Məhkəmə qərarları › İş №1(055)-42/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-42/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-42/2023 29.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 29 avqust 2023-cü il, Saat: 15:15 Saatlı şəhəri xx.xx.1992-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Saatlı rayon İcra və Probasiya şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmiş, öz həqiqi imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almışdır (nüfuz alveri etmişdir). Belə ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 5 aprel 2021-ci il tarixli, 140/k nömrəli əmrlə Saatlı rayon icra və probasiya şöbəsinin baş mütəxəssisi (böyük inspektoru) vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-113/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək üzərinə müvafiq vəzifələr qoyulmuş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsi Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi ilə dəyişdirilmiş məhkum Şahid3 29 avqust 2022-ci il tarixdə müəyyən edilmiş ərazi hüdudlarını qərəzli pozmaqla Sabirabad rayonunun inzibati ərazisinə keçməsi ilə əlaqədar 30 avqust 2022-ci il tarixdə istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng vurub sonuncunu Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-7.4-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün şöbəyə dəvəti ilə əlaqədar Şahid3 sağlamlıq imkanlarının məhdud olması ilə əlaqədar şöbəyə gələ bilməyəcəyini bildirdikdən sonra 2022-ci ilin avqust ayının sonlarında məhkəməyə təqdimat verilməməsi ilə bağlı Şahid3 bacısı Zərərçəkmiş şəxs özünə müraciəti ilə əlaqədar sonuncuya şöbənin rəisi Şahid2 tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslərin cəzalarının icrasına nəzarətin şifahi qaydada özünə həvalə edilməsi ilə bağlı özünün həqiqi təsir imkanlarından istifadə edərək həmin şöbənin rəisi Şahid2 Şahid3 barədə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət etmək haqqında qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, həmin niyyətlə 2022-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən zəng edərək özü üçün birbaşa yolla şəxsən 1000 (bir min) manat məbləğində pul vəsaitini istəyib, 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs maddi nemət olan 1000 (bir min) manat məbləğində pul vəsaitini Saatlı rayon icra və probasiya şöbəsinin inzibati binasının yaxınlığında özü üçün birbaşa yolla şəxsən alıb pul vəsaitini istəməsini və almasını Şahid2 gizlətməklə, Şahid3 üzürlü səbəbdən 29 avqust 2022-ci il tarixdə müəyyən edilmiş ərazi hüdudlarını pozduğunu və sağlamlıq imkanları məhdud olduğu üçün şöbəyə gələ bilmədiyini bildirməsinə əsasən, Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə Saatlı rayon Şirinbəyli kənd həkiminə verilmiş sorğu əsasında Şahid3 sağlamlıq imkanlarının məhdud olmasına əmin olduqdan sonra sonuncu barəsində azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edilməməsinə nail olmaqla Şahid2 qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)- 113/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək üzərinə müvafiq vəzifələr qoyulmuş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsi Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi ilə dəyişdirilmiş məhkum Şahid3 8 sentyabr 2022-ci il tarixdə müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk edərək Sabirabad rayonunun inzibati ərazisinə keçməsi, eləcə də müxtəlif vaxtlarda vaxt məhdudiyyətini pozması səbəbindən sonuncu barədə təyin edilmiş cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilməsi üçün şöbə rəisi Şahid2 tərəfindən 27 sentyabr 2022-ci il tarixli təqdimatla Saatlı Rayon Məhkəməsinə müraciət edildikdən sonra Şahid3 barəsində olan həmin təqdimatın məhkəmə tərəfindən təmin edilməməsi və sonuncu barədə azadlıqdan məhrum etmə cəzasının seçilməməsi üçün 2022-ci ilin sentyabr ayında özünə müraciət edən Şahid3 bacısı Zərərçəkmiş şəxs özünü işgüzar və həmin məhkəmədə geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Saatlı Rayon Məhkəməsində qərar qəbul etmək səlahiyyətinə malik hakimlə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə məhkəmədə Şahid3 barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilməməsinə köməklik etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilməməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aralarında olan telefon danışıqları zamanı Esmira Muradovanı aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin sentyabr ayının sonlarında Saatlı rayonu, X5 küçəsində yerləşən Saatlı rayon dəmir yolu stansiyasının yaxınlığında sonuncudan 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 312-1.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Saatlı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(055)-42/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 25 iyun 2017-ci il tarixdən 14 fevral 2023cü ilə tarixədək Saatlı rayon icra və probasiya şöbəsinin baş mütəxəssisi (dəftərxana müdiri) vəzifəsində işləmiş, işlədiyi müddət ərzində müvafiq təlimata əsasən vəzifəsini icra etmişdir. Onun işi məhkəmələrdən və müvafiq qurumlardan daxil olan sənədlərin qəbul edilməsindən, icra sənədinin elektron icra sisteminə daxil edilməsindən və illik hesabatların tərtib edilməsindən ibarət olmuşdur. Saatlı rayon icra və probasiya şöbəsinin probasiya üzrə əməkdaşı Taleh Qasımov vəzifəsini dəyişdikdən sonra idarədəki bütün hökmlərin icrası şöbə rəisi Şahid2 təhvil verildiyi üçün, sonuncunun şifahi göstərişi əsasında məhkumların şöbəyə dəvət edilməsi, hökmlərin icrası ilə əlaqədar bir sıra işlərin görülməsi ona tapşırmışdır. Zərərçəkmiş şəxs 2015-ci ildən tanıyır. Belə ki, Əsmər özünün aliment işi ilə əlaqədar tez tez icra şöbəsinə gəlmiş, həmin vaxtdan da münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında ona zəng edərək qardaşı Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq Yasamal Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğunu, sonuncunun Saatlı rayonunun ərazi hüdudlarını pozduğuna görə icra və probasiya şöbəsinin rəisi Şahid2 azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə məhkəməyə təqdimat göndərmək istədiyini bildirərək bunun üçün ona köməklik etməyini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs dəftərxana müdiri olduğunu, bu məsələlərlə əlaqədar hər hansı səlahiyyətinin olmadığını bildirmişdir. Təxminən bir neçə gün keçəndən sonra Zərərçəkmiş şəxs yenidən ona zəng edərək qardaşının təkrarən ərazi hüdudlarını keçməsini bildirmiş və qardaşının barəsində təqdimat göndərilməməsini xahiş etmişdir. O da bundan sonra Zərərçəkmiş şəxs köməklik edəcəyini vəd etmişdir. O, köməklik göstərmək dedikdə tanış vəkillərdən Şahid3 məhkəmədə müdafiə etmələrini xahiş etməyi nəzərdə tutmuşdur. O, vəkil tanışı Şahid1lə bu haqda danışmış, sonuncu da razılaşaraq onunla müqavilə bağlanılmalı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs daimi olaraq onunla telefon əlaqəsi yaratmış, o da əlaqə zamanı vəkilə ehtiyac olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs isə vəkillə müqavilə bağlamaq üçün pulunun olmadığını, cəmi 1000 manat pul düzəldə biləcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edib 200 manat pulunun olduğunu bildirmiş, o isə həmin məbləğə vəkillə müqavilə bağlamağın mümkün olmadığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs əlavə olaraq 600 manat da düzəltdiyini bildirmişdir. Lakin vəkillərin həmin tip işlərə görə 1000 manata hüquqi yardım göstərdiklərini bildiyi üçün, Əsmərlə danışıqları 1000 manat barəsində olmuşdur. O, dəfələrlə bu barədə Zərərçəkmiş şəxs ilə danışmış və onu Saatlı rayonuna dəvət etmişdir. Lakin əsmər nə idarəyə gəlmiş, nə də onunla görüşmüşdür. Zərərçəkmiş şəxs Saatlı rayonuna gəlmədiyi üçün sonuncunu vəkil Şahid1lə də tanış edə bilməmişdir. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs qardaşı Şahid3 köməklik edilməsindən ötrü özü üçün hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Səs yazısında Zərərçəkmiş şəxs 1000 manat istəyəndən sonra “mən onu razı”salacam dedikdə, vəkili nəzərdə tutmuşdur. Çünki Zərərçəkmiş şəxs vəkilin həmin qiymətə razılıq verməyəcəyini düşünmüşdür. Səs yazısında 3500 manat pul məbləğini həqiqətən də Zərərçəkmiş şəxs gətirməyini bildirsə də, məqsəd həmin puldan 1000 manat vəkilə, qalan pulun isə Şahid3 həbs olunmayacağı halda, qırıq qolbağa görə kompensasiya ödəmək üçün nəzərdə tutmuşdur. Şahid4 cəmi bir dəfə görmüşdür. Belə ki, əvvəlki probator X10 Muradovu idarəyə dəvət edən zaman Şahid4 da idarəyə gəlmiş, onlar birlikdə Şahid2 yanına keçmişlər, o da otaqda olmuşdur. Həmin vaxt Şahid2 onlara qanunvericiliyin tələblərini izah etmişdir. Bundan sonra Anarı bir daha görməmişdir. O, Zərərçəkmiş şəxs 3500 manat istəyəndə edəndə, “gəl ikimiz də rəisdən xahiş edək, görək nə edə bilirik.” dedikdə, sonuncu pulu gətirəndən sonra rəisdən Şahid3 məhkəmədə köməklik göstərməsini, yəni rəisə məhkəmədə söz veriləndə hakimdən daha ağır cəza növünü Emin üçün istəməməsini xahiş etməyi nəzərdə tutduğunu bildirmişdir. Məqsədi ancaq həmyerli olaraq Zərərçəkmiş şəxs köməklik etmək olmuşdur.Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan başqa, dəymiş ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında özünün aliment işi ilə əlaqədar Saatlı rayon icra və probasiya şöbəsinə getmiş, şöbədən çıxanda çoxdan tanıdığı şöbənin baş mütəxəssis Təqsirləndirilən şəxs görmüş, görüş zamanı Vahıbdan qardaşı Şahid3 barədə Yasamal Rayon Məhkəməsinin qərarının icra olunması üçün şöbəyə daxil olub-olmadığını soruşmuş, sonuncu sənədin daxil olmadığını bildirmişdir. Təxminən bir ay keçəndən sonra o, qardaşının işi ilə bağlı Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu sənəd daxil olsa da, icraçının hələ təyin olunmadığını qeyd etmişdir. Lakın qısa bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs ona zəng edib qardaşı barəsində Yasamal Rayon Məhkəməsinin qərarının icrasının Saatlı rayon icra və probasiya şöbəsinin icra məmuru Taleh Qasımovun icraatına verildiyini bildirmişdir. Təxminən 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs yenidən ona zəng edərək X6 rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsinə keçməsi səbəbindən qardaşının işinin onun icraatına verildiyini demişdir. Təqsirləndirilən şəxs bunları izah edəndən sonra ona Şahid3 məhkəmə qərarını pozaraq ərazini tərk etdiyini bildirmiş və Emin barəsində tədbir görülməməsindən ötrü köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxs isə bunun müqabilində ondan 1000 manat pul tələb etmişdir. O, 2022-ci ilin avqust ayının əvvəllərində məcbur olub bacısı X2 və bacısının həyat yoldaşı Şahid4 İmanvardi oğlu ilə birlikdə Saatlı rayonuna gəlmiş, həmin vaxt Vahıb ona içəri girməməyi bildirdiyindən razılaşıb Saatlı rayon icra və probasiya şöbəsinin qarşısında, məhkəmənin yaxınlığında Vahıba nağd şəkildə 1000 manat pul vəsaitini vermişdir. Həmin pulu Vahıba təqdim edən zaman yanında bacısı və bacısının əri olmuşdur. Pulu verəndən sonra Vahıb ona bildirmişdir ki, əgər Emin qərarda nəzərdə tutulmuş ərazini tərk etmək istəsə mütləq ona məlumat versin və sonuncunun ayağında olan elektron nəzarət qurğusunu çıxardacaq və həmin qurğunu yaxın qohumlarının ayağına müvəqqəti olaraq bağlayacaq. Bir neçə gün keçəndən bacısının əri Şahid4 xəstələndiyinə görə qardaşı Emin dərman almaq üçün Sabirabad rayonuna getdiyindən yenidən ərazi məhdudiyyəti pozulmuş, nəticədə pozuntular səbəbindən artıq Emin barədə məhkəməyə təqdimat verilməli olmuşdur. O, bu barədə məlumat alan kimi yenidən Vahıbla danışmış, sonuncu məhkəmədə işi həll eləmək üçün ondan 2022-ci il sentyabr tarixində 3500 manat pul istəsə də, sonda 1400 manata razılaşmışlar. Vahıb ona işi rəisi Şahid2 vasitəsilə həll edəcəyini bildirmişdir. O, həmin vaxt Bakı şəhərində olmuş, bununla əlaqədar hətta Ədliyyə Nazirliyinə də getmiş, vəkillə də məsləhətləşmiş, nəticədə qardaşına kömək etməyin mümkün olmadığını öyrənmişdir. Amma Vahıb kömək edəcəyini bildirdiyi üçün razılaşmışdır. 2022-ci ilin sentyabr ayında o, yenə Şahid4 və Ramilə Muradova ilə birlikdə Vahıbla Şirinbəyli kəndinə gedən yolun kənarında görüşmüş və maşından düşüb yolun qırağında Vahıba 1400 manat pulu vermişdir. Həmin vaxt Şahid4 və bacısı maşında olmuşdur. Bundan sonra iş məhkəməyə getmiş və qardaşı həbs olunmuşdur. Daha sonra dəfələrlə pulunu Vahıbdan tələb etsə də sonuncu pulu rəisinə verdiyini bildirmiş və qaytarmaqdan imtina etmişdir.O da məcbur olub Vahıb barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 İmamverdi oğlu ifadəsində göstərdi ki, qaynı Şahid3 Saatlı rayon İcra və probasiya şöbəsində olan işi ilə bağlı 2022-ci ilin avqust ayının axırlarında onun avtomobili ilə arvadı Ramilə Muradova və baldızı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərindən Saatlı rayonuna getmişlər.Saatlı rayon icra və probasiya şöbəsinin yaxınlığındakı çayxanada, məhkəmənin yaxınlığında baldızı X4 görüşüb nağd şəkildə 1000 manat pulu sonuncuya vermişdir. Pulu verdikdən sonra Şirinbəyli kəndinə getmişlər. Bundan sonra Şahid3 yenidən ərazi məhdudiyyətini pozduğuna görə məhkəməyə təqdimat verilməməsi üçün Vahıb baldızı Əsmərdən 1400 manat pul istədiyindən 2022-ci ilin sentyabr ayının sonlarında arvadı Ramilə və baldızı Əsmər ilə birlikdə Bakı şəhərindən Saatlı rayonuna gedib Şirinbəyli kəndinə gedən yolun kənarında dəmir yolu keçidinin yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşlər. Görüş zamanı arvadı Ramilə avtomobildə əyləşmiş, o, Əsmərlə avtomobildən düşüb Təqsirləndirilən şəxsla söhbət etdikdən sonra Əsmər onun yanında çantasından 1400 manat pulu çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust-sentyabr aylarında barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini pozduğuna görə Saatlı rayon icra və probasiya şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs onun işinin həlli məqsədi ilə iki dəfəyə, yəni əvəlcə 1000, daha sonra isə 1400 olmaqla, cəmi 2400 manat pul almışdır. Lakin o, özü həmin prosesdə şəxsən iştirak etməmiş, həmin məsələ ilə əlaqədar evlərində danışıqlar olduğu zaman eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2007-ci il tarixdən hazırki tarixədək Saatlı rayon Vəkil Bürosunun vəkili işləyir.Təqsirləndirilən şəxs tanıyır, sonuncu ara-sıra ayrı-ayrı şəxsləri hüquqi yardım göstərilməsi üçün onun yanına göndərmiş, lakin aralarında heç vaxt hüquqi yardımın məbləği ilə əlaqədar söhbət olmamışdır. 2022-ci ilin xatırlamadığı tarixində Vahıb ona zəng edərək Saatlı rayon sakini Əsmərin qardaşının azadlığın məhdudlaşdırılması cəzasının daha ağır cəza növü ilə əvəz edilməsi kimi probleminin olduğunu bildirərək onlara kömək edib-edə bilməyəcəyini soruşmuş, o, da Vahıba həmin şəxsləri yanına göndərməsini istəmişdir. Lakin aralarında hüquqi yardımın dəyəri ilə əlaqədar söhbət olmamış, Vahıb tərəfindən heç bir maddi nemət ona təklif edilməmiş, nə də onun bu barədə tələbi olmamışdır. X3rdaşının işi ilə əlaqədar hüquqi yardım göstərilməsinə dair onunla telefonla danışsa da, Şahid3 hüquqi yardımın göstərilməsi ilə bağlı sonuncunun özü və ya yaxın qohumları tərəfindən ona hər hər hansı müraciət olmamışdır. Şahid2 Oqtay oğlu məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtida istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 Oqtay oğlunun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən göndərilmiş CD diskə baxış keçirilməsi haqqında 4 aprel 2023-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan “AUD-20230223-WA0003” adlı qovluqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında aşağıdakı məzmunda səs yazısı mövcuddur: Ə - Alo V - Ay Əsmər Ə - Hə, Vahab müəllim V - Gör nə deyirəm şeydi sən sabah üç dənədən yuxarı düzəlt üstündə gəl Ə -Hə V - Sənli mənli keçək bir dənə xahiş eliyəcəyik görək nə olacaq Ə - 3500? V - Hə yuxarı nə düzəldirsən düzəlt də ... prakuror zad da var ortada Ə - Həə yaxşı yaxşı yaxşı başa düşdüm V - Gəl şey eliyək ikimiz mən də xahiş eliyəcəm sən də rəis də deyəcək keçib orda görək nağarırıq səhərə Ə - Həə şeydi bə indi prakurorluqdadır iş? V - A di hə bizdən çıxıb da deyirəm Ə - Həə yaxşı yaxşı oldu V - Sən ama şey elə gəl prablem döyül keçək görək nağarırıq Ə - Həə yaxşı yaxşı oldu V - Saat elə bil üçə dördə deyim də hə? Ə - Hə uzağı elə de amma çalışıb tez gələcəm V - Yaxşı yaxşı Ə - Oldu sağ ol CD diskdə olan “AUD-20230223-WA0001” adlı qovluqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında aşağıdakı məzmunda səs yazısı mövcuddur: V - Alo Ə - Alo V - Əsmər, salam Ə - Salam, Vahab məllim, nətərsən? Bayaq medsestra idi. Açdı telefonu, indi gətdi verdi mənə. Vahab məllim, nəsə deyirdin e, deyirdiz söz deyəcəm sizə V - Noldu, nağardın? Ə - Vahab məllim, bax o gün mən sizə dedim ki, əlimdə 200 manat var verim, dedin ki, yox də, bir dənəynən. Rəis dedi min manatnan. V- Hə Ə- Mən başa düşdüm. Mən onun 400 manatın özüm düzətmişdim, qalanı da adam var gedib ondan faizə götürəcəkdim. Ba mən bu dəqiqə hal-hazırda xəstəxanadayam. Sənin başına dönüm, mən sabah birdən tez çıxanmaram. Gərək mən çıxam gedəm. Yerdə qalan o 600 manatı götürəm qoyam onun üstünə sonra. Mən sənə o gün dedim ki, karta atım, dedin yox. V - Yoxdu kartım, Allah haqqı Ə - Hə, Vahab müəllim, inan Allaha, bax, mən özüm olmasam, nə də Amin də heç uşaq da bilmir də, gedib onu yenə deyərdim götürərdi o adam onu tanımır. Mənə çerez tanışlıqla onu demişdilər, mən götürəcəkdim qaytaracaqdım də. Ba, mən burda indi mənim yerimə iraq-iraq özünü qoy da. Mən nətər eləyim? Allaha and olsun, səhəri mən can vermişəm. Mən ancaq sabah saat 1-də çıxacam burdan. Ancaq birdən sora, ikiyə evə gedərəm. Kağız-kuğuzu götürərəm, ondan sora götürüb həll eliyərəm V - Təxminən nə vaxta? Ə - Sabahları 2-dən sora bax, evə çatan kimi sizinlə əlaqə saxlayacam. Bir də Vahab məllim, indi bu Eminin ayağından da o qandalı açmışdı, onun məsələsi nə yerdə qalacaq? Narahat olma, sabah onu günortadan sora həll eliyəcəm. Uzağı, 3-ə qədər deyəcəm ki, hara ilə göndərdiyimi deyəcəm, arxayın ol V - Sabah 3-ə qədər? Ə - Həə, 3-ə qədər o min manatı bütöv göndərəcəm. Vahab müəllim, o Eminin indi əyər o min manat göndərsəm, nə bilim, deyir 2 dənə raportu var da, Emin dünən deyir. Ta getmiyəcək hə heç yerə? V – Problem deyil sabaha şey eləmişəm. Deyirlər sən demisən gözləmişik. Mən onu nə deyəllər razı salacam. Ə - Həə, Allah balanı saxlasın, köməyin olsun V - Da mən neynim, nağarım mən yetim? Ə - Sabah saat 3-ə qədər gözdə, bir də Vahab məllim, ba bir dənə sizə söz deyim. Onun o ayağında qandalına baxdız da. V -... həll eliyəciyik, narahat olma. ...ordan onu pakrıvat eliyərik Ə - Həə, Allah köməyin olsun, yaxşı. Sabahları mən burdan çıxan kimi Allaha and olsun, sizi yığacam. Ba gör nəyə, Allaha canım qurban. Yığacam sizi, arxayın ol. O min manatı da göndərəcəm, narahat olma. İnanırsan, hələ görüm bir şey var düzəlsə, bu gec olduğuna görə əlavə də özüm sizə hörmət eliyəcəm. Xəcalətinnən çıxacam, əziyyətivə görə, Allah balanı saxlasın V - 4-ə, ya 5-ə hazır olacax? Q - Hə, hə, bax elə o vaxt elə çatar sizə, narahat olma V - Sabah 5-ə kimi ...Şey eləsin, da ordan o yana keçməsin də, nolar, məni də.... Q - Baş üstə, yaxşı. Arxayın ol, yaxşı. Oldu V - Oldu, yaxşı CD diskdə olan “AUD-20230223-WA0002” adlı qovluqda Təqsirləndirilən şəxs və Şahid4 arasında aşağıdakı məzmunda səs yazısı mövcuddur: A - Necəsən? V - Çox sağ olun A - Anardı, Əlinin yeznəsi V - Nətər? A - Əlinin yeznəsi də. Eminin, Eminin. Əsmərin yeznəsi V - Eee, Anar A - Əsmərin yeznəsi, Anar. Keçən dəfə gəlmişdim ha, Eminnən yanınıza V - Hə, hə, hə A -Xəsdəydim e, hə V - Hə A - Müəllim, ee bu gün rayona gəlirdik, o mənim balaca baldızım da üzr isdəyirəm, hamilə idi. Hə, yolda sancısı tutdu, qaytardım gətirdim 1 nömrəli balnisaya. Uşağı düşdü, indi bilmirəm maşın atdı, nəysə şeylədi. O sizə çatan amanatdar da hazır idi. İndi sabah qoy, bu gün onu şeyləsinlər, bir az özünə gəlsin, sabah da ildönümüdü də, orda kənddə V - Aha A - Hə, gəlirik ora. Hə, şey elədik, o 1-2-ni düzəltdik, hazırdı. Dedim qoy, Əsmər dedi sən zəng elə de. İndi sabah hüzürə gəlirik. Ordan da sizin yanızdayıq da, yanı narahat olmuyun, gətirib çatdıracağıq V - Sabah saat neçiyə? A - Sabah hardasa burdan məllim 11-də zadda çıxacağıq. Qoy bu qızı balnisadan çıxardaq, şeydi, day uşaq da düşdü də. Şey olsun, özünə gəlsin, sabah çıxardaq, kəndə gəlirik də hamımız, mən özüm maşınımla gətirirəm. Hə, gətirək onları qoyaq evə, bir 5 dəqiqə orda hüzür yerində oturaq i ordan sənə zəng edib, gələcik yanınıza V -Yaxşı A - Hə, 1, 1-2, yəni 1200 hazırdı da, narahat olma, məllim V - Bildim. Saat, mənə saatı deyin ki, bilim A - Saat hardasa, qoy lap belə dirənən yəni 5 tamamda yanuzdayıq. Lap orasıbırası. Ola bilər, hüzürdən qəbir üstünə 5 dəqiqə gedib qayıdarıq, ona görə V - 5 nədi a?! A - Yo, yanı lap dirənən yeri, yanı tez olacam orda. Hə, yanı dirənən yeri deyirəm ki, 5-də uje səninlə görüşəciyik. Narahat olma. Yaxşı? V – Taksi ilə yollaya bilmərsən, bu gün? A – Taksi ilə onsuz da biz kəndə gəlirik də. Müəllim, taksiyə neynirik verək, o, bu. Ehtiyac yoxdu. Bunu qoy, özümüz görüşək, bir 1-2 kəlmə də dərdimizi deyək də sizə V - Yaxşı, qadası, yaxşı A - Hə, ehtiyac yoxdu e, taksi-maksi. Neynirsən axı? V - Yaxşı, yaxşı A - Əlbəəl yaxşıdı ki, qoy özümüz şey eləyək. İndi heç kimə müəllim, etibar yoxdu, ehtiyac yoxdu V - Yaxşı, neynək. Başa düşdüm A - Hə, oldu müəllim. Oldu V - Sağ ol A - Sağ ol, sağ ol V - Sağ ol İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 1(004)-113/2022 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 7 iyun 2022-ci il tarixli 7(004)-145/2022 saylı qərarı ilə Şahid3 üzərinə qoyulmuş Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını keçməmək vəzifəsi Saatlı rayon ərazi hüdudlarını tərk etməmək vəzifəsi ilə dəyişdirilmişdir. Həmin hökm 5 avqust 2022-ci il tarixdə Saatlı rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İşdə olan “Attenti” elektron monitorinq sistemi vasitəsilə daxil olmuş xəbərdarlıq siqnalları barədə məlumatdan görünür ki, Şahid3 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:20-də elektron qolbağın açılması, eləcə də həmin tarixdə saat 21:01-dən saat 22:54dək ərazi tələbini pozaraq Sabirabad rayonu ərazisinə keçməsi barədə xəbərdarlıq siqnalı daxil olmuşdur. Bununla əlaqədar, Şahid3la telefon vasitəsilə əlaqə saxlanılaraq, şöbəyə dəvət olunması təklif edilsə də, sonuncu yaşadığı Şirinbəyli kəndində ev şəraitində ambulator qaydada müalicə aldığını bildirmişdir. Qeyd edilən faktla əlaqədar akt tərtib edilərək, Şirinbəyli kənd həkiminə sorğu verilmiş, cavab məktubunda Şahid3 yüksək hərarətlə ev şəraitində müalicə aldığı məlum olmuşdur. İşdə olan “Attenti” elektron monitorinq sistemi vasitəsilə daxil olmuş xəbərdarlıq siqnalları barədə məlumatdan görünür ki, Şahid3 xx.xx.2022-ci il tarixdə saat 18:43-dən saat 20:01-dək ərazi tələbini pozaraq Sabirabad rayonu ərazisinə keçmişdir. Bununla əlaqədar, Şahid3 xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət edilərək izahatı alınmışdır. xx.xx.2022-ci il tarixdə Şahid3 hərəkətləri cəzanın icrasından qərəzli boyun qaçırmaq kimi qiymətləndirilərək cəzanın digər cəza növü ilə əvəz olunması üçün təqdimatla şöbə rəisi tərəfindən Saatlı Rayon Məhkəməsinə müraciət edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(055)-31/2022 saylı qərarından görünür ki, Şahid3 barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 11 ay 26 gün hissəsi 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə xx.xx.2021-ci il tarixli 5-t saylı əmrlə ədliyyə orqanlarında qulluğa qəbul edilərək Saatlı rayon icra və probasiya şöbəsinin baş mütəxəssisi (böyük inspektoru) vəzifəsinə təyin edilərək ona dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmiş, xx.xx.2023-cü il tarixli 68-K saylı əmrlə, xidməti fəaliyyətində kobud pozuntulara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında dövlət qulluğuna xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 312-1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin Saatlı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(055)-42/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verildiyindən, o, CM-nin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs sonuncunun qardaşı Şahid3 Saatlı rayon icra və probasiya şöbəsində olan işi üzrə yol verdiyi pozuntularla əlaqədar təqdimatla rayon məhkəməsinə müraciət edilməməsi, daha sonra isə məhkəmədə köməklik göstərilməsi adı ilə pul vəsaiti istəmədiyini və almadığını bildirsə də, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi zərəçəkmiş şəxs və şahidlərin ifadələri, CD diskə baxış keçirilməsi haqqında 4 aprel 2023-cü il tarixli protokol, təqdim edilmiş sənədlər və digər toplanmış sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, tələbə olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən Saatlı rayon icra və probasiya şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmiş və həmin cinayəti vəzifə səlahiyyətlərindən istifadə edərək törətmişdir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona təyin olunacaq əsas cəzadan başqa müəyyən müddətə əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan da məhrum edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək yeddi min manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il altı ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan səs yazılarının əks olunduğu 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar