Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-40/2025 15.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Saatlı rayonunun Mollavaizli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonunun Mollavaizli kəndində qeydiyyatda olmaqla Saatlı şəhəri Şeyx Yusif küçəsində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 18:00-da baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə saat 16 radələrində tanışı X2 məxsus bank kartına Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Araz Merket”dəki ödəmə terminalı vasitəsilə mədaxil etdiyi 80 manat pulun müqabilində həmin gün saat 16:30 radələrində Saatlı şəhəri Babək küçəsində Miryusif İbrəhimovun yaşadığı Saatlı şəhəri, Mikayıl Müşfiq küçəsi 16 nömrəli evin yaxınlığında satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,367 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini sonuncudan qanunsuz olaraq əldə edib üstündə saxlamış, 17 dekabr 2024-cü il tarixdə saat 14:30 radələrində Saatlı şəhəri, Şeyx Yusif küçəsində piyada hərəkət edərək həmin psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq orada üstünə baxış keçirilən zaman başındakı qara rəngli papaqda saxladığı 1 ədəd falqa kəsiyi bükümündə həmin xeyli miqdarda təmiz çəkisi 0,367 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2 ildən artıq müddətdir ki, el arasında "patı" kimi tanınan psixotrop maddə metamfetamindən istifadə edir. 15 dekabr 2024-cü il tarixdə Saatlı rayonunun Molday kənd sakini Miryusif adlı şəxsə zəng edərək psixotrop maddə metamfetamin və heroin almaq istədiyini bildirmişdir. Miryusif də onunla razılaşmış və 80 manata 1 qram patı, 20 manata isə 1 çet heroin satacağını demişdir. Aralarında olan razılığa əsasən həmin tarixdə ödəniş terminalından 100 manat pulu Miryusifin kartına göndərmişdir. Pulu göndərdikdən 10-15 dəqiqə sonra Miryusifin yaşadığı evin yaxınlığındakı küçədə Miryusiflə görüşmüş və ondan 1 ədəd falqa kəsiyi bükümdə təxminən 1 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd sellofan kəsiyi bükümündə 1 çet, yəni 0,1 qram çəkidə heroin almışdır. Həmin metamfetamindən və heroindən gün ərzində bir qədərini istifadə etmişdir. Heroin bir istifadədən sonra qurtarmış, lakin metamfetamin hələ qalmışdır. O, metamfetaminin digər hissəsini üstündə saxlamışdır. 17 dekabr 2024-cü il tarixdə yaşadığı Şeyx Yusif küçəsində olarkən mülki geyimli şəxslər kənardan yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərmiş və üstünün yoxlanılacağını demişlər. O da polis əməkdaşlarının təklifinə əsasən başında qara rəngli papağın içərisində 1 ədəd kağız bükümdə saxladığı metamfetamini təqdim etmişdir. Metamfetamini gələcəkdə özü istifadə etmək məqsədi ilə saxlamış, kiməsə satmaq fikrində olmamışdır. Əməlindən peşmandır. Ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 dekabr 2024-cü il tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Daha sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nin polis manqa komandiri, polis baş serjantı X5 və o özü iştirak etmişdir. Həmin gün saat 14 radələrində Saatlı şəhəri, Şeyx Yusif küçəsində piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs saxlanılmış və ona həmin vaxtdan şübhəli şəxs qismində saxlanılması bildirilmişdir. Sonra ona üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğu bildirilərək, üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olubolmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində patı, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ona görə də həmin şəxsin üstünə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs başında olan idman papağının altında gizlətdiyi 1 ədəd polietilen bükümdə içərisində psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd zərfdə qablaşdırılmış və götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Sonra aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə müvafiq təhqiqat orqanına təhvil verilmiş və protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılmış və götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Mirzahid Abasov tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd polietilen büküm təhqiqatçı tərəfindən açılmış və içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, patı, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini 15 dekabr 2024-cü il tarixdə tanışı X2 məxsus bank kartına mədaxil etdiyi 100 manat pulun 80 manatı müqabilində aldığını etiraf etmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib edilmişdir və o, digər iştirakçılarla birlikdə protokola imza etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 dekabr 2024-cü il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olan və Saatlı şəhəri Şeyx Yusif küçəsində fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman başındakı qara rəngli papaqda saxladığı 1 ədəd falqa kəsiyində olduğu bükümlə birlikdə 0,56 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin kütləni tanışı X1 80 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 dekabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd falqa kəsiyində olduğu bükümlə birlikdə 0,56 qram psixotrop maddə metamfetaminə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütləni tanışı X1 80 manat pul müqabilində aldığını bir daha etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2024-cü il tarixli, 18/969 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd falqa kəsiyi bükümündə təmiz çəkisi – 0,367 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Saatlı RPŞ-yə daxil olmuş “Tələbnamə”yə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon İHB-nin Mollavaizli kənd İƏD üzrə nümayəndəsinin 10 fevral 2025-ci il tarixli 30 saylı arayışından və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon Mərkəzi Xəxtəxanası PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli 18-1-65/2-1116/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs Saatlı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji, psixonevroloji kabinetlərində, eləcə də, digər xəstəliklərlə bağlı dispanser qeydiyyatında olmadığı göstərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 15 dekabr 2024-cü il tarixdə saat 16 radələrində tanışı X2 məxsus bank kartına Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Araz Merket”dəki ödəmə terminalı vasitəsilə mədaxil etdiyi 80 manat pulun müqabilində həmin gün saat 16:30 radələrində Saatlı şəhəri Babək küçəsində Miryusif İbrəhimovun yaşadığı Saatlı şəhəri, Mikayıl Müşfiq küçəsi 16 nömrəli evin yaxınlığında satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,367 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini sonuncudan qanunsuz olaraq əldə edib üstündə saxlaması, 17 dekabr 2024-cü il tarixdə saat 14:30 radələrində Saatlı şəhəri, Şeyx Yusif küçəsində piyada hərəkət edərək həmin psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq orada üstünə baxış keçirilən zaman başındakı qara rəngli papaqda saxladığı 1 ədəd falqa kəsiyi bükümündə həmin xeyli miqdarda təmiz çəkisi 0,367 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 2ci siyahıya əsasən metamfetaminin xeyli miqdarının aşağı həddi 0.15 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0.15 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin xx.xx.2025-ci il tarixli, 182 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 17 dekabr 2024-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 19 dekabr 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,267 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 dekabr 2024-cü il tarixli 18/969 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdən 19 dekabr 2024-cü il tarixədək tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0.267 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-40/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-40/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver