət düşmüşdür. O, çölə çıxmışdır. O, Ülkərin oğlunun üstünə hücum çəkmişdir. Polis əməkdaşı Namiz də orada olmuşdur. Dava başlamış, bibisi ona dabankeş vermişdir. Hamı çölə çıxandan sonra atası çölə çıxmışdır. Bu zaman Ülkər atasının üstünə bıçaqla hücum çəkmiş, o, özünü atasının qabağına atmış və zərbələr ona dəymişdir. Ülkər ona bıçaqla xəsarət yetirmişdir. Ülkər onu 3 dəfə bıçaqla vurmuş, barmağından, boynundan və yanından bıçaqlanmışdır. Atasının əlində rezin şlanq olmuşdur. X3 atasına vurmuş, o, atasının Ülkərə bir dəfə rezin şlanqla vurmasını görmüşdür. Hava çox qaranlıq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Qəhrəman onun oğludur, Ülkər isə qardaşıdır. Hadisə 21 dekabrda olmuşdur. Dava düşmüş, ara qarışmışdır. Ülkər nəvəsini bıçaqlamışdır. O, Qəhrəmanın Ülkəri vurmasını görməmişdir. Qəhrəman onun arxasında olmuşdur. Heç nə görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Ülkər onun atasıdır. Hadisə ilə bağlı onu deyə bilər ki, dava düşən zaman o, evdə olmuşdur. Onu çölə buraxmamışlar. Atasını vurmuşlar. Qəhrəmanın əlində “mantirovka” olmuşdur. Atasını həm Qəhrəman və atası, həm də oğlu vurmuşlar. Onun atasında bıçaq olmamış, Qəhrəman atasını vuranda görmüş, Qəhrəman atasının başına vurarkən atası əli ilə başını qorumuş və əlindən xəsarət almışdır. Qəhrəman Ülkərə dayanmadan 4-5 dəfə vurmuş, atasının başı qanamışdır. Qəhrəmangildə qadınların əlində yaba olmuşdur, lakin yaba heç kimə dəyməmişdir. Sonra atası vurulub yıxılmış və hamı aralaşmışdır. Polis Namiz də orada olmuş, tək hamını ayırmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 göstərdi ki, hadisə günü o, ərazidə olmuşdur. Bölmə rəisi Zərərçəkmiş şəxs ailəsinin artıq münaqişəli ailə kimi qeydiyyata düşdüyünü bildirmişdir və Zərərçəkmiş şəxs özünə məxsus olan ov tüfənginin şöbəyə təhvil verilməsi ilə bağlı Zərərçəkmiş şəxs şöbəyə dəvət etməsi üçün onu Ülkərgilin evinə göndərmişdir. Onlar şöbəyə getmək üçün həyətdən çıxmışlar. Bu zaman Ülkər qardaşı Adili görmüş və ona söz deyib gələcəyini bildirmişdir. Onlar sözləşmişlər və onların ardınca qadınlar və uşaqlar da həyətə çıxdı. Qəhrəmangilin həyətindən çıxanlarda daş və yaba kimi silahlar olmuşdur. Hamısını tək ayırmağa çalışmışdır. Axşamçağı olmuşdur. O, vurulanları görməmişdir. Çünki onlar çox olmuşlar və o, hamısını ayırmağa çalışmışdır. Qəhrəmanın əlində nəsə olmuşdur, ancaq onun fikri əlində yaba olan qadında olduğu üçün o, Qəhrəmana fikir verə bilməmişdir. Yabanı dərhal alıb həyətə atmışdır. O, Qəhrəmanın kimisə vurmasını görməmişdir. Lakin Ülkərin xəsarət aldığını görmüşdür. Qəhrəmanın oğlunun əlində nə isə olması yadına gəlmir. Dava 7-8 dəqiqə çəkmiş, o, Qəhrəmanın əlindən heç nə almamış, başqa xəsarətə şahid olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, baş və sağ əl nahiyəsindən xəsarət aldığını, oğlu Qardaşəlinin də Qəhrəman tərəfindən döyüldüyünü bildirmiş və Qəhrəman barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş videogörüntüyə baxış keçirmə və götürmə haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs və həmin ünvanda yaşayan Şahid1 iştirakı ilə həmin küçədə Qarayevlər arasında baş vermiş dava-dalaşın videogörüntüsü 1 ədəd diskə köçürülməkdən ötrü Təqsirləndirilən şəxs evindəki müşahidə kamerasından telefon vasitəsi ilə götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X11 Şəxsin Sabirabad rayon şöbəsinin 22 dekabr 2022-ci il tarixli 410 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər- sağ əlin 5-ci əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, 1-ci əldarağı falanqa oynağının yarımçıxığı, sol təpə nahiyəsində, sağ kürəküstü nahiyədə, sol bazunun orta 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ baldırın orta 1/3-də bayır səthdə, sol bayır topuq proyeksiyasında qançırlar, burnun tinində, sağ almacıq sümüyü proyeksiyasında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 21 dekabr 2022-ci il tarixə uyğun gəlir, ayrı-ayrılıqda dərəcəsinə görə sağ əlin 5-ci əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, 1-ci əldarağı falanqa oynağının yarımçıxığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunmuş digər xəsarətlər- sol təpə nahiyəsində, sağ kürəküstü nahiyədə, sol bazunun orta 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ baldırın orta 1/3-də bayır səthdə, sol bayır topuq proyeksiyasında qançırlar, burnun tinində, sağ almacıq sümüyü proyeksiyasında sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X11 Şəxsin Sabirabad rayon şöbəsinin 22 dekabr 2022-ci il tarixli 412 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X11 Şəxsin Sabirabad rayon şöbəsinin 22 dekabr 2022-ci il tarixli 411 saylı rəyindən görünür ki, müayinə zamanı 2005-ci il təvəllüdlü Şahid1 aşkar edilmiş xəsarətlər- sol körpücük sümüyü proyeksiyasında, sağ əlin 2-ci barmağının üst səthində sıyrıqlar, sağ əlin 1-ci barmağında ovuc səthdə səthi yara küt əşyanın (əşyaların), sol bud çanaq oynağının bayır səthində bir ədəd yara isə kəsici-deşici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 21 dekabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək haqqında 08 mart 2023-cü il tarixli qərarlardan və 14 mart 2023, 17 mart 2023 və 19 mart 2023-cü il tarixli protokollardan görünür ki, Saatlı Rayon Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək haqqında qərarlar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs ilə 14 mart, 17 mart və 19 mart 2023-cü il tarixlərdə telefon əlaqəsi saxlanılarkən Təqsirləndirilən şəxs özü və oğlu Şahid1lə bağlı komisyon ekspertiza keçirilməsindən imtina etdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X11 Şəxsin 24 may 2023-cü il tarixli T 308/2023 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ əlin 5-ci əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, 1-ci əldarağı falanqa oynağının yarımçıxığı, sol təpə nahiyəsində, sağ kürəküstü nahiyədə, sol bazunun orta 1/3-də bayır səthində, sol saidin orta 1/3-də bayır səthində, sağ baldırın orta 1/3-də bayır səthində, sol bayır topuq proyeksiyasında qançırlar, burnun tinində, sağ almacıq sümüyü proyeksiyasında sıyrıqlar olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, törənmə müddəti 21 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin 5-ci əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, 1-ci əldarağı falanqa oynağının yarımçıxığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 dekabr 2022-ci il tarixli, 2716 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü X7 və 2010-cu il təvəllüdlü X2 adlı iki nəfər azyaşlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Saatlı şəhəri, M.Ağayev küçəsində onunla qonşuluqda yaşayan əmisi Zərərçəkmiş şəxs ilə əvvəllər Zərərçəkmiş şəxs gəlini Şahid5 Nadirxan qızına əxlaqsız təkliflər etməsi səbəbindən ailələri arasında baş vermiş mübahisələrə görə evini tərk edib getdikdən sonra yenidən evinə qayıtmasına görə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən istintaqa məlum olmayan alətlə onun üzərinə hücum edib Zərərçəkmiş şəxs yaxın adamları, oğlu Şahid4, bacısı Şahid3, gəlini Şahid5 və nəvəsi Zilan Qarayevin gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıq etməklə qəsdən sağ əl nahiyəsinə zərbələr endirərək ona sağ əlinin 5-ci əldarağı sümüyünün qapalı yerdəyişən sınığı, 1-ci əldarağı falanqa oynağının yarımçıxığı xəsarətlərindən ibarət zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaya aid olan xəsarətlər yetirməsi, yəni zərər çəkmiş şəxsə xüsusi amansızlıqla həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə istintaqında tam sübuta yetirilir. Məhkəmə iclasında Qarayevlər arasında olan davanı özündə əks etdirən ittiham tərəfinin cinayət işinin materiallarına əlavə etdiyi bir ədəd “CD” disk və müdafiə tərəfinin təqdim etdiyi bir ədəd “CD” diskə baxış keçirilmiş və baxış keçirilən zamanı müəyyən edilmişdir ki, ilk öncə Zərərçəkmiş şəxs ilə qardaşı Şahid1 arasında sözlə mübahisə olmuş, onların mübahisəsinə ailə üzvləri də qoşulmuş, Zərərçəkmiş şəxs oğlu Şahid4 küçəyə çıxaraq nəsə deməsi səbəbindən Şahid1 nəvəsi Şahid1 də öz həyətlərindən çıxaraq Şahid4 üzərinə hücum etmiş, həmin vaxt ona təpik ilə vurmuş və özü də yerə yıxılmış, daha sonra mübahisə daha da şiddətlənmiş və Qəhrəmangilin həyətindən çıxan bir qadın əlində dəmir metaldan olan aləti gətirərək Şahid1 (nəvə) vermiş, daha sonra qohumların və Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Namiz Ağayevin köməkliyi ilə mübahisə nisbətən sakitləşmiş, sonradan Şahid4 həyətlərindən bel sapı götürüb küçəyə çıxmış, kimə vurduğunu müəyyən etmək olmamış, Zərərçəkmiş şəxs yerdən daş götürüb Təqsirləndirilən şəxs evinin həyətinə atmış, sonradan yenə də Təqsirləndirilən şəxs və oğlu Şahid1 həyətlərindən əllərində olan dəmirə oxşar alətlə Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, ilk öncə Təqsirləndirilən şəxs bir neçə dəfə Zərərçəkmiş şəxs vurmuş, daha sonra Şahid4 də əlindəki belin sapı ilə kimisə vurmağa cəhd etmiş, həmin vaxt mübahisəni sakitləşdirməyə çalışan ətrafdakılar Qəhrəmanı həyətlərinə salmaq istəmiş, Şahid1 əlindəki dəmirə oxşar aləti Zərərçəkmiş şəxs təpə nahiyəsinə vurmuş, daha sonra Zərərçəkmiş şəxs cibindən çıxardığı, videoyazıya baxış keçirilərkən vintaçan olduğunu etiraf etdiyi alət ilə Şahid1 zərbələr endirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 mübahisə zamanı Zərərçəkmiş şəxs yetirdiyi xəsarətlər cinayət tərkibi yaratmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin təsiri altına düşdüyündən barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-yə verilməsi, Zərərçəkmiş şəxs hadisə zamanı Şahid1 yetirdiyi xəsarətlər cinayət tərkibi yaratmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin təsiri altına düşdüyündən barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-yə verilməsi, Şahid2 Zərərçəkmiş şəxs yetirdiyi xəsarətlər cinayət tərkibi yaratmadığından barəsində cinayət içinin başlanması rədd edilmiş, lakin onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin təsiri altına düşdüyündən həmin maddə ilə barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-yə verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlər Şahid6, Şahid5, Şahid3, Şahid4 ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş Qarayevlər arasında olan davanın videogörüntüsünü özündə əks etdirən ittiham tərəfinin cinayət işinin materiallarına əlavə etdiyi bir ədəd “CD” disk və müdafiə tərəfinin təqdim etdiyi bir ədəd “CD” diskə məhkəmə iclasında baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs vurmadığını, mübahisə zamanı onun əlində rezin şlanq olduğunu və həmin rezin şlanqla heç kimə xəsarət yetirmədiyini, həmçinin təqsirləndirilən şəxsin yaxın qohumları olan şahidlər Şahid1 atası Təqsirləndirilən şəxs əlində rezin şlanq olmasını və Qarayev X4 Qarayevin Zərərçəkmiş şəxs vurmadığını göstərsə də, məhkəmə hesab edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs özünü və şahidlər Şahid1 və Şahid2 da Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. Təqsirləndirilən şəxs dava zamanı əlində heç bir metal əşyanın olmadığını, sadəcə rezin şlanq olduğunu, lakin həmin şlanqla heç kimə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında Qarayevlər arasında olan davanın görüntülərinə baxış keçirilmiş, lakin hava qaranlıq olduğundan Təqsirləndirilən şəxs əlindəki əşyanın rezin şlanq və ya metal əşya olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin işdə olan ekspertiza rəylərindən, həm təqsirləndirilən şəxsin, həm də zərər çəkmiş şəxsin qohumları olan neytral hesab edilə biləcək şahidlər Şahid6, Şahid3 və digər şahidlər Şahid5, Şahid4 ifadələri ilə müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər küt, sərt əşyanın təsirindən əmələ gəlmişdir və bununla da Təqsirləndirilən şəxs əlindəki əşyanın rezin şlanq olmaması təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində onun sağlamlığına 5000 manat məbləğində ziyan dəydiyini bildirmiş və həmin məbləğin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 80 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmış və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına dəymiş zərərin əvəzi olaraq Təqsirləndirilən şəxs 5000 manat pul tələb olunması Zərərçəkmiş şəxs sağlamlığına dəymiş zərərin bərpası üçün onun müayinə və müalicəsinə sərf olunması ehtimal olunan xərclərə münasibətdə adekvat deyil. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirilməsini, onun səhhətinin bərpası üçün müəyyən xərc çəkməsini və bu kimi halları nəzərə alaraq məhkəmə hesab edir ki, bu məbləğin 1000 manat miqdarında müəyyən edilməsi ədalətlidir və işin hallarına daha uyğundur. Belə olan halda iş üzrə mülki iddia qismən təmin edilərək 1000 manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş 03 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə mülki iddia qaldırmaq üçün Zərərçəkmiş şəxs tərəfindən 80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə mülki iddia qaldırılması üçün ödənilmiş 80 manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 04 iyul 2023-cü il tarixdən hesab edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 1000 (bir min) manat alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Məhkəmədə mülki iddia qaldırılması üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-39/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-39/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver