Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-46/2023 24.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, 24 iyul 2023-cü il, saat 15:00 Saatlı şəhəri xx xxxxxx 1991-ci ildə Saatlı rayonu Dəllər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Dəllər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs M-6-Y-49-03(59km,Saatlı)-Musalı-Novruzlu yerli əhəmiyyətli avtomobil yolunun Saatlı şəhəri M.Ağayev küçəsindən keçən 1-ci km-də 13 oktyabr 2022ci il tarixdə saat 19:30 radələrində yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozub, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərinə zidd olaraq sürücülük vəsiqəsi və etibarnamə olmadan, idarə etdiyi “VAZ 21033” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40 km\saat sürətlə Saatlı şəhəri istiqamətindən rayonun Musalı kəndi istiqamətində hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin İV hissəsinin 3-cü bəndinin "gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır" tələbinə zidd olaraq, qarşıdan gələn istintaqa məlum olmayan nəqliyyat vasitəsinin fara işıqlarından gözüqamaşma başlayan andan tədbir görməklə velosipedçinin vurulma yerinə çatmadan avtomobili dayandırmağa tekniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək, qarşıda eyni istiqamətlə hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan velosipedçi X4 vurmuş, nəticədə sonuncunun sağ bazu sümüyünün qapalı sınığı xəsarətləri ilə nəticələnən ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuş, yəni yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, tanışı X2 adına qeydiyyatdan keçən, lakin onun özünə məxsus olan VAZ 21033 markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Saatlı şəhəri, mərkəzi bazarın qarşısından özünə məxsus olan “VAZ-21033” markalı **-BF-*** nömrəli avtomobillə həmkəndlisi Şahid1 ilə birlikdə yaşadıqları Saatlı rayonu Dəllər kəndi istiqamətində hərəkət edərkən Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən “Çinarpark” restoranın qarşısında olan zaman qarşıdan əks hərəkət zolağında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinin qabaq işıqları gözünə düşmüş və o yolu görə bilməmişdir. “Kamaz” markalı yük avtomobili keçənə kimi avtomobillə nəsə vurduğunu hiss etmiş, surəti çox olmadığı üçün dərhal avtomobili saxlayıb yerə düşən zaman idarə etdiyi avtomobilin ön hissəsi ilə onunla eyni istiqamətdə hərəkət edən velosipedçini arxa təkərindən vurduğunu görmüşdür. Dərhal həmin şəxsi yol avtomobili ilə Saatlı MRX-ya çatdırmış, sonradan həmin şəxsin velosipedçi X5 olduğunu bilmişdir. Hadisə ehtiyatsızlıqdan baş versə də, etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Bundan başqa, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və zərərçəkmiş şəxs ondan şikayətçi deyildir. Sonda məhkəmədən köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da sübuta yetirilir. Belə ki, zərərçəkmiş X5 məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək hazırda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, onunla barışdığını, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş X3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı rayonu Dəllər kəndində yaşayır. 13 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı kəndə qayıtmaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq oturacağında əyləşmiş və Azər avtomobili Saatlı şəhərindən yaşadıqları Dəllər kəndi istiqamətində idarə etməyə başlamışdır. “Çinar Park” restoranına az qalmış, əks istiqamətdən gələn yük avtomobilinin qabaq faralarının işıqları Azərin gözünə düşdüyü üçün Azər qarşıda, onunla eyni istiqamətdə yolun sağ kənarı ilə hərəkətdə olan velosipedçini görmədiyi üçün avtomobil ilə arxadan velosipedçini vurmuşdur. Hadisədən dərhal sonra Azər və o avtomobildən düşmüşlər və sonradan adı ona məlum Nərimanı xəsarət aldığı üçün Azərlə birlikdə Saatlı xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə təsdiq olunduğundan məhkəmə onun ifadəsini sübut növü kimi qəbul edir. İşdə olan hadisə yerinin baxışının aparılması haqqında 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Saatlı-Musalı-Novruzlu avtomobil yolunun Saatlı şəhəri, M.Ağayev küçəsindən keçən 1-ci kilometrliyidir. İşdə olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 13 oktyabr 2022-ci il tarixli 161 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən an nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və “VAZ 21033” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizanın 15 oktyabr 2022-ci il tarixli 337 nömrəli rəyindən görünür ki, X3 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bazu sümüyünün qapalı sınığı küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının 31 may 2023-cü il tarixli 8/1336 nömrəli rəyindən görünür ki, gözqamaşma yarandığı andan qarşıda hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan velosipedçini vurana kimi VAZ 21033 markalı avtomobilin qət etdiyi minimum məsafənin (S=40 metr) onun dayanma yolundan (Sd=21 metr) böyük olması onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs gözqamaşma yarandığı andan tədbir görməklə idarə etdiyi VAZ 21033 markalı avtomobili velosipedçinin vurulma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Ona görə də VAZ 21033 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin İV hissəsinin 3-cü bəndinin "gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır" tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin məktubundan görünür ki, M-6-Y-49-03(59km,Saatlı)-Musalı-Novruzlu yerli əhəmiyyətli avtomobil yolunun 0-1 km hissəsində avtonəqliyyat vasitələrinin maksimum sürəti 50 km\saatdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxs X5 ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il üç ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-46/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-46/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver