Məhkəmə qərarları › İş №1(055)-39/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-39/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-39/2025 10.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirimiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə saat 10:30 radələrində Saatlı rayonu Qaraçalar kəndində yerləşən fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs onun başqa bir qadınla münasibəti olduğunu deməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı dalaşaraq ilk əvvəl sillə ilə sonunçunun baş və sifət nahiyəsinə, daha sonra yerdən götürdüyü ağaç parcası ilə bədəninin müxtəlif nahiyyələrinə vurub ona, sol sağrının yuxarı bayır kvadratında, sol budun orta 1/3-də bayır səthdə səthi dərialtı hematomalar, alt dodaqda qansızma, sol təpə-alın nahiyəsində, sol gözün tış hissəsində qancırların əmələ gəlməsi ilə nətiçələnən, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan məhkəmə-tibbi ekspertizasının 05 mart 2025-ci il tarixli 33 nömrəli rəyində göstərilmişdir ki, 1999-cu il təvəllüdlü Quliyeva Elnurǝ Bahadur qızının məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. a/ Müayinə zamanı aşkar edilmiş xəsarətlər- sol sağrının yuxarı bayır kvadrantında, sol budun orta 1/3-də bayır səthdə dərialtı hematomalar, alt dodaqda qansızma, sol təpə-alın nahiyəsində, sol gözün tış hissəsində qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu gündən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar