Məhkəmə qərarları › İş №1(055)-45/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-45/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-45/2023 26.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs iştirakı ilə saat 12:30-da xx xxxxxx 1986-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 27 iyun 2005-ci il tarixdə təsis edilərək həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgəsində qeydə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixdən direktoru vəzifəsində işləyərkən Saatlı Rayon İcra Hakimiyyəti başçısının 04 dekabr 2007-ci il tarixli 242 nömrəli sərəncamı ilə 50 il müddətinə qum materiallarının çıxarılması və istehsalı üçün Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində Araz çayının yatağından 4 hektar torpaq sahəsinin ayrılması barədə həmin tarixli icarə müqaviləsi əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 5 il müddətinə verilmiş 12 iyun 2019-cu il tarixli 01183 nömrəli Dağ-mədən ayırması barədə akta və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 tərəfindən verilmiş 12 iyun 2019-cu il tarixli ER-22/226 nömrəli Ekoloji Ekspertiza rəyinə əsasən qeyd edilən “Hacıqasımlı” qum yatağında qum materiallarının çıxarılması və istehsalı fəaliyyətini həyata keçirməli olduğu halda, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ona bu məqsədlə ayrılmış yuxarıda qeyd edilən torpaq sahəsinin qonşuluğunda yerləşən 4895 kvadratmetr sahəsində orta istismar dərinliyi 1.6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz qum çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində qum istehsal edib istismar sahəsində korlanmış torpaq sahələrinin bərpası (dağ-texniki rekultivasiya) sahəsində üzərinə düşən vəzifələrini yerinə yetirməyərək təbiətə ağır nəticələrə səbəb olan zərər vuraraq həmin hərəkətləri ilə təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlətin fəaliyyət göstərdiyi “Ətraf mühitin mühafizəsi haqqında” 08 iyul 1999-cu il tarixli, “Ekoloji təhlükəsizlik haqqında” eyni tarixli, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 30 dekabr 1997-ci il tarixli qanunları ilə tənzimlənən mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 17 may 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmuşdur. Onlar orada qum hasil etmişlər. Onlar həmin qumu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Saatlı rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün ayrılmış dörd hektar ərazidə hasil etmişlər. Lakin o, onlara ayrılmış ərazini dəqiq bilmir. Çünki Araz çayının su səviyyəsi mütəmadi olaraq dəyişir. Buna görə də ərazinin hüdudları çayın səviyyəsinə uyğun olaraq sabit vəziyyətdə qalmır. Direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəmi onlara aid olmayan ərazidə xarab olmuş və təmir üçün dayanmışdır. Nazirlikdən əvvəllər də yoxlama gəlmişdir. Onlar ərazisini 2022-ci ilin fevral və iyul aylarında yoxlamışlar və həmin zaman hər şey qaydasında olmuşdur. Lakin 2022-ci ilin noyabr ayında olan yoxlama zamanı onun ərazi hüdudlarından çıxdığını və ərazinin kənarından qum hasil etdiyini bildirmişlər. Əlavə olaraq bildirmək istəyir ki, ittiham aktında göstərilən ziyanın məbləği ilə razı deyil. Çünki onun dörd ay ərzində ittiham aktında qeyd edilən qədər ziyan vurmağı mümkün deyil. O, ərazisinin hüdudlarından kənara çıxmağı ilə razıdır. Onun fikrincə ərazinin hüdudlarından 15-20 gün, ən çoxu 1 ay müddətinə kənara çıxmışlar. Çünki 22 noyabrdan təxminən 1 ay qabaq Araz çayının səviyyəsi yüksəldiyi üçün çayda olan qum hasil edən gəminin yeri onların ərazisinin hüdudlarından kənara çıxmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X1 nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, o, hadisə yerinə baxış keçirməmişdir. Onlar ittiham aktı ilə razıdırlar. Agentliyin əməkdaşları ərazini gps cihazlar vasitəsilə müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs ittiham aktında göstərilən miqdarda ziyan vurmuşdur. Həmin ziyanla bağlı mülki iddianı məhkəməyə təqdim etmişlər. Odur ki, mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, 21 noyabr 2021-ci il tarixdə X22 İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində Araz çayı yatağında Təqsirləndirilən şəxs qanunsuz qum hasilatı apardığını bildirmişdir. Daxil olmuş məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qərara əsasən tərkibində onun, idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və təhqiqat bölməsinin təhqiqatçısı X6 olduğu qrup yaradılmışdır. Daha sonra, yəni 22 noyabr 2022-ci il tarixdə onlar idarəyə daxil olmuş məlumatı yoxlamaq üçün iki nəfər hal şahidinin də iştirakı ilə Saatlı rayonu Hacıqasımlı kəndinə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman orada ekskavator işləmişdir. Daha sonra Mirhadı özü də ona ayrılmış ərazidən kənara çıxdığını bildirmiş və onlar da Mirhadını şöbəyə dəvət etmişlər. Səhəri gün isə agentliyin əməkdaşları ilə birlikdə əraziyə getmişlər və onlara ərazini göstərmişlər. Daha sonra isə onlar özləri ərazini ölçüb müəyyənləşdirmişlər. Agentliyin əməkdaşlarının əlində hər hansı bir alətin olması yadında deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 21 noyabr 2021ci il tarixdə X22 İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində Araz çayı yatağında Təqsirləndirilən şəxs qanunsuz qum hasilatı apardığını bildirmişdir. Daxil olmuş məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qərara əsasən tərkibində onun, idarənin əməliyyat müvəkkili Şahid3 və təhqiqat bölməsinin təhqiqatçısı X6 olduğu qrup yaradılmışdır. Daha sonra, yəni 22 noyabr 2022-ci il tarixdə iki nəfər hal şahidinin də iştirakı ilə Saatlı rayonu Hacıqasımlı kəndinə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman orada ekskavator işləmişdir. Daha sonra Mirhadı özü də ona ayrılmış ərazidən kənara çıxdığını bildirmiş və onlar da Mirhadını şöbəyə dəvət etmişlər. Sənədlərdən Təqsirləndirilən şəxs ərazisindən kənara çıxması görünmüşdür. Səhəri gün isə agentliyin əməkdaşları ilə birlikdə əraziyə getmişlər və onlara ərazini göstərmişlər. Daha sonra isə onlar özləri ərazini ölçüb müəyyənləşdirmişlər. Agentliyin əməkdaşlarında xüsusi aparat olmuşdur və onlar həmin aparatın vasitəsi ilə çayın dərinliyini və ərazinin hüdudlarını ölçmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs məxsus qum hasil edən "xxxx" MMC-də ekskavator idarə edir. Onun işi Araz çayından hasil edilmiş qumu ekskavator vasitəsi ilə yük maşınlarına yükləməkdir. O, qumun hansı ərazidən hasil edilməsini dəqiq bilmir, yəni Mirhadının ərazisinin hüdudlarını dəqiq bilmir. İyun ayında Araz çayı daşmışdır və su gəmini başqa yerə aparmışdır. Ona görə də gəminin yeri onlardan asılı olmayan səbəbdən dəyişmişdir. O, Mirhadı ilə 2 ilə yaxındır ki, işləyir. Həmçinin qumu hasil edən gəmi çox köhnə olduğundan tez-tez xarab olur və gəminin ehtiyat hissələrini tapmaq da çətin olduğundan uzun müddət gəmi təmir üçün qıraqda dayanır. 2022-ci ilin iyul və avqust ayında da gəmi xarab olmuş və təmir üçün dayanmışdır. Həmçinin yağışlı havada onların işləməyi mümkün olmadığından iş dayanır. Ekologiyanın əməkdaşları gələndə o da orada olmuşdur. Ekologiyanın əməkdaşları ərazini özlərində olan xüsusi aparat ilə ölçmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hazırki iş üzrə hal şahididir. 2022-ci ilin noyabr ayında dostu ilə iş axtarmaq üçün Bakı şəhərində yerləşən “Çanaqqala” restoranına getmişlər. Oradan çıxan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 onlara yaxınlaşaraq onları keçirəcəkləri tədbirdə hal şahidi qismində iştirak etmələri üçün dəvət etmişdir. Onlar da tədbirdə iştirak edəcəklərini bildirmişlər. Daha sonra Saatlı rayonuna gəlmişlər. Saatlıya gələndə saat 12 radələri olmuşdur. Araz çayının kənarında olan qum karxanasına getmişlər. Onlar oraya gedən zaman karxana işlək vəziyyətdə olmuşdur. O, gəmini görmüşdür və görən zaman gəmi çayın içərisindən torpağı borular vasitəsi ilə kənara boşaltmışdır. Orada yük maşını görmüşdür, lakin həmin ərazidə ekskavator olub-olmaması yadında deyil. Ərazi hüdudlarından kənara çıxılması ilə bağlı söhbət onun yadına gəlmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hazırki iş üzrə hal şahididir. 22 noyabr 2022-cü il tarixdə dostu ilə iş axtarmaq üçün Bakı şəhərində yerləşən “Çanaqqala” restoranına getmişlər. Oradan çıxan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 onlara yaxınlaşaraq keçirəcəkləri tədbirdə hal şahidi qismində iştirak etmələri üçün onları dəvət emişdir. Onlar da tədbirdə iştirak edəcəklərini bildirmişlər. Daha sonra əməliyyatçılar və təhqiqatçı ilə 22 noyabr 2022-ci ildə Saatlı rayonuna gəlmişlər. Araz çayının kənarında olan qum karxanasına getmişlər. Onlar oraya gedən zaman karxana işlək vəziyyətdə olmuşdur. Gəmi çaydan qum çıxarmışdır. Ərazidən kənara çıxılması ilə bağlı söhbət getmişdir, ancaq onlar- hal şahidləri kənarda dayanmışlar. Sonda tərtib edilmiş protokolu imzalamışdır, lakin başqalarının onu imzalamasından məlumatı yoxdur. Həmin hadisədən təxminən 1 il keçdiyindən bəzi təfərrüatlar yadında deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X2 aparıcı mütəxəssis işləyir. O, çayda hasilat aparılan və aparılmayan yerləri yoxlayıb hasilat aparılan yerdə nə qədər və hansı dərinlikdə hasilat aparılmasını müəyyən edir. Sözügedən əraziyə 23 noyabr 2022-ci ildə baxış keçirmişlər. Gps vasitəsi ilə ərazinin koordinatlarını dəqiqləşdirmişlər. Həmçinin peyk görüntüləri və xəritələri də əldə etmişlər. Həmin zaman qum karxanasının ərazi hüdudlarından kənara çıxaraq qum hasil edildiyini müəyyən etmişlər. Onun işi sahəni yoxlamaqdır və həmin gün sahəni gps vasitəsi ilə yoxlayıb təqsirləndirilən şəxsə ona ayrılmış ərazidən kənara çıxdığını bildirmişdir. O, qanunsuz olaraq daxil olunmuş ərazini dəqiq yoxlayıb orada hasilat aparılması barədə agentliyə məlumat vermişdir. O, ipin ucuna ağır əşya bağlayaraq bir neçə yerdən ölçərək qumun çıxarılma dərinliyini müəyyən etmişdir. Onlar karxanaya gedən zaman orada qum hasil edilməmiş və iş dayanmışdır. Orada yük maşını və ya ekskavator olmasına fikir verməmişdir. Onun işi çay və qumu hasil edən gəmi ilə bağlı olmuşdur. Daha sonra isə o, əldə etdiyi məlumatları agentliyə bildirmiş və onun əsasında arayış tərtib edilmişdir. Həmin qum karxanası əvvəlki yoxlamada, yəni 7 iyul 2022-ci ildə ərazi hüdudlarından kənara çıxmamışdır. Həmin karxananın öncəki 17 ayda 3.7 metr dərinlikdə 15200 kubmetr qum hasil etməsi və son 3-4 ayda 1.6 metr dərinlikdə 7832 kubmetr qum hasil etməsini bu formada açıqlaya bilər ki, həmin karxana sözügedən 17 ayda bütövlüklə fəaliyyət göstərməz və fasilələrlə işləyər. Lakin son 3-4 ayda heç bir fasilə olmadan işləyər. Həmçinin çayda dərinlik çoxaldıqca, yəni karxana üçün ayrılmış hissədə işlədikcə qumu daha dərindən hasil etmək lazım olur və qumu hasil edən qurğunun qumu hasil etmə gücü dərinlik çoxaldıqca azalır. Buna görə də qanunsuz daxil olub qum hasil etdikləri ərazidə dərinlik az olduğundan orada daha az müddətə daha çox qum hasil etməsi mümkün ola bilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X2 aparıcı mütəxəssis işləyir. Sözügedən karxanaya baxış keçirilməsi və dəymiş ziyanla bağlı arayışı o tərtib etmişdir. O, əraziyə baxış keçirməmiş, arayışı əməkdaşının oraya baxış keçirən zaman əldə etdiyi gps məlumatları əsasında hazırlamışdır və arayış onun və idarə heyətinin sədr müavininin imzaları ilə təsdiq edilmişdir. Çayda qum çıxarılmış sahə müəyyən zaman ərzində qismən bərpa olur. Onlar müəyyən fasilələrlə sahibkarın ödədiyi mədən vergisinin düzgünlüyünü yoxlayır və hər yoxlanışda ərazinin xəritəsi çıxarılır. Həmin xəritə isə bir sonraki yoxlanış üçün sıfır nöqtəsi olur. 2021-ci ildəki və 2022-ci ilin noyabr ayındaki yoxlanışların xəritəsi yəni, peyk görüntüsü mövcuddur. Lakin 2022-ci ilin iyul ayındaki yoxlamanın xəritəsi yoxdur. 2022-ci ilin iyul ayındaki yoxlamanın peyk görüntüsünü, yəni xəritəsini çıxara bilməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs məxsus qum hasil edən "xxxx" MMC-də qumu hasil edən gəmini idarə edir. Eyni zamanda gəmi xarab olduqda isə gəmini o təmir edir. Gəmi köhnə olduğundan gəminin hasil etdiyi qum da az həcmdə olur. Həmçinin qumu hasil edən gəmi çox köhnə olduğundan tez-tez xarab olur və gəminin ehtiyat hissələrini tapmaq da çətin olduğundan uzun müddət gəmi təmir üçün dayanır. 2022-ci ilin iyul və avqust ayında da gəmi xarab olmuş və təmir üçün dayanmışdır, müəyyən ehtiyat hissələri tapılaraq alınmalı olmuşdur. O, gəmi işləmədiyi dövrlərdə də oraya getmiş və işləmədikləri dövrlərdə də əməkhaqqı almışdır. Bundan əlavə, yağış yağdıqda da karxanada işləmək olmur. Çünki yük maşınları karxanaya daxil ola bilmir, daxil olduqda isə qumda batdığından yağışlı havalarda işləmək mümkün deyil. Baxış keçirilən zaman o da orada olmuşdur və həmin ərəfədə gəmi xarab olmuşdur. Onlara ərazidən çıxdıqlarını bildirmişlər. Lakin həmin zaman gəmi işləməmiş və gəmini su kənara aparmışdır. Onlara ayrılmış əraziyə nişanlar qoyulmamışdır və onlar da ərazilərini dəqiq bilməmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X7 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, X11 iş axtarmaq məqsədi ilə Saatlı rayonuna getdiyini, orada təsadüfən Hacıqasımlı kəndi yaxınlığında Araz çayının sahilində fəaliyyət göstərən qum karyeri gördüyünü, həmin karyerdə çay yatağında ağır texnikanın işləməsini, ağır texnika vasitəsi ilə çay yatağından intensiv olaraq qum məhsullarının çıxarılmasını və yük maşınına yüklənməsini, çay yatağının ağır istismara məruz qalmasını, həmin karyerin Təqsirləndirilən şəxs məxsus olmasını bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin BMCMİ-nə daxil olmuş müraciətdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “Bərəkət kəndli (fermer) təsərrüfatı” MMC tərəfindən Saatlı rayonu Hacıqasımlı kəndi yaxınlığında Araz çayı yatağında yerin təkinin qorunması və istifadəsi qaydaları pozulmuşdur. Müraciətin araşdırılması məqsədi ilə Saatlı rayonu Hacıqasımlı kəndi yaxınlığında Araz çayı yatağına baxış üçün getmişlər. Baxışda iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət edilərək onlara Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, eləcə də keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah edilmişdir. Bununla bağlı 22 noyabr 2022-ci il tarixdə saat 11:55də tədbir iştirakçıları ilə birlikdə “Bərəkət kəndli (fermer) təsərrüfatı” MMC tərəfindən yerin təkinin qorunması və istifadəsi qaydaları pozulmuş Saatlı rayonu Hacıqasımlı kəndi yaxınlığında Araz çayı yatağına getmişlər. Baxış 22 noyabr 2022-ci il tarixdə saat 12:00-da başlanmışdır. Baxış zamanı Araz çay yatağının təxminən 6 hektar ərazisinin qum istehsalı ilə əlaqədar istismar olunduğu, ərazidə bir ədəd ekskavatorun işlədiyi, sənədlərin tərtibatı üçün 3x4 ölçüdə nəzarət yeri aşkar edilmişdir. Baxış zamanı onları nəzarət yerində bir nəfər şəxs qarşılamışdır. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Ekskavator işlək vəziyyətdə olmuşdur və tərəflərindən saxlanılmışdır. Həmin texnikanı idarə edən şəxs onlara yaxınlaşmış və özünü təqdim etmişdir. Müəyyən olunmuşdur ki, həmin şəxs Şahid1dur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Bərəkət kəndli (fermer) təsərrüfatı” MMC-nin direktoru olduğunu, təsisçinin isə hal-hazırda orada olmayan babası X12 olduğunu bildirmişdir. Baxış zamanı qeyd olunan yerdə çay yatağında ağır texnikanın işləməsi, yəni həmin ağır texnika vasitəsi ilə çay yatağından intensiv olaraq qum məhsullarının çıxarılması, beləliklə də, çay yatağının ağır istismara məruz qalması müşahidə olunmuşdur. Həmin şəxslərin qanunsuz əməlləri nəticəsində çay yatağının kənarında olan torpaq sahəsinin vəziyyəti pisləşmiş, ətraf mühitin ekoloji vəziyyətinin pozulması müəyyən edilmişdir. Çay yatağına tərəflərindən baxış keçirilərkən vizual şəkildə aydın görünmüşdür ki, qum məhsullarının intensiv olaraq çay yatağından çıxarılması nəticəsində çay yatağının məcrası pozulmuş, çayda su axını demək olar ki, dayanmışdır. Baxış iştirakçısı olan Təqsirləndirilən şəxs araşdırmaya bir sıra sənədləri, həmçinin digər qeydiyyat kitabçalarını təqdim etmiş, həmin sənədlər iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəflərindən götürülmüşdür. Bundan əlavə sonuncular səmimi şəkildə etdiyi əməllərin qanunsuz olduğunu etiraf etmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) 30 iyun 2005-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 04 dekabr 2007-ci il tarixli, 200 saylı müqavilədən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən qum karxanası üçün nəzərdə tutulmuş 4 hektar torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər il 176 manat icarə haqqı ödəmək şərti ilə 50 il müddətinə icarəyə verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəhbərlik Təqsirləndirilən şəxs (Ş/V AA*******, xx.xx.2021-ci il tarixdə Saatlı RPŞ tərəfindən verilib) həvalə edilmiş, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və 3-cü şəxsə etibarnamə vermək səlahiyyəti direktor Təqsirləndirilən şəxs həvalə edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Milli Sertifikatlaşdırma Sisteminin 15 avqust 2020-ci il tarixli uyğunluq sertifikatından görünür ki, həmin sertifikat “Azər-S Test” İstehlak Mallarının və xidmətlərin Sertifikatlaşdırılması üzrə orqanın xx.xx.2020-ci il tarixli 2/47 saylı qərarı və "xxxx" MMC-nin Sınaq laboratoriyasının xx.xx.2020-ci il tarixli 39 saylı sınaq protokoluna uyğun olaraq fiziki şəxs Təqsirləndirilən şəxs verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 2022-ci il 23 noyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, X10 Xidmətinin və X21 X1 əməkdaşları ilə birlikdə İmişli rayonu “İmişli” qumçınqıl yatağında yerləşən “X14 Təsərrüfatı” MMC-yə və Saatlı rayonu “Hacıqasımlı” qum yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə keçirilmiş baxış ilə bağlı X21 X1 arayışından görünür ki, Saatlı rayonu “Hacıqasımlı” qum yatağında "xxxx" MMCyə 2019-cu il 12 iyun tarixli, 01183 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 4 ha sahə 5 il müddətinə qum istehsalı məqsədi ilə istifadəsinə verilmişdir. Agentliyin əməkdaşları tərəfindən sözügedən yataq sahəsinə 2021-ci il 01 fevral tarixində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ona ayrılmış ərazinin daxilində 2722 kvadratmetr sahədə orta istismar dərinliyi 2,4 metr olmaqla 6532 kubmetr həcmində qum hasilatı aparılmışdır. Bununla əlaqədar olaraq 000216 nömrəli akt tərtib edilmişdir. Bundan sonra 2022-ci il 07 iyul tarixində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ayrılmış sahənin daxilində 4108 kvadratmetr sahədə orta istismar dərinliyi 3.7 metr olmaqla 15200 kubmetr həcmində qum hasilatı aparılmışdır. Bununla əlaqədar arayış tərtib edilmişdir. 2020 və 2021-ci illər üçün 5 GK statistik hesabatı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, X10 Xidmətinin və Agentliyin əməkdaşları ilə birlikdə 2022-ci il 23 noyabr tarixində Saatlı rayonu “Hacıqasımlı” qum yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə keçirilmiş baxış zamanı ümumilikdə ona ayrılmış sahədən kənarda 4895 kvadratmetr sahədə orta istismar dərinliyi 1.6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz olaraq qum hasilatının aparılması müəyyən olunmuşdur. Qanunsuz olaraq 7832 kubmetr həcmində qum hasilatı qeyd olunmuş koordinatların daxilində aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə (Normativlər) uyğun olaraq hasil edilmiş 1 kubmetr faydalıq qazıntı komponentinə görə müvafiq olaraq 20 manat ziyan hesablanır. Beləliklə Saatlı rayonu “Hacıqasımlı” qum yatağında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən yerin təkindən qanunsuz istifadə nəticəsində vurulmuş ziyan 7832 kubmetr*20*0.7=109 648 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 12 iyun 2019-cu il tarixli, 01183 saylı Dağ-Mədən ayırması aktından görünür ki, “Hacıqasımlı” qum yatağında qum hasilatı məqsədi ilə Saatlı rayonunda yerləşən 4 hektar torpaq sahəsi 5 il müddətinə "xxxx" MMC-yə istifadəyə verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 2022-ci il 23 noyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, X10 Xidmətinin və X21 X1 əməkdaşları ilə birlikdə Saatlı rayonu “Hacıqasımlı” qum yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə keçirilmiş baxışa dair X21 X1 arayışından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X21 X3 (Agentlik) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinidən daxil olmuş şifahi sorğu əsasında 2022-ci il 23 noyabr tarixində Agentliyin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və X10 Xidmətinin əməkdaşları ilə birlikdə Saatlı rayon “Hacıqasımlı” qum yatağında "xxxx" MMC-yə məxsus karxana sahələrinə baxış keçirilmişdir. Saatlı rayonu “Hacıqasımlı” qum yatağında "xxxx" MMC-yə 2019-cu il 12 iyun tarixli, 01183 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 4 ha sahə 5 il müddətinə qum istehsalı məqsədi ilə istifadəsinə verilmişdir. Agentliyin əməkdaşları tərəfindən sözügedən yataq sahəsinə 2021-ci il 01 fevral tarixində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ona ayrılmış ərazinin daxilində 2722 kvadratmetr sahədə orta istismar dərinliyi 2,4 metr olmaqla 6532 kubmetr həcmində qum hasilatı aparılmışdır. Bununla əlaqədar olaraq 000216 nömrəli akt tərtib edilmişdir. Bundan sonra 2022-ci il 07 iyul tarixində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ayrılmış sahənin daxilində 4108 kvadratmetr sahədə orta istismar dərinliyi 3.7 metr olmaqla 15200 kubmetr həcmində qum hasilatı aparılmışdır. Bununla əlaqədar arayış tərtib edilmişdir. 2020 və 2021-ci illər üçün 5 GK statistik hesabatı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, X10 Xidmətinin və Agentliyin əməkdaşları ilə birlikdə 2022-ci il 23 noyabr tarixində Saatlı rayonu “Hacıqasımlı” qum yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə keçirilmiş baxış zamanı ümumilikdə ona ayrılmış sahədən kənarda 4895 kvadratmetr sahədə orta istismar dərinliyi 1.6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz olaraq qum hasilatının aparılması müəyyən olunmuşdur. Qanunsuz olaraq 7832 kubmetr həcmində qum hasilatı qeyd olunmuş koordinatların daxilində aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə (Normativlər) uyğun olaraq hasil edilmiş 1 kubmetr faydalı qazıntı komponentinə görə müvafiq olaraq 20 manat ziyan hesablanır. Beləliklə Saatlı rayonu “Hacıqasımlı” qum yatağında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən yerin təkindən qanunsuz istifadə nəticəsində vurulmuş ziyan 7832 kubmetr*20*0.7=109 648 manat təşkil edir İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli, 9/2322 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyininin X10 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan istifadə etməklə 7832 kubmetr qumun hasil edilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 nömrəli qərarına əsasən dəymiş ziyanın ümumi məbləği 109648,00 manat müəyyən edilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sabirabad rayonunda faktiki hava şəraiti və xəbərdarlıq haqqında və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Araz-Novruzlu məntəqəsinin orta aylıq və aylıq maksimum su sərfləri haqqında hidroloji məlumatından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Sabirabad rayonuna düşən aylıq yağıntının miqdarı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 0,6 mm (aylıq normanın 2%i), xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 4,8 mm (aylıq normanın 76%-i), xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə 1,1 mm (aylıq normanın 13%-i), xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 0,0 mm, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 19,1 mm (aylıq normanın 46%-i), xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 30,0 mm (aylıq normanın 105%-i), xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə 11,9 mm (aylıq normanın 51%-i) olmuşdur. xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə bəzi günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntı olacağı, yağıntıların ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi barəsində xəbərdarlıqlar tərtib edilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə məntəqədə orta su sərfi 5,42 kubmetr/saniyə təşkil etmiş, maksimum səviyyə xx.xx.2022-ci il tarixdə 185 sm, maksimum sululuq isə 12,7 kubmetr/saniyə müşahidə olunmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə məntəqədə orta su sərfi 2,40 kubmetr/saniyə təşkil etmiş, maksimum səviyyə xx.xx.2022-ci il tarixdə 88 sm, maksimum sululuq isə 3,75 kubmetr/saniyə müşahidə olunmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə məntəqədə orta su sərfi 3,06 kubmetr/saniyə təşkil etmiş, maksimum səviyyə xx.xx.2022-ci il tarixdə 88 sm, maksimum sululuq isə 3,70 kubmetr/saniyə müşahidə olunmuşdur. xx.xx.2022-xx.xx-2022-ci il tarixlərdə məntəqədə orta su sərfi 3,77 kubmetr/saniyə təşkil etmiş, maksimum səviyyə xx.xx.2022-ci il tarixində 110 sm, maksimum sululuq isə 5,35 kubmetr/saniyə müşahidə olunmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə məntəqədə orta su sərfi 2,33 kubmetr/saniyə təşkil etmiş, maksimum səviyyə xx.xx.2022-ci il tarixində 80 sm, maksimum sululuq isə 3,20 kubmetr/saniyə müşahidə olunmuşdur. xx.xx.2022-xx.xx.2022ci il arixlərdə məntəqədə orta su sərfi 2,52 kubmetr/saniyə təşkil etmiş, maksimum səviyyə xx.xx.2022-ci il tarixdə 80 sm, maksimum sululuq isə 3,20 kubmetr/saniyə müşahidə olunmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə məntəqədə orta su sərfi 3,16 kubmetr/saniyə təşkil etmiş, maksimum səviyyə xx.xx.2022-ci il tarixdə 100 sm, maksimum sululuq isə 4,60 kubmetr/saniyə müşahidə olunmuşdur. Qeyd olunan tarix aralığında məntəqədə sel və ya subasma hadisəsi qeydə alınmamışdır. Araz çayında ən yüksək su səviyyəsi may ayı üçün səciyyəvidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayonu İcra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 iyun 2023-cü il tarixli, 1160 saylı arayışından və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü X17 və 2018-ci il təvəllüdlü X9 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X1 tələb etdiyi 109648 manat dəymiş ziyandan 5000 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X1 Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddiadan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X5 məhkəmədə mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində dövlətə 109648 manat ziyan dəydiyini bildirmiş və həmin məbləğin Təqsirləndirilən şəxs alınaraq X16 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun törətdiyi cinayət əməlləri nəticəsində dəymiş ziyanın məbləği 109648 manat müəyyən edilmiş, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli, 9/2322 saylı ekspert rəyi də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, X10 Xidmətinin və X21 X1 əməkdaşları ilə birlikdə İmişli rayonu “İmişli” qum-çınqıl yatağında yerləşən “X14 Təsərrüfatı” MMC-yə və Saatlı rayonu “Hacıqasımlı” qum yatağında yerləşən "xxxx" MMCyə məxsus karxana sahəsinə keçirilmiş baxış ilə bağlı X21 X1 arayışında və 2022-ci il 23 noyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, X10 Xidmətinin və X21 X1 əməkdaşları ilə birlikdə Saatlı rayonu “Hacıqasımlı” qum yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə keçirilmiş baxış ilə bağlı X21 X1 arayışında göstərilən hesablamalara əsaslanaraq dəymiş ziyanın 109648 manat olması nəticəsinə gəlmiş, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X4 də ona 109648 manat məbləğində ziyan dəydiyini bildirərək təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıraraq həmin məbləğin ondan alınmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli, 9/2322 saylı ekspert rəyi ilə razılaşmayaraq hesab edir ki, dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Belə ki, X21 X1 arayışlarından görünür ki, Saatlı rayonu “Hacıqasımlı” qum yatağına agentliyin əməkdaşları tərəfindən 2021-ci il 01 fevral tarixində baxış keçirilmiş və "xxxx" MMC-nin ona ayrılmış ərazinin daxilində 2722 kvadratmetr sahədə orta istismar dərinliyi 2,4 metr olmaqla 6532 kubmetr həcmində qum hasilatı apardığı müəyyən edilmişdir. Bundan sonra 2022-ci il 07 iyul tarixində həmin yatağa baxış keçirilmiş və ayrılmış sahənin daxilində 4108 kvadratmetr sahədə orta istismar dərinliyi 3.7 metr olmaqla 15200 kubmetr həcmində qum hasilatı aparıldığı müəyyən edilmiş, yəni 01 fevral 2021-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək olan təxminən on yeddi ay ərzində 15200 kubmetr həcmində qum hasilatı edilmiş, həmçinin heç bir qanunsuz hal aşkar edilməmişdir. Buradan da görünür ki, aylıq qum hasilatı 894 (15200:17) kubmetr təşkil edir. Daha sonra 2022-ci il 23 noyabr tarixində Saatlı rayonu “Hacıqasımlı” qum yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə keçirilmiş baxış zamanı ümumilikdə ona ayrılmış sahədən kənarda 4895 kvadratmetr sahədə orta istismar dərinliyi 1.6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz olaraq qum hasilatının aparılması müəyyən olunmuş, yəni 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan dörd ay yarım ərzində 7832 kubmetr həcmində qum hasilatı olmuşdur. 01 fevral 2021-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək olan təxminən on yeddi ay ərzində 15200 kubmetr həcmində qum hasil edildiyi halda və 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək eyni işçi qüvvəsi, eyni mexanizm (bir ədəd qumçıxaran gəmi) vasitəsi ilə və eyni iş şəraitində çalışmaqla aylıq qum hasilatına görə dörd ay yarım ərzində 4023 (894x4,5=4023) kubmetr həcmində qum hasil edilməli olduğu halda, dörd ay yarım ərzində 7832 kubmetr həcmində, yəni təxminən on yeddi ay ərzində hasil edilən qumun yarısından da çox həcmdə qum hasil edilməsi halı ağlabatan deyildir. Həmçinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X2 aparıcı mütəxəssis vəzifəsində işləyən Şahid6 Müşfiq oğlu ifadəsində karxananın sözügedən 17 ayda bütövlüklə fəaliyyət göstərməmə və fasilələrlə işləmə ehtimalını, lakin son 3-4 ayda heç bir fasilə olmadan işləmə ehtimalını nəzərə alaraq karxananın öncəki 17 ayda 3.7 metr dərinlikdə 15200 kubmetr qum hasil etməsinin və son 3-4 ayda 1.6 metr dərinlikdə 7832 kubmetr qum hasil etməsinin mümkün ola biləcəyini, həmçinin çayda dərinlik çoxaldıqca, yəni karxana üçün ayrılmış hissədə işlədikcə qumu daha dərindən hasil etmək lazım olduğunu və qumu hasil edən qurğunun qumu hasil etmə gücünün dərinlik çoxaldıqca azalmasını, buna görə də qanunsuz daxil olub qum hasil edilən ərazidə dərinlik az olduğundan orada daha az müddətə daha çox qum hasil edilməsinin mümkün olduğunu göstərsə də, "xxxx" MMC-də ekskavator idarə edən Şahid1 və "xxxx" MMC-də qumu hasil edən gəmini idarə edən Şahid8 qumu hasil edən gəminin çox köhnə olduğundan tez-tez xarab olduğunu və gəminin ehtiyat hissələrini tapmaq da çətin olduğundan uzun müddət gəminin təmir üçün dayandığını, 2022-ci ilin iyul və avqust ayında da gəminin xarab olduğunu və təmir üçün dayandığını bildirmişlər. Bundan başqa məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin hidroloji məlumatı ilə müəyyən olunmuşdur ki, 2022-ci ilin iyun ayından dekabr ayınadək Araz-Novruzlu məntəqəsində yağışlı havalar müşahidə olunmuşdur. Şahidlər Şahid1 və Şahid8 ifadələrində yağış yağdıqda yük maşınlarının karxanaya daxil ola bilmədiyini, daxil olduqda isə qumda batdığından yağışlı havalarda işləməyin mümkün olmadığını göstərmişlər. Əlavə olaraq Şahid6 Müşfiq oğlu ifadəsində ipin ucuna ağır əşya bağlayaraq bir neçə yerdən ölçərək qumun çıxarılma dərinliyini müəyyən etdiyini bildirmişdir. Göstərilənlər, yəni 2022-ci ilin iyul və avqust ayında gəminin xarab olması və təmir üçün dayanması, yağışlı havaların olması və yağışlı havada karxanada işin dayanması, həmçinin Şahid6 Müşfiq oğlunun heç bir texniki vasitədən istifadə etmədən ifadəsində göstərdiyi primitiv üsulla, ipin ucuna ağır əşya bağlayaraq bir neçə yerdən ölçərək qumun çıxarılma dərinliyini müəyyən etməsi 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək karxanada intensiv iş getmədiyini göstərir və həmin müddət ərzində 1.6 metr dərinlikdə 7832 kubmetr qum hasil edilməsini, bunun nəticəsində də dəymiş ziyanın 109648 manat hesablanmasının doğruluğunu şübhə altına alır. Məhkəmə tədqiq olunmuş sübutları və şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, 2022-ci ilin iyul və avqust aylarında karxanada iş dayanmış olduğundan, həmçinin 01 iyun 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək yağışlı havaların olması nəticəsində karxanada daimi işləmək mümkün olmadığından 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində karxananın mümkün ola biləcək işləmə müddəti sadəcə iki ay, qanunsuz çıxarılan qumun həcmi 1788 kubmetr (894x2=1788) qəbul edilməli, dəymiş ziyanın məbləği isə iki aylıq iş müddətinə görə hesablanmalıdır. Məhkəmə dəymiş ziyanın məbləğini 2 aylıq qum istehsalına görə 25032 manat (2 ay x 894 kubmetr x 20 manat x 0,7 əmsal=25032) qəbul edir (“Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərə əsasən 1 m3 qanunsuz işlədilən quma görə 20 manat dəymiş ziyan hesablanır və həmin normativlərin qeyd hissəsinə əsasən bu qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı tətbiq edilir) və Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli, 9/2322 saylı ekspert rəyini dəymiş ziyanla bağlı 109648 manat hissədə deyil, məhkəmənin ağlabatan qəbul etdiyi 25032 manat hissədə mötəbər hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 27 iyun 2005-ci il tarixdə təsis edilərək həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgəsində qeydə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixdən direktoru vəzifəsində işləyərkən Saatlı Rayon İcra Hakimiyyəti başçısının 04 dekabr 2007-ci il tarixli 242 nömrəli sərəncamı ilə 50 il müddətinə qum materiallarının çıxarılması və istehsalı üçün Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində Araz çayının yatağından 4 hektar torpaq sahəsinin ayrılması barədə həmin tarixli icarə müqaviləsi əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 5 il müddətinə verilmiş 12 iyun 2019-cu il tarixli 01183 nömrəli Dağ-mədən ayırması barədə akta və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 tərəfindən verilmiş 12 iyun 2019-cu il tarixli ER- 22/226 nömrəli Ekoloji Ekspertiza rəyinə əsasən qeyd edilən “Hacıqasımlı” qum yatağında qum materiallarının çıxarılması və istehsalı fəaliyyətini həyata keçirməli olduğu halda, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ona bu məqsədlə ayrılmış yuxarıda qeyd edilən torpaq sahəsinin qonşuluğunda yerləşən 4895 kvadratmetr sahəsində orta istismar dərinliyi 1.6 metr olmaqla 1788 kubmetr həcmində qanunsuz qum çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində 25032 manat dəyərində qum istehsal edib istismar sahəsində korlanmış torpaq sahələrinin bərpası (dağ-texniki rekultivasiya) sahəsində üzərinə düşən vəzifələrini yerinə yetirməyərək təbiətə ağır nəticələrə səbəb olan zərər vuraraq həmin hərəkətləri ilə təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlətin fəaliyyət göstərdiyi “Ətraf mühitin mühafizəsi haqqında” 08 iyul 1999-cu il tarixli, “Ekoloji təhlükəsizlik haqqında” eyni tarixli, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 30 dekabr 1997-ci il tarixli qanunları ilə tənzimlənən mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi tam sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı vurulmuş ziyanın məbləğinin 109648 manat deyil, 25032 manat müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifinə təsir etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir və həmin cinayət əməllərini vəzifəsindən sui istifadə etməklə törətmişdir. Məhkəmə göstərilənləri əsas tutaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli 4(005)-45/2023 saylı, 11 mart 2023-ci il tarixli 4(005)-309/2023 saylı qərarlarından və qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 yanvar 2023-ci il tarixdə onun barəsində əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, daha sonra 11 mart 2023-cü il tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək 21 aprel 2023-cü il tarixədək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 21 aprel 2023-cü il tarixdə barəsində Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdən 21 aprel 2023cü il tarixədək üç ay doqquz gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X4 məhkəmədə mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində dövlətə 109648 manat ziyan dəydiyini bildirmiş və həmin məbləğin Təqsirləndirilən şəxs alınaraq X16 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X4 mülki iddiaçı kimi tanınmış və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X4 dövlətə dəymiş zərərin əvəzi olaraq Təqsirləndirilən şəxs 109648 manat pul tələb etməkdə haqlı deyildir. Belə ki, 2022-ci ilin iyul və avqust aylarında karxanada iş dayanmış olduğundan, həmçinin 01 iyun 2022-ci il tarixdən 31 dekabr 2022ci il tarixədək yağışlı havaların olması nəticəsində karxanada daimi işləmək mümkün olmadığından 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində karxananın mümkün ola biləcək işləmə müddəti sadəcə iki ay, qanunsuz çıxarılan qumun həcmi 1788 kubmetr (894x2=1788) qəbul edilməli, dəymiş ziyanın məbləği isə iki aylıq iş müddətinə görə hesablanmalıdır. Məhkəmə dəymiş ziyanın məbləğini 2 aylıq qum istehsalına görə 25032 manat (2 ay x 894 kubmetr x 20 manat x 0,7 əmsal=25032) qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X21 X1 dövlətə dəymiş zərərin əvəzi olaraq Təqsirləndirilən şəxs tələb etdiyi məbləğin 25032 manat miqdarında müəyyən edilməsi ədalətlidir və işin hallarına daha uyğundur. İş materiallarına əlavə olunmuş 08 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyan məbləğindən 5000 manat ödəniş etmişdir. Buna görə də ödənilmiş 5000 manat məhkəmənin qəbul etdiyi ümumi 25032 manat dəymiş ziyan məbləğindən çıxılaraq, dəymiş ziyana görə ödənilməli məbləğ 20032 manat müəyyən edilməlidir. Belə olan halda iş üzrə mülki iddia qismən təmin edilərək 20032 (25032- 5000=20032) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X16 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 aprel 2023-cü il tarixli 9/2322 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 308.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə bir il altı ay müddətə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tam toplamaq yolu ilə üzərində qəti olaraq iki il müddətə azadlığın məhdudlaşdırılması və bir il altı ay müddətə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrum etmə cəzaları saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək üç ay doqquz gün həbsdə və ev dustaqlığında saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından altı ay on səkkiz gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay on iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 20032 (iyirmi min otuz iki) manat alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X16 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar