Məhkəmə qərarları › İş №1(055)-42/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-42/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-42/2024 17.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 18:07-də xx xxxx 1992-ci il tarixdə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Saatlı rayonu, Qıraqlı kəndindəki fərdi yaşayış evinin həyətində qısqanclıq zǝmnində həmkəndlisi İzafət Hüseynovu evinin yaxınlığına arvadı Xuraman Mustafayevin çağırmasından şübhə edib əsəbiləşərək sonuncunu söyüb, təhqir etdikdən sonra həyətdə olan daş parçasını götürüb onun alın nahiyəsindən qəsdən vurması nəticəsində sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan təpə nahiyəsində öndə yaralar, sol çiyin qurşağında qançırlarla nəticələnən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08 iyun 2024-cü il tarixdə saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəmnində mübahisə yaranmış, o da həmin vaxt sərxoş olduğu üçün Zərərçəkmiş şəxs alın nahiyəsinə daş ilə vuraraq ona xəsarət yetirmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Əməlindən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 08 iyun 2024-cü il tarixdə saat 23 radələrində əri Təqsirləndirilən şəxs ilə aralarında qısqanclıq zəmnində mübahisə yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi İzafət Hüseynovu evinin yaxınlığına çağırmasından şübhələnmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt sərxoş olduğu üçün onun alın nahiyəsinə daş ilə vuraraq ona xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxsə köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o hadisə baş verərkən evdə olmuşdur. Həmin vaxt atası Təqsirləndirilən şəxs qapını döymüş, daha sonra atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək söymüş, bu vaxt anası atasına içəri keçməyini bildirmiş, atası da sərxoş olduğu üçün daşı götürərək anası Zərərçəkmiş şəxs başına vurmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs müraciətinə dair 08 iyun 2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 08 iyun 2024-cü il tarixdə saat 23:44 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Təqsirləndirilən şəxs onu təhqir etdiyini, onun baş nahiyəsinə daşla vuraraq xəsarət yetirdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X6 Şəxsin Sabirabad rayon şöbəsinin 13 iyun 2024-cü il tarixli 125 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tıpı nahiyəsində öndə yaralar, sol çiyin qurşağında qançır küt əşyanın (əşyaların), ola bilsin daşın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 08 iyun 2024-cü-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Saatlı Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 1(055)-16/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 iyun 2024-cü il tarixli 419 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü X2 və 2015ci il təvəllüdlü Şahid1 adlı iki nəfər azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 08 iyun 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Saatlı rayonu, Qıraqlı kəndindəki fərdi yaşayış evinin həyətində qısqanclıq zǝmnində həmkəndlisi İzafət Hüseynovu evinin yaxınlığına arvadı Xuraman Mustafayevin çağırmasından şübhə edib əsəbiləşərək sonuncunu söyüb, təhqir etdikdən sonra həyətdə olan daş parçasını götürüb onun alın nahiyəsindən qəsdən vurması nəticəsində sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan təpə nahiyyəsində öndə yaralar, sol çiyin qurşağında qançırlarla nəticələnən xəsarətləri yetirməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Saatlı Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 1(055)-16/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, əvvəllər bir dəfə cinayət məsuliyyətindən azad olunduğundan hazırkı iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilə bilməz. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar