Məhkəmə qərarları › İş №1(055)-41/2022

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-41/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-41/2022 05.07.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 iyul 2022-ci il, Saat: 11:40 Saatlı şəhəri 28 avqust 1974-cü il tarixdə Saatlı rayonunun Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi təsərrüfatla məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX-nin Saatlı rayon X9 Hissəsinin əməkdaşlarının rabitə məntəqəsinə 07 mart 2022-ci il tarixdə, saat 11:42 radələrində X12 məxsus Saatlı rayonu, Qara Nuru kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat verildikdən sonra hadisə yerinə getmələrinə, hakimiyyət nümayəndəsi olaraq xidməti vəzifərini yerinə yetirmələrinə baxmayaraq hadisə yerinə toplaşmış digər kənd sakinləri ilə birlikdə Saatlı rayon X9 Hissəsinin əməkdaşlarının "döyüş açılışı etmələrinə yəni yanğını söndürmək üçün döyüş tapşırıqlarını yerinə yetirməyə gəlmiş yanğın avtomobillərinin hazırlıq vəziyyətinə gətirilməsinə" mane olub “nə üçün bu qədər gec gəlmisiniz” deməklə sözlü mübahisə etməklə hakimiyyət nümayəndələrinin qanuni şəkildə öz iş funksiyalarını icra etmələrini mümkünsüz etməklə fəal şəkildə əngəlləmiş, yanğının söndürülməsini təmin etmək məqsədi ilə onu sakitləşdirmək istəyən həmin Hissəsinin 113 saylı Yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni vəzifəsində işləməklə hakimiyyət nümayəndəsi olan, daxili xidmət çavuşu Zərərçəkmiş şəxs yanğının söndürülməsi zamanı onun tərəfindən yaradılan maneənin aradan qaldırılması ilə bağlı qanuni tələblərinə tabe olmayaraq bundan daha da hiddətlənib sonuncunun başında xidməti geyim formasının predmenti olan döyüş dəbilqəsi olarkən tanışı M.Ə.Yaqubova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən götürdüyü ağ rəngli plastik stulla Zərərçəkmiş şəxs qəsdən baş nahiyyəsinə vurmaqla hakimiyyət nümayəndəsi olan Saatlı rayon X9 Hissəsinin əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığına zərər vurulması ilə müşayiət olunmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X14 onun yaxın dostudur və onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində kənddə bərbərxanada olarkən Musanın evinin yandığını eşidib hadisə yerinə gəlmişdir. Hadisə yerinə gələrkən Musanın evinin tamamilə alışıb yandığını, Musa və ailəsinin evdə olmadıqlarını bilmişdir. Kənd sakinləri “101” yanğından mühafizə xidmətinə zəng vurmamışdır. Təxminən 30 dəqiqə sonra yanğınsöndürmə xidmətinin əməkdaşları iki yanğınsöndürmə avtomobili ilə hadisə yerinə gəlmişlər. Bu zaman yorulub kənarda daşın üzərində oturmuş, onların gec gəlməsi nəticəsində ev tamamilə yanmışdır. Yanğınsöndürmə xidmətinin əməkdaşları şlankları çəkib yanğını söndürmək üçün həyət daxil olduğu zaman həmkəndlisi İsa və tanımadığı kənd sakinləri həyətə onların ardınca daxil olub gec gəldikləri üçün mübahisə etməyə başlamışlar. Mübahisələrinin qarşısını almaq üçün və daha da xoşagəlməz hallar olmasın deyə onlara tərəf getmiş, çox səs-küy olduğundan və əsəbi olduğu üçün özündə olmadığından yanğınsöndürənlərin hadisə yerinə gec gəldiyini düşünmüşdür. Gərgin olduğu üçün həmin zaman mübahisə olan yerdə nə baş verdiyini xatırlamır. Bir müddət sonra ara sakitləşmiş, yanğından mühafizə xidmətinin əməkdaşları yanğını söndürməyə başlamışlar. Ürək xəstəliyi olduğu üçün hadisə yerindən ayrılıb evə getmişdir. Hadisə zamanı əsəbi olduğu üçün plastik stulla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs başına zərbə vurduğunu xatırlamır. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Saatlı rayon X9 Hissəsinin 113 saylı Yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni, daxili xidmət çavuşu Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Saatlı rayonu DYMH-nin 101 rabitə məntəqəsinə Saatlı rayonu Qara Nuru kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumatda Saatlı rayonu Qara Nuru kənd sakini X12 məxsus fərdi yaşayış evində yanğın hadisəsinin baş verdiyi göstərilmişdir. Bu səbəbdən də dərhal dispetçer Mehman Zülfüqarlı həyəcan siqnalı verərək yanğın hadisəsi barədə şəxsi heyətə məlumat vermiş, həmin məlumat əsasında 1 dəqiqə sonra yəni, 11:43-də döyüş paltarlarını geyinib digər zəruri hərəkətləri etməklə Saatlı rayon DYM hissəsindən iki yanğınsöndürən avtomobili ilə, o cümlədən Saatlı rayon DYM hisəsinin rəisi Ramin Həsənovun şəxsi avtomobili ilə yola çıxmışlar. DYM hissəsindən yanğın baş vermiş əraziyə olan məsafə 19 km olmuş, buna görə də saat 12:01də, yəni məlumat daxil olduqdan 19 dəqiqə sonra hadisə yerinə çatmışlar. Hadisə yerinə çatdıqdan sonra vəzifə təlimatlarına əsasən yanğını söndürmək üçün zəruri hərəkətlər, yəni döyüş açılışı etmək lazım olmuş, lakin hadisə yerinə çatan kimi orada olan adlarını xatırlamadığı bir qrup kənd sakini onlara döyüş açılışı etməyə mane olaraq uca səslə “nə üçün bu qədər gec gəlmisiniz” deyib mübahisə etməyə başlamışlar. Onların arasında sonradan adını bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Təqsirləndirilən şəxs onun qabağını kəsib “nə üçün bu qədər gec gəlmisiz, qoy ev yansın onsuzda yanıb geckdiyinizə görə” demişdir. O da Təqsirləndirilən şəxs sakitləşdirmək üçün “çəkil kənara işimizi görək” demişdir. Həmin zaman Qədir çox əsəbi olmuş, onun sözünə məhəl qoymamış, vəzifəsini yerinə yetirməyə mane olmağa davam etmiş və üzərinə yerimişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində ağ rəngli plastik stul olmuş, Təqsirləndirilən şəxs həmin stulu qaldıraraq onun başına vurmuş, bu zaman onun başında sarı rəngli yanğın dəbilqəsi olmuş, buna görə də fiziki olaraq xəsarət almamış, lakin stulun zərbəsindən həm dəbilqə zədələnmiş, həm də stulun ayağı qırılmışdır. Bu zaman ayağı büdrəmiş, sonra isə arxadan onu bir nəfər tutmuş, lakin onun kim olduğunu bilməmişdir. Ayağı büdrəyən zaman müvazinətini itirib yerə yıxılmışdır. Hadisə 1-2 dəqiqə çəkmiş, daha sonra kənarda olan kənd camaatının köməkliyi ilə mübahisə sakitləşdirilmiş, təxminən mübahisədən 5 dəqiqə sonra Saatlı RPŞ-nin əməkdaşları və Saatlı rayon DYM hissəsindən digər bir yanğınsöndürən avtomobil hadisə yerinə gəlmiş, döyüş açılışı edərək vəzifələrini icra edib yanğını söndürmüşlər. İdarəyə qayıtdıqdan sonra təqrirlə baş vermiş hadisə barədə rəhbərliyə müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onu bağışlamasını xahiş etmişdir. O da təqsirləndirilən şəxsi bağışlamış və ondan heç bir şikayət və tələbi yoxdur. Sonda təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası FHN DYMX-nin Saatlı rayon X9 Hissəsində hissə rəisi X6 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 11:42-də Saatlı rayonu DYMH-nin 101 rabitə məntəqəsinə Saatlı rayonu Qara Nuru kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumatda Saatlı rayonu Qara Nuru kənd sakini X12 məxsus fərdi yaşayış evində yanğın hadisəsinin baş verdiyi göstərilmişdir. Dərhal dispetçer Mehman Zülfüqarlı həyəcan siqnalı verərək yanğın hadisəsi barədə şəxsi heyətə məlumat vermiş, həmin məlumat əsasında 1 dəqiqə sonra yəni, 11:43-də Saatlı rayon DYM hissəsindən iki yanğınsöndürən avtomobili və onun şəxsi avtomobili ilə birgə yola çıxmışlar. DYM hissəsindən yanğın baş vermiş əraziyə olan məsafə 19 km olmuş, buna görə də saat 12:01-də, yəni məlumat daxil olduqdan 19 dəqiqə sonra hadisə yerinə çatmışlar. Hadisə yerinə çatdıqdan sonra vəzifə təlimatlarına əsasən yanğını söndürmək üçün zəruri hərəkətlər, yəni döyüş açılışı etmək lazım olmuş, lakin hadisə yerinə çatan kimi orada olan adlarını xatırlamadığı bir qrup kənd sakini onlara döyüş açılışı etməyə mane olaraq uca səslə “nə üçün bu qədər gec gəlmisiniz” deyib onlarla mübahisə etməyə başlamışlar. Onların arasında sonradan adını bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Təqsirləndirilən şəxs “nə üçün bu qədər gec gəlmisiz, qoy ev yansın onsuzda yanıb geckdiyinizə görə” demişdir. Böyük yanğınsöndürən Zərərçəkmiş şəxs Qədirə “çəkil aman ver işimizi görək, bizə mane olma” demiş, Qədir isə buna məhəl qoymamış, Siruzun döyüş açılışı etməyini əngəlləyərək onun vəzifəsini icra etməsinə mane olmuşdur. Bu zaman Qədir çox əsəbi olmuş və əlində ağ rəngli plastik stul olmuşdur. Təqsirləndirilən şəxs stulu qaldırıb Siruzun başına vurmuş, bunu görən kimi “hara çırpırsan stulu” deyə uca səslə qışqırmışdır. Siruz vəzifəsini icra etməyə yaradılmış maneənin aradan qaldırmasını Qədirdən tələb etdiyi üçün sonuncu onu vurmuş, bu zaman Siruzun başında sarı rəngli dəbilqə olduğundan xəsarət almamış, lakin stulun zərbəsindən həm dəbilqədə iz qalmış, həm də stulun ayağı qırılmışdır. Saatlı RPŞ-nin əməkdaşları və Saatlı rayon DYM hissəsindən digər bir yanğınsöndürən avtomobil hadisə yerinə gəlmiş, döyüş açılışı edərək yanğını söndürmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid və X3 şahid X4 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də şahid X8 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan məhkəmə-trasoloji ekspertizasının 3/427 saylı 08 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən dəbilqənin üzərində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır, həmin zədələr kənar predmetin mexaniki təsiri nəticəsində yaranmağa xarakterik əzilmə batıq zədələridir. Həmin zədələrin küt predmetlə yetirilməsi istisna edilmir. Zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks olunmadığından, həmin zədələri konkret olaraq hansı predmetdən yarandığını müəyyən etmək mümkün deyil. Həmin zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər. İşdə olan məhkəmə-fonoskopik ekspertizasının 4/476 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş mətndən ibarətdir. (K-2 saatı e, zəng eliyiblər; K-ev yandı qurtardı, ta nəyə gəlmisiniz; K-işii gör; K-Elvin, çəkiliş hanı?; K-Elvin, sən çəkiliş elə, camaatı çək. Camaatı çək; K-Bizə imkan vermillər işimizi görək; K-102-yə zəng eliyin dənə; K-Sənsən bunların rəisi? Sənsən rəis? Daşı söndürməyə gəlmisən? Daşı söndürməyə gəlmisən?; K-Ə, belə dur///; K-İşizi görün. Gedin, işizi görün; K-Yaxşı; K-Ə, gedin işizi görün. Ə hara çırpırsan stolu? Hara çırpırsan stolu? Hara çırpırsan stolu? Hara çırpırsan?; Qarışıq replikalar; K-A diyanın dana; K-Nə deyirsən a? Nə deyirsən?; K-Belə dur görək; K-A diyanın dana, a, a; K-Ə, belə dur görüm; K-Keç ora, keç ora; K-Gə bura; K-Çaqqala bax e ə sən; K-Gedin işizi görün; K-İşizi görün, qardaşım; K-Ged işii gör; K-İşizi görün, işizi görün; K-Bizim işimizə qarışmayın; K-Ə qoy işin görsünnər. İşizi görün; K-Bizim işimizə qarışmayın; K-Hanı ratsiya?; K-Ə bas e suyu ora; K-Ə işizi görün qardaşım, işizi görün; K-Çəkirsən? Çək e, hamısını çək; K-İşizi görün qardaş, başıva dönüm; K-Mane olma da mənim işimə; K-A işii gör, işii gör; K-Mane olmuram sənin işinə; K-Sənin işinə mane olmuram; Gəlin ə bura; K-Ə biz köməyə gəlmişik bizə stol çırpıllar; Qarşıq replikalar; K-50 kənd, min nəfər, mən 3 nəfər, 5 nəfər. Müsəlmanlıq e; K-Qurban olum, səbirri ol; Q-Gələn də bular, gecikən də bular, adama xox eliyən də bular; K- Adama xox eləmirik; Q-Nəyə gəlmisiz?) Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən diktorların danışıq materiallarında fiziki təsir əlamətləri aşkar olunmuşdur. İşdə olan “könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi yanğın dəbilqəsi sarı rəngdə olub arxa hissəsində “Bullard” ön hissəsində “SAATLİ” yazısı mövcuddur. Dəbilqənin sağ və sol qulaq nahiyyələrindən bəkidilmiş şəkildə şəffaf rəngsiz, üz qoruyucusu mövcuddur. Dəbilqənin iç tərəfi sintetik materialdan qara rəngli parça ilə örtülüdür. Dəbilqənin ön sol tərəfdə 4*3 sm ölçülərində yanıq izi, yuxarı arxa tərəfində müxtəlif ölçülü qara rəngli ləklər mövcuddur. Dəbilqənin ön sağ tərəfində qeyrimüəyyən ölçülərdə zədə olduğu müşahidə edilir. Dəbilqə üzərində digər zədə və ya onun obyektiv izləri, neqativ hallar və ləkələr aşkar olunmadı. İşdə olan “Elektron daşıyıcıya (diskə) baxış keçirilməsi” haqqında protokoldan görünür ki, videoda FHN əməkdaşlarının xidməti formalarında döyüş açılışı etdikləri müşahidə olunur. Video 2 dəqiqə 34 saniyə müddətindədir. Videonun 26-cı saniyəsində 5-6 nəfər şəxsin hadisə baş verən yerdən həyətə dəmir darvazadan daxil olduqları görünür. Videonun 30-cu saniyəsində qeyri-müəyyən bir şəxsin “sənsən bunların rəisi, daşı söndürməyə gəlmisən deyərək” video çəknə tərəf hərəkət etdiyi görünür. Daha sonra mübahisənin başladığı müşahidə olunur. X2 bildirdiyinə görə Ramin Həsənovun “gedin işinizi görün dediyi eşidilir.” Ramin Həsənovun “hara çırpırsan stolu” dəfələrlə təkrar dediyi eşidilir. Daha sonra FHN əməmkdaşlarının yanğını söndürməyə başladıqları müşahidə olunur. Zərərçəkmiş şəxs videonun 30-cu saniyəsində qeyri-müəyyən bir şəxsin “sənsən bunların rəisi, daşı söndürməyə gəlmisən deyərək” video çəkən tərəf hərəkət etdiyi gördüyünü, həmin şəxslərin onlara zor tətbiq etmədiyini, uca səslə sözlü mübahisə etdiklərini, həmçinin Təqsirləndirilən şəxs videoda müşahidə olunmadığını, lakin videonun 46-cı saniyəsində qırılma səsinin stolun qırılma səsi olduğunu, daha sonra hissə rəisi Ramin Həsənovun “hara çırpırsan stolu” cümləsini dəfələrlə təkrar dediyini bildirdi. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Saatlı rayonu Qara Nuru kəndində yerləşən X12 məxsus fərdi yaşayış evidir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin Saatlı rayonu X9 Hissəsinin 37/34-196 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin Saatlı rayonu X9 Hissəsinə xx.xx.2017-ci il tarixdən yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdən isə 113 nömrəli yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsinə keçirilmişdir. Hal-hazırda həmin vəzifədə xidmət edir, daxili xidmət çavuşu rütbəsindədir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin “07 mart 2022-ci il tarixdə Saatlı rayonu Qara Nuru kəndində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi haqqında” arayışından görünür ki, baş vermiş yanğınla əlaqədar yanğından mühafizə bölmələrinin dislokasiya ərazisindən çıxaraq geri qayıtma anınadək bütün hərəkətləri müvafiq normativ sənədlərin tələblərinə uyğun təşkil olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 28 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hadisə zamanı əsəbi olduğu üçün plastik stulla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs başına zərbə vurduğunu xatırlamadığını bildiməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və sənədlərlə, həmçinin toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Beləliklə,Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı başında olmuş sarı rəngli döyüş dəbilqəsi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 214 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan və Saatlı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı başında olmuş sarı rəngli döyüş dəbilqəsi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 214 (iki yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar