Məhkəmə qərarları › İş №1(055)-40/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-40/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-40/2023 05.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi X3, Təqsirləndirilən şəxs iştirakı ilə, 05 iyul 2023-cü il, Saat:15:00 Saatlı şəhəri xx xxxxxx 2001-ci il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonunun Soltanlı kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu, Əlisoltanlı kəndi ərazisində olan Fin qəsəbəsində yerləşən qaçqın və köçkün şəhərciyində 62 saylı evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 26 mart 2023-cü il tarixdə saat 11:30-da Saatlı rayonu, Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gələrək, özü ilə gətirdiyi qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1,5 metr, gözlərinin ölçüsü 25x25 mm olan tor bağlanmış 01 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsini suya salıb çıxartmaqla 27 mart 2023-cü il tarixə saat 00:15-dək 32 ədəd, hər biri 33 manat dəyərində, ümumi dəyəri 1056 manat olan “şamayı” balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 00:30-da X5 İdarəsinin Neftçala xətt polis məntəqəsinin və İmişli xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılaraq ondan qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1,5 metr, gözlərinin ölçüsü 25x25 mm olan tor bağlanmış 01 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsivə 32 ədəd “şamayı” balıqları aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 26 mart 2023-cü il tarixdə saat 11:30-da balıq tutmaq məqsədi ilə Saatlı rayonu, Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gələrək, sahildə dayanıb özü ilə gətirdiyi özünə məxsus 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsini suya salıb çıxartmaqla balıq tutmağa başlamış və 27 mart 2023-cü il tarixə saat 00:15-dək 32 ədəd şamayı balığı tutmuşdur. Saat 00:30-da tutduğu balıqları və 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsini götürüb evinə getməyə hazırlaşdığı vaxt X5 İdarəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Saatlı rayonu, Azadkənd kəndi istiqamətində Baş Mil- Muğan Kollektorunda 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi ilə balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları Saatlı rayonu, Azadkənd kəndi istiqamətində Baş Mil- Muğan Kollektorunda 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsi ilə qanunsuz tutduğu şamayı balıqlarına video kamera vasitəsi ilə baxış keçirmişlər və keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib etmişlər. Tərtib edilmiş protokol o və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Ona məxsus 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi və həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 32 ədəd şamayı balıqları polis əməkdaşları tərəfindən götürülmüşdür. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Saatlı rayonu, Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorundan 32 ədəd şamayı balıqlarını tutmanın qadağan olduğunu bilmiş, lakin ailəsinə qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Hazırda törətdiyi əmələ görə peşimançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı mülki iddiaçı kimi tanınmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 mülki iddianı müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq balıq ovlaması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1056 manat ziyan dəymişdir. Həmin maddi ziyandan 200 manat ödənilmiş, qalan 856 manat isə ödənilməmiş qalmışdır və ona görə də mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin İmişli XPM-nin polis nəfəri Şahid1 göstərdi ki, 27 mart 2023-cü il tarixdə X5 idarəsinin İmişli xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən həmin tarixdə saat 00:30-da Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil- Muğan Kollektorunda jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1,5 metr, gözlərinin ölçüsü 25x25 mm olan tor bağlanmış 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi ilə qanunsuz balıq tutan, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə tutduğu balıqlara və balıqovlama vasitələrinə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1,5 metr, gözlərinin ölçüsü 25x25 mm olan tor bağlanmış 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi və 32 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 32 ədəd şamayı balıqlarını 1 ədəd ”Ekran” adlandırılan balıqovlama vasitəsi ilə rəsmi icazəsi olmadan Saatlı rayonu, Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorundan qanunsuz tutduğunu bildirmişdir.Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və onun qanunsuz tutduğu balıqlara baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 27 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, 27 mart 2023-cü il tarixdə saat 00:30-da Su NPİ-nin Neftçala XPM-nin və İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Saatlı rayonu Azadkənd kəndi idtiqamətində Baş Mil-Muğan Kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı sonuncudan 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi, 32 ədəd «şamayı» balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 32 ədəd «şamayı» balıqlarını aşkar edilmiş “ekran” adlanan balıqovlama vasitəsi ilə Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorundan qanunsuz tutduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-251/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Saatlı rayonu, Fin qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 32 ədəd hər biri 33 manat dəyərində şamayı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1056 manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini, ilk dəfə cinayət törətməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovlaması nəticəsində ümumilikdə dövlət balıq ehtiyatlarına 1056 manat maddi ziyan dəymişdir və həmin ziyanla bağlı ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı göstərdi ki, törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1056 manat ziyan vurmuşdur ki, həmin ziyanın da 200 manatını ödəmiş, qalanını isə maddi imkanı olmadığı üçün hal-hazıra kimi ödəyə bilməmişdir. Ona görə də iş üzrə mülki iddianı qismən qəbul edir və mülki iddianın qismən təmin olunmasına heç bir etirazı yoxdur. Belə olan halda iş üzrə mülki iddia qismən təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəymiş 856 manat ziyan Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs balıq tutan zaman istifadə etdiyi «ekran» adlandırılan balıqovlama aləti faydalı istifadəyə yararsızdır. Ona görə də iş üzrə maddi sübut olan və X5 idarəsinin Neftçala xətt polis məntəqəsində saxlanılan bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilməlidir. İşdə olan 27 mart 2023-cü il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 32 ədəd «şamayı» balıqları "xxxx" Kiçik Müəssisəsinə təhvil verilmişdir. Ona görə də maddi sübut olan 32 ədəd «şamayı» balıqlarının "xxxx" Kiçik Müəssisəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan, baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla iki yüz qırx saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı çəkməyə başladığı vaxtdan hesab edilsin. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs 856 (səkkiz yüz əlli altı) manat alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin.Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut olan və X5 idarəsinin Neftçala xətt polis məntəqəsində saxlanılan bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilsin. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar