Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-46/2024 27.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X19, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1964-cü ildə Saatlı rayonu, Ağarəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, X29 İdarəsində mühəndis vəzifəsində işləyən, ünvan 2-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün şəxsən birbaşa yolla maddi neməti təkrarən istəməklə təkrarən almışdır (təkrarən nüfuz alveri etmişdir). Belə ki, o, “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının vəzifəli şəxsləri ilə yaxın əlaqələrə malik olan Şahid1 ilə arasındakı qohumluq münasibətinə görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, komissiyanın vəzifəli şəxslərinin ayrı-ayrı şəxslərə əlillik dərəcəsi, əlilliyə görə əmək pensiyası, sağlamlıq imkanları məhdudluğu və buna görə müavinət təyin edilməsi, habelə müddəti başa çatmış əlillik və sağlamlıq imkanları məhdudluğunun bərpasından ötrü müxtəlif diaqnozlara dair məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Tibbi-Sosial Ekspertiza və X30”ndə (TSERAS) yaradılmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X31 Sistemi”nə (VSİS) inteqrasiya olunmuş “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək komissiya üzvlərinin elektron imza kartları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir göstərmək qərarına gəlib, cinayətkar niyyətini icra etmək məqsədilə, qohumu Şahid1 və sonuncunun yaxın münasibətdə olduğu “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının katibi Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, nəvəsi – Cəbrayıl rayonu, Qərər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.2014-cü il təvəllüdlü X20 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid3 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Zəhra Məmmədli barəsində sağlamlıq imkanları məhdudluğunun təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 3.500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini istəyib, Şahid3 razılığını şəxsən aldıqdan sonra Şahid3 pasiyentlə birgə Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Zəhra Məmmədli barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid3 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, övladı - Cəbrayıl rayonu, Sirik kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.2017-ci il təvəllüdlü X13 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid4 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Dinə İsmayılova barəsində sağlamlıq imkanları məhdudluğunun təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 3.500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Şahid4 razılığını şəxsən aldıqdan sonra Şahid4 pasiyentlə birgə Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Dinə İsmayılova barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid4 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, nəvəsi - Cəbrayıl rayonu, Daşveysəlli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.2016-cı il təvəllüdlü X21 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid5 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Yusif Aslanov barəsində sağlamlıq imkanları məhdudluğunun təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 3.500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Şahid5 razılığını şəxsən aldıqdan sonra Şahid5 pasiyentlə birgə Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Yusif Aslanov barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid5 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, övladı – Xocavənd rayonu, Günəşli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.2018-ci il təvəllüdlü X34 və qardaşının oğlu - Xocavənd rayonu, Günəşli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.2013-cü il təvəllüdlü X14 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədikləri halda “ağır eşitmə” xəstəliyi əsasında sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid6 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Fəridə Əsədli və Fəxrəddin Əsədli barəsində sağlamlıq imkanları məhdudluğunun təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla hər bir şəxs üçün 3.500 (üç min beş yüz) manat olmaqla cəmi 7.000 (yeddi min) məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə təkrarən istəyib, Şahid6 razılığını şəxsən aldıqdan sonra Şahid6 pasiyentlə birgə Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Fərid Əsədli və Fəxrəddin Əsədli barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına vahid niyyətlə qanunsuz təsir etmək məqsədilə Şahid6 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində vahid niyyətlə təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək vahid niyyətlə təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, nəvələri – Cəbrayıl rayonu, Horovlu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.2019-cu il təvəllüdlü X53 və xx.xx.2021-ci il təvəllüdlü X42 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədikləri halda “ağır eşitmə” xəstəliyi əsasında sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid7 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Amin İmanov və Nihad İmanov barəsində sağlamlıq imkanları məhdudluğunun təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla hər bir şəxsə görə 3.500 (üç min beş yüz) manat olmaqla cəmi 7.000 (yeddi min) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə təkrarən istəyib, Şahid7 razılığını şəxsən aldıqdan sonra Şahid7 pasiyentlə birgə Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Amin İmanov və Nihad İmanov barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına vahid niyyətlə qanunsuz təsir etmək məqsədilə Şahid7 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində təkarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək vahid niyyətlə təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Cəbrayıl rayonu, Qərər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Şahid8 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid8 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Şahid8 barəsində əlilliyin təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 5.000 (beş min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Şahid8 razılığını şəxsən aldıqdan sonra Şahid8 Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Şahid8 barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid8 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Xocavənd rayonu, Günəşli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Şahid10 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid9 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Şahid10 barəsində əlilliyin təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 5.000 (beş min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Şahid9 razılığını şəxsən aldıqdan sonra Şahid9 pasiyentlə birgə Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Şahid10 barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid9 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Cəbrayıl rayonu, Xələfli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü X2 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Rəna Şahhüseynovaya Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Rəna Şahhüseynova barəsində əlilliyin təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 4.000 (dörd min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Rəna Şahhüseynovanın razılığını şəxsən aldıqdan sonra X33 Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Rəna Şahhüseynova barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Rəna Şahhüseynovadan özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Cəbrayıl rayonu, Banazur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Şahid13 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin dekabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid13 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının Şahid13 barəsində əlilliyin təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını qabaqcan əlbir olduğu şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 5.000 (beş min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Şahid13 razılığını şəxsən aldıqdan sonra Şahid13 Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin Şahid13 barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid13 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini 2022-ci ilin dekabr ayında ünvan 1 ünvanında təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bundan başqa, o, təkrarən, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, nəvəsi - Cəbrayıl şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.2018-ci il təvəllüdlü X22 əlilliyə səbəb olan hər hansı xəstəlikdən əziyyət çəkmədiyi halda “ağır eşitmə” xəstəliyi əsasında sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət təyin edilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin dekabr ayında Saatlı rayonu ərazisində özünə müraciət etmiş Şahid11 Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”nin müddəalarını rəhbər tutmaqla “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının İnci Əhmədova barəsində sağlamlıq imkanları məhdudluğunun təyin edilməsinin təmin edilməsi haqqında qərarlarına qanunsuz təsir etmək imkanına malik olmasını şəxsən bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla 3.000 (üç min) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəyib, Şahid11 razılığını şəxsən aldıqdan sonra Şahid11 Həkim Məsləhət Komissiyasına yönəltməli olduğu halda, Komissiyanın üzvləri ilə yaxın əlaqələrə malik Şahid1lə qohumluq münasibətində olduğuna görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Həkim Məsləhət Komissiyasının üzvlərinin İnci Əhmədova barəsində qeyd olunan xəstəliklə əlaqədar məlumatları “Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil edilərək Komissiya üzvlərinin elektron imzaları ilə təsdiq edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid11 özü və qabaqcadan əlbir olduğu Şahid2 və Şahid1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini 2022-ci ilin dekabr ayında Saatlı rayonu ərazisində təkrarən alıb, qabaqcadan əlbir olduğu Şahid2lə və Şahid1lə bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda X29 İdarəsində mühəndis vəzifəsində işləyir. Şahid1 onun dayısı oğludur. Şahid1 2022-ci ilin noyabr ayında Saatlı rayonu ərazisində baş tutmuş görüşlərinin birində söhbət əsnasında Saatlı RMX-nin həkimləri ilə sıx münasibətlərinin olduğunu, müxtəlif şəxslərə hər hansı tibb müəssisəsində əyani müayinəyə göndərilmədən pul müqabilində leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin uzadılmasında vasitəçilik etdiyini, ehtiyac olduğu təqdirdə analoji məsələlərlə əlaqədar özünə müraciət edə biləcəyini, bunun üçün yetkinlik yaşına çatmamış şəxslərə münasibətdə adambaşına 3.000 manat, yetkinlik yaşına çatmış şəxslərə münasibətdə isə adambaşına 4.000 pul verməli olduğunu bildirmiş, lakin alacağı vəsaitləri RMX-nin aidiyyəti əməkdaşları ilə necə bölüşdürəcəyini açıqlamamışdır. O, İlqarın təklifi ilə razılaşıb bu barədə tanışlarına, qohumlarına, o cümlədən də qayınanası Şahid12 məlumat vermişdir. 2022-ci ilin noyabr-dekabr ayları ərzində 8-i uşaq, 4-ü böyük olmaqla ümumilikdə 12 nəfərə görə analoji məsələlərlə əlaqədar cəmi 46.500 manat pul alıb, qeyd olunan vəsaitin 40.000 manatını müxtəlif xəstəliklər barədə əlillik göndərişlərinin rəsmiləşdirilməsi məqsədilə Saatlı RMX-nin HMK-nin məsul şəxslərinə təqdim etməsindən ötrü Şahid1 verərək, qalan 6.500 manatı öz şəxsi ehtiyaclarına sərf etmişdir. 8 uşaqdan 6na görə pul vəsaitlərini qayınanası Şahid12 vasitəsilə, qalan 2 uşağa və 4 böyüyə görə pul vəsaitlərini isə maraqlı şəxslərdən birbaşa özü almışdır. 8 uşağın 7-nin hər birinə görə 3.500 manat alıb 500 manatını özünə götürməklə qalan 3.000 manatını İlqara vermiş, digər 1 uşağa görə isə 3.000 manat aldığı üçün həmin vəsaitdən özünə heç nə götürmədən tam həcmdə İlqara çatdırmışdır. 4 böyüyün 3-nün hər birinə görə 5.000 manat alıb 1.000 manatını özünə götürərək qalan 4.000 manatını İlqara vermiş, digər 1 böyüyə görə isə 4.000 manat aldığı üçün həmin vəsaitdən özünə heç nə götürmədən tam həcmdə İlqara çatdırmışdır. 2022-ci ilin noyabr - dekabr ayları ərzində qayınanası Şahid12 yaşadığı ünvan 2 ünvanında X13 eşitmə zəifliyi əsasında əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.500 manat, X21 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.500 manat, X53 və X42 eşitmə zəifliyi əsasında əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində hər uşağa görə 3.500 manat olmaqla cəmi 7.000 manat, X20 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.500 manat və X22 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.000 manat pul və adları çəkilən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini ona vermişdir. O, həmin şəxslərin valideynləri ilə ünsiyyətdə olmamış, həmin şəxslərlə Mahirə danışmış, pulları alaraq ona təqdim etmişdir. O isə Mahirədən aldığı vəsaitlərin özünə götürdüyü hissəsini çıxmaqla yerdə qalanını adları çəkilən şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə Saatlı RMX-nin həyətində Şahid1lə təklikdə görüşməklə sonuncuya çatdırmışdır. Şahid12 maraqlı şəxslərdən aldığı vəsaitlərdən özünə heç nə götürməyərək tam həcmdə ona vermişdir. Mahirənin vasitəsilə aldığı 20.500 manatın (5 uşağın hər birinə görə 3.500 manat, 1 uşağa görə 3.000 manat) 2.500 manatını (5 uşağın hər birinə görə 500 manat, 1 uşağa görə isə heç bir məbləğ) özünə götürüb, qalan 18.000 manatını (6 uşağın hər birinə görə 3.000 manat) İlqara vermişdir. Lakin adları çəkilən uşaqların heç birinə pensiya təyin olunmamışdır. Bundan başqa, həmin dövrdə qohumu Şahid6 onunla telefon əlaqəsi saxlayıb, pul müqabilində müxtəlif şəxslərə əlillik pensiyası təyin edilməsində köməklik göstərdiyini eşitdiyini və həm öz övladı X34, həm də maddi imkanı zəif olan qardaşı Elçin Əsədovun övladı X14 pensiya təyin etdirmək qərarına gəldiyini bildirmiş, o isə öz növbəsində pensiya düzəltmək işi ilə dayısıoğlu Şahid1 məşğul olduğunu, özünün isə vətəndaşlarla İlqar arasında vasitəçilik etdiyini, İlqarın Saatlı RMX-nin həkimləri ilə yaxşı münasibətinin olduğunu, vətəndaşlardan aldığı pulları da məhz həkimlərə verərək pensiya təyin edilməsinə nail olduğunu demişdir. Amil ondan qızına və qardaşı oğluna da pensiya təyin edilməsində köməklik göstərməyini xahiş etdikdə o, uşaqlara xəstəliyə görə pensiya təyin olunması üçün hər uşağa görə 3.500 manat olmaqla cəmi 7.000 manat verməli olduğunu, uşaqların hər birinin 18 yaşına çatanadək fasiləsiz olaraq ayda minimum 220 manat pensiya alacaqlarını, pensiya təyinatı ilə bağlı bütün məsələlərin İlqar tərəfindən həll olunacağını, bununla bağlı hər hansı tibb müəssisəsinə və ya digər quruma getməyə zərurət olmayacağını bildirmişdir. Amil onun dedikləri ilə razılaşıb bir neçə gün ərzində ona zəng edərək 7.000 manat pul düzəltməklə həmin vəsaiti uşaqların şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə Saatlı rayonuna çatdırması üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 rayonlararası avtobuslardan birinin sürücüsünə verdiyini, vağzaldan götürə biləcəyini demiş, bir neçə saat sonra o, pulu uşaqların şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə Saatlı rayonunda vağzalda tanımadığı sürücüdən təhvil alaraq Amilə zəng edib bu barədə məlumat vermişdir. İki uşağa görə aldığı 7.000 manatın 1.000 manatını (hər uşağa görə 500 manat) özünə götürüb, qalan 6.000 manatı (hər uşağa görə 3.000 manat) adları çəkilən şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə Saatlı RMX-nin həyətində Şahid1lə təklikdə görüşməklə sonuncuya çatdırmış, İlqar isə öz növbəsində uşaqlara eşitmə zəifliyi əsasında pensiya təyin etdirəcəyini bildirmişdir. Lakin adları çəkilən uşaqların heç birinə pensiya təyin olunmamışdır. Bundan başqa, qayınanası Şahid12 qardaşının arvadı Şahid10 əvvəllər onun vasitəçiliyi olmadan təyin edilmiş İİ qrup əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının müddəti 2022-ci ildə başa çatdığından bərpası üçün Nigarın əri Şahid9 həmin ilin noyabr ayında Saatlı rayonu ərazisində ona müraciət edib bu məsələdə köməklik göstərməyini xahiş etmiş, o isə İlqarla sövdələşdikdən sonra Xansuvarın xahişini yerinə yetirməyə razılaşmış, 5.000 manat müqabilində əlilliyi bərpa etdirə biləcəyini, Nigarın əyani müayinəyə çağırılmadan, şəxsiyyət vəsiqəsinin surətindən başqa sənəd təqdim etmədən əlilliyinin bərpa olunacağını bildirmişdir. Xansuvar onun təklifi ilə razılaşıb tələb olunan 5.000 manat vəsaiti düzəldərək bir neçə gün sonra Saatlı rayonu ərazisində təklikdə görüşüb Nigarın şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə şəxsən onun özünə vermiş, o isə öz növbəsində pulun üstündən 1.000 manat götürüb qalan 4.000 manatı Nigarın vəsiqəsinin surəti ilə birlikdə Saatlı RMX-nin həyətində Şahid1lə görüşməklə sonuncuya çatdırmışdır. Lakin Şahid10 əlillik pensiyası bərpa olunmamışdır. Bundan başqa, qayınanası Şahid12 qohumu olduğunu eşitdiyi, lakin heç vaxt əyani rastlaşmadığı Şahid8 bəhs etdiyi ərəfədə onunla telefon əlaqəsi yaradıb, əvvəllər qaraciyər xəstəliyinə görə təyin olunmuş və müddəti başa çatmış İİ qrup əlillik dərəcəsinin müddətinin uzadılmasında köməklik göstərməyini xahiş etmiş, o isə İlqarla sövdələşdikdən sonra Afərin xahişini yerinə yetirməyə razılaşıb, bu məsələ ilə Saatlı RMXnin həkimləri ilə yaxın ünsiyyəti olan dayısı oğlu Şahid1 məşğul olduğunu, pensiyanın bərpa olunması üçün həkimlərə çatdırmasından ötrü İlqara 5.000 manat pul verməyin zəruriliyini, pul verdikdən sonra 2-3 ay ərzində heç bir tibb müəssisəsində əyani müayinədən keçmədən, əlavə sənəd toplamadan pensiyanın bərpa olunacağını, növbəti 5 il ərzində ayda minimum 300 manat pensiya alacağını bildirmişdir. Afər ona əvvəlki əlillik dərəcəsinin qaraciyər çatışmazlığı xəstəliyi ilə əlaqədar olduğunu xatırlatdıqda o, əlilliyin hansı xəstəliklə əlaqədar bərpa olunmasına qarışmamasını, bu məsələnin həkim tərəfindən həll olunacağını bildirmişdir. Afər onun şərtləri ilə razılaşıb, tələb etdiyi 5.000 manat vəsaiti düzəldərək şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə bəhs etdiyi ərəfədə Bakı şəhərindən taksi ilə Saatlı rayonuna yola salmış, elə həmin gün pulu və Afərin vəsiqəsinin surətini Saatlı rayonunda “kolxoz bazarı” kimi tanınan bazarın qarşısında sürücüdən təhvil almış, pulun üstündən 1.000 manat özünə götürüb qalan 4.000 manatı Afərin vəsiqəsinin surəti ilə birlikdə Saatlı RMX-nin həyətində Şahid1lə görüşməklə sonuncuya çatdırmışdır. Lakin Şahid8 əlillik pensiyası bərpa olunmamışdır. Bundan başqa, qayınanası Şahid12 bacısıqızı Şahid13 2022-ci ilin dekabr ayında əlillik dərəcəsi təyin olunmasında köməklik göstərməyini xahiş etmiş, o, Xəyalənin təklifini qəbul edib, məsələnin müsbət həll olunmasından ötrü bu qəbildən işlərlə məşğul olan tanışına 5.000 manat pul verməyin zəruri olduğunu, pulu verdikdən sonra heç bir tibb müəssisəsində əyani müayinədən keçmədən 3 ay ərzində İİ dərəcəli əlillik və əlilliyə görə əmək pensiyası təyin olunacağını, ayda 180 manatdan başlayaraq tədricən artımlarla müşayiət olunan pensiya alacağını demişdir. Xəyalə onun şərtləri ilə razılaşıb qısa müddətdə 5.000 manatı düzəldərək 2022ci ilin dekabrında yaşadığı ünvan 1 ünvanında təklikdə şəxsən özünə vermiş, o, pulun üstündən 1.000 manat özünə götürüb qalan 4.000 manatı Xəyalənin vəsiqəsinin surəti ilə birlikdə Saatlı RMX-nin həyətində Şahid1lə görüşməklə sonuncuya çatdırmışdır. Lakin Şahid13 əlillik pensiyası təyin olunmamışdır. Bundan başqa, 2022-ci ilin noyabr - dekabr aylarında uzaq qohumu olan X3 əlillik dərəcəsinin təyin olunması müqabilində sonuncudan 4.000 manat pul alıb həmin vəsaiti tam həcmdə Rənanın vəsiqəsinin surəti ilə birlikdə Saatlı RMX-nin həyətində Şahid1lə görüşməklə sonuncuya çatdırmış, lakin Rənaya əlillik pensiyası təyin olunmamışdır. Rəna həmin vəsaiti ona Bakı şəhərindən avtobusla yola salmış, o isə Saatlı rayonunda vağzaldan təhvil almışdır. 4 böyüyün hansısa birindən aldığı 4.000 manat vəsaiti İlqara verərkən Şahid2 də İlqarın yanında olmuş, o, pulu İlqara, İlqar isə onun yanında tam həcmdə Taleyə vermiş, əlavə olaraq İlqar cibindən 100 manatlıq əskinaslardan ibarət qalın bağlama çıxarıb 20.000 manat olduğunu bildirərək qeyd olunan vəsaiti də Taleyə təqdim etmiş və işlərə görə olduğunu demişdir. O, İlqarın həmin vəsaiti pensiya işləri ilə bağlı yığıb toplu halda Taleyə verdiyini ehtimal etdiyi üçün İlqardan və Taledən bu barədə heç nə soruşmamışdır. Sonda əməlindən peşman olmasını, üçüncü dərəcə əlil olmasını, vətəndaşlardan aldığı pullardan bir hissəsini qaytarmasını və gələcəkdə də ödənişlər edəcəyinin nəzərə alınıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspert rəyləri, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaq zamanı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-2023-cü illər ərzində Saatlı RMX-nin HMK-nin üzvləri ilə ayrı-ayrı rayon sakinləri arasında pul müqabilində leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin uzadılmasında vasitəçilik etmişdir. Çünki Saatlı RMX-nin əməkdaşları ilə etibarlı münasibətləri olmuş, ona görə də, çoxsaylı rayon sakinlərindən müxtəlif məbləğlərdə pullar alıb Saatlı RMX-nin əməkdaşlarına verərək əlillik dərəcələrinin təyin və bərpa edilməsinə nail olmuş, bəzi hallarda isə maraqlı şəxslər barəsində Forma 88 nümunəli elektron göndərişlər ƏƏSMN-in informasiya sisteminə yüklənsə də, imtina cavabları verilmişdir. Vasitəçilik xidmətlərinə görə özü də müəyyən miqdarda gəlir əldə etmişdir. Əlillik təyini və ya bərpası müqabilində müxtəlif məbləğlərdə pul vəsaitləri alınmış şəxslər heç bir tibb müəssisəsində əyani müayinəyə göndərilməmiş, yalnız şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmiş, vəsiqə məlumatları əsasında barələrində elektron sistemə Forma 88-lər işlənilmiş, zəruri tibbi sənədlərin hazırlanması isə Saatlı RMX-nin əməkdaşı Şahid2 və qeyriləri tərəfindən təmin edilmişdir. Sözügedən məsələlərin bir qisminin həll olunmasında bibisioğlu Təqsirləndirilən şəxs da iştirak etmişdir. Belə ki, Elxan 2022-ci ilin noyabr-dekabr ayları ərzində 8-i uşaq, 4-ü böyük olmaqla ümumilikdə 12 nəfərə görə (uşaqlar üçün adambaşına 3.000 manat, böyüklər üçün adambaşına 4.000 manat) ona cəmi 40.000 manat (uşaqlara görə cəmi 24.000 manat, böyüklərə görə cəmi 16.000 manat) pul vermiş, o, 12 nəfərə görə Təqsirləndirilən şəxs gətirdiyi vəsaitlərin hamısını bəhs etdiyi dövrdə müxtəlif vaxtlarda bir neçə dəfə Saatlı RMX-nin inzibati binasında xidməti otağında təklikdə görüşdüyü Şahid2 vermiş, sonuncu isə hər adama görə verdiyi 3.000 və ya 4.000 manat vəsaitdən ona 100, 150 və ya 200 manat pul vermiş, o, özünə qalan 100 – 200 manat miqdarında vəsaitləri şəxsi ehtiyaclarına sərf etmişdir. Şahid2 həmin vəsaitləri Saatlı RMX HMK-nin sədri olmuş Tale Şükürova verdiyini, bununla da, Forma 88-lərin elektron sistemə daxil edilməsinə nail olduğunu bildirmiş, lakin o, qeyd olunan vəsaitlərin doğrudan da Tale Şükürova verilib-verilmədiyini bilməmiş, ona görə də, bu barədə yalnız Şahid2 dediyi qədər məlumatlı olmuşdur. Tale Şükürovu xəstəxananın həkimi kimi tanısa da, ünsiyyəti olmamışdır. 2022-ci ilin noyabr-dekabr ayları ərzində qohumu Təqsirləndirilən şəxs Saatlı RMX-nin həyətində ona X13 eşitmə zəifliyi əsasında əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.000 manat, X21 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.000 manat, X53 və X42 eşitmə zəifliyi əsasında əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində hər uşağa görə 3.000 manat olmaqla cəmi 6.000 manat, X20 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.000 manat, X22 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 3.000 manat, X34 və X14 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində hər uşağa görə 3.000 manat olmaqla cəmi 6.000 manat, Şahid10 əvvəllər onun vasitəçiliyi olmadan təyin edilmiş və vaxtı bitmiş İİ qrup əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının müddətinin uzadılması müqabilində 4.000 manat, Şahid8 əvvəllər onun vasitəçiliyi olmadan təyin edilmiş və vaxtı bitmiş İİ qrup əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının müddətinin uzadılması müqabilində 4.000 manat, Şahid13 əlilliyə görə əmək pensiyası təyin edilməsi müqabilində 4.000 manat və X3 əlillik dərəcəsinin təyin olunması müqabilində 4.000 manat pul vermiş, o isə həmin vəsaitlərin hamısını müxtəlif vaxtlarda bir neçə dəfə Saatlı RMX-nin inzibati binasında xidməti otağında təklikdə görüşdüyü Şahid2 təqdim etmiş, sonuncu, öz növbəsində hər adama görə verdiyi 3.000 və ya 4.000 manat vəsaitdən ona 100, 150 və ya 200 manat pul vermiş, o, özünə qalan 100 – 200 manat miqdarında vəsaitləri şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək Saatlı RMX-də həkim-statistik, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin müdiri vəzifələrində çalışmışdır, xx.xx.2021-ci ildən hazırkı dövrədək xəstəxananın Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri kimi əmək fəaliyyətini davam etdirir. Həkim-statistik kimi vəzifələri xəstəxana tərəfindən göstərilən tibbi xidmətlərin və onların nəticələrinin, xəstəxanada baş verən ölüm hallarının və s. aylıq və illik hesabatlarını aparmaqdan, Statistika bölməsinin müdiri kimi vəzifələri tabeliyindəki operatorlar və tibbi-statistik tərəfindən görülən analoji işlərə nəzarət etməkdən ibarət olmuşdur. Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri kimi xəstəxananın bütün struktur qurumları tərəfindən pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyəti üzrə yerində yoxlamalar keçirmək, sorğu aparmaq və xidmət keyfiyyətinin ölçülməsinə xidmət edən digər işləri yerinə yetirməklə məşğul olmuşdur. İşlədiyi komitə yalnız rəhbərdən ibarət olmaqla tərkibində ondan başqa işçi ştatı olmamışdır. Adəm Əliyevin, Tale Şükürovun və X60 RMX-nin HMK-yə sədrlik etdiyi 2020-2022-ci illərdə həmin komissiyanın katibi kimi fəaliyyət göstərmişdir. Adəm Əliyev RMX-nin baş həkiminin müalicə işləri üzrə müavini – baş həkim vəzifəsində işləyərkən verdiyi xx.xx.2020-ci il tarixli əmrlə Forma 88-lərin daxil edildiyi elektron sistemə nəzarət olunmasını ona tapşırmış, sonrakı baş həkim – direktorun müalicə işləri üzrə müavini Tale Şükürov xx.xx.2022-ci il tarixli əmrlə onu komissiyanın katibi vəzifəsində saxlamışdır. Katib kimi əmək funksiyası HMK-nin qeydiyyat jurnallarını tərtib etməkdən və operatorlar tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş Forma 88-ləri təsdiqləməkdən ibarət olmuşdur. Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciət edən vətəndaş HMK tərəfindən əyani müayinəyə çağırılmış, HMK-nin baxışında müvafiq dövlərdə sədr qismində Adəm Əliyev, Tale Şükürov və Araz Usubov iştirak etmiş, əksərən müvafiq dövlərdə üzvlər olmuş Asif Nəzirov, Asif Həsənov, Nəsimi Həsənov, Arzuman Veysəlov və Müslüm Ulfanov komissiyanın iclasına gəlməmişlər. Komissiyanın iclasları həftədə bir dəfə keçirilmişdir. O, komissiyanın bütün iclaslarında katib qismində iştirak edib sədrin göstərişlərini yerinə yetirmiş, vətəndaş əyani müayinədən keçirilərkən o, HMK-nin jurnalında bu barədə qeydiyyat aparmış, xəstənin tibbi anketinə baxıldıqdan sonra diaqnoz öz təsdiqini tapdığı halda komissiyanın sədri və üzvləri bunu öz imzaları ilə təsdiq etmişlər. Adəm Əliyevin sədrliyi dövründə hər bir xəstənin diaqnozunun qarşısından və ya altından sədr və üzvlər hər biri qol çəkmişlər, Tale Şükürovdan başlayaraq, hətta Araz Usubovun dövründə də gün ərzində HMK-də müayinədən keçirilmiş bütün şəxslərin siyahısının sonunda onun tərəfindən yazılan protokolu sədr və üzvlər imzalamışlar. Üzvlər HMK-nin iclasında iştirak etdikdə yerində, iştirak etmədikdə isə sonradan jurnalın üzvlərə təqdim olunması yolu ilə iclas protokolunu imzalamışlar. Xəstələr HMK-də əyani müayinədən keçirilmədən, iclaslar faktiki təşkil olunmadan, habelə tibbi anket təqdim etmədən, tək şəxsiyyət vəsiqəsi əsasında xəstələr barəsində əlillik göndərişi rəsmiləşdirilməmişdir. HMK-nin iclası başa çatdıqdan sonra diaqnozları təsdiq olunmuş xəstələr barəsində əlillik göndərişlərinin rəsmiləşdirilməsindən ötrü tibbi anketlər xəstəxananın operatorlarına təqdim olunmuşdur. X26, Xəyalə Ağakişiyeva və X41 şəhəri, Heydər Əliyev prospekti 300 ünvanında yerləşən Saatlı RMXnin inzibati binasının 1-ci mərtəbəsində yerləşən kompüter otağında quraşdırılmış xidməti kompüterlər vasitəsilə Forma 88 nümunəli əlillik göndərişlərini ƏƏSMN-in elektron informasiya sisteminin “Əlillik” altsisteminə inteqrasiya olunmuş “e-sehiyye” portalına daxil etmişlər, bundan sonra o, 2-ci mərtəbədəki xidməti otağında öz istifadəsində olan xidməti kompüterlə istifadəçi adı və şifrəni yazmaqla həmin portala daxil olub, özündə saxladığı komissiya sədri və üzvlərinin elektron imzaları ilə göndərişləri təsdiq etmişdir. Göndəriş rəsmiləşdirildikdən sonra xəstənin tibbi anketi, o cümlədən ambulator və stasionar tibbi kitabçaları saxlanılmasından ötrü xəstəxananın Qeydiyyat şöbəsinə təhvil verilmişdir. Lakin sonradan anketlərin təqdim olunması istiqamətində tədbirlər görülərkən həmin anketlər xəstəxanada aşkar olunmamışdır, onlar ya itirilmiş, ya məhv edilmiş, ya da hansısa formada gizlədilmişdir, lakin bu barədə konkret məlumatı olmamışdır. Anketlərin xəstəxanada aşkar olunmaması onların əvvəlcədən mövcud olmaması, başqa sözlə, əlillik göndərişlərinin tək şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilməsi mənasını daşımır, çünki heç vaxt tibbi anket olmadan sistemə Forma 88 yüklənməmişdir. Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciət edən şəxslərin HMK-də əyani müayinədən keçirilmədən və tibbi anket təqdim etmədən barələrində komissiya tərəfindən əlillik göndərişlərinin rəsmiləşdirilməsi hallarına rast gəlinməmişdir. Lakin şahid qismində dindirilmiş əmək pensiyası, müavinət və təqaüd alan şəxslərin əlillik dərəcələrinin təyin edilməsi və ya vaxtı keçmiş əlillik müddətinin uzadılması məqsədilə aidiyyəti şəxslərə yalnız şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiklərini, habelə hər hansı tibb müəssisəsində əyani müayinədən keçmədiklərini göstərmələrinin səbəbləri barədə heç bir məlumatı olmamışdır. 2021-2022-ci illər ərzində əlillik dərəcələrinin təyin edilməsi və ya vaxtı keçmiş əlillik müddətinin uzadılması məqsədilə Şahid1 vasitəsilə X13 görə 3.000 manat, X21 görə 3.000 manat, X53 və X35 hər birinə görə 3.000 manat olmaqla cəmi 6.000 manat, X20 görə 3.000 manat, X22 görə 3.000 manat, X27 və X10 hər birinə görə 3.000 manat olmaqla cəmi 6.000 manat, Şahid10 görə 4.000 manat, Şahid8 görə 4.000 manat, Şahid13 görə 4.000 manat və X3 görə 4.000 manat pul almamış, sözügedən vəsaitlərdən Şahid1 xidmət haqqı kimi 100, 150 və ya 200 manat pul qaytararaq qalan vəsaitləri əlillik göndərişlərinin rəsmiləşdirilməsindən ötrü Tale Şükürova, Araz Usubova və ya qeyrilərinə təqdim etməmişdir. Yəqin ki, sözügedən vəsaitləri vətəndaşlardan Şahid1 özü alaraq xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsi həqiqəti əks etdirmir. Belə ki, Elxan pensiya işlərinə görə İlqara onun yanında pul verməmiş, İlqar isə öz növbəsində cibindən 100 manatlıq əskinaslardan ibarət qalın bağlama çıxarıb 20.000 manat olduğunu bildirərək həmin vəsaiti ona təqdim etməmiş və işlərə görə olduğunu deməmişdir. Ümumiyyətlə, İlqar və Elxanla üçlükdə görüşü olmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonundan məcburi köçkün kimi Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində məskunlaşmışdır. Təqsirləndirilən şəxs onun qızı X7 əri, Şahid1 isə küəkəni Elxanın dayısı oğludur, lakin o, İlqarla uzaq qohum olsa da, sonuncunu üzdən tanımır, İlqarla heç vaxt istər əlillik məsələsi, istərsə də digər məsələlərlə bağlı birbaşa ünsiyyəti olmamışdır. 2022-ci ilin noyabr-dekabr ayları ərzində kürəkəni Təqsirləndirilən şəxs ona demişdir ki, dayısı oğlu Şahid1 Saatlı RMX-nin həkimləri ilə mövcud olan əlaqələri sayəsində adambaşına 3.500 manat pul vəsaiti müqabilində müxtəlif şəxslərə tibb müəssisələrində əyani müayinəyə çağırılmadan, yalnız şəxsiyyət vəsiqəsinin surəti ilə ayrı-ayrı xəstəliklər əsasında əlilliyə görə əmək pensiyası təyin edilməsində köməklik göstərə bilər. Elxanın təklifindən sonra elə qeyd olunan ərəfələrdə qohumluq əlaqələri olan və Cəbrayıl qəsəbə sakini kimi tanıdığı şəxslərə bu barədə məlumat vermiş, nəticədə əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə ümumilikdə 6 uşağa görə 3.000 – 3.500 manat məbləğində pul vəsaitləri alıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Belə ki, 2022-ci ilin noyabr-dekabr ayları ərzində X13 eşitmə zəifliyi əsasında əlilliyə görə əmək pensiyası təyin etdirmək müqabilində uşağın atası Şahid4 Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində yaşadığı evdə 3.500 manat, X21 əlilliyə görə əmək pensiyası təyin etdirmək müqabilində uşağın nənəsi Şahid5 Biləsuvar rayonunda yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində 3.500 manat, X53 və X42 eşitmə zəifliyi əsasında əlilliyə görə əmək pensiyası təyin etdirmək müqabilində uşaqların nənəsi Şahid7 Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində yaşadığı evdə hər uşağa görə 3.500 manat olmaqla cəmi 7.000 manat, X20 əlilliyə görə əmək pensiyası təyin etdirmək müqabilində uşağın nənəsi və onun əmisiqızı olan X8 Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində 3.500 manat və X22 əlilliyə görə əmək pensiyası təyin etdirmək müqabilində uşağın nənəsi Şahid11 Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində yaşadığı evdə 3.000 manat pul almış, aldığı bütün vəsaitləri tam həcmdə elə həmin gün ləngitmədən uşaqların və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə Təqsirləndirilən şəxs təklikdə vermiş, ancaq məsələnin sonrakı gedişatına qarışmadığı üçün Elxanın həmin vəsaitləri İlqarla necə bölüşdürdüyünü bilməmişdir. 6 uşağa görə Elxana sadaladığı məbləğlərdə pul vəsaitləri verməyinə baxmayaraq, uşaqların heç birinə əlillik dərəcəsi və əmək pensiyası təyin olunmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X15 nənəsidir.Şahid12 onun əmisi qızıdır. Mahirə onunla telefonla əlaqə saxlayaraq, xəstəxanalarla yaxşı əlaqələri olan bir nəfər tanışının müxtəlif şəxslərə pul müqabilində əlilliyə görə əmək pensiyası təyin etdirdiyini, əgər istəsə, həmin şəxsə müraciət edə biləcəyini bildirmiş, o isə nəvəsi Zəhranın kəsilmiş pensiyasını bərpa etdirmək qərarına gəlmişdir. Belə ki, Zəhra anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkmiş, hətta xəstəliyinə görə 2016-2022-ci illərdə pensiya almış, 2022-ci ildə pensiyası kəsilmiş, ona görə də, nəvəsinin pensiyasını bərpa etdirmək istəmişdir. Bu barədə qərarını telefonla Mahirəyə dedikdə sonuncu, bunun müqabilində 3.500 manat pul tələb olunduğunu, uşağın 18 yaşına çatanadək xəstəliyə görə ayda 200 manat pensiya alacağını, pensiya təyinatından ötrü heç bir tibb müəssisəsində əyani müayinəyə getməyəcəyini, bütün zəruri sənədlərin tanışı tərəfindən hazırlatdırılacağını bildirmiş, o, Mahirə ilə razılaşıb qısa müddət ərzində tələb olunan 3.500 manat vəsaiti düzəldərək, Zəhranın şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən tanımadığı taksi ilə Mahirəyə göndərmiş, Mahirə Biləsuvar rayonunda pulu təhvil almış, pensiyanın 7-8 ay ərzində bərpa olunacağını vəd etsə də, vədinə əməl etməmiş, məsələnin həll olunmamasının səbəblərini isə deməmişdir. Verdiyi 3500 manat puldan hər hansı məbləğ qaytarılmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X11 atasıdır. Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində onun yaşadığı 3 saylı qəsəbəyə yaxın ərazidə qonşuluqda yaşadığına görə çoxdan tanıdığı Şahid12 ilə qəsəbədə söhbət edərkən sonuncu, Saatlı RMX-nin həkimləri ilə yaxşı ünsiyyəti olan tanışı vasitəsilə müxtəlif şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərdiyini demiş, müzakirə əsnasında o da qızı Dinə İsmayılovaya pensiya düzəltdirmək qərarına gəlib istəyini Mahirəyə bildirmiş, sonuncu isə öz növbəsində 3.500 manat müqabilində qızına əlillik təyin etdirə biləcəyini, pulu verdikdən sonra heç bir tibb müəssisəsində əyani yoxlanışdan keçmədən, uşağın və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətlərindən başqa əlavə sənəd təqdim etmədən qısa müddət ərzində eşitmə zəifliyi xəstəliyi əsasında əlillik təyin olunacağını, uşağın 18 yaşına çatanədək pensiya alacağını bildirmiş, lakin 3.500 manat pulun kimə çatacağını, məsələnin konkret olaraq kim tərəfindən həll ediləcəyini deməmiş, o da təfərrüatları soruşmadan Mahirənin təklifi ilə razılaşıb özünə məxsus 3.500 manat pulu bir neçə gün sonra Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində uşağın və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə yaşadığı mənzildə təklikdə Mahirəyə vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Mahirə verdiyi vədi yerinə yetirməmiş, uşağa əlillik və pensiya təyin olunmamışdır. X23 müayinə və müalicədə olmamışdır. Dinədə heç vaxt eşitmə zəifliyi və anadangəlmə nitq pozulması müşahidə edilməmişdir. Dinədə ağır eşitmə zəifliyi və anadangəlmə nitq pozulması xəstəlikləri olmasa da, maddi durumlarının qənaətbəxş olmaması səbəbindən Mahirədən qızına qeyd olunan xəstəliklə pensiya düzəltməsini xahiş etmişdir. Verdiyi 3500 manat puldan 500 manat qaytarılmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X16 nənəsidir. Biləsuvar rayonunda yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində onunla qonşuluqda yaşadığına görə çoxdan tanıdığı Şahid12 ilə yas mərasimində söhbət edərkən sonuncu, Saatlı RMX-nin həkimləri ilə yaxşı ünsiyyəti olan tanışı vasitəsilə müxtəlif şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərdiyini demiş, müzakirə əsnasında o da nəvəsi Yusif Aslanova pensiya düzəltdirmək qərarına gəlib istəyini Mahirəyə bildirmiş, sonuncu isə öz növbəsində 3.500 manat müqabilində nəvəsinə əlillik təyin etdirə biləcəyini, pulu verdikdən sonra heç bir tibb müəssisəsində əyani yoxlanışdan keçmədən, uşağın və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətlərindən başqa əlavə sənəd təqdim etmədən qısa müddət ərzində əlillik təyin olunacağını, uşağın 18 yaşına çatanədək pensiya alacağını bildirmiş, lakin 3.500 manat pulun kimə çatacağını, məsələnin konkret olaraq kim tərəfindən həll ediləcəyini, uşağın hansı xəstəliklə pensiyaya çıxarılacağını deməmiş, o, da təfərrüatları soruşmadan Mahirənin təklifi ilə razılaşıb özünə məxsus qızıl-zinət əşyalarının satışından əldə etdiyi 3.500 manat pulu bir neçə gün sonra Biləsuvar rayonunda yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində uşağın və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə təklikdə Mahirəyə vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Mahirə verdiyi vədi yerinə yetirməmiş, uşağa əlillik və pensiya təyin olunmamışdır. X36 müayinə və müalicədə olmamışdır. Yusifin heç bir qulağında eşitmə zəifliyi mövcud olmamış, adı çəkilən xəstəliklə bağlı tibbi yardım almamışdır. Yusifə pensiya sənədlərinin eşitmə zəifliyi xəstəliyi əsasında hazırlandığını sonradan bilmişdir. Verdiyi 3500 manat puldan 500 manat qaytarılmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X27 atası, X10 əmisidir. Hər iki uşaq doğuşdan əqli və fiziki cəhətdən sağlam olmuş, heç vaxt ağır xəstəlikdən əziyyət çəkməmiş, hansısa xəstəliklə bağlı tibb müəssisələrində stasionar müalicədə olmamışlar. 2022-ci ilin noyabr - dekabr aylarında qayınatasının bacısının kürəkəni kimi qohumluq münasibətinin mövcud olduğu Təqsirləndirilən şəxs pul müqabilində müxtəlif şəxslərə əlillik pensiyası təyin edilməsində köməklik göstərdiyini eşitmiş və həm öz övladı X34, həm də maddi imkanı zəif olan qardaşı Elçin Əsədovun övladı X14 pensiya təyin etdirmək qərarına gəlmiş, bu barədə qardaşı ilə məsləhətləşib sonuncunun da razılığını aldıqdan sonra Elxanla “WhatsApp”la əlaqə yaradıb söhbət etmiş, söhbət zamanı Elxan pensiya düzəltmək işi ilə əmisioğlu Şahid1 məşğul olduğunu, özünün isə vətəndaşlarla İlqar arasında vasitəçilik etdiyini, İlqarın Saatlı RMX-nin həkimləri ilə yaxşı münasibətinin olduğunu, vətəndaşlardan aldığı pulları adını çəkmədiyi həkimlərə verərək pensiya təyin edilməsinə nail olduğunu bildirmişdir. O, Elxandan qızına və qardaşı oğluna da pensiya təyin edilməsində köməklik göstərməyini xahiş etdikdə sonuncu, uşaqlara xəstəliyə görə pensiya təyin olunması üçün hər uşağa görə 3.500 manat olmaqla cəmi 7.000 manat verməli olduğunu, uşaqların hər birinin 18 yaşına çatanadək fasiləsiz olaraq ayda minimum 220 manat pensiya alacaqlarını, pensiya təyinatı ilə bağlı bütün məsələlərin İlqar tərəfindən həll olunacağını, bununla bağlı hər hansı tibb müəssisəsinə və ya digər quruma getməyə zərurət olmayacağını bildirmişdir. O, Elxanın dedikləri ilə razılaşıb bir neçə gün ərzində 7.000 manat pul düzəldərək Elxanla sövdələşdikdən sonra həmin vəsaiti Saatlı rayonuna Elxana çatdırması üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 rayonlararası avtobuslardan birinin tanımadığı sürücüsünə vermiş, bir neçə saat sonra Elxan ona zəng edib 7.000 manatı tam həcmdə Saatlı rayon mərkəzi avtovağzalında sürücüdən təhvil aldığını demişdir. Elxan daha sonra aldığı pulun hamısını İlqara, sonuncunun isə öz növbəsində Saatlı RMX-nin adını demədiyi həkiminə verdiyini, məsələnin 2-3 ay ərzində həll olunacağını bildirmiş, lakin qeyd olunan hadisənin üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də uşaqların heç birinə pensiya təyin edilməmişdir. Fəridə və Fəxrəddin heç bir klinikada tibbi müayinələrdən keçirilməmiş və hər iki xəstədə eşitmə zəifliyi, karlıq problemi aşkar edilməmişdir. Verdiyi 7000 manat puldan hər hansı məbləğ qaytarılmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X53 və X54 onun nəvələridir. Baldızının qudası kimi uzun müddətdir tanıdığı Şahid12 ilə 2022-ci ilin noyabr-dekabr aylarında baldızının nəvəsinin ad günü mərasimində iştirak edərkən söhbət əsnasında Mahirə Saatlı RMX-nin həkimləri ilə yaxşı ünsiyyəti olan tanışı vasitəsilə müxtəlif şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərdiyini demiş, müzakirə zamanı o da nəvələri Amin İmanov və Nihad İmanova pensiya düzəltdirmək qərarına gəlmiş, uşaqların valideynləri ilə məsləhətləşmədən istəyini Mahirəyə bildirmiş, sonuncu isə öz növbəsində hər uşağa görə 3.500 manat olmaqla cəmi 7.000 manat müqabilində nəvələrinə əlillik təyin etdirə biləcəyini, pulu verdikdən sonra heç bir tibb müəssisəsində əyani yoxlanışdan keçmədən, uşaqların və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətlərindən başqa əlavə sənəd təqdim etmədən qısa müddət ərzində əlillik təyin olunacağını, uşaqların eşitmə zəifliyi xəstəliyi ilə pensiyaya çıxarılacağını və 18 yaşına çatanədək pensiya alacağını bildirmiş, lakin 7.000 manat pulun kimə çatacağını, məsələnin konkret olaraq kim tərəfindən həll ediləcəyini deməmiş, o da təfərrüatları soruşmadan Mahirənin təklifi ilə razılaşıb bir neçə gün ərzində borca 7.000 manat pul düzəldərək Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində uşaqların və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə yaşadığı ünvanda təklikdə Mahirəyə vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Mahirə verdiyi vədi yerinə yetirməmiş, uşaqlara əlillik və pensiya təyin olunmamışdır. X12 RMX PHŞ və X45 ambulator və xx.xx.2022-ci ildə Eşitmənin, səsin və nitqin patologiyası üzrə RM-də ambulator müayinə və müalicədə olmamışdır. Amində heç vaxt ağır eşitmə zəifliyi problemi müşahidə olunmamışdır, sadəcə, Mahirə uşağın həmin xəstəliklə pensiyaya çıxarılacağını təklif edəndə maddi ehtiyaclarını nəzərə alıb bu təklifə etiraz etməmişdir. Amin və Nihad adlı nəvələri pensiya təyinatı ilə əlaqədar müayinədə olmamışlar. Verdiyi 7000 manat puldan 1000 manat qaytarılmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şahid10 əridir. Nigar 2017-2022-ci illərdə İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. 2022-ci ildə əlillik müddəti başa çatdıqdan sonra bərpası üçün o, bacısının kürəkəni Təqsirləndirilən şəxs həmin ilin noyabr ayında Saatlı rayonu ərazisində müraciət edib pensiyanın bərpası üçün köməklik göstərməsini xahiş etmiş, çünki Elxanın bu qəbildən olan işlərlə məşğul olduğunu, pul müqabilində müxtəlif şəxslərə əlillik təyin edilməsi və müddətinin uzadılması məsələlərində vasitəçilik etdiyini eşitmişdir. Elxan onun təklifi ilə razılaşıb 5.000 manat müqabilində əlilliyi bərpa etdirə biləcəyini, Nigarın əyani müayinəyə çağırılmadan, şəxsiyyət vəsiqəsinin surətindən başqa sənəd təqdim etmədən əlilliyinin bərpa olunacağını bildirmiş, lakin pulu kimə verəcəyini, məsələnin kim tərəfindən həll olunacağını deməmişdir. O, Elxanın təklifi ilə razılaşıb tələb olunan 5.000 manat vəsaiti düzəldərək bir neçə gün sonra Saatlı rayonu ərazisində təklikdə görüşüb Nigarın şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə şəxsən özünə vermiş, lakin sonradan Elxan ona əlillik göndərişinin adını bildirmədiyi şəxs tərəfindən elektron sistemə vurulmasına baxmayaraq, əlillik təyinatından imtina olunduğunu demişdir. Nigar Saatlı RMX PHŞ-də və X45 eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi diaqnozu ilə ambulator müayinədə olmamışdır. Təqsirləndirilən şəxs oğluna verilmiş 5000 manat pula görə şikayətçi deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əsədova X25 Əsədovla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, X17 nənəsidir. Mərhum əri X9 dayısının arvadı kimi qohumluq əlaqələrinin mövcud olduğu Şahid12 ilə 2022-ci ilin dekabr ayında yaşadığı Biləsuvar rayonu, 7 saylı Cəbrayıl qəsəbəsində söhbət edərkən Mahirə, kürəkəni Elxanın Saatlı RMX-nin həkimləri ilə yaxşı ünsiyyəti olan adını çəkmədiyi tanışı vasitəsilə müxtəlif şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərdiyini demiş, o da nəvəsi X22 pensiya düzəltdirmək qərarına gəlmiş, istəyini Mahirəyə bildirmiş, sonuncu isə öz növbəsində Elxana 3.000 manat pul verməklə nəvəsinə əlillik təyin etdirə biləcəyini, pulu verdikdən sonra heç bir tibb müəssisəsində əyani yoxlanışdan keçmədən, uşağın və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətlərindən başqa əlavə sənəd təqdim etmədən qısa müddət ərzində əlillik təyin olunacağını, uşağın eşitmə zəifliyi xəstəliyi ilə pensiyaya çıxarılacağını və 18 yaşına çatanədək pensiya alacağını, Elxanın 3.000 manatı adını çəkmədiyi tanışına verəcəyini bildirmişdir. O, Mahirənin təklifi ilə razılaşıb bir neçə gün ərzində 3.000 manat pul düzəldərək Biləsuvar rayonunda yerləşən 9 saylı Cəbrayıl qəsəbəsində uşağın və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə yaşadığı ünvanda təklikdə Mahirəyə vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Mahirə verdiyi vədi yerinə yetirməmiş, uşaqlara əlillik və pensiya təyin olunmamışdır. İnci Əhmədova eşitmə zəifliyi və əlilliyə səbəb olan digər xəstəlikdən əziyyət çəkməmiş, heç bir tibb müəssisəsində stasionar müalicədə olmamışdır. Verdiyi 3000 manat puldan hər hansı məbləğ qaytarılmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, əlilliyə görə əmək pensiyasının müddəti başa çatdıqdan sonra 2021-ci ildə ödənişin verilməsi dayandırılmışdır. Qardaşının uzaq qohumu kimi qiyabi tanıdığı Təqsirləndirilən şəxs müxtəlif şəxslərə pul müqabilində pensiya təyin edilməsi və müddəti başa çatmış pensiya müddətinin uzadılması məsələsində köməklik göstərdiyini eşitdiyinə görə ona təyin olunmuş əlillik dərəcəsinin müddətinin uzadılması üçün 2022-ci ilin noyabrdekabr aylarında telefonla Elxana müraciət edib məsələ haqqında müzakirə aparmış, Elxan razılaşıb bu məsələ ilə Saatlı RMX-nin həkimləri ilə yaxın ünsiyyəti olan dayısıoğlu Şahid1 məşğul olduğunu, pensiyanın bərpa olunması üçün adını demədiyi həkimlərə çatdırmasından ötrü İlqara 5.000 manat pul verməyin zəruriliyini, pul verdikdən sonra 2-3 ay ərzində heç bir tibb müəssisəsində əyani müayinədən keçmədən, əlavə sənəd toplamadan pensiyanın bərpa olunacağını, növbəti 5 il ərzində ayda minimum 300 manat pensiya alacağını bildirmiş, lakin pensiyanın bərpası ilə bağlı sənədləşmələrin konkret olaraq hansı həkim tərəfindən icra olunacağını, alınan vəsaitin kimlərlə və hansı qaydada bölüşdürüləcəyini deməmişdir. O, Elxana əvvəlki əlillik dərəcəsinin qaraciyər çatışmazlığı xəstəliyi ilə əlaqədar olduğunu xatırlatdıqda sonuncu, əlilliyin hansı xəstəliklə əlaqədar bərpa olunmasına qarışmamağını, bu məsələnin həkim tərəfindən həll olunacağını bildirmişdir. O, Elxanın şərtləri ilə razılaşıb qeyd olunan ərəfədə tələb olunan 5.000 manat vəsaiti düzəldərək Bakı şəhərindən tanımadığı taksi sürücüsü ilə Saatlı rayonuna yola salmış, elə həmin gün Elxan ona zəng edib göndərdiyi pulu Saatlı rayonunda “kolxoz bazarı” kimi tanınan bazarın qarşısında sürücüdən təhvil aldığını demişdir. Pulu verdikdən sonra vəd olunan müddət tamamlansa da, Elxan tərəfindən verilən vəd yerinə yetirilməmişdir. O, eşitmə zəifliyi, karlıq xəstəliyindən əziyyət çəkməmişdir. Verdiyi 5000 manat puldan hər hansı məbləğ qaytarılmamışdır. Şahid13 məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid13 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 245/KEŞ nömrəli rəyinə əsasən, X10 müayinəsi zamanı onda hazırda hər hansı bir somatik xəstəlik və xəstəlik əlamətləri müəyyən edilmədi, səhhəti ilə bağlı şikayəti yoxdur. X10 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli N00055491MRY nömrəli forma 88-də əsas diaqnoz qrafasında qeyd edilən “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Aparılmış obyektiv müayinələrə əsasən “Doğuş zamanı aldığı travmadan hər iki qulaqda İV dərəcə çox ağır eşitmə” və ağırlaşma qrafasında “Eşitmənin ototoksik itirilməsi. Hər iki qulaqda İV dərəcə cox ağır eşitmə, neyrosensor tipli ağır eşitmə” diaqnozu əyani müayinə zamanı müəyyən edilməmişdir. X10 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli N00055491MRY nömrəli göndərişdə əsas diaqnoz qrafasında və əsas diaqnozun ağırlaşması qrafasında qeyd edilən xəstəliklər, məhkəmə-tibbi ekspertiza tədqiqatında öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. X10 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli N00055491MRY nömrəli göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. X10 hazırki sağlamlıq durumu ilə əlaqədar onun sağlamlıq imkanlarını məhdudlaşdıran xəstəlik(lər) müəyyən edilmədi. X10 adına Saatlı RMX-sı tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli N00055491MRY nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 250/KEŞ nömrəli rəyinə əsasən, X23 müayinəsi zamanı onda hazırda hər hansı bir somatik xəstəlik və xəstəlik əlamətləri müəyyən edilmədi, səhhəti ilə bağlı şikayəti yoxdur. X11 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli B00051148YAZ nömrəli göndərişdə əsas diaqnoz qrafasında qeyd edilən “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Anadangəlmə hər iki qulaqda çox ağır İV dərəcəli ağır eşitmə”, ağırlaşma qrafasında “Eşitmənin ototoksik itirilməsi, anadangəlmə hər iki qulaqda çox ağır İV dərəcəli ağır eşitmə, neyrosensor tipli ağır eşitmə” diaqnozları əyani müayinə zamanı müəyyən edilməmişdir. X11 adına Saatlı RMX-da rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnozlar öz təsdiqini tapmamışdır. Obyektiv, laborator, kliniki instrumental müayinədən keçmədən X13 diaqnoz qoyulması mümkün deyil. X11 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. X11 hazırki sağlamlıq durumu ilə əlaqədar onun sağlamlıq imkanlarını məhdudlaşdıran xəstəlik(lər) müəyyən edilmədi. X11 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli X00052714ZNU nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci bəndinin pozulması kimi qiymətləndirilir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 264/KEŞ nömrəli rəyinə əsasən, Şahid8 müayinəsi zamanı onda hal-hazırda hər iki qulaqda eşitmə patologiyası qeyd edilməmiş və bununla əlaqədar şikayəti olmamışdır. Şahid8 adına Saatlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli X00051023PXİ nömrəli göndərişdə ona əsas diaqnoz qrafasında “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli xroniki koxlear nevrit neyrosensor ağır eşitmə İV dərəcəli” və ağırlaşma qrafasında “Eşitmənin ototoksik itirilməsi, hər iki qulaqda neyrosensor ağır eşitmə İV dərəcə”, həmçinin yanaşı xəstəliklər qrafasında “Başqa rubrikalarda təsnif olunmayan xroniki aktiv hepatit, xroniki virus hepatiti aqressiv hepatit tez-tez kəskinləşmələrlə. Qaraciyər çatmamazlığı” diaqnozları əyani müayinə zamanı müəyyən edilməmişdir. Şahid8 adına Saatlı RMX-da rəsmilləşdirilmiş göndərişdə qeyd olunmuş diaqnozlar öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid8 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. Şahid8 hazırki sağlamlıq durumu onun əlillik təyinatı üçün əsas verən xəstəlik(lər) müəyyən edilmədi. Şahid8 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli X00051023PXİ nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 265/KEŞ nömrəli rəyinə əsasən, X15 müayinəsi zamanı onda hazırda hər hansı bir somatik (nevroloji) xəstəlik və xəstəlik əlamətləri müəyyən edilmədi, səhhəti ilə bağlı şikayəti yoxdur. X15 adına Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli D00051093PLS nömrəli göndərişdə əsas diaqnoz qrafasında “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Anadangəlmə hər iki qulaqda çox ağır İV dərəcə ağır eşitmə, neyrosensor tipli ağır eşitmə”, ağırlaşma qrafasında “Eşitmənin ototoksik itirilməsi, hər iki qulaqda çox ağır İV dərəcə ağır eşitmə, neyrosensor tipli ağır eşitmə” məhkəmə-tibbi ekspertiza tədqiqatında müəyyən edilməmişdir. X15 adına Saatlı RMX-da rəsmilləşdirilmiş göndərişdə qeyd olunan diaqnozlar öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmişdir. X15 rəsmiləşdirilmiş göndərişdə qeyd edilən əsas diaqnoz və əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 375/KEŞ nömrəli rəyinə əsasən, X35 müayinəsi zamanı onda hazırda hər hansı bir somatik xəstəlik və xəstəlik əlamətləri müəyyən edilmədi, səhhəti ilə bağlı şikayəti yoxdur. X35 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli D00058635KMQ nömrəli forma 88-də əsas diaqnoz qrafasında qeyd edilən “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Aparılmış obyektiv müayinələrə əsasən doğuş zamanı aldığı travmadan hər iki qulaqda İV dərəcə çoxağır eşitmə” və ağırlaşma qrafasında “Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli konduktiv tipli itirilməsi. Hər iki qulaqda İV dərəcəli çox ağır eşitmə” diaqnozu əyani müayinə zamanı müəyyən edilməmişdir. X35 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz qrafasında və əsas diaqnozun ağırlaşması qrafasında qeyd edilən xəstəliklər, tibbi ekspertiza tədqiqatında öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. X35 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. X35 hazırki sağlamlıq durumu ilə əlaqədar onun sağlamlıq imkanlarını məhdudlaşdıran xəstəlik(lər) müəyyən edilmədi. X35 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli D00058635KMQ nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 376/KEŞ nömrəli rəyinə əsasən, Şahid10 obyektiv müayinəsi zamanı onun hər hansı bir xəstəlikdən əziyyət çəkməsi qeyd edilməmiş və səhəti ilə bağlı şikayəti olmamışdır. Şahid10 adına Saatlı rayon mərkəzi xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Z00051583BRC nömrəli göndərişdə ona təyin edilmiş “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit. Hər iki qulaqda İV dərəcəli neyrosensor tipli ağır eşitmə”, “Eşitmənin ototoksik itirilməsi, Hər iki qulaqda neyrosensor ağır eşitmə İV dərəcə”, həmçinin yanaşı xəstəliklər “Mədə və onikibarmaq bağırsağın fistulu, mədə çıxacağının, mədə çıxacağı önünün, mədə çıxacağı kanalının xərçəngi” diaqnozları əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 377/KEŞ nömrəli rəyinə əsasən, X16 müayinəsi zamanı onda hazırda hər hansı bir somatik xəstəlik və xəstəlik əlamətləri müəyyən edilmədi, səhhəti və eşitmə qabiliyyəti ilə bağlı şikayəti yoxdur. X16 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli X00055556GRY nömrəli forma 88-də əsas diaqnoz qrafasında qeyd edilən “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə”. Aparılmış obyeytiv müayinələrə əsasən “Anadangəlmə iki tərəfli çox ağır İV dərəcəli eşitmə azlığı, neyrosensor tipli ağır eşitmə İV dərəcə” və ağırlaşma qrafasında “Eşitmənin ototoksik itirilməsi”, “Anadangəlmə iki tərəfli çox ağır İV dərəcəli eşitmə azlığı, neyrosensor tipli ağır eşitmə İV dərəcə” diaqnozları əyani müayinə zamanı müəyyən edilməmişdir. X16 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz qrafasında və əsas diaqnozun ağırlaşması qrafasında qeyd edilən xəstəliklər, məhkəmətibbi ekspertiza tədqiqatında öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. X16 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. X16 hazırki sağlamlıq durumu ilə əlaqədar onun sağlamlıq imkanlarını məhdudlaşdıran xəstəlik(lər) müəyyən edilmədi. X16 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli X00055556GRY nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 381/KEŞ nömrəli rəyinə əsasən, X37 müayinəsi zamanı onda hazırda hər hansı bir somatik xəstəlik və xəstəlik əlamətləri müəyyən edilmədi, səhhəti ilə bağlı şikayəti yoxdur. X37 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli H00058673KJY nömrəli forma 88-də əsas diaqnoz qrafasında qeyd edilən “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Aparılmış obyektiv müayinələrə əsasən doğuş zamanı aldığı travmadan hər iki qulaqda İV dərəcə çox ağır eşitmə” və ağırlaşma qrafasında “Eşitmənin ototoksik itirilməsi. Anadangəlmə iki tərəfli çox ağır İV dərəcəli eşitmə azlığı, neyrosensor tipli ağır eşitmə İV dərəcə” diaqnozları əyani müayinə zamanı müəyyən edilməmişdir. X37 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz qrafasında və əsas diaqnozun ağırlaşması qrafasında qeyd edilən xəstəliklər, məhkəmə-tibbi ekspertiza tədqiqatında öz təsdiqini tapmamışdır. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. X37 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş göndərişdə hiperdiaqnostikaya yol verilmişdir. X37 hazırki sağlamlıq durumu ilə əlaqədar onun sağlamlıq imkanlarını məhdudlaşdıran xəstəlik(lər) müəyyən edilmədi. X37 adına Saatlı RMX tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli H00058673KJY nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün bu, həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012ci il tarixli 70 saylı əmrin 24.1-ci (“Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə”) bəndinin pozulması kimi qiymətləndirilir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 421/KEŞ nömrəli rəyinə əsasən, Şahid13 müayinəsi zamanı onun səhəti ilə hər hansı bir şikayəti yoxdur, o cümlədən “Dil xərçəngi” xəstəliyinin obyektiv əlamətləri müəyyən edilmədi. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid13 hazırki sağlamlıq durumu onun əlillik təyinatı üçün əsas vermir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 437/KEŞ nömrəli rəyinə əsasən, X17 müayinəsi zamanı onda hər hansı somatik xəstəlik, o cümlədən eşitmə pozğunluğu və lor orqanların patologiyaları müəyyən edilmədi. X17 hazırki sağlamlıq durmu ilə əlaqədar onun sağlamlıq imkanları məhdudluğunun təyin edilməsi üçün əsas verən xəstəlik(lər) müəyyən edilmədi. İşdə olan “Baxış keçirilməsi haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, X48 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. X23 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. X36 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. X53 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. X54 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. X38 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. Şahid8 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. Şahid10 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. X5 – xx.xx.2022-ci ildə müayinədən keçirilmiş, “ağır eşitmə” diaqnozu qoyulmuş və diaqnoz komissiya üzvlərinin imzaları, həmçinin HMK-nin möhürü ilə təsdiq edilmişdir. Barəsində əlillik göndərişi (Forma 88) rəsmiləşdirilmiş X24 ilə bağlı HMK-nin rəylərinin qeydiyyatı kitablarında heç bir qeyd aşkar olunmamışdır: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23 fevral 2024-cü il və 30 aprel 2024-cü il tarixli müşayiət məktubları ilə daxil olmuş sənədlərin təhlilindən görünür ki, X48, X24, X23, X38, X36, X53, X54, X39, Şahid8, Şahid10, X5 və Şahid13 ibtidai araşdırmanın əhatə etdiyi dövrdə sağlamlıq imkanlarının məhdudluğuna görə müavinət və əlilliyə görə əmək pensiyası təyin edilməmiş, bu istiqamətdə büdcə vəsaiti sərf olunmamışdır. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə 16 noyabr 2022-ci il tarixli PHŞ/6.65-3.1-2022-1317 nömrəli əmrə əsasən, X55 xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri, X40, X18, X43 və X1 üzvləri, Şahid2 isə komissiyanın katibi təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X32 Heyətinin 2 iyul 2021-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə”yə əsasən, Həkim Məsləhət Komissiyası şəxslərin sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, tibbi və əmək realibitasiyası ilə bağlı məsələlərin həll edilməsini təmin etmək, müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərin düzgünlüyünə nəzarət etmək, əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi iiə əlaqədar təkrar şəhadətləndirilrnəsi üçün müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinət müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi (əlillik dərəcəsini ləğv-etmək, əlillik dərəcəsini azaltmaq və ya artırmaq məqsədilə), əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin istehsalatda aldığı zədə və ya sağlamlığının pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə TSEK-ə göndərişlər vermək, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin verilməsinin əsaslılığına və müddətinə nəzarət etmək, xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqələrinin müddətini qanunvericiliklə müəyyən olunmuş qaydada artırmaq, ehtiyac olduqda xəstələri əlavə müayinə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərmək və digər səlahiyyətlərə malikdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin MEİS-in əlillik haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlildir. Ona “şmorle düyünləri(yırtıqları), MSS-nin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi. Yaddaş və intellektin enməsi.psixopata bənzər davranışlar. Davranışın ictimailəşdirilməmiş pozğunluğu, yaddaş və intelektin enməsi.psixopata bənzər davranışlar. Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu qoyulmuşdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsinin dispozisiyasına görə şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, vətəndaşlara dəymiş ziyandan qismən ödənişlər etməsini, ahıl yaşda olmasını, hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əli olmasını, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini təkrar törətməsi Azərbaycan Respublikası CM-in 61.1.1-ci, həmin cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi isə həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 8000(səkkiz min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-46/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-46/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver