Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-43/2024 23.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə etmiş, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları olmadan həmin bıçağı 06 mart 2024-ci il tarixdə Saatlı şəhəri ərtazisində qanunsuz olaraq üstündə gəzdirmiş, həmin gün saat 10:30 radələrində qeyd edilən soyuq silah hesab edilən bıçaq Saatlı RPŞ-nin əməkdaşları tərəfindən ondan aşkar edilərək götürülmüş, yəni qanunsuz olaraq soyuq silahı əldə etmiş və milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq soyuq silahı gəzdirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə dostları ilə birlikdə ikinci çərşənbə bayramı münasibətilə yemək yeyib spirtli içki qəbul etmişdir. Bundan sonra məclisdən durub yaşadığı evə getmişdir. O, evə gəldikdə anası X1 gecə yenidən uşaqlarla yeyibiçməyə getmək üçün 50 manat pul istəmişdir. Lakin anası ona pulunun olmadığını bildirmiş və beləliklə, aralarında mübahisə yaranmışdır. O, əsəbləşmiş və xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı evin yataq otağındakı paltar şkafının rəfində saxladığı 01 ədəd ov bıçağını götürmüş və evdən çıxaraq evin həyətinə düşmüşdür. O həmin ov bıçağını təxminən 04 il əvvəl Bakı şəhərində ov mağazalarının birindən tanımadığı şəxsdən almış və həmin vaxtdan bıçağı yaşadığı evin yataq otağındakı paltar şkafının rəfində saxlamışdır. O, anasının ona pul verməməsi səbəbindən çox əsəbləşmiş, əsəbimi soyutmaqdan ötrü həyətə düşdükdə əlində olan bıçaqla həyətdə dayanmış vəziyyətdə olan avtomobillərə yaxınlaşmış və həmin bıçaqla “Volkswagen” markalı **-RB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol təkərini, “Hyundai İX35” markalı **-HL-*** nömrə nişanlı avtomobilin qabaq sol təkərini, “Hyundai Sonata” markalı **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol təkərini, “Honda” markalı **-ZM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin isə arxa sol təkərlərini bıçaqla deşmişdir. Bundan sonra onun əsəbi soyumuş və oradan uzaqlaşmışdır. Bir müddət sonra isə yaşadığı evə getmişdir. O, ovçular cəmiyyətinin üzvü deyil və heç vaxt ovçular cəmiyyətinə üzv olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı İsmayıl Hacıyevin əməliyyat tapşırığında “Honda Pilot” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Volskwagen Tiguan” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Hyundai Tucson” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Hyundai Sonata” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini bıçaqla qəsdən zədələyən şəxs(lər)in tapılması barədə tapşırıqlar verilmişdir. Qeyd edilən avtomobillərin təkərini bıçaqla qəsdən zədələyən şəxsin aşkar olunaraq tutulması istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Saatlı RPŞ-nin şəxsi heyəti təlimatlandırılmış, polisin digər köməkçi qüvvələrinə müvafiq tapşırıqlar verilmişdir. 06 mart 2024-cü il tarixdə adları qeyd olunan avtomobillərə qəsdən bıçaqla ziyan vuran şəxsin ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs Saatlı şəhərində ola biləcəyi yerlər nəzarətə götürülmüş və həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs Saatlı şəhərində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən müşahidə olunmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncuya əmlaka qəsdən ziyan yetirməkdə şübhəli olduğunu bildirmişdir. Həmin zaman o, Natiqin üzərində bir ədəd bıçağın olduğunu görmüşdür. O, Natiqdən həmin bıçağı nə üçün üzərində gəzdirdiyini soruşduqda, Natiq cavabında ona bıçağı təxminən 04 il əvvəl Bakı şəhərində ov mağazalarının birindən tanımadığı şəxsdən aldığını, suvenir kimi həm evdə saxladığını, həm də üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Natiq Təhqiqatçının xidməti otağına qalxmışdır. Həmin vaxt iki nəfər hal şahidi də dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya, yaxud predmet olub-olmamasını, eyni zamanda üzərində bıçağın olub-olmamasını soruşmuş, Natiq də cavabında üzərində bir ədəd ov bıçağının olduğunu bildirmişdir. Təhqiqatçı Natiqdən həmin ov bıçağını təqdim etməyi bildirdikdə, Natiq üzərində gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən ov bıçağını təqdim etmişdir. Təhqqiatçı həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa baxış keçirmiş, daha sonra bunun bağlı protokol tərtib olunmuş, bıçaq protokola götürülmüş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. O da həmin protokolun doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Volskwagen Tiguan” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. Onun Saatlı şəhərində də özünə məxsus yaşayış evi var. 05 mart 2024-cü il tarixdə Saatlı rayonuna yas mərasiminə gəlmiş, gecəni də Saatlı şəhəri H.Əliyev prospektində 5 mərtəbəli yaşayış massivinin 2-ci mərtəbəsində yerləşən özünə məxsus mənzildə qalmışdır. Həmin vaxtı avtomobili binanın həyətində saxlamışdır. 06 mart 2024-cü il tarixdə saat 08 radələrində binanın həyətinə düşüb avtomobilə yaxınlaşdıqda avtomobilin arxa sol təkərinin boşaldığını görmüşdür. Əvvəl avtomobilin təkərinə nə isə batdığını düşünmüş, lakin ona məlum olmuşdur ki, binanın həyətində olan digər avtomobillərin təkərlərinin də havası boşalmışdır. O, avtomobilin arxa sol təkərinə yaxınlaşıb baxdıqda, təkərin kəsici alətlə kəsildiyini görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, ona məxsus avtomobilin arxa sol təkərini kəsici alətlə deşən şəxs Saatlı şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Avtomobilin təkərinin kəsici alətlə kəliməsi nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Hyundai Tucson” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. 05 mart 2024-cü il tarixdə idarə etdiyi avtomobillə yaşadığı binanın qarşısına gəlib binanın həyətində avtomobili saxlamışdır. Daha sonra avtomobilin qapılarını bağlayıb yaşadığı evə qalxmışdır. 06 mart 2024-cü il tarixdə 08 radələrində işə getmək məqsədilə evdən çıxıb binanın həyətinə düşmüşdür. Həmin vaxt avtomobilin qabaq sol təkərinin havasının boşaldığını görmüşdür. Əvvəl avtomobilin təkərinə nə isə batdığını düşünmüş, lakin ona məlum olmuşdur ki, binanın həyətində olan digər avtomobillərin təkərlərinin də havası boşalmışdır. O, avtomobilin qabaq sol təkərinə yaxınlaşıb baxdıqda, təkərin kəsici alətlə kəsildiyini görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, ona məxsus avtomobilin qabaq sol təkərini kəsici alətlə deşən şəxs Saatlı şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Avtomobilin təkərinin kəsici alətlə kəliməsi nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş ümumi təyinatlı ov bıçağını əldə edib, üzərində gəzdirərək həmin bıçaqla Saatlı şəhəri H.Əliyev prospekti 5 mərtəbəli yaşayış massivinin qarşısında Şahid2 məxsus “Volskwagen Tiguan” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərini, Şahid3 məxsus “Hyundai Tucson” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərini, X2 məxsus “Hyundai Sonata” markalı **- US-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərini və X5 məxsus “Honda Pilot” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkərini deşmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş ümumi təyinatlı ov bıçağı aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/266 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilir. İşdə olan Saatlı rayon Ovçular Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Abasov X8 rayon Ovçular Cəmiyyətində ovçu kimi qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Abasov X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 01 il 13 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə isə 02 ay 13 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 30 mart 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ov bıçağı maddi sübut kimi tanınmış və Saatlı RPŞ-nə məsul saxlanışa verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin S.Ş.Cahangirovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 12 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət qanunvericiliyini tələbinə əsasən hazırda Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(055)-36/2022 saylı hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Abasov X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(055)-36/2022 saylı hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, həmin hökmlə hazırda mövcud olan məhkumluq hazırki baxılan cinayətə münasibətdə residiv yaratmır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ov bıçağı məhv edilməlidir. İş üzrə 34 manat 38 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdən şübhəli şəxs qismində tutularaq 01 (bir) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ov bıçağı məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-43/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-43/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver