Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-44/2024 26.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X16, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə, Mülki cavabdeh-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Saatlı şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin terapiya şöbəsinin terapevti vəzifəsində işləyən, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Saatlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə informasiya resurslarına şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 3 aprel 2018-ci il tarixli 27-k nömrəli əmrlə Saatlı rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 23 avqust 2019-cu il tarixli 64 nömrəli qərarı ilə edilmiş struktur dəyişikliklərindən sonra həmin vəzifənin “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini – baş həkim vəzifəsi hesab edilməsi nəzərə alınmaqla) vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 7 sentyabr 2020-ci il tarixli 202 nömrəli əmrə əsasən, 11 oktyabr 2021-ci il tarixədək “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının sədri funksiyasını yerinə yetirən zaman Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Tibb müəssisəsi rəhbərinin (baş direktor, direktor, baş həkim, rəis) müavininin nümunəvi vəzifə Təlimatı”na əsasən, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan sərəncamlar vermək, onların icrasına nəzarəti həyata keçirmək, müalicə-diaqnostika bölmələrinə, kabinetlərə və laboratoriyalara rəhbərlik etmək, müalicədiaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək, müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparmaq, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək, tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirmək, həkimlərin və orta tibb heyətinin ixtisaslarının artırılmasını, klinik araşdırılmaları, məsləhətləşmələri və konsiliumları təşkil etmək, profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicəprofilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq etmək, tibbi yardım göstərilməsinin ardıcıllığını təmin etmək, müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib etmək, daxili əmək rejimi, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, həmçinin “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə ediİməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətin müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün), əlilliyin səbəbinin dəyişdirilməsi və digər məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, əmək qabiliyyətinin müvəqqəti və dayanıqlı itirilməsində yaranan mürəkkəb və münaqişəli məsələlərin həll edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2016-cı il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X20 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, şəxslərin sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, tibbi və əmək realibitasiyası ilə bağlı məsələlərin həll edilməsini təmin etmək, müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərin düzgünlüyünə nəzarət etmək, əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi iiə əlaqədar təkrar şəhadətləndirilrnəsi üçün müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinət müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi (əlillik dərəcəsini ləğv-etmək, əlillik dərəcəsini azaltmaq və ya artırmaq məqsədilə), əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin istehsalatda aldığı zədə və ya sağlamlığının pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə TSEK-ə göndərişlər vermək, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin verilməsinin əsaslılığına və müddətinə nəzarət etmək, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin müddətini qanunvericiliklə müəyyən olunmuş qaydada artırmaq, ehtiyac olduqda xəstələri əlavə müayinə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərmək və digər səlahiyyətlərin daşıyıcısı olan dövlət tibb müəssisəsinin işçisi kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində Şahid5 məsləhət və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə İmişli rayonu, Xoşçobanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü X6 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə sonuncunun qayınatası Şahid1 2021-ci ilin fevral ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini və qudası Şahid4, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Əzizbəyim Əmirovanın əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X21”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X22 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 3 fevral 2021-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid8, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid7 və Şahid6 vasitəsi ilə daxil olaraq, Şahid4 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İkitərəfli koxlear nevrit. Neyrosensor tip ağır eşitmə İV (dörd) dərəcəli”, “Eşitmənin ototoksik itirilməsi, Neyrosensor tip ağır eşitmə İV (dörd) dərəcəli. Xroniki otitin kəskinləşməsi” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid8, Şahid7 və Şahid6 vasitəsilə daxil edib, Həkim Məsləhət Komissiyasının katibi funksiyası yerinə yetirən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin müdiri Şahid5 “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində işləmək sahəsində mövcud olan bilik və bacarıqlarından əlillik göndərişlərinin təsdiqlənməsi üçün istifadə edərək cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etməkdə ifadə olunan köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqu X12 ********* nömrəli və Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X3 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid5 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Əzizbəyim Əmirovaya 19 fevral 2021-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 19 fevral 2021-ci il tarixdən 13 dekabr 2023-cü il tarixədək olan müddətdə Əzizbəyim Əmirovaya ümumilikdə 4.292,19 manat (dörd min iki yüz doxsan iki manat on doqquz qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASCnin İmişli və Saatlı rayonları ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid5 köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid5 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Şahid5 məsləhət və məlumatları ilə cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində əsassız olaraq müavinət və təqaüd təyin olunmasına nail olmaq məqsədilə Saatlı rayonu, Qaracalar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Şahid2 əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid4, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Şahid2 əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan guya xəstəliyinin qiymətləndirilib tibbi sənədlərdə olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 №-li Fərmanına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X21”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X22 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində elektron göndərişə daxil edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 18 avqust 2021-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının birinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid8, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin kompüter operatoru vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid7 və Şahid6 vasitəsi ilə daxil olaraq, Şahid4 qarşısında özünü nüfuzlu tibb işçisi, komissiya sədri və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “B-hüceyrə tipli xroniki limfositar leykemiya. Xroniki limfoleykoz İV mərhələ”, “Ürək çatmamazlığı, QDÇ İİ dərəcə”, “Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya”, “Ağır formalı bədxassəli qan xəstəlikləri” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli elektron göndərişə cinayətdən xəbərsiz Şahid8, Şahid7 və Şahid6 vasitəsilə daxil edib, Həkim Məsləhət Komissiyasının katibi funksiyası yerinə yetirən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Şahid5 “Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində işləmək sahəsində mövcud olan bilik və bacarıqlarından əlillik göndərişlərinin təsdiqlənməsi üçün istifadə edərək cinayətin törədilməsinə maneələri aradan qaldırmaqla yardım etməkdə ifadə olunan köməkçiliyi ilə özünün ********* nömrəli, həmçinin cinayətdən xəbərsiz Həkim Məsləhət Komissiyasının üzvləri: “Saatlı rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-nevropatoloqu X12 ********* nömrəli, Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahı X3 ********* nömrəli və Uşaq (Pediatriya) şöbəsinin müdiri X17 ********* nömrəli elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunu qəsdən təsdiq edərək şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, həmin göndərişi Şahid5 köməkçiliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə, Şahid2 8 may 2021-ci il tarixdən 28 avqust 2026-cı il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsinə, eləcə də, 8 may 2021-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid2 ümumilikdə 8.835,45 manat (səkkiz min səkkiz yüz otuz beş manat qırx beş qəpik) məbləğində pensiya ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, əlilliyi olan şəxslərin müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılmasından ötrü müvafiq əhali kateqoriyasının reabilitasiyası və inkişafına zəmanət verilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə əlillik siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla Şahid5 köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid5 köməkçiliyi ilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 20 iyun 2022-ci il tarixli PHŞ/6.65-3.1-2022-462 nömrəli əmrlə xəstəxananın Terapiya şöbəsinin həkim-terapevti vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə qüvvədə olan “Sahə həkim-terapevtin nümunəvi vəzifə Təlimatı”na əsasən, müxtəlif xəstəlik və vəziyyətlərin diaqnostika və müalicəsini, o cümlədən pasiyentlərin ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində bərpaedici müalicələrini təşkil etmək və aparmaq, kəskin xəstələnmələr, travmalar, zəhərlənmələr və digər təxirəsalınmaz hallarda pasiyentlərə ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində təxirəsalınmaz tibb yardım göstərmək, pasiyentləri məsləhət üçün mütəxəssislərə, o cümlədən tibbi göstərişlər üzrə stasionar və bərpaedici müalicə üçün istiqamətləndirmək, müvafiq qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparmaq və tibbi-sosial ekspertizaya göndəriş üçün sənədləri rəsmiləşdirmək, pasiyentlərin tibbi göstərişlər üzrə sanatoriya-kurort müalicəsinə göndərişlərinin zəruriliyi barədə rəy vermək, ilkin tibbisanitar yardımını həyata keçirən orta tibb personalının fəaliyyətinə rəhbərlik etmək, tibbi sənədləşdirməni müəyyən edilmiş qaydada aparmaq, təhkim edilmiş əhalinin sağlamlıq vəziyyətini və həkim sahəsinin fəaliyyətini təhlil etmək, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında ölüm haqqında tibbi şəhadətnamə vermək və digər səlahiyyətlərin daşıyıcısı olan dövlət tibb müəssisəsinin işçisi kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni qeyrisi barəsində hüquqi əsas olmadan yaşa görə əmək pensiyasının ödənilməsini formal baxımdan qanuniləşdirmək məqsədilə, 4 mart 2022-ci il tarixdə vəfat etmiş anası – xx.xx.1934-cü il təvəllüdlü Saatlı rayonu, Əlisoltanlı kənd sakini X4 ölüm faktı barədə aidiyyəti üzrə dövlət orqanlarına məlumat vermədən mərhumun yaşa görə əmək pensiyasını "xxxx" ASC-yə məxsus plastik kart vasitəsilə 2022-ci ilin dekabr ayınadək alaraq öz şəxsi ehtiyaclarına sərf etmiş övladı Şahid3 mərhum valideyninin ölüm tarixinin rəsmi sənədlərdə 2022-ci ilin sonlarına rəsmiləşdirilməsində köməklik göstərilməsi barədə 2022-ci ilin dekabr ayında “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri ilə əlaqələri olan rayon sakini Şahid4, sonuncunun isə özünə müraciəti ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na uyğun olaraq təqdim edilməsi zəruri sayılan tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.), habelə müraciət edən və vəfat edən şəxsin qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim olunmadığı, bununla da, ölümün səbəbi, vaxtı və yeri müəyyənləşdirilmədiyi halda, guya mərhumun ölümünün təfərrüatları dəqiqləşdirilib rəsmi sənədlərdə olmayan faktlara dair bilə-bilə yalan məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X22 Sistemi”nə (VSİS) daxil edərək Nazirlik tərəfindən elektron qaydada, həmçinin xəstəxananın Konsultativ Poliklinika şöbəsinin möhürü ilə təsdiqlənməsini təmin edəcəyini “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı bildirib, verdiyi vədin icrası ilə əlaqədar 16 dekabr 2022-ci il tarixdə Saatlı şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının ikinci mərtəbəsindəki xidməti otaqda quraşdırılmış kompüterlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X22 Sistemi”nə (VSİS) daxil olaraq, Şahid4 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə olan ölüm haqqında tibbi şəhadətnamənin **********91 saylı elektron blankında mərhumun anket məlumatlarına aid qrafaları doldurduqdan sonra “ölüm tarixi: xx.xx.2022, saat 10:00”, “bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal: sol mədəcik çatmamazlığı”, “ölümün səbəbini yaratmış xəstəlik və ya hal: essensial (birincili) hipertenziya” kimi düzgün olmayan və tibbi sənədlərə əsaslanmayan faktlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X22 Sistemi”ndə (VSİS) yaradılmış “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə olan ölüm haqqında tibbi şəhadətnamənin **********91 saylı elektron blankına daxil edib, məlumatların doğruluğunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsini təmin etdikdən sonra həmin Nazirlik tərəfindən elektron qaydada, həmçinin cinayətdən xəbərsiz “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin müdiri Şahid9 tərəfindən şöbəyə məxsus olmaqla üzərində soldan sağa doğru dairəvi formada birinci sütunda “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ”, ikinci sütunda “SAATLİ RAYON MƏRKƏZİ XƏSTƏXANASİ” PUBLİK HÜQUQİ ŞƏXS”, ortada “KONSULTATİV POLİKLİNİKA ŞÖBƏSİ” sözləri yazılmış möhürlə təsdiq edilməsinə nail olub, bilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********91 saylı ölüm haqqında tibbi şəhadətnamənin vəfat etmiş şəxsin övladı Şahid3 təqdim etməklə, sonuncu vasitəsilə Saatlı rayon qeydiyyat şöbəsinə təqdim olunmaqla həmin şöbənin cinayətdən xəbərsiz səlahiyyətli şəxsləri tərəfindən ölüm haqqında 20 dekabr 2022-ci il tarixli 455 nömrəli akt qeydinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial” altsisteminə ötürülməsinə, nəticədə, X7 yaşa görə əmək pensiyası ödənişinin xx.xx.2022-ci il tarixdən etibarən kəsilməsinə, bununla da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə X7 ödənilmiş ümumilikdə 2.567,58 manat (iki min beş yüz altmış yeddi manat əlli səkkiz qəpik) məbləğində yaşa görə əmək pensiyası vəsaitinin mərhumun övladı Şahid3 tərəfindən "xxxx" ASC-nin Saatlı rayonu ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən və digər yaxın qohumları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinin qanuni formaya salınmasına nail olaraq, dövlətin konstitusion öhdəliklərindən irəli gələn hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, müavinət və təqaüdlərin ödənilməsi üçün ayrılmış büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinə şərait yaradılması kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin səmərəsiz xərclənməsinə rəvac verməklə əhalinin sosial müdafiəsi və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarının optimal surətdə realizəsinə mane olmaqdan ibarət vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1987-ci ildə Saatlı RMX-də işə qəbul edilməklə 1990-cı ilədək xəstəxananın Poliklinika şöbəsinin həkim-terapevti, 1990-1991-ci illərdə əlavə olaraq müvəqqəti əvəzçilik qaydasında yeni açılmış Poliklinika şöbəsinin müdiri və həkim-narkoloq vəzifələrində işləmişdir. 2018-ci Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq, 1991-2018-ci illərdə ildə RMX-nin baş həkiminin müalicə işləri üzrə müavini - baş həkim, xəstəxanada icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar aparılmış struktur dəyişikliklərindən sonra isə xx.xx.2021-ci ilədək direktorun müalicə işləri üzrə müavini - baş həkim vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdən xəstəxananın Terapiya şöbəsinə həkim-terapevt kimi işə qəbul olunmuş, öz ərizəsiylə işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə hazırda da qeyd olunan vəzifədə işləyir. 2017-2020-ci illərdə Saatlı RMX-nin HMK-nin üzvü, xx.xx.2020-ci il tarixdən direktorun müalicə işləri üzrə müavini - baş həkim vəzifəsindən azad olunduğu vaxtadək isə müvafiq əmrlə HMK-nin sədri kimi fəaliyyət göstərmişdir. HMK-nin üzvü və sədri olduğu dövrdə adına elektron imza kartları açılmışdır. Sədrlik dövründə elektron imza kartı özündə olmuş, həmin kartdan əlillik göndərişlərinin təsdiqlənməsində özü istifadə etmişdir. Adi halda elektron imza kartını xəstəxanadakı xidməti otağında dolabda saxlamış, otağının açarı isə ondan başqa Şahid5 Baybala oğlunda olmuşdur. Çünki 2020ci ildə HMK-nin sədri təyin edildikdən sonra verdiyi əmrlə TSEK- göndərilən Forma 88-lərin daxil edildiyi onlayn sistemə nəzarətin həyata keçirilməsi vəzifəsini xx.xx.2020-ci il tarixdən komissiyanın katibi Şahid5 həvalə etmişdir. O, işdə olmadığı vaxtlarda komissiyanın fəaliyyətindən irəli gələn bir sıra texniki məsələlərin həll edilməsindən ötrü Şahid5 onun xidməti otağından istifadə zərurətinin yarana bilməsi ehtimalı nəzərə alınaraq, otağının açarının biri Taledə qalmışdır. Elektron imza kartını saxladığı dolabın açarı olmamış, həmin dolabı bağlamamışdır. Güman etmişdir ki, bəzi əsassız əlillik göndərişlərinin rəsmiləşdirilməsi üçün onun məlumatı və icazəsi olmadan Şahid5 elektron imza kartından istifadə etmişdir. HMK-yə sədrlik etdiyi dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi proseduru barədə bildirki ki, əlillik dərəcəsi və əlilliyə görə əmək pensiyası təyin etdirmək arzusunda olan şəxslər Saatlı RMX-yə müraciət etməklə HMK-də əyani müayinəyə çağırılmış, özləri ilə şəxsiyyət vəsiqəsini, ambulator və ya stasionar xəstənin tibbi kartasını, eləcə də xəstəliyinin diaqnozunun əks olunduğu epikrizi gətirmiş, o və HMK-nin üzvləri öz ixtisas profilinə uyğun rǝy vermiş, epikriz o və HMK-nin üzvləri tərəfindən təsdiq olunduqdan sonra tibbi anketler Forma 88-lərin ƏƏSMN-in elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsindən ötrü Şahid5 təqdim olunmuşdur. Şahid5 elektron göndərişləri sistemə daxil etmiş, bundan sonra o və HMK-nin üzvləri göndərişləri öz elektron imzaları ilə təsdiq etmişlər. Xəstələr HMK-də əyani müayinədən keçirilərkən onların gətirdiyi epikrizdə qoyulmuş diaqnozun komissiya tərəfindən təsdiq edilməsi zamanı xəstəliyin xarakterinə diqqət yetirilmişdir. Belə ki, məsələn, qan xəstəliklərindən əziyyət çəkən şəxsin təqdim etdiyi epikrizdə Hematologiya və Transfuziologiya İnstitutunda keçirilmiş ixtisaslaşdırılmış tibbi müayinə nəticələri qeyd edildiyindən, Saatlı RMX-də isə şəxsdə həqiqətən də sözügedən xəstəliyin olub-olmamasını dəqiqləşdirmək üçün alternativ müayinə metodu olmadığından epikrizə əsaslanmaqla həmin diaqnoz komissiya tərəfindən təsdiq edilmişdir. Lakin öz ixtisas profillərinə aid xəstəliklərlə müraciət olunduğu halda, epikriz olsa belə, komissiya xəstəni əyani müayinələrdən keçirmişdir. Hər iki halda xəstəni əyani olaraq komissiyada görmüş, başqa sözlə, xəstənin şəxsən komissiyaya gəlmədiyi və ya şəxsiyyət vəsiqəsindən başqa sənəd, o cümlədən epikriz təqdim etmədiyi halda barəsində rəsmiləşdirilməmişdir. Əgər belə hal olubsa belə, onun məlumatı və elektron əlillik göndərişi icazəsindən kənar olmuşdur. Tibbi anketlər olmadan Forma 88lərin rəsmiləşdirilməsi ilə bağlı digər ehtimal ondan ibarətdir ki, bəzi anketlər sonradan kimlərsə tərəfindən məqsədli şəkildə gizlədilmiş və ya məhv edilmişdir. Tibbi sənədləri qaydasında olan şəxslərin hansı rayonda yaşayış yeri üzrə qeydiyyatda olmalarından asılı olmayaraq, onların barəsində əlillik göndərişlərinin istənilən rayon (şəhər) xəstəxanasının HMK tərəfindən “Əlillik” altsisteminə yüklənə bilməsi imkanı qanunvericiliklə qadağan edilməmişdir. Saatlı RMX HMK-yə sədrlik etdiyi dövrdə - 2021-ci il ərzində Şahid2 və X13 barəsində əsassız göndərişlərin rəsmiləşdirilməsi faktından məlumatı olmamışdır. Ola bilsin ki, həmin göndərişləri Şahid5 tərtib edərək onun otağından götürdüyü elektron imza kartı ilə xəbəri olmadan təsdiqləmiş, həmçinin digər üzvlərin elektron imzaları ilə də təsdiqlənməsinə nail olmuşdur. Şahid2 Şahid4 cari məsələ ilə əlaqədar 5.000 manat, Əzizbəyim Əmirovanın qaynatası Şahid1 qudası Şahid4 3.800 manat pul verməsindən xəbəri olmamış, həmin pullardan ona hansısa məbləğdə vəsait çatmamışdır. Saatlı rayonu, Əlisoltanlı kənd sakini 1934-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə vəfat etməsinə baxmayaraq, o, sonuncunun xx.xx.2022-ci il tarixdə ölməsinə dair xx.xx.2022-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamə vermiş, lakin şəhadətnaməni verərkən mərhumun xx.xx.2022-ci il tarixdə vəfat etməsindən xəbərsiz olmuşdur. Belə ki, ya mərhumun yaxınlarından biri, ya da Şahid4 ona müraciət edərək, X4 xx.xx.2022-ci il tarixdə ölməsi barədə məlumat vermiş, o, isə müraciət edən şəxsə inandığı üçün ölüm tarixini təsdiq etməkdən ötrü mərhumun yaşayış yerindən arayış və ya digər sənəd istəməmiş, şifahi məlumat əsasında mərhumun xx.xx.2022-ci il tarixdə ölməsinə dair xx.xx.2022-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamə yazıb Konsultativ Poliklinika şöbəsinin möhürü ilə təsdiqlədǝrǝk vermişdir. Sözügedən sənədin məzmununda ölümün səbəbi kimi “sol mədəcik çatmamazlığı” yazmağının səbəbi bundan ibarətdir ki, bütün xəstəliklər sonda sol mədəcik çatmamazlığına gətirib çıxarmaqla ölümə səbəb olur. “Essensial (birincili) hipertenziya yazmağı onunla əlaqədar olmuşdur ki, mərhumu sağlığında həmin xəstəlikdən 25 il müalicə etmiş, mərhum özünün deməsinə görə, 25 il qeyd olunan xəstəlikdən əziyyət çəkmişdir. Qeyd olunan şəhadətnaməni vermək müqabilində Mehmandan İlqar vasitəsilə 800 manat və ya digər məbləğdə pul almamış, bu işdə heç bir təmənna güdməmişdir. Göstərdiklərini nəzərə alaraq mülki iddianın rədd edilməsini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki cavabdeh) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidirlər və mülki iddianı müdafiə edirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki cavabdeh- Təqsirləndirilən şəxs 15695,22 manat (on beş min altı yüz doxsan beş manat iyirmi iki qəpik) maddi ziyanın alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, gəlini X13 əlilliyə görə əmək pensiyası almışdır. Belə ki, ailəsinin maddi imkanı zəif olduğuna görə 2021-ci ildə Saatlı rayonu ərazisində baş tutmuş görüşləri zamanı Saatlı RMX-nin vəzifəli şəxsləri ilə yaxın əlaqələrə malik olduğunu bildiyi qudası Şahid4 gəlininə pensiya düzəltməsini xahiş etmişdir. İlqarda bu iş üçün onu Saatlı RMX-nin HMK-yə sədri işləyən Təqsirləndirilən şəxs yanına göndərmişdir. O, Təqsirləndirilən şəxslə onun xidməti otağında görüşərək, gəlini X13 əlilliyin düzəltməsi üçün 3.800 manatı sonuncuya şəxsən vermişdir. Pulu verdikdən təxminən bir ay yarım sonra gəlininə pensiya təyin olunmuş, gəlini "xxxx" ASC-dən verilmiş plastik kartla 150 manat pensiya almağa başlamışdır. Gəlini hər il müayinəyə çağırılmış, sonuncu dəfə isə 2023-cü ilin oktyabrında Bakı şəhərinə X23 əyani müayinəyə dəvət olunmuş, müayinədən 2 ay sonra, yəni 2023-cü ilin dekabrında pensiya kəsilmişdir. Gəlini heç bir xəstəlikdən, o cümlədən eşitmə zəifliyindən əziyyət çəkməmiş və bununla bağlı heç bir tibb müəssisəsində müalicədə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-2021-ci illərdə göz xəstəliyi ilə əlaqədar təyin olunmuş İİ dərəcəli əlillik əsasında əmək pensiyası almışdır. 2021-ci ildə əlillik müddəti başa çatdığına görə əlilliyin müddətini uzatmaq barədə maraqlanmaq üçün 2021-ci ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə əvvəlcədən tanıdığı, Saatlı RMX-nin həkimləri ilə yaxşı münasibətinin olduğunu və müxtəlif şəxslərə əlillik təyinatlarında vasitəçilik etdiyini bildiyi Şahid4 Saatlı rayonu ərazisində müraciət edib ona əlilliyin bərpasında köməklik göstərməsini xahiş etmiş, sonuncu, 5.000 manat müqabilində əlillik müddətinin uzadılmasını təmin etmək imkanının olduğunu, pulu verdikdən sonra heç bir tibb müəssisəsinə getməyəcəyimi bildirmiş, lakin əlilliyi konkret olaraq kimin vasitəsilə bərpa etdirəcəyini, 5.000 manat pulu kimə verəcəyini deməmişdir. O, İlqarın təklifi ilə razılaşıb bir neçə gün ərzində borca hissə-hissə 5.000 manat pul taparaq, iki dəfəyə - birinci dəfə 3.500 manat, ikinci dəfə 1.500 manat olmaqla cəmi 5.000 manat pul vəsaitini Saatlı rayonu ərazisində təklikdə görüşüb İlqara vermişdir. Bundan bir müddət sonra pensiyası bərpa olunmuş, 2023-cü ilin noyabr ayına qədər pensiya almış, dekabrdan pensiya yenidən kəsilmişdir. Pensiya kəsildikdən sonra 2021-ci ildə İlqar vasitəsilə əlilliyin göz xəstəliyi ilə əlaqədar deyil, heç vaxt onda mövcud olmayan bədxassəli yenitörəmə, leykoz və anemiya xəstəlikləri ilə bağlı olduğunu öyrənmiş, halbuki həmin vaxta qədər pensiyasının göz xəstəliyinə görə bərpa edildiyini fikirləşmişdir. Əlilliyin qüvvədə olduğu bütün müddət ərzində pensiya kartı özündə olmuş, hər ay pensiya ödənişlərini Saatlı rayonunda və digər bölgələrdə yerləşən ATM-lər vasitəsilə ya o, ya da ailə üzvləri nağdlaşdırmaqla öz şəxsi ehtiyacları üçün sərf etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-2023-cü illər ərzində Saatlı RMX-nin HMK-nin üzvləri ilə ayrı-ayrı rayon sakinləri arasında pul müqabilində leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin uzadılmasında vasitəçilik etmişdir. Çünki Saatlı RMX-nin əməkdaşları ilə etibarlı münasibətləri olmuş, ona görə də, çoxsaylı rayon sakinlərindən müxtəlif məbləğlərdə pullar alıb, bəzi şəxslərdən aldıqlarını Saatlı RMX-nin əməkdaşlarına, əsasən, Şahid5 və Təqsirləndirilən şəxs verərək, bəzilərindən aldıqlarını isə heç kəsə vermədən Saatlı RMXnin vəzifəli şəxsləri ilə arasındakı etibarlı münasibətə dayanaraq etdiyi xahişlər əsasında əlillik dərəcələrinin təyin və bərpa edilməsinə nail olmuş, ancaq bəzi hallarda maraqlı şəxslər barəsində Forma 88 nümunəli elektron göndərişlər ƏƏSMN-in informasiya sisteminə yüklənsə də, imtina cavabları verilmişdir. Vasitəçilik xidmətlərinə görə özü də müəyyən miqdarda gəlir əldə etmişdir. Əlillik təyini və ya bərpası müqabilində müxtəlif məbləğlərdə pul vəsaitləri alınmış şəxslər heç bir tibb müəssisəsində əyani müayinəyə göndərilməmiş, yalnız şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmiş, vəsiqə məlumatları əsasında barələrində elektron sistemə Forma 88-lər işlənilmiş, zəruri tibbi sənədlərin hazırlanması isə Saatlı RMX-nin əməkdaşı Şahid5 və qeyriləri tərəfindən təmin edilmişdir. 2021-ci ildə Saatlı rayonu ərazisində görüşərkən qudası Şahid1 gəlini, yəni onun doğma qızı X6 əlillik pensiyası düzəltdirməsini xahiş etmiş, o, bu məsələ ilə bağlı Şahid1 Saatlı RMX-nin HMK-yə sədri işləyən Təqsirləndirilən şəxs yanına göndərmişdir. Sonradan eşitdiyinə görə Şahid1 gəlini, yəni onun doğma qızı X6 əlillik pensiyası düzəltdirməsi üçün Təqsirləndirilən şəxs 3.800 manat pul vermişdir. Bildiyinə görə Əmiralı pulu verdikdən təxminən bir ay yarım sonra qızına pensiya təyin olunmuşdur. Bundan başqa, əvvəllər onun vasitəçiliyi olmadan İİ qrup əlilliyə görə əmək pensiyası almış Şahid2 əlillik müddəti 2021-ci ildə başa çatdığına görə əlilliyin müddətini uzatmaq barədə maraqlanmaq üçün 2021-ci ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Saatlı rayonu ərazisində ona müraciət edib əlilliyin bərpasında köməklik göstərməsini xahiş etmiş, o isə öz növbəsində 5.000 manat müqabilində əlillik müddətinin uzadılmasını təmin etmək imkanının olduğunu, pulu verdikdən sonra heç bir tibb müəssisəsinə getməyəcəyini bildirmiş, lakin əlilliyi konkret olaraq kimin vasitəsilə bərpa etdirəcəyini deməmişdir. O, bir neçə gün ərzində hissə-hissə iki dəfəyə - birinci dəfə 3.500 manat, ikinci dəfə 1.500 manat olmaqla cəmi 5.000 manat pul vəsaitini Saatlı rayonu ərazisində təklikdə görüşüb Gündüzdən almışdır. Daha sonra o, həmin pulu və Gündüzün şəxsiyyət vəsiqəsinin surətini Saatlı RMX-nin HMK-nin sədri Təqsirləndirilən şəxs xəstəxanadakı xidməti otağında şəxsən onun özünə vermiş və sonuncudan məsələni nizama salmasını, yəni Şahid2 əlillik dərəcəsi təyin edilməsindən ötrü barəsində Forma 88 rəsmiləşdirməsini xahiş etmiş, Təqsirləndirilən şəxs öz növbəsində sözünü yerə salmayıb məsələni həll etməyə razılığını ifadə etmişdir. Bundan bir müddət sonra Gündüzün pensiyası bərpa olunmuşdur. Bundan başqa, Saatlı rayonu, Əlisoltanlı kənd sakini kimi tanıdığı Şahid3 2022-ci ilin sonlarında rayon ərazisində ona müraciət edib 2007-ci ildə yaşa görə əmək pensiyasına çıxmış anası – xx.xx.1934-cü il təvəllüdlü X4 xx.xx.2022-ci ildə vəfat etdiyini, mərhumun ölümü barədə aidiyyəti orqanlara məlumat vermədən pensiyasını ilin sonuna qədər aldığını, ona görə də, pensiyanın artıq alınmasının qanuni görünməsi üçün mərhumun ölüm tarixini ilin sonlarına yazdırmaq istədiyini bildirib bu məsələdə köməklik göstərməsini xahiş etmişdir. O, bu məsələnin həlli üçün Şahid3 800 manat pul alaraq Təqsirləndirilən şəxs xidməti otağında şəxsən onun özünə vermiş və Mehmanın anasının ölüm tarixini 2022-ci ilin mart ayı əvəzinə həmin ilin sonlarına rəsmiləşdirməsini xahiş etmişdir. Pulun müqabilində Adəm Əzizənin ölüm tarixini saxtalaşdırıb bu barədə tibbi şəhadətnamə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək Saatlı RMX-də həkim-statistik, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin müdiri vəzifələrində çalışmışdır, xx.xx.2021-ci ildən hazırkı dövrədək xəstəxananın Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri kimi əmək fəaliyyətini davam etdirir. Həkimstatistik kimi vəzifələri xəstəxana tərəfindən göstərilən tibbi xidmətlərin və onların nəticələrinin, xəstəxanada baş verən ölüm hallarının və s. aylıq və illik hesabatlarını aparmaqdan, Statistika bölməsinin müdiri kimi vəzifələri tabeliyindəki operatorlar və tibbistatistik tərəfindən görülən analoji işlərə nəzarət etməkdən ibarət olmuşdur. Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri kimi xəstəxananın bütün struktur qurumları tərəfindən pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyəti üzrə yerində yoxlamalar keçirmək, sorğu aparmaq və xidmət keyfiyyətinin ölçülməsinə xidmət edən digər işləri yerinə yetirməklə məşğul olmuşdur. İşlədiyi komitə yalnız rəhbərdən ibarət olmaqla tərkibində ondan başqa işçi ştatı olmamışdır. Təqsirləndirilən şəxs, Tale Şükürovun və X33 RMX-nin HMK-yə sədrlik etdiyi 2020-2022-ci illərdə həmin komissiyanın katibi kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs RMX-nin baş həkiminin müalicə işləri üzrə müavini – baş həkim vəzifəsində işləyərkən verdiyi xx.xx.2020-ci il tarixli əmrlə Forma 88lərin daxil edildiyi elektron sistemə nəzarət olunmasını ona tapşırmış, sonrakı baş həkim – direktorun müalicə işləri üzrə müavini Tale Şükürov xx.xx.2022-ci il tarixli əmrlə onu komissiyanın katibi vəzifəsində saxlamışdır. Katib kimi əmək funksiyası HMK-nin qeydiyyat jurnallarını tərtib etməkdən və operatorlar tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş Forma 88-ləri təsdiqləməkdən ibarət olmuşdur. Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciət edən vətəndaş HMK tərəfindən əyani müayinəyə çağırılmış, HMK-nin baxışında müvafiq dövlərdə sədr qismində Təqsirləndirilən şəxs, Tale Şükürov və Araz Usubov iştirak etmiş, əksərən müvafiq dövlərdə üzvlər olmuş Asif Nəzirov, Asif Həsənov, Nəsimi Həsənov, Arzuman Veysəlov və Müslüm Ulfanov komissiyanın iclasına gəlməmişlər. Komissiyanın iclasları həftədə bir dəfə keçirilmişdir. O, komissiyanın bütün iclaslarında katib qismində iştirak edib sədrin göstərişlərini yerinə yetirmiş, vətəndaş əyani müayinədən keçirilərkən o, HMK-nin jurnalında bu barədə qeydiyyat aparmış, xəstənin tibbi anketinə baxıldıqdan sonra diaqnoz öz təsdiqini tapdığı halda komissiyanın sədri və üzvləri bunu öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs sədrliyi dövründə hər bir xəstənin diaqnozunun qarşısından və ya altından sədr və üzvlər hər biri qol çəkmişlər, Gün ərzində HMK-də müayinədən keçirilmiş bütün şəxslərin siyahısının sonunda onun tərəfindən yazılan protokolu sədr və üzvlər imzalamışlar. Üzvlər HMK-nin iclasında iştirak etdikdə yerində, iştirak etmədikdə isə sonradan jurnalın üzvlərə təqdim olunması yolu ilə iclas protokolunu imzalamışlar. Xəstələr HMK-də əyani müayinədən keçirilmədən, iclaslar faktiki təşkil olunmadan, habelə tibbi anket təqdim etmədən, tək şəxsiyyət vəsiqəsi əsasında xəstələr barəsində əlillik göndərişi rəsmiləşdirilməmişdir. HMK-nin iclası başa çatdıqdan sonra diaqnozları təsdiq olunmuş xəstələr barəsində əlillik göndərişlərinin rəsmiləşdirilməsindən ötrü tibbi anketlər xəstəxananın operatorlarına təqdim olunmuşdur. Operatorlar Şahid7, Şahid8 və Şahid6 Saatlı RMX-nin inzibati binasının 1-ci mərtəbəsindəki kompüter otağında quraşdırılmış xidməti kompüterlər vasitəsilə Forma 88 nümunəli əlillik göndərişlərini ƏƏSMN-in elektron informasiya sisteminin “Əlillik” altsisteminə inteqrasiya olunmuş “e-sehiyye” portalına daxil etmişlər, bundan sonra o, 2-ci mərtəbədəki xidməti otağında öz istifadəsində olan xidməti kompüterlə istifadəçi adı və şifrəni yazmaqla həmin portala daxil olub komissiya sədri və üzvlərinin elektron imzaları ilə göndərişləri təsdiq etmişdir. Çox vaxt sədr Təqsirləndirilən şəxs elektron imza kartı ilə yanaşı xidməti otağının açarı da onda olmasına baxmayaraq, o, Adəmin əvvəlcədən məlumatı və göstərişi olmadan gizli şəkildə elektron sistemə göndəriş yükləməmiş və təsdiq etməmişdir. Göndəriş rəsmiləşdirildikdən sonra xəstənin tibbi anketi, o cümlədən ambulator və stasionar tibbi kitabçaları saxlanılmasından ötrü xəstəxananın Qeydiyyat şöbəsinə təhvil verilmişdir. Lakin sonradan istintaq orqanının sorğusu əsasında xəstəxana tərəfindən sözügedən anketlərin təqdim olunması istiqamətində tədbirlər görülərkən həmin anketlər xəstəxanada aşkar olunmamışdır, onlar ya itirilmiş, ya məhv edilmiş, ya da hansısa formada gizlədilmişdir, lakin bu barədə konkret məlumatı olmamışdır. Anketlərin xəstəxanada aşkar olunmaması onların əvvəlcədən mövcud olmaması, başqa sözlə, əlillik göndərişlərinin tək şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilməsi mənasını daşımır, çünki heç vaxt tibbi anket olmadan sistemə Forma 88 yüklənməmişdir. 2022-ci ilin dekabr ayının sonlarında Forma 88 rəsmiləşdirmək səlahiyyəti TƏBİB tərəfindən Saatlı RMX-dən alınıb Sabirabad RMX-ə verilmişdir. Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciət edən şəxslərin HMK-də əyani müayinədən keçirilmədən və tibbi anket təqdim etmədən barələrində komissiya tərəfindən əlillik göndərişlərinin rəsmiləşdirilməsi hallarına rast gəlinməmişdir. Lakin cinayət işi üzrə şahid qismində dindirilmiş əmək pensiyası, müavinət və təqaüd alan şəxslərin əlillik dərəcələrinin təyin edilməsi və ya vaxtı keçmiş əlillik müddətinin uzadılması məqsədilə aidiyyəti şəxslərə yalnız şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiklərini, habelə hər hansı tibb müəssisəsində əyani müayinədən keçmədiklərini göstərmələrinin səbəbləri barədə heç bir məlumatı olmamışdır. 2021-2022-ci illər ərzində müxtəlif şəxslər barəsində rəsmiləşdirilmiş əlillik göndərişlərinin əsaslı və ya əsassız olduğunu bilməmiş, bu barədə qərarı HMK-nin sədri vermiş, o isə komissiyanın katibi kimi sistemə daxil edilən əlillik göndərişlərini həkimlərin elektron imzaları ilə təsdiqləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Əlisoltanlı kənd sakini 1934-cü il təvəllüdlü X8 və ailə üzvlərini tanımır. Əzizə Əzizalıyevanın xx.xx.2022-ci il tarixdə ölməsinə dair xx.xx.2022-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamə tanışlıq üçün müstəntiq tərəfindən ona təqdim olunmuş, o, sözügedən sənədlə tanış olaraq bildirmişdir ki, orada yazılan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır. Belə ki, xəstəxanadan kənarda baş verən və zorakılıqla törədilməsinə şübhə yaranmayan bütün hallarda ölüm haqqında tibbi şəhadətnamələr xəstəxananın sahə həkimləri tərəfindən verilir və Konsultativ Poliklinika şöbəsininin möhürü ilə təsdiq olunur. Tibbi şəhadətnamə almaq üçün mərhumun qohumu onun şəxsiyyətini və qohumluq faktını təsdiq edən sənədlərin surətini və mövcud olduğu halda xəstəxananın Qeydiyyat şöbəsindən əldə etdiyi ambulator tibbi kitabçanı götürüb sahə həkiminə təqdim edir və ölüm tarixi barədə məlumat verir. Zərurət olduqda sahə həkimi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə rəsmiləşdirilməzdən əvvəl digər müəyyənedici sənədlər də tələb edilə bilər. Sahə həkimində mərhumun müvafiq tarixdə təbii ölümünə şübhə yaranmadığı halda Səhiyyə Nazirliyinin elektron informasiya sistemində ölüm haqqında tibbi şəhadətnamə vərəqi tərtib olunur, ən geci 2-3 gün ərzində şəhadətnamə Nazirlik tərəfindən avtomatlaşdırılmış qaydada təsdiqlənir, bundan sonra elektron formada təsdiqlənmiş şəhadətnamə qeydiyyatçılar tərəfindən 3 nüsxədə çap olunaraq ona təqdim olunur, o, hər 3 nüsxəni özündə saxladığı Konsultativ Poliklinika şöbəsinin möhürü ilə təsdiq edir, möhürlə təsdiqlənmiş şəhadətnamənin 1 nüsxəsi mərhumun qohumuna verilir, 1 nüsxəsi ölüm haqqında tibbi şəhadətnamələrin saxlanmasına məsul olan xəstəxananın tibb bacısında, 1 nüsxəsi isə Konsultativ Poliklinika şöbəsində saxlanılır. Əzizə Əzzalıyeva stasionar şəraitdə, yəni xəstəxanada deyil, xəstəxanadan kənarda öldüyünə görə onun barəsində Terapiya şöbəsinin həkimi Təqsirləndirilən şəxs tərəfindən rəsmiləşdirilmiş tibbi şəhadətnamə stasionar Terapiya şöbəsinin deyil, ambulator Konsultativ Poliklinika şöbəsinin möhürü ilə onun tərəfindən təsdiq edilmiş, göstərilən şəhadətnamənin təsdiqlənməsinə görə ona qanunsuz olaraq maddi və sair nemətlər verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2010-cu il tarixdən Saatlı RMX-də operator işləyir. Əvvəllər Qeydiyyat şöbəsinin işçisi olsa da, icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar aparılmış struktur dəyişikliklərindən sonra Sığortanın təşkili və innovasiya şöbəsinə keçirilmişdir. Operator kimi əmək funksiyası əlillik göndərişlərinin tərtib edilməsindən ibarət olmuşdur. 2017-ci ilədək həmin göndərişlər əlyazma üsulu ilə tərtib olunduğundan o, əlillik müayinəsindən keçmiş şəxslərin təqdim etdikləri tibbi anketlər əsasında Forma 88-ləri tərtib edib təsdiqlənməsindən ötrü müvafiq dövrlərdə HMK-nin sədrlərinə təqdim etmişdir. 2017-ci ildən əlillik göndərişlərinin rəsmiləşdirilməsi elektronlaşdırılmış, Səhiyyə Nazirliyinə (sonrakı dövrdə TƏBİB-ə) məxsus “e-sehiyye” (sonrakı dövrdə “e-tebib”) portalında Forma 88-lərin işlənilməsi üçün ayrıca bölmə yaradılmışdır. Göndərişlər elektronlaşdırıldıqdan sonrakı bütün dövr ərzində onun “e-sehiyye” (sonrakı dövrdə “e-tebib”) portalına girmək üçün xüsusi login və parolu olmamış, belə ki, Ələkbər Ələkbərov və Təqsirləndirilən şəxs HMK-nin sədri olduğu dövrdə portala sonuncuların istifadəçi adı və şifrələri ilə daxil olmuş, 2020-ci ildə Təqsirləndirilən şəxs həmin sistemə nəzarəti Şahid5 tapşırdıqdan sonra Şahid5 istifadəçi adı və şifrəsindən istifadə etməyə başlamışdır. Forma 88-lərin işlənilməsi ilə ondan başqa 2 nəfər işçi də məşğul olmuş, yəni sözügedən iş üçün 3 nəfər qadın işçi ayrılmışdır. HMK-də müayinədən keçən və müvafiq diaqnoz qoyulmuş vətəndaşlar tibbi anketlərini özləri gətirib ona və ya digər işçilərə təqdim etmişlər. Təqdim edilən anketlərin sayından asılı olaraq, üçü anketləri öz aralarında bölmüşlər, məsələn 30 ədəd anket olduqda hər biri sistemə 10 ədəd Forma 88 işləmişlər. Onlar Forma 88-lərin məzmununu tibbi anketlərə uyğun doldurmuşlar, başqa sözlə, anketlərdə yazılanları sözbəsöz elektron sistemə köçürmüşlər. Onlar qeyd olunan işləri xəstəxananın birinci mərtəbəsində yerləşən kompüter otağında icra etmişlər. İxtisasca həkim olmadığına görə anketlərdə qeyd edilmiş diaqnozların doğru olub-olmadığını, habelə anketlərin kim tərəfindən və necə hazırlandığını bilməmiş, sadəcə, verilmiş tapşırığa uyğun olaraq, Forma 88-ləri elektron sistemdə tərtib edib təsdiqlənməsindən ötrü Şahid5 məlumat vermiş, sonuncu isə ikinci mərtəbədə yerləşən xidməti otağında göndərişləri özündə saxladığı həkimlərin elektron imza kartları vasitəsilə təsdiq etmiş, o, təsdiqlənmə prosesində iştirak etməmişdir. Təqsirləndirilən şəxs HMK-yə sədrlik etdiyi dövrdən başlayaraq komissiya sədri və üzvlərinin elektron imza kartları Şahid5 olmuş, sonuncu, özündə saxladığı həmin kartlarla göndərişləri özü təsdiqləmişdir. 2022-ci ilin dekabrında Forma 88-lərin işlənilməsi səlahiyyəti TƏBİB tərəfindən Saatlı RMX-dən alınıb Sabirabad RMX-ə verilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid7 və Şahid8 ibtidai istintaq zamanı Şahid6 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, anası – xx.xx.1934-cü il təvəllüdlü X14 2007-ci ildə yaşa görə əmək pensiyasına çıxmış, xx.xx.2022-ci ildə orqanizmin təbii qocalması ilə əlaqədar vəfat etmiş, mərhum hər hansı ağır xəstəlikdən, o cümlədən də xərçəng xəstəliyindən əziyyət çəkməmişdir. Anası öldüyü dövrdə o özü artıq xərçəng xəstəliyinə tutulmuş, müalicələrinə və şüa terapiyalarına xeyli miqdarda vəsait sərf olunmuşdur. Ona görə də, anasının yaşa görə əmək pensiyasını ölümündən sonra da bir müddət almaq qərarına gəlmiş, bu məqsədlə, ona köməklik göstərməsi üçün həmyerlisi Şahid4 Saatlı rayonu ərazisində müraciət etmişdir. İlqara bundan əvvəl 4.000 manat qarşılığında ona əlilliyə görə əmək pensiyası təyin olunmasında kömək etdiyi üçün güvənmişdir. İlqar bu məsələdə də ona kömək edə biləcəyini, adlarını demədiyi tanışları vasitəsilə sənədlərdə anasının ölüm tarixinin 2022-ci ilin mart ayı əvəzinə həmin ilin sonlarına rəsmiləşdirilməsini təmin edəcəyini, bununla da, ilin sonuna qədər anasının pensiyasını almasında problem yaranmayacağını bildirmiş, bunun müqabilində ondan 800 manat tələb etmiş, o, İlqarla razılaşıb Saatlı rayonu ərazisində təklikdə görüşərək qeyd olunan vəsaiti şəxsən özünə vermiş, İlqar isə pulu kimə verəcəyi, məsələnin kim tərəfindən həll olunacağı barədə heç nə deməmişdir. Beləliklə, o, 2022-ci ilin sonuna qədər mərhum anasının aylıq məbləği təqribən 300 manat təşkil edən pensiyasını aybaay alıb müalicələrinə xərcləmişdir, 2023cü ildən etibarən pensiya kəsilmişdir. Cinayət işinin materiallarında fotoşəkli olan, üzərində “Əzizəliyeva Əzizə Q.Q......1938 – 2022 04 – İİİ” kombinasiyaları yazılmış məzar daşı olan qəbir mərhum anasına məxsus olmaqla Saatlı rayonu, Əlisoltanlı kənd qəbristanlığında yerləşir. Məzar daşında anasının təvəllüdünü səhvən 1938-ci il kimi qeyd etmişlər. Anasının məzarının yanında yerləşən, məzar daşında “Əzizəliyev Kişibala İ.O” yazılmış qəbir isə mərhum atası Kişibalaya məxsusdur, sonuncu, xx.xx.2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 422/KEŞ nömrəli rəyinə əsasən, X5 müayinəsi zamanı onda subyektiv şikayətindən başqa, eşitmənin ototoksik itirilməsi əlamətləri qeyd edilmədi. X5 adına Saatlı rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli göndərişdə ona əsas diaqnoz qrafasında “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İkitərəfli koxlear nevrit. Neyrosensor tip ağır eşitmə İV (dörd) dərəcəli” və ağırlaşma qrafasında “Eşitmənin ototoksik itirilməsi, Neyrosensor tip ağır eşitmə İV (dörd) dərəcəli. Xroniki otitin kəskinləşməsi” diaqnozları ilə əlaqədar “Anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə” meyarı ilə təyin edilmiş İİİ dərəcə əlillik təyinatı əyani müayinə zamanı müəyyən edilməmişdir. X5 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli göndərişdə qeyd edilmiş diaqnozlar öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. X5 adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. X5 hazırki sağlamlıq durumu ilə əlaqədar ona əlillik dərəcəsinin təyin edilməsi üçün hər hansı bir xəstəlik(lər) müəyyən edilməmişdir. X5 adına Saatlı rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli göndərişlərdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata kecirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 425/KEŞ nömrəli rəyinə əsasən, Şahid2 adına Saatlı rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli göndərişdə ona əsas diaqnoz qrafasında “Bhüceyrə tipli xroniki limfositar leykemiya. Xroniki limfoleykoz İV mərhələ” və ağırlaşma qrafasında “Ürək çatmamazlığı, QDÇ İİ dərəcə” diaqnozları əsasında təyin edilmiş “Ağır formalı bədxassəli qan xəstəlikləri” meyarı ilə 2-ci dərəcəli əlillik təyinatı əyani müayinə zamanı müəyyən edilməmişdir. Şahid2 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli göndərişdə təyin edilmiş diaqnozlar öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid2 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. Şahid2 hazırki sağlamlıq durumu ilə əlaqədar ona əlillik dərəcəsinin təyin edilməsinə əsas verən xəstəlik(lər) müəyyən edilmədi. Şahid2 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata kecirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. X4 barəsində 16 dekabr 2022-ci il tarixli **********91 saylı ölüm haqqında tibbi şəhadətnamənin məzmunundan görünür ki, sözügedən rəsmi sənəd “ölüm tarixi: xx.xx.2022, saat 10:00”, “bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal: sol mədəcik çatmamazlığı”, “ölümün səbəbini yaratmış xəstəlik və ya hal: essensial (birincili) hipertenziya” kimi düzgün olmayan və tibbi sənədlərə əsaslanmayan faktlara dair yalan məlumatları əks etdirməklə, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Terapiya şöbəsinin həkim-terapevti Təqsirləndirilən şəxs tərəfindən 16 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X22 Sistemi”nə (VSİS) daxil edilərək Nazirlik tərəfindən elektron qaydada, həmçinin xəstəxananın Konsultativ Poliklinika şöbəsinin üzərində soldan sağa doğru dairəvi formada birinci sütunda “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ”, ikinci sütunda “SAATLİ RAYON MƏRKƏZİ XƏSTƏXANASİ” PUBLİK HÜQUQİ ŞƏXS”, ortada “KONSULTATİV POLİKLİNİKA ŞÖBƏSİ” sözləri yazılmış möhürü ilə təsdiq edilmişdir. X4 qəbrinin fotoşəkillərindən görünür ki, həmin qəbir Saatlı rayonu, Əlisoltanlı kənd qəbristanlığında yerləşir, məzar daşının üzərində “Əzizəliyeva Əzizə Q.Q......1938 – 2022 04 – İİİ” kombinasiyaları qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə ölmüş Əzizə Əzizalıyeva 1934-cü ildə anadan olduğu halda, məzar daşında mərhumun təvəllüdünün “1938” yazılmasına aydınlıq gətirən oğlu Şahid3, bunun texniki səhv nəticəsində baş verdiyini bildirmişdir. Əzizə Əzizalıyevanın qəbrinin yanında xx.xx.2021-ci il tarixdə vəfat etmiş əri Kişibala Əzizəliyevin məzarı yerləşir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23 fevral 2024-cü il, 30 aprel 2024-cü il və 22 may 2024-cü il tarixli müşayiət məktubları ilə daxil olmuş sənədlərin təhlilindən görünür ki, X6 “ağır eşitmə” xəstəliyi əsasında 19 fevral 2021-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, eləcə də, 19 fevral 2021-ci il tarixdən 13 dekabr 2023-cü il tarixədək olan müddətdə Əzizbəyim Əmirovaya "xxxx" ASC vasitəsilə ümumilikdə 4.292,19 manat (dörd min iki yüz doxsan iki manat on doqquz qəpik) məbləğində pensiya ödənilmişdir. Şahid2 “leykoz” xəstəliyi əsasında 8 may 2021-ci il tarixdən 28 avqust 2026-cı il tarixədək İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, eləcə də, 8 may 2021-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddətdə Şahid2 "xxxx" ASC vasitəsilə ümumilikdə 8.835,45 manat (səkkiz min səkkiz yüz otuz beş manat qırx beş qəpik) məbləğində pensiya ödənilmişdir. X14 xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən ona həmin ilin mart ayının sonuna qədər yaşa görə əmək pensiyasının ödənilməsi qanuni olmuş, lakin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə "xxxx" ASC vasitəsilə ümumilikdə 2.567,58 manat (iki min beş yüz altmış yeddi manat əlli səkkiz qəpik) məbləğində pensiya vəsaiti qanuni əsas olmadan artıq ödənilmişdir. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-dən daxil olmuş 8 fevral 2024-cü il tarixli məktubundan qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü Şahid2 Milli Hematologiya və Transfuziologiya Mərkəzində qeydiyyatda deyil və Mərkəzə müraciət etməmişdir. “Saatlı rayon mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş 15 may 2024-cü il tarixli məktubundan qeyd edilmişdir ki, Şahid2 və X13 barəsində Saatlı RMX-də hər hansı tibbi anket mövcud deyil. Saatlı rayon qeydiyyat şöbəsindən verilmiş 29 fevral 2024-cü il tarixli arayışından qeyd edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə “sol mədəcik çatmamazlığı” səbəbindən ölməsinə dair 20 dekabr 2022-ci il tarixli 455 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 3 aprel 2018-ci il tarixli 27-k nömrəli əmrə əsasən, Əliyev X19 rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 23 avqust 2019-cu il tarixli 64 nömrəli qərarı ilə edilmiş struktur dəyişikliklərindən sonra həmin vəzifənin “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktorunun müalicə işləri üzrə müavini – baş həkim vəzifəsi hesab edilməsi nəzərə alınmaqla) vəzifəsinə təyin olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 7 sentyabr 2020-ci il tarixli 202 nömrəli əmrə əsasən, Təqsirləndirilən şəxs xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri, X24, X15 və X1 üzvləri, 21 oktyabr 2020-ci il tarixli 253 nömrəli əmrlə isə Şahid5 isə komissiyanın katibi təyin edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 11 oktyabr 2021-ci il tarixli 03-231 nömrəli əmrlə xəstəxana direktorunun müalicə işləri üzrə müavini – baş həkim Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə tutduğu vəzifədən azad olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs üzrə 20 iyun 2022-ci il tarixli PHŞ/6.65- 3.1-2022-462 nömrəli əmrlə Təqsirləndirilən şəxs xəstəxananın Terapiya şöbəsinin həkim-terapevti vəzifəsinə təyin edilmişdir, hal-hazırda da qeyd olunan vəzifədə işləyir. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X20 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, Həkim Məsləhət Komissiyası şəxslərin sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, tibbi və əmək realibitasiyası ilə bağlı məsələlərin həll edilməsini təmin etmək, müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərin düzgünlüyünə nəzarət etmək, əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi iiə əlaqədar təkrar şəhadətləndirilrnəsi üçün müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinət müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi (əlillik dərəcəsini ləğv-etmək, əlillik dərəcəsini azaltmaq və ya artırmaq məqsədilə), əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin istehsalatda aldığı zədə və ya sağlamlığının pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə TSEK-ə göndərişlər vermək, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin verilməsinin əsaslılığına və müddətinə nəzarət etmək, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin müddətini qanunvericiliklə müəyyən olunmuş qaydada artırmaq, ehtiyac olduqda xəstələri əlavə müayinə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərmək və digər səlahiyyətlərə malikdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "xxxx" MMC-dən 13 may 2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş cədvəldən görünür ki, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının sədri Təqsirləndirilən şəxs ********* nömrəli, Həkim Məsləhət Komissiyasının üzvləri: X12 183058143, X3 ********* nömrəli və X17 ********* nömrəli elektron imza kartları olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 16 fevral 2024-cü il tarixli tələbnaməyə, həmçinin iş materiallarına əlavə edilmiş Saatlı rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə və hökmə əlavə edilmiş Saatlı rayon İcra və Probasiya şöbəsinin 24 dekabr 2020-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək qəti olaraq 3.000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödədiyi üçün 24 dekabr 2020-ci il tarixdə Saatlı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Saatlı RİHB-in Saatlı şəhər İƏDN-dən daxil olmuş 6 may 2024-cü il tarixli arayış və xasiyyətnaməyə əsasən, Əliyev X19 şəhəri, M.Əliyev küçəsi, ev 20-də qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. “Saatlı rayon mərkəzi xəstəxanası” PHŞ-dən daxil olmuş 6 may 2024-cü il tarixli arayışlara əsasən, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinikasında narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş mülki iddiadan görünür ki, Dövlət Sosial Müdafiə Fondunu mülki iddiaçı kimi tanınmasını və Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 15695,22 manat (on beş min altı yüz doxsan beş manat iyirmi iki qəpik) maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CM-nin 308.1-ci maddəsinin dispozisiyasına görə vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. CM-nin 313-cü maddəsinin dispozisiyasına görə vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 308.1 və 313-cü maddələri düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi məhkəmə iclasında dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının Təqsirləndirilən şəxs “Saatlı rayon mərkəzi xəstəxanası” PHŞ-nin Həkim Məsləhət Komissiyasına sədrlik etdiyi 2021-ci il ərzində ayrı-ayrı şəxslər barəsində rəsmiləşdirilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilən Forma 88 nümunəli göndərişlərə bilə-bilə yalan məlumatlar daxil etmədiyi və belə məlumatların daxil edilməsi barədə kompüter operatorlarına və ya komissiyanın katibinə tapşırıq vermədiyi, HMK tərəfindən əyani müayinədən keçirilmədən, habelə əlillik təyinatına əsas verən xəstəliklərdən əziyyət çəkdiyini təsdiq edən tibbi sənədlər təqdim etmədən hər hansı şəxs barəsində əlillik göndərişinin rəsmiləşdirilməsinin qeyri-mümkün olduğu, özünə məxsus elektron imza kartını saxladığı xidməti otağındakı dolabın bağlanmadan daim açıq vəziyyətdə qaldığı, otağının açarının bir nüsxəsinin isə Şahid5 olduğu, bundan dolayı, sonuncunun ona məxsus elektron imza kartından əsassız göndərişlərin rəsmiləşdirilməsindən ötrü asanlıqla gizli şəkildə istifadə etmək imkanının mövcudluğu, real olaraq komissiyada müayinədən keçirilmiş şəxslər barəsində Forma №88-ləri özünə məxsus elektron imza kartı ilə şəxsən təsdiq etdiyi, komissiya üzvlərinin elektron imzalarının da özlərində saxlandığı, habelə X4 xx.xx.2022-ci il tarixdə ölməsinə dair xx.xx.2022-ci il tarixli tibbi şəhadətnamə verərkən sonuncunun xx.xx.2022-ci il tarixdə ölməsi barədə məlumatsız olduğu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, həmçinin, ekspert rəyləri və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər protokollarla təkzib olunur. Həmin sübutların siyahısı yuxarıda qeyd edildiyindən, məhkəmə həmin sübutların yenidən təkrar qeyd etməsini zəruri hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdiyi “..öz gəlini X10 əlilliklə bağlı pensiya düzəltmək üçün Təqsirləndirilən şəxs şəxsən 3.800 manat verdiyi..” və Şahid4 göstərdiyi “...Şahid2 əlilliklə bağlı pensiya düzəltmək üçün 5000 manat, X7 ölüm haqqında tibbi şəhadətnamə verməsi üçün isə 800 manat Təqsirləndirilən şəxs şəxsən verməsi...” barədə ifadələrinə qiymət verərək qeyd edir ki, adları göstərilən şahidlərin ifadələrində qeyd etdiyi hallar Təqsirləndirilən şəxs verilmiş ittihamlarda öz əksini tapmamışdır. Buna görə də, məhkəmə şahidlərin ifadələrində qeyd etdiyi faktlarla bağlı əlavə araşdırmağı zəruri hesab etmir. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ittiham verilmiş cinayət əməllərinin ilk 2 epizodu, yəni Əzizbəyim Əmirova və Şahid2 barəsində Forma №88 rəsmiləşdirərək vəzifə saxtakarlığı törətməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən ittihamlar üzrə vəzifə saxtakarlığı cinayətini müvafiq olaraq 03 fevral 2021-ci il və 18 avqust 2021-ci il tarixdə törətmişdir. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni müəyyən edən CM-nin 75.1-ci maddəsindən görünür ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 313-cü maddəsinin maddəsinin saknsiyasına görə həmin maddənin dispzosiyasında törədilmiş əmələ görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 313-cü maddəsi cinayətlərin təsnifatında böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. X9 CM-nin 313-cü maddəsi ilə təqsirlli bilindiyi iki epizod üzrə cinayətin törədildiyi gündən isə artıq iki ildən artıq müddət keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Rеspublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmir və onun yuxarıda qeyd edilən epizodlar üzrə cinayət təqibinə xitam verilməsi barədə razılığı yoxdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. CPM-nin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş vəzifə saxtakarlığı ittihamlarından ilk iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və təqsirləndirilən şəxs də qeyd edilən epizodlar üzrə özünü təqsirli bilmədiyindən, həmin epizodlar üzrə bəraətverici əsas olmadan icraata xitam verilə bilməz, yalnız təqsirləndirilən şəxsə cəza təyin etməməməlidir. Lakin üçüncü epizod üzrə cəlbetmə müddəti keçmədiyindən, həmin əməl də CM-nin 313-cü maddəsinin tərkibini yaratdığından və qeyd edilən əməl üzrə təqsirliliyi tam sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayətin təkrar törədilməsi CMnin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. CM-nin 308.1-ci maddəsinin saknsiyasına görə həmin maddənin dispzosiyasında törədilmiş əmələ görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 313-cü maddəsinin saknsiyasına görə həmin maddənin dispzosiyasında törədilmiş min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyini tələbinə əsasən hazırda Əliyev X19 Rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə məhkumluğu 24 dekabr 2021-ci il tarixdə ödənilsə də, ona elan edilmiş hazırkı ittihamda nəzərdə tutulan cinayət əməllərinin iki epizodunu (Əzizbəyim Əmirova və Şahid2 barəsində Forma №88 rəsmiləşdirilməsi) törədərkən məhkumluğu ödənilməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Əliyev X19 Rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni cərimə cəzasına məhkum edildiyindən, həmin hökmlə ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin iki epizodu üzrə cinayət törədilən vaxtı mövcud olan məhkumluq hazırki baxılan cinayətə münasibətdə residiv yaratmır. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzanı yüngülləşdən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs CM-nin 308.1 və 313-cü maddələrnin sanksiyasında müəyyən edilmiş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. CM-nin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun vəzifə səlahiyyətləri ilə əlaqədar olduğundan ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da əlavə cəza olaraq təyin edilməlidir. Həmçinin, CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayətprosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd olunan mülki iddialarla bağlı məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığı cinayətləri törətməsi öz təsdiqini tapsa da, aşağıdakı səbəblərə görə hazırkı cinayət işi çərçivəsində zərərçəkmiş şəxs tərəfindən qaldırılmış mülki iddianın təmin və ya rədd olunması haqqında qərar qəbul edilməsi mümkünsüzdür: Belə ki, məhkəmədə müəyyən edilmiş ittihamlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs qeyd edilən cinayətlərin törədilməsinə əsas olan, ona şəxsi münasibətlərin istifadə edərək xahiş etmiş Şahid4 CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, eyni zamanda, Təqsirləndirilən şəxs qeyd edilən cinayətlərin törədilməsində köməkçi qismində çıxış edən X11 CM-nin 32.5, 308.1, 32.5, 313 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hazırda Saatlı Rayuon Məhkəməsinin icraatında baxılır. Aparılan məhkəmə araşdırması zamanı isə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna hansı təqsirləndirilən şəxsin əməlinə münasibətdə nə qədər ziyan vurulduğu məlum deyildir. Məhkəmədə təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qaldırılmış mülki iddianı birmənalı şəkildə qəbul etməmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmadığını bildirmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı mülki iddiayla bağlı çoxsaylı ziddiyyətli məqamlar mövcud olmuş, məhkəmə prosesində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana münasibətdə Təqsirləndirilən şəxs və digər cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid4 və X11 hansı həcmdə məsuliyyət daşımalarını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə məhkəmə hesab edir ki, həmin hallar, eləcə də qarşıya çıxa biləcək digər mülki hüquqi məsələlər həll edilmədən qaldırılmış mülki iddia üzrə obyektiv məhkəmə qərarı qəbul edilməsi mümkün deyildir. Ona görə də, hazırkı cinayət işi üzrə qaldırılmış mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli və xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli Forma №88 nümunəli əlillik göndərişləri, habelə 16 dekabr 2022-ci il tarixli **********91 saylı ölüm haqqında tibbi şəhadətnamə iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il, 06 (altı) ay müddətə X2 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il, 06 (altı) ay müddətə X2 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) müddətə X2 rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2021-ci il tarixli 0309003AAMVG nömrəli və xx.xx.2021-ci il tarixli 0309003AAP6L nömrəli Forma №88 nümunəli əlillik göndərişləri, habelə 16 dekabr 2022-ci il tarixli **********91 saylı ölüm haqqında tibbi şəhadətnamənin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-44/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-44/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver