Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-41/2023 20.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 12:25-də xx xxxxx 1981-ci il tarixdə Füzuli rayonu Aşağı-Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli rayonu Aşağı-Veysəlli kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində, FİN qəsəbəsində salınmış qaçqın və köçkün şəhərciyində ev 34-də yaşayan, barəsində başqa yerə geməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1 hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 26 mart 2023-cü il tarixdə saat 17:45-də Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gələrək özü ilə gətirdiyi qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1 metr, gözlərinin ölçüsü 16x16 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsini suya salıb-çıxartmaqla 27 mart 2023-cü il tarixə saat 00:20-dək 30 ədəd hər biri 33 manat dəyərində «şamayı» və 6 ədəd hər biri 11 manat dəyərində «külmə» balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1056 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 00:50-də X10 İdarəsinin Nefçala xətt polis məntəqəsinin və İmişli xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılaraq ondan qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1 metr, gözlərinin ölçüsü 16x16 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsi, 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsinə aparmaq üçün balıq tutmaq məqsədi ilə 26 mart 2023-cü il tarixdə axşam saatlarında el arasında “Şaqay kanalı” deyilən Baş Mil-Muğan Kollektorunun sahilinə gəlmiş, orada balıq tutmağın qadağan olunduğunu bilmədiyi üçün “ekran” adlanan tor vasitəsi ilə balıq ovlamağa başlamış, 30 ədəd «şamayı» balığı və 6 ədəd «külmə» balığı tutmuşdur. Həmin vaxt orada 100-150 nəfər balıq tutan şəxslər olmuşdur. Ondan başqa daha bir nəfəri də qanunsuz balıq ovlamağa görə tutmuşlar. Halhazırda törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyimə söz verir. Ona görə də ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin X10 İdarəsinin İmişli xətt polis məntəqəsinin polis nəfəri Şahid4 göstərdi ki, 26 mart 2023-cü il tarixdə xidməti sahədə reyd keçirərkən Baş X1 Malik Cəfər oğlunun kustar üsulla hazırlanmış “ekran” adlanan torla balıq tutduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs heç bir icazə sənədi və ya balıqovlama bileti olmadan balıqların kürü qoyan vaxtı qanunsuz olaraq 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqlarını ovlamışdır. Balıqların kürü qoyan vaxtı olduğu üçün sentyabr ayının 1-dək torla balıq ovlamağa icazə verilmir. Təqsirləndirilən şəxs balığı ovladığı mart ayında da torla balıq ovlamağa icazə olmamışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs başqa da bir nəfər qanunsuz olaraq torla balıq tutduğu üçün saxlanılmışdır. Orada onlardan başqa qarmaqla balıq tutan şəxslər də olmuşdur. Təqsirləndirilən şəxs 1 ədəd kustar üsulla hazırlanmış “ekran” adlandırılan balıqovlama vasitəsi, ovladığı 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ovladığı balıqları maşına qoymuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin X10 İdarəsinin Neftçala xətt polis məntəqəsinin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 26 mart 2023-cü il tarixdə Su NPİ-nin İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti sahədə reyd keçirərkən Baş X1 Malik Cəfər oğlunun “ekran” adlanan torla balıq tutduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq balıq ovladığı üçün saxlanılaraq istintaqa təhvil verilmiş, ondan 1 ədəd kustar üsulla hazırlanmış “ekran” adlandırılan balıqovlama vasitəsi, ovladığı 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqları aşkar edilərək götürülmüşdür. Həmin vaxt orada daha bir nəfər də “ekran” adlanan torla balıq tutduğu üçün saxlanılmışdır. Onlardan başqa da orada balıq tutan şəxslər olmuş, lakin torla balıq tutan Təqsirləndirilən şəxs ilə birlikdə iki nəfər olmuş, digər şəxslər isə məntəqə rəisi tərəfindən sorğulanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin X10 İdarəsinin Neftçala xətt polis məntəqəsinin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 26 mart 2023-cü il tarixdə Su NPİ-nin İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti sahədə reyd keçirərkən Baş X1 Malik Cəfər oğlunun “ekran” adlanan torla balıq tutduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq balıq ovladığı üçün saxlanılmış, ondan 1 ədəd kustar üsulla hazırlanmış “ekran” adlandırılan balıqovlama vasitəsi, ovladığı 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqları aşkar edilərək götürülmüşdür. Həmin vaxt orada daha bir nəfər də “ekran” adlanan torla balıq tutduğu üçün saxlanılmış, onlardan başqa da orada balıq tutan şəxslər olmuş, lakin torla balıq tutan iki nəfər olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən hava qaranlıq olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, 27 mart 2023-cü il tarixdə saat 00:50-də Su NPİ-nin Neftçala XPM-nin və İmişli XPM-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Saatlı rayonu Azadkənd kəndi idtiqamətində Baş Mil- Muğan Kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş, xx xxxxx 1981-ci il təvəllüdlü Füzuli rayonu Aşağı-Veysəlli kəndində qeydiyyatda olub, Saatlı rayonu Fin qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1 metr, gözlərinin ölçüsü 16x16 mm olan tor bağlanmış 1 ədəd “Ekran” adlandırılan balıqovlama vasitəsi, 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqlarını aşkar edilmiş “ekran” adlanan balıqovlama vasitəsi ilə Saatlı rayonu Azadkənd kəndi idtiqamətində Baş Mil-Muğan Kollektorundan qanunsuz tutduğunu bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2023-cü il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 Nəzarət və X4 müdiri X9 27 mart 2023-cü il tarixdə X10 İdarəsinin Nefçala xətt polis məntəqəsinin rəisi, polis kapitanı Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs götürülmüş 36 ədəd balıqlara baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş balıqlar bioloji əlamətlərinə görə 30 ədədi «şamayı» və 6 ədədi «külmə» balıqlarıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2023-cü il tarixli qəbzdən görünür ki, 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1 metr, gözlərinin ölçüsü 16x16 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsi müvəqqəti saxlamaq üçün X10 İdarəsinin Nefçala xətt polis məntəqəsinin rəisi, polis kapitanı Şahid1 təhvil verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 30 ədəd «şamayı» balığının qanunsuz tutulması nəticəsində vurulan ümumilikdə 990 manat, 6 ədəd «külmə» balığının qanunsuz tutulması nəticəsində vurulan ümumilikdə 66 manat, cəmi 1056 manat maddi ziyanın cavabdeh Təqsirləndirilən şəxs alınması barədə tədbir görülməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş ******* nömrəli qaimə fakturadan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqları X10 İdarəsinin İmişli xətt polis məntəqəsinin polis nəfəri Rəşid Cavadzadə tərəfindən "xxxx" Kiçik Müəssisəsinə təhvil verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş balıq ehtiyatlarına vurulmuş ziyan barədə 27 mart 2023-cü il tarixli arayışdan görünür ki, 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqlarının qanunsuz tutulması ilə əlaqədar vurulan ziyan ümumilikdə 1056 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və 133 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 sentyabr 2020-ci il təvəllüdlü X8 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1 hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 26 mart 2023-cü il tarixdə saat 17:45-də Saatlı rayonu Azadkənd kəndi istiqamətində Baş Mil-Muğan Kollektorunun sahilinə gələrək özü ilə gətirdiyi qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1 metr, gözlərinin ölçüsü 16x16 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsini suya salıb-çıxartmaqla 27 mart 2023-cü il tarixə saat 00:20-dək 30 ədəd hər biri 33 manat dəyərində «şamayı» və 6 ədəd hər biri 11 manat dəyərində «külmə» balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1056 manat məbləğində ziyan vurması və həmin tarixdə saat 00:50-də X10 İdarəsinin Nefçala xətt polis məntəqəsinin və İmişli xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılaraq ondan qalın sim parçalarına jılka adlandırılan sintetik sapdan toxunmuş, eni və uzunluğu 1 metr, gözlərinin ölçüsü 16x16 mm olan tor bağlanmış 1 ədəd “ekran” adlandırılan balıqovlama vasitəsinin, 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqlarının aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda yaranır. Həmin Məcəllənin 256-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqlarının tutulması ilə əlaqədar vurulan ziyanın məbləği 1056 manat, yəni «xeyli miqdar» təşkil etdiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Mil-Muğan” Kollektorunun Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsindən 30 ədəd «şamayı» və 6 ədəd «külmə» balıqlarını tutması nəticəsində ümumilikdə dövlət balıq ehtiyatlarına 1056 manat maddi ziyan dəymiş və həmin ziyanla bağlı ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı kimi tanınmış və həmçinin də mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəməyə teleqram ünvanlayaraq 20 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı göstərdi ki, törətdiyi cinayət əməli nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1056 manat ziyan vurmuş, maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməmişdir. Ona görə də iş üzrə mülki iddianı qəbul edir və təmin olunmasına heç bir etirazı yoxdur. Belə olan halda iş üzrə mülki iddia təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1056 manat ziyan Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi sübut olan baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və X10 idarəsinin Neftçala xətt polis məntəqəsində saxlanılan, yuxarıda qeyd olunan bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1056 (bir min əlli altı) manat alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə maddi sübut olan və X10 idarəsinin Neftçala xətt polis məntəqəsində saxlanılan bir ədəd «ekran» adlandırılan balıqovlama aləti məhv edilsin. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-41/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-41/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver