Məhkəmə qərarları › İş №1(055)-41/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-41/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-41/2025 30.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin hüquqi varisi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1988-ci ildə Saatlı rayonu Dəllər kəndində anadan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Saatlı rayonu Dəllər kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirimiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş üzrə Təqsirləndirilən şəxs, 16 mart 2025-çi il tarixdə saat 10 radələrində Saatlı rayonu Musalı kəndində yaşayan qayınatası Şahid2 fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs barışmasını və yaşadıqları evə qayıtmasını tələb edən zaman aralarında qısqançlıq zəminində yaranmış mübahisə nəticəsində dalaşaraq, hər iki əli ilə sonunçunun boğaz nahiyəsindən tutub yerə yıxaraq boğazını sıxmaqla ona, sol təpə-alın nahiyəsində hematoma, boyunun sağ və sol yan səthində qancırlar, həmin proyeksiyalarda sıyrıqlar, sağ və sol gözün konyuktivasında qansızmalar əmələ gəlməsi ilə nətiçələnən, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə hazırlıq iclasının gedişində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxs öldüyündən 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən yaxın qohumlarına onun hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmişdir. Həmin bildirişdə Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar cinayət təqibinə CPM-nin 39.1.5ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə izah verilmişdir. Təqsirləndirilən şəxsin qardaşı Qanuni nümayəndə məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüququ varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmə, Qanuni nümayəndə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanımışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin öldüyünə görə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. Saatlı rayon prokurorluğu tərəfindən məhkəməyə daxil olmuş məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən hamam otağında özünü yanındıraraq intihara cəhd etmiş, hadisə nəticəsində ağır yanıq xəsarəti almış, X6 briqadası ilə Saatlı RMX-nın Acil bölməsinə çatdırılmış, ona ilk tibbi yardım göstərilmiş və xx.xx.2025-ci il tarixli göndərişlə X3 nəznindəki Yanıq Mərkəzinə göndərilmiş, xx.xx.2025ci il tarixdə isə vəfat etmişdir. Təqsirləndirilən şəxsin hüquqi varisi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 64 nömrəli Arayışından görünür ki, xx xxxxxx 1988-ci il təvəllüdlü mərhum Təqsirləndirilən şəxs meyiti 13 aprel 2025-ci ildə məhkəmə-tibbi müyinədən keçirilmiş və meyit dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmada Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonu Dəllər kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə evlənmişdir. Evli olduqları müddətdə iki azyaşlı övladları dünyaya gəlmişdir. Lakin Zərərçəkmiş şəxs ilə dini kəbinləri olsa da, rəsmi nikahları olmamışdır. Təxminən 1 ildən artıq müddətdir ki, Zərərçəkmiş şəxs ilə aralarında evdə sözlə mübahisələri olmuşdur. Əvvəllər Qumru mobil telefon işlətsə də, sonradan işlətməsinə icazə verməmişdir. Həmin ərəfələrdə Qumru onun telefonunda olan “zibil qutusu” olan faylları sildikdən sonra onda ona qarşı şübhələr yaranmağa başlamışdır. Bu barədə Qumrudan dəfələrlə soruşsa da, sonuncu heç nəyi etiraf etməmişdir. İki aydan sonra Zərərçəkmiş şəxs etiraf etmişdir ki, fayları özü silmişdir. Səbəbin soruşduqda Qumru ona, guya bacısı Səbinənin ona atdığı şəkilləri sidiyini bildirmişdir. Qumrunun dediklərinə isə inanmamışdır. Bu səbəbdən isə onun evdə Qumru ilə münasibətləri normal olmamış, dəfələrlə evdə mübahisə etmişlər. Hətda Qumrudan dəqiq söz öyrənmək üçün 2024-cü ilin sentyabr ayında onu həyətdəki heyvan damına aparıb sözlə öldürməklə hədələmişdir. Məqsədi isə Qumrunu sadəcə olaraq qorxutmaq və ondan həqiqətləri öyrənmək olmuşdur. Həmin vaxtı da, Qumru ona dəqiq və düz söz deməmişdir. Təxminən bir ay bundan əvvəl Qumru ilə evdə mübahisələri olduğu üçün valideynləri gəlib onu və azyaşlı uşaqlarını öz evlərinə aparmışlar. Təxminən 1 ay ərzində 2 ədəd özü, 2 dəfə isə anası Qumrunun atası evinə gədərək barışmaq istədiklərini desələr də, Qumru və valideynləri istəməmişdir ki, onlar barışsınlar. 16 mart 2025-ci il tarixdə saat 10 radələrində Qumrunun yaşadığı evə getmişdir. İlk əvvəl həyətdə çağırsa da, onu eşidən olmamışdır. Ona görə də, evə daxil olmuşdur. Azyaşlı övladlarını gördükdən sonra Qumru ilə danışmaq üçün onu digər otağa dəvət etmişdir. Qumru ilə digər otağa keçdikdən sonra ondan evə gəlməsini və birlikdə yaşamağı xahiş etmişdir. Qumruya izah etmişdir ki, artıq onunla mübahisə etməyəcək və hər ay əvvəlki kimi olacaq. Hətda onunla rəsmi olaraq nikaha girəcəyini deyib, ondan barışmağı xahiş etmişdir. Qumru isə onun sözlərinə məhəl qoymamışdır. O, da, əsəbiləşib hər iki əli ilə Qumrunun boğazından tutub yerə yıxmış və sonra bir qədər sıxaraq ondan nə səbəbə evə gəlməməsini sorumuşdur. Təxminən 1-2 dəqiqə sonra qayınanası Qızbas otağa gəlmişdir. Həmin anda o, Qumrunun boğazından əllərini çəkmişdir. Sonra həyətə düşərək piyada öz evinə getmişdir. Bir qədər sonra isə polis əməkdaşlarının onu axtarmasını eşitmiş və kənddə polis əməkdaşları ilə görüşərkən bilmişdir ki, barəsində şikayət etmişlər, sonra birlikdə polis şöbəsinə gəlmişdir. Evdə Zərərçəkmiş şəxs ilə mübahisə edib, onun boğazından tutub sıxarkən ilk əvvəl yanlarında heç kim olmamış, sonradan Qumrunun anası onların yanına gəlmiş və hadisəni ondan başqa heç kim görməmişdir. Zərərçəkmiş şəxs barışmağı və evə getməsini xahiş etmişdır. Qumru isə onun sözünə məhəl qoymadığı üçün əsəbləşərək onun boğazından tutub yerə yıxaraq sıxmağa başlamışdır. Məqsədi onu boğub öldürmək olmamış və sadəcə olaraq qorxutmaq və evə gətməsinə razı salmaq olmuşdur. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Saatlı rayonu Musalı kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun əridir. Belə ki, Təqsirləndirilən şəxslə 2019-cu il tarixdə ailə həyatı qurmuşdur. Evli olduqları müddətdə iki azyaşlı övladları dünyaya gəlmişdir. Lakin Təqsirləndirilən şəxs ilə dini kəbinləri olsa da, rəsmi nikahları olmamışdır. Təxminən 1 ildən artıq müddətdir ki, Təqsirləndirilən şəxslə evdə tez-tez mübahisələri olmuşdur. Belə ki, Nahid mütəmadi olaraq spritli içki qəbul edib, səbəbsiz yerə onunla mübahisə etmiş və sonuncu elə başa düşmüşdür ki, o, onu aldadır. Belə ki, dəqiq tarix yadında qalmasa da, Nahidin telefonu ilə bacısı Səbinə ilə əlaqə saxladığı zaman ona şəkillər göndərmişdir. Həmin şəkilləri Nahidin telefondan silən zaman digər şəkillərdə silinmişdir. Buna görə bir müddət Nahidlə evdə mübahisələri olmuşdur. Sonda Nahidə şəkilləri sildiyini etiraf etsə də, Nahid tam olaraq ona inanmamışdır. Belə başa düşmüşdür ki, o, ona xəyanət edir. Hətda 2024-cü ilin sentyabr ayında Nahid onu həyətdəki tövləyə aparıb, öldürəcəyi ilə hədələyib, ondan düzgün danışmağı tələb etmişdir. O, Nahidə izah etmişdir ki, ona düzgün olanı deyib, başqa yalanı yoxdur. Həmin vaxtdan sonra da, Nahid öz hərəkətlərini mütəmadi olaraq davam etdirmişdir. Bu kimi səbəblərə görə, təxminən 1 ay əvvəl iki azyaşlı övladlarını götürüb atası evinə gəlmişdir. Bir ay ərzində Nahidin anası Səbirə iki dəfə onların həyətinə gələrək, Nahidlə barışmağını istəsə də, o, razı olmamışdır. Sonuncu məlum hadisə zamanı, yəni 16 mart 2025-ci il tarixdə saat səhər 10 radələrində evdə olduğu zaman Nahid evə gəlmişdir. Nahid ilk əvvəl övladları ilə görüşdükdən sonra ona, digər otağa keçib orada söhbət etmələrini bildirmişdir. Onlar birlikdə digər otağa keçmişlər. Orada Nahid ona, “sənin arxanca anamı göndərmişəm, nə səbəbə barışıb geri gəlmək istəmirsən” demişdir. O, da Nahidə, “nə zaman sən düzəlsən o zaman evə gələ bilərəm” demişdir. Nahid isə öz növbəsində ona, “mən artıq düzəlmişəm” demişdir. Sonra iki əli ilə onun boğazından tutub onu yerə yıxmış və boğaz nahiyəsindən sıxmağa başlamışdır. O, isə yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Həmin anda anası Qızbas otağa daxil olmuş, həmin vaxt Nahid əllərini onun boğazından çəkib ayağa qalxmış və evi tərk edib çıxıb getmişdir. Nahid getdikdən sonra atası İsabalaya zəng edib, baş verənləri demişlər. Atası isə hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onu boğaz nahiyəsindən sıxmaqda məqsədi onu qorxutmaq və zorla onunla barışmağını tələb etməsi olmuşdur. Hadisəni yalnız anası Qızbas görmüşdür. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hadisə zamanı Nahid onun boğaz nahiyəsini sıxması nəticəsində xəsarətlər almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Saatlı rayonu Musalı kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs isə yeznəsidir. Qumru 2019-cu ildə ailə həyatı qurmuşdur, ailəli olduğu müddətdə iki azyaşlı övladı dünyaya gəlmişdir. Lakin son bir ildən artıq müddətdir ki, Qumru və Nahid arasında evdə mütəmadi olaraq mübahisələr baş vermişdir. Bildiyi qədər, Nahid Qumrudan səbəbsiz yerə şübhələndiyi üçün onunla tez-tez mübahisə etmişdir. Bu kimi səbəblərə görə 1 ay bundan əvvəl qızı Qumrunu öz evlərinə gətirmişlər. Təxminən 1 ay ərzində Nahidin anası və özü bir neçə dəfə onlara gələrək Qumrunun evinə getməsini və Nahidlə barışmasını xahiş etmişlər. Qızı Qumru isə barışmaq istəməmişdir. Sonuncu məlum hadisə zamanı, yəni 16 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində həyətdə paltar yuduğu zaman Nahid onun xəbəri olmadan evə girib, qızı Qumru ilə söhbət edib, ondan barışmağı tələb etmişdir. O, evə daxil olanda otaqda səs eşitmişdir. Otağa daxil olarkən Qumrunun yerdə uzanıqlı vəziyyətdə olmasını, Nahidin isə əlləri Qumrunun boğazından tutub sıxmasını görmüşdür. Nahid onu görən kimi Qumrudan əlini çəkib otaqdan çıxaraq qaçıb getmişdir. Sonra hadisə barədə əri İsabalaya demişdir. İsabala isə hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O, qeyd etmişdir ki, hadisə zamanı evdə o, özü olmuş və ondan başqa evdə heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, Saatlı rayonu Musalı kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs isə yeznəsidir. Qumru 2019-cu il ailə həyatı qurmuşdur, ailəli olduğu müddətdə iki azyaşlı övladı dünyaya gəlmişdir. Lakin son bir ildən artıq müddətdir ki, Qumru və Nahid arasında evdə mütəmadi olaraq mübahisələr baş vermişdir. Bildiyi qədər, Nahid Qumrudan səbəbsiz yerə şübhələndiyi üçün onunla tez-tez mübahisə etmişdir. Bu kimi səbəblərə görə 1 ay bundan əvvəl qızı Qumrunu öz evlərinə gətirmişlər. Təxminən 1 ay ərzində Nahidin anası və özü bir neçə dəfə onlara gələrək Qumrunun evinə getməsini və Nahidlə barışmasını xahiş etmişlər. Qızı Qumru isə barışmaq istəməmişdir. Sonuncu məlum hadisə zamanı, yəni 16 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində o, evdə olmadığı zaman Nahid onların evinıə gəlib qızı Qumru ilə mübahisə edərək, əlləri ilə boğazından tutub sıxmışdır. Bu barədə arvadı Qızbas ona dedikdən sonra hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 mart 2025-çi il tarixli 40 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol təpə-alın nahiyəsində hematoma, boynun sağ və sol yan səthində qancırlar, həmin proyeksiyalarda sıyrıqlar, sağ və sol gözün konyuktivasında qansızmalar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-çi il tarixə uyğun gəlir, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Beləliklə də, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinin tələbinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən CPM-nin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda isə müdafiəçinin razılığı ilə yol verilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra məhkəmə baxışının gedişində öldüyündən Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3-1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirimiş icraat materialı üzrə icraata o, öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Qərardan elan olunduğu gündən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar