Məhkəmə qərarları › İş №1(055)-44/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-44/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-44/2023 19.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 19 iyul 2023-cü il, Saat: 18:00 Saatlı şəhəri xx xxxx 1985-ci ildə Saatlı rayonu Heydərabad kəndində anadan olmmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul, məhkumluğu olmayan, Saatlı rayonu Heydərabad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 08 iyun 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Saatlı rayonu Heydərabad kəndinin içərisindən kecən avtomobil yolunun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq kəlləsi ilə sonucunun sifət nahiyəsinə vurub ona, burun çəpəri sümüyünün sınığı ilə müşayiət olunun, burnun belində yara, qançır, boynun sağ yan səthində sıyrıq əmələ gəlməsi ilə nəticələnən, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı rayonu Heydərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır, dörd övladı var. Saatlı rayonu Heydərabad kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla həmkəndli olmaqla qonşu yaşayır. Zərərçəkmiş şəxsla münasibəti həmişə yaxışı olmuş, ədavəti və düşmənciliyi olmamışdır. 08 iyun 2023-cü il tarixdə təxminən saat 14 radələrində evlərində olarkən Zərərçəkmiş şəxs oğlu gəlib uşaqlarını çağırdığı ücün o, acıqlanmış və Xaləddinin oğlunun qolundan tutub evlərinə getməsini bildirmişdir. Hava qaralmağa az qalmış kəndlərində olan çayxanada olarkən Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng edib ona, onun oğlu Samiri nə ücün vurduğunu soruşmuş, o, da Xaləddinə, oğlu Samir onun uşaqları ilə mübahisə etdiyini, oğluna və öz uşaqlarına acıqlandığını və qolundan tutub kənara dartıb evlərinə getməsini dediyini bildirmişdir. Onun sözündən sonra Xəyaləddin ona, səhv etdiyini demiş, daha sonra Xəyaləddin telefonda onunla mübahisə edərək harada olmasını soruşmuş, o, Xəyaləddinə çayxanada olduğunu demiş, Xəyalddin də ona, evə tərəf gəlməsini, onunla işi olduğunu bildirmişdir. Bundan sonra o, çayxanadan durub evinə tərəf getməyə başlamış, təxminən saat 19 radələrində yolda Zərərçəkmiş şəxsla qarşılaşmışdır. Xəyaləddin yenə ona, onun uşağına nə üçün açıqlandığını deyib onunla mübhisə etməyə başlamış, mübahisə zamanı Xəyaləddinlə əlbəyaxa olmuşlar. Həmin vaxtı Xəyaləddin yumruqla onu vurmuş, o, da başı ilə Xəyaləddinin burun nahiyəsinə vurmuşdur. Bundan sonra onlar aralaşmış və o da çıxıb evinə gəlmişdir. Sonradan Zərərçəkmiş şəxs onun barəsində DİNin 102 xidmətinə müracət etdiyini öyrənmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Saatlı rayonu Heydərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla həmkəndlidir, əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs onun azyaşlı oğlunu vurduğuna görə 08 iyun 2023-cü il tarixdə təxminən saat 20 radələrində küşədə Samidlə görüşüb onun oğlunu nə səbəbə vurmasının soruşmuş, həmin vaxtı Təqsirləndirilən şəxs qəflətən kəlləsi ilə onun sifət nahiyəsinə vurmuş, nəticədə burun nahiyəsindən xəsarət almışdır. Səsə qardaşı Elməddin və qohumu Ülvi gəlmişdir. Bundan sonra o, DİN-nin 102-xidmətinə zəng edib bu barədə məlumat vermiş, daha sonra Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ondan şikayətçi deyildir. Odur ki, bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonu Heydərabad kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onunla ədavət və düşmənçiliyi olmamışdır. 08 iyun 2023-çü il tarixdə təxminən saat 19-20 radələrində evdə olarkən qardaşı Xəyaləddinlə həmkəndlisi Samidin küçədə dalaşdıqlarını bilmiş və dərhal həmin yerə getmişdir. Orada Şahid2 Xəyaləddingili sakitləşdirməyə çalışdığını görmüş, o, da Ülviyə kömək edərək onları aralaşdırıb sakitləşdirmişlər. Həmin vaxtı o, qardaşı Xəyaləddinin burnundan qan gəldiyini görmüşdür. Daha sonra Xəyaləddin DİN-in 102xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 şahid X2 ilə eyni məzmunda ifadə verdi. İşdə olan məhkəmə-tibbi ekspertizasının 13 iyun 2023-cü il tarixli 163 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-burun çəpəri sümüyünün sınığı ilə müşayiət olunun, burnun belində yara, qançır, boynun sağ yan səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı RPŞ-də CM-nin 128-ci maddəsi ilə toplanmış ********* saylı iş üzrə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işi başlanması xitam olunmuşdur.Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşayış yeri üzrə Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar