Məhkəmə qərarları › İş №1(055)-45/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-45/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-45/2025 02.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Saatlı rayon Krasnoselski kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada fəhlə işləyən, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 5,35 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitə Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyat axtarış tədbirlədiri nəticəsində xx.xx.2025-cii il tarixdə ünvan 1 ünvanda saat 17:44-dən saat 17:53-dək olan müddət ərzində üstünün yoxlanması və baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əynində olan boz rəngli gödəkcənin sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,35qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində heç bir narkotik vasitə olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Qara Nuru kəndində yas mərasimindən çıxıb öz avtomobiliylə dayısıyla birlikdə evinə gedərkən polis əməkdaşları onu saxlatdırmışlar. Saatlı RPŞ-nin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə aparmışlar. Orada ona təzyiqlər və işgəncələr verərək narkotiki boynuna götürməyi bildirmişlər. O, da məcbur olub narkotik vasitənin onun olduğunu bildirmişdir. Sonra müstəntiq ona onun heç bir günahının olmadığını, işin bağlandığını bildirmişdir. Təxminən 40 gündən sonra müstəntiq onu yenidən çağırıb barəsində cinayət işi olduğunu bildirmişdir. O, da bundan sonra döyülməyiylə bağlı prokururluğa şikayət etmişdir. Bir daha bildirir ki, onun üzərində narkotik vasitə olmamışdır. Üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla, ailəsilə birlikdə orada yaşayır, hal-hazırda rəsmi olaraq heç bir yerdə işlənmir, fərdi qaydada fəhləliklə məşğul olur. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 2 ildir ki, arabir istifadə edir. 2024-cü ilin sentyabr ayının ortalarında gecə saat təxminən 22-23 radələrində Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən çöl sahəsində yerləşən “Ələsgər Şluzu” adlanan su kanalından qarmaq vasitəsi ilə balıq tuturmuş, bu zaman təxminən 200 metr aralıda yerləşən “Mürsəlli” kanalı adlanan su kanalının kənarından işıq gəldiyini görmüş, həmin kanaldan tor vasitəsi ilə balıq tutulduğunu güman edib, həmin ərazini təxmini yadında saxlamışdır. Həmin günün ertəsi günü torla kütləvi balıq tutulduğunu düşündüyü “Mürsəlli” adlanan su kanalının gecə saatlarında işıq gəldiyini gördüyü hissəsinə getmiş, oraya çatanda həmin ərazidə heç bir tor qurulmadığını, kanalın kənarında isə tanımadığı şəxs tərəfindən əkilmiş və quruması üçün böyürtkən kollarının üzərinə sərilmiş bir neçə ədəd çətənə kolu görmüş və həmin yerdən narkotik vasitə qurudulmuş marixuananın az bir hissəsini özü çəkmək üçün götürmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini istifadə etmiş, qalanını isə bir ədəd kibrit qutusunun içərisinə yığaraq gündəlik geyindiyi boz rəngli gödəkcəsinin cibində saxlamışdır. 18 yanvar 2025-ci il tarixdə axşam saatlarında Saatlı rayonu, Qara Nuru kəndindən kənd mərkəzinə gedərkən evinin yaxınlığında mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üstünün yoxlanılacağını demişlər. O da, bununla bağlı etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif olunmuş ki, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra o səmimi olaraq üstündə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Sonra əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd qırmızı rəngli alışqanı, həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Nokia” markalı sadə mobil telefonu və 01 ədəd üzərində “Pall Mall” yazısı olan siqaret qutusunu polis əməkdaşalrına təqdim etmişdir. Əvvəlcə kibrit qutusunun içərisi açılmış, içərisində olan saxladığı marixuana aşkar edilmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 7,93 qram olmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, 89 saylı möhürlə möhürlənib götürülmüşdür. Üzərindən aşkar edilmiş 01 ədəd qırmızı rəngli alışqan və 01 ədəd üzərində “Pall Mall” yazısı olan siqaret qutusu onun özünə qaytarılmış, 01 ədəd özünə məxsus “Nokia” markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadan başqa əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş hər hansı bir narkotik vasitə və əşya aşkar edilməmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Polis əməkdaşları baxışı videoçəkiliş vasitəsi ilə həyata keçirmişlər. Bundan sonra polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər, RPŞ-nin otaqlarının birində adını xatırlamadığı cavan bir təhqiqatçı tərəfindən videoçəkilişlə onun tərəfindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş, həmin vaxt da o üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitəni də Şirinbəyli kəndində çöl sahəsindən kolların üzərinə sərilmiş vəziyyətdə olan kollardan 2024-cü ilin sentyabr ayında əldə etdiyini bildirmişdir. Bundan sonra üzərində başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla saxlanması, daşınması qadağan edilmiş əşya olub olmaması soruşulmuş, o da üzərində başqa hər hansı bir narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya olmadığını demişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və üzərindən qanunla saxlanması, daşınması qadağan olunmuş hər hansı bir əşya və sair aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan narkotik vasitə kibrit qutusu ilə birlikdə ekspertizaya təqdim edilməsi üçün yenidən qablaşdırlmış və götürülmüşdür. Yekunda baxış keçirilməsi haqqında təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğunu bütün iştirakçılar kimi o da imzalamışdır. Sonradan ekspertiza rəyi ilə tanış olarkən üstündən aşkar edilmiş qurudulmuş marixuananın çəkisinin 7,93 qram deyil, 5,35 qram olduğunu bilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin sentyabr ayında Saatlı rayonu, Şirinbəyli kəndində yerləşən çöl sahədə tanımadığı şəxs tərəfindən əkilmiş və qurumağa qoyulmuş bir neçə ədəd çətənə kolu görmüş və böyürtkən kollarının üzərinə sərilmiş narkotik vasitə qurudulmuş marixuananın az bir hissəsini özü çəkmək üçün götürmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamış, kiməsə satmaq fikri olmamışdır. O, narkotik vasitə satışı ilə məşğul olmur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, həmin narkotik vasitəni yalnız özü üzərində etmək üçün saxlamış, heç kimə satmamış, nədə ki, verməmişdir. O narkotik vasitə olan qurudulmuş marixuananı götürən zaman və polis əməkdaşları tərəfindən saxlanılan zaman tək olmuş, yanında başqa heç kim olmamışdır. Onun lap arabir narkotik vasitə istifadə etməyindən ailə üzvləri də daxil olmaqla heç kimin xəbəri olmamışdır. Narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş olduğu yer kolluq ərazinin sıx yeri olması, həmin yerin relyefinin mürəkkəb olması, hazırda havaların yağışlı keçməsi və qış ayları olduğu üçün kolluq ərazinin məhv olması səbəbdən də həmin ərazilərə gedən cığırların itməsi, narkotik tərkibli qurumuş bitkilərin olduğu yeri dəqiq xatırlamamağı səbəbindən narkotik vasitəni əldə etdiyi narkotik tərkibli çətənə bitkilərinin olduğu yeri göstərə bilmir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Ramillə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə Saatlı rayon Qara Nuru kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, Saatlı RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs piyada və tək halda həmin tarixdə saat 17:40 radələrində Saatlı rayonu, Qara Nuru kəndindən kənd mərkəzinə getdiyini görüb yaxınlaşmışlar, polis əməkdaşları olduqlarını bildirərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bu səbədən də üstünün yoxlanılacağını demişlər. Ramil də, bununla bağlı etiraz etməmişdir. Sonra təklif olunmuş ki, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra Ramil səmimi olaraq üstündə narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş və əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd qırmızı rəngli alışqanı, həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Nokia” markalı sadə mobil telefonu və 01 ədəd üzərində “Pall Mall” yazısı olan siqaret qutusunu təqdim etmişdir. Əvvəlcə kibrit qutusunun içərisi açılmış, içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 7,93 qram olmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs də daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, 89 saylı möhürlə möhürlənib götürülmüşdür. Aşkar edilmiş 01 ədəd qırmızı rəngli alışqan və 01 ədəd üzərində “Pall Mall” yazısı olan siqaret qutusu Ramilə qaytarılmış, 01 ədəd “Nokia” markalı mobil telefon isə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlədən başqa əldə edilməsi, saxlanması və daşınması qadağan olunmuş hər hansı bir narkotik vasitə və əşya aşkar edilməmişdir. Bütün bunlar barədə tərəfindən protokol tərtib olunmuş, Ramil də daxil olmaqla bütün iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Ramilin üstünün yoxlanması videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Bundan sonra X3 gətirilmiş, o bu barədə raportla RPŞ-nin rəhbərliyinə məruzə etmiş və raportunun icraası təhqiqatçı İsa Əlizadəyə həvalə olunmuşdur. İsa Əlizadənin xidməti iş otağında videoçəkilişlə Ramilin üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütləyə baxış keçirilmiş, həmin vaxt da Ramil üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitəni də Şirinbəyli kəndində çöl sahəsindən kolların üzərinə sərilmiş vəziyyətdə olan kollardan 2024-cü ilin sentyabr ayında əldə etdiyini bildirmişdir. Bundan sonra Ramildən üzərində başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla saxlanması, daşınması qadağan edilmiş əşya olub olmaması soruşulmuş, Ramil də üzərində başqa hər hansı bir narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya olmadığını demişdir. Bundan sonra Ramilin üzərinə baxış keçirilmiş və üzərindən qanunla saxlanması, daşınması qadağan olunmuş hər hansı bir əşya və sair aşkar edilməmişdir. Aşkar edilmiş kibrit qutusunun içərisində olan narkotik vasitəyə oxşar kütlə kibrit qutusu ilə birlikdə ekspertizaya təqdim edilməsi üçün yenidən qablaşdırılmış və götürülmüşdür. Yekunda baxış keçirilməsi haqqında təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğunu bütün iştirakçılar kimi o da imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Firudun oğlu Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Hadisə baş verən gün o, də yas yerində olmuşdur. Həmin gün təxminən saat 11 radələrində Ramil ilə onun idarə etdiyi avtomobildə yas yerindən çıxdıqdan sonra yolda onları “Hyundai” markalı avtomobil saxlatdırmışdır. Onları avtomobildən düşürtdükdən sonra Ramili öz avtomobillərinə mindirib aparmışlar. Ramilin avtomobilini isə polis əməkdaşlarından tanımadığı bir nəfər idarə edərək aparmışdır. Daha sonra olanlar barədə isə məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə təqribən səhər saat 6 radələrində Bakı şəhərindən Qaranuru kəndinə yas yerinə gəlmişdir. Həmin günü təqribən saat 11 radələrində “Tofiq” marketin qarşısında olan zaman qardaşının avtomobilinin keçdiyini görmüşdür. Avtombili tanımadığı şəxs idarə etmişdir. Qardaşı avtomobilin içində olmamışdır. Sonradan hadisəni öyrənmiş və polis şöbəsinə getmişdir. Onu da polis şöbəsində təqribən gün yarım saxlamışlar və izahatını almışlar. İşdə olan xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcəsinin sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəyə baxış keçirilmiş, sonuncu həmin kütlənin üzərlərindən aşkar edildiklərini təsdiq etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/49 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,35qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 1260 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il və xx.xx.2025-ci il təvəllüdlü iki azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək, üzərindən aşkar olunmuş narkotik vasitənin onun olmadığı, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, döyüldüyü üçün narkotik vasitənin onun olduğunu etiraf etdiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaq zamanı elan olunaraq tədqiq olunmuş xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş vidoegörüntüdən görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan gödəkcənin sol yan cibindən bir bükün naroktik vasitə çıxarıb təqdim edərək, qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının ona fiziki zor tətbiq etmələri ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zor nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmənin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Yalnız ibitdai istintaq tamamlandıqdan sonra, cinayət işi məhkəmənin icraatında daxil olmamış, təqsirləndirilən şəxsin Saatlı Rayon Məhkəməsinə etdiyi şikayət aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa, qeyri-insani rəftara və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması toplanmış sübutlarla öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması xx.xx.2025-ci il tarixli qərarla hissəvi rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərində aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, müstəntiq ona onun heç bir günahının olmadığını, işin bağlandığını bildirmişdir. Təxminən 40 gündən sonra müstəntiq onu yenidən çağırıb barəsində cinayət işi olduğunu bildirmişdir. O, da bundan sonra döyülməyiylə bağlı prokururluğa şikayət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cinayət işi üzrə icraat xx.xx.2025-ci il tarixdə dayandırılmış və xx.xx.2025-ci il tarixdə təzələnmişdir. Cinayət işi üzrə icraat təzələndikdən sonra da bir neçə istintaq hərəkətləri aparılmışdır. Lakin istintaq təzləndikdən sonrakı dövrdə təqsirləndirilən şəxs istintaqın gedişi barədə və ya onun təqsirsizliyi barədə hər hansı vəsatət və ya etiraz irəli sürməmişdir. Hətta, cinayət işi materialları ilə tanış olarkəndə cinayət işi üzrə hər hansı etiraz bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2025-ci il tarixdə saat 17 radələrində deyil saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanılması barədə qeyd etdikləri məhkəmə araşırması zamanı öz təsdiqni tapmamışdır. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin xx.xx.2025-ci il tarixdə saat 10600-dan 19:00-dək anten məlumatlartının "xxxx" MMC-dən götürülməsi qərar alınmışdır. Məhkəmənin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirlərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə xx.xx.2025-ci il tarixdə saat 11:03-də Saatlı rayonu Sarıcalar kəndi olmuşdur. Həmin saatdan sonra mobil nömrənin anten dairəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 radələrində polis əməkdaşları tərəfindən saxlanıraq Saatlı RPŞ-nə gətirildiyi halda mobil nömrənin anten dairəsi Saatlı şəhərinin hər hansı nöqtəsi və ya RPŞ-nin ətrafında müəyyən olunmalı idi. Lakin yuxarıda da qeyd edildiyi kimi 11:03-dən sonra mobil nömrənin anten dairəsi müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə əlavə şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, əlavə şahidlərdən Şahid4 təqsirləndirilən şəxsin dayışı, Şahid5 isə qardaşı olmaqla onun yaxın qohumlarıdır. Həmin şəxslərin ifadələrində qeyd etdiyi faktlar iş materiallarında olan sübutlarla və işin faktiki halları ilə təsdiq olunmadığından və ya müdafiə tərəfi həmin şəxslərin ifadələrində qeyd etdiyi faktları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, həmin şəxslərin ifadələri yaxın qohumları olan Şahid5 müdafiə xarakter daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə əlavə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı toplanılmış və məhkəmə istintaqında tədqiq olunan mötəbər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş ifadələr sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 18 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 20 yanvar 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdən 20 yanvar 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 5,33 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdən 20 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 5,33 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar