Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-45/2022 14.07.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 03 iyun 2022-çi il tarixdə gecə saat 00:15 radələrində yaşadığı Saatlı şəhəri A.Abuzərov küçəsi 70 saylı fərdi yaşayış evinin qarşısındakı küçədə xalası oğlu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq yumruqla sonuncunun sifət və burun nahiyəsinə zərbələr vurub ona, burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burnun belində, sağ gözaltı nahiyədə qançırlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 03 iyun 2022-çi il tarixdə gecə saat 00:15 radələrində yaşadığı Saatlı şəhəri A.Abuzərov küçəsi 70 saylı fərdi yaşayış evinin qarşısındakı küçədə xalası oğlu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq yumruqla sonuncunun sifət və burun nahiyəsinə zərbələr vurub ona xəsarətlər yetirmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-çi il tarixdə gecə saat 00:15 radələrində yaşadığı Saatlı şəhəri A.Abuzərov küçəsi 70 saylı fərdi yaşayış evinin qarşısındakı küçədə onunla şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşaraq yumruqla onun sifət və burun nahiyəsinə zərbələr vurub xəsarətlər yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X2 Şəxsin Sabirabad rayon şöbəsinin 03 iyun 2022-ci il tarixli 170 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-burun çəpəri sümüyünün qapalı sınığı ilə müşayiət olunan, burnun belində, sağ gözaltı nahiyədə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığından və zərər çəkmiş şəxsin şikayəti olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №1(055)-45/2022
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-45/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver