Məhkəmə qərarları › İş №1(055)-48/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-48/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-48/2023 09.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 09 avqust 2023-cü il, saat 17:00 Saatlı şəhəri xx xxxx 2003-cü ildə Saatlı rayonu Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Smadakənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; xx xxx 2001-ci ildə Saatlı rayonu Smadakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Smadakənd kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1, 26 yanvar 2023-cü il tarixdə saat 22:30 radələrində Saatlı rayonu Orta Muğan kəndində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, oradan bir baş erkək, 8 aylıq, 30-35 kiloqram çəkidə 175 manat dəyərində qoçu və bir baş dişi, 8 aylıq, 30-35 kiloqram çəkidə 175 manat dəyərində qoyunu oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 350 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 26 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Orta Muğan kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, oradan iki baş erkək, 1 yaşlı, 30-35 kiloqram çəkidə, hər biri ayrı-ayrılıqda 160 manat, ümumilikdə 320 manat dəyərində qoçları və bir baş erkək, 1 yaş 6 aylıq, 50-55 kiloqram çəkidə 350 manat dəyərində qoçu oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 670 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 19 fevral 2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Nəsimikənd kəndində yaşayan Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, oradan bir baş dişi, 1 yaşlı, 150 kiloqram çəkidə, 1300 manat dəyərində dananı oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 1300 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 mart 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Nəsimikənd kəndində yaşayan Zərərçəkmiş şəxs4 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olub, oradan 01 baş erkək, 1 yaş 6 aylıq, 230 kiloqram çəkidə 2200 manat dəyərində dananı oğurlamaq istəsə də, heyvanın böyük olduğundan tövlədən çıxarıb apara bilməmiş, iradəsindən asılı olmayan səbəblərə özgə əmlakını gizli olaraq talamağı başa çatdıra bilməyərək oğurluğa cəhd etmiş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 04 mart 2023-cü il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Soltanabad kəndində yaşayan Zərərçəkmiş şəxs5 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açıb qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olub, oradan bir baş erkək, 2 yaşlı, 180 kiloqram çəkidə, 1800 manat dəyərində oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 1800 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 19 fevral 2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Nəsimikənd kəndində yaşayan Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, oradan bir baş dişi, 1 yaşlı, 150 kiloqram çəkidə, 1300 manat dəyərində dananı oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 1300 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 mart 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Nəsimikənd kəndində yaşayan Zərərçəkmiş şəxs4 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açıb qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, oradan 01 baş erkək, 1 yaş 6 aylıq, 230 kiloqram çəkidə 2200 manat dəyərində dananı oğurlamaq istəsə də, heyvanın böyük olduğundan tövlədən çıxarıb apara bilməmiş, iradəsindən asılı olmayan səbəblərə özgə əmlakını gizli olaraq talamağı başa çatdıra bilməyərək oğurluğa cəhd etmiş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 04 mart 2023-cü il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Soltanabad kəndində yaşayan Zərərçəkmiş şəxs5 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin qapısını açıb qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, oradan bir baş erkək, 2 yaşlı, 180 kiloqram çəkidə, 1800 manat dəyərində oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 1800 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və onlar məhkəməyə verilmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Saatlı rayonu Smadakənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədəyindən müxtəlif şəxslərə borcları olmuş və maddi imkanı zəif olduğundan borclarını qaytara bilməmişdir. Bu səbəbdən borclarını ödəmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. 26 yanvar 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı kəndin içərisindən keçən avtomobil yoluna çıxaraq gözləməyə başlamışdır. Tanımadığı yol avtomobili ilə əyləşərək Saatlı rayonu Orta Muğan kəndinə gedib avtomobildən aşağı düşmüşdür. Kəndin içərisində piyada gəzərək oğurluq etmək üçün həyət axtarmağa başlamışdır. Təxminən saat 22:30 radələrində kiçik arxın kənarında yerləşən əvvəldən tanımadığı, lakin sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gəlmişdir. Həmin evdə işıqların söndüyünü və heç kimin orada olmadığına əmin olduqdan sonra ətrafa baxaraq dəmir qapıları açaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra sol tərəfdə yerləşən qamışdan ibarət tövlə görmüş və qapısına tərəf getmişdir. Qamış hasardan ibarət tövlənin qapısını açaraq içəri daxil olaraq xırdabuynuzlu heyvanları oğurlamaq istəmişdir. İçəri daxil olduqdan sonra orada torpaqdan divarları olan tövləyə daxil olub qapısını açmışdır. Tövlədən 1 baş erkək və 1 baş dişi xırdabuynuzlu heyvanları götürüb küçəyə çıxartmışdır. Oğurladığı 2 baş xırdabuynuzlu heyvanları yol kənarı ilə aparıb hər hansı şəxs olarsa satmaq üçün getmişdir. Həmin heyvanları bir qədər apardıqdan sonra yolun kənarında dəmir qapılı və daş hasardan ibarət əvvəldən tanımadığı, lakin sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gəlmişdir. Həsənin yaşadığı evin həyətindən oğurladığı 2 baş xırdabuynuzlu heyvanların qaçmaması üçün ayaqlarını iplə bağlamışdır. Təxminən saat 23 radələrində Çingizin yaşadığı evin hasarına yaxınlaşaraq oradan həyətə baxıb heç kimin olmadığına əmin olmuşdur. Hasarın üstünə çıxıb divarları daşdan ibarət olan tövləyə daxil olmuş və çox sayda xırdabuynuzlu heyvanların olduğunu görmüşdür. Tövlədə olan xırdabuynuzlu heyvanların içərisində böyük 1 baş erkək xırdabuynuzlu heyvanı və balaca 2 baş xırdabuynuzlu heyvanları tutmuşdur. Həmin heyvanları götürüb daş hasarın üstündən küçəyə atmış və özü də oradan küçəyə çıxmışdır. Oğurladığı 3 baş xırdabuynuzlu heyvanları da digər oğurladığı 2 baş xırdabuynuzlu heyvanların yanına aparmışdır. Ayaqlarını bağladığı 2 baş xırdabuynuzlu heyvanların iplərini açaraq hamsını çöl sahə ilə Saatlı rayonu ərazisindən keçən və Orta Muğan kəndinə dönən yolun giriş hissəsinə gəlmişdir. Oğurladığı 5 baş xırdabuynuzlu heyvanları yolun kənarında qoyaraq özü yola tərəf gedərək həmin heyvanları satmaq üçün adam axtarmağa başlamışdır. Həmin vaxt markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobili onun yanında dayanmışdır. Həmin şəxslə danışarkən 5 baş xırdabuynuzlu heyvanının olduğunu və satmaq istədiyini demişdir. Tanımadığı şəxs həmin xırdabuynuzlu heyvanlara baxdıqdan sonra ümumilikdə 600 manat pul verəcəyini demişdir. O da həmin şəxslə razılaşmış və 600 manat pul verdikdən sonra 5 baş xırdabuynuzlu heyvanları avtomobilinin yük yerinə mindirib getmişdir. O da pulu alıb tanımadığı yol avtomobilinə əyləşərək yaşadığı evə qayıtmışdır. 08 dekabr 2022-ci il tarixdə dostu Yusif onun mobil telefon nömrəsinə zəng edərək Saatlı şəhərinin mərkəzinə getmək istədiyini demişdir. O da Yusiflə razılaşdıqdan sonra onunla birlikdə idarə etdiyi avtomobili ilə Saatlı şəhərinə gəlmişlər. Yusif orada işlərini yekunlaşdırdıqdan sonra birlikdə onun avtomobilinə əyləşərək yaşadığı kəndə getməyə başlamışlar. Saatlı rayonu Qara Nuru kəndi ərazisində olarkən tanımadığı şəxsin idarə etdiyi “Ford” markalı avtomobillə onun idarə etdiyi avtomobil toqquşmuşdur. O həmin avtomobilin sürücüsü ilə danışıb razılaşdıqdan sonra yavaşyavaş yaşadığı kəndə getmişdir. Yusifə avtomobilinin onunla birlikdə Saatlı şəhərindən gələrkən əzildiyini bildirərək ona kömək etməsini və birlikdə avtomobili təmir etdirmək istədiyini demişdir. Maddi cəhətdən imkanı zəif olduğundan özünə məxsus avtomobili təmir etdirmək üçün pulu olmamışdır. Avtomobilini Sabirabad rayonundan olan usta taparaq təmir etməsi üçün ona vermişdir. Avtomobili təmirdə olarkən həmin təmir pulunu vermək üçün pul tapmaq istəmişdir. Buna görə də tanışı Saatlı rayonu Moranlı kəndində yaşayan Şahid mobil telefon nömrəsinə zəng edərək avtomobilinin ustada olduğunu və təcili pul lazım olduğunu demişdir. Kamal da ona hissə-hissə ümumilikdə 640 manat pul vermişdir. O da Kamaldan pulları aldıqdan sonra özünə məxsus avtomobili təmir etdirmişdir. Bir müddət sonra Kamal ona pula ehtiyacı olduğunu və ona borc üçün verdiyi pulları geri tələb etməyə başlamışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün Yusiflə danışaraq oğurluq etmək qərarına gəlmişlər. Yusiflə danışarkən konkret olaraq hansısa evdən oğurluq etmək üçün deyil, hər hansı həyətində it olmayan evə daxil olaraq oradan heyvan oğurlamağı fikirləşmişlər. Buna görə də gecə saatlarında Saatlı rayonu Soltanabad kəndi istiqamətində gedərək hər hansı bir şəxsin evi olarsa ora daxil olub oğurluq etmək istəmişlər. 18 fevral 2023-cü il tarixdə saat 23 radələrində Yusiflə mobil telefon əlaqəsi saxlayıb kəndlərində onunla görüşmüşdür. Birlikdə Saatlı rayonu Nəsimikənd kəndinə tərəf getmişlər. 19 fevral 2023-cü il tarixdə saat 01 radələrində Saatlı rayonu Nəsimikənd kəndinə çatdıqdan sonra yolun kənarında ara yol olduğunu görmüşlər. Kəndin içərisindəki həmin ara yola daxil olduqdan sonra bir qdər irəli getmiş, yolun qurtaracağında həyətində heyvan damı və damın yuxarısında isə ot tayasının olduğunu görmüşlər. O, Yusiflə danışarkən həmin damda iribuynuzlu heyvanın olduğunu fikirləşmişdir. Onlar həmin heyvan damının yaxınlığına gələrək ətrafa baxmış və heç kimin olmadığını görüb dama yaxınlaşmışlar. Damın qapısı kiçik pəncərə “cəftə”si ilə bağlı olduğundan asanlıqla qapıçı açaraq ikisi də ora daxil olmuşlar. Damın içərisində xeyli heyvanın olduğunu görmüşlər. Həmin heyvanların yanında olan 1 baş dişi, sarı rəngli danaya yaxınlaşmışlar. Dananın bağlandığı ipi Yusiflə açmaq istəsələr də möhkəm bağlandığından aça bilməmişdir. Onun üstündə olan bıçaqla dananın ipini kəsmişlər və o, dananın ipindən tutaraq çölə çıxartmışdır. Yusif də dananın arxasından iplə vuraraq arxadınca gəlmişdir. O, asfalt yolun kənarı ilə Yusiflə birlikdə oğurladığı heyvanı yaşadığı kənd istiqamətində aparmağa başlamışdır. Heyvanı oğurladığı yerdən bir qədər kənarlaşandan sonra o, Kamalın mobil telefon nömrəsinə zəng edərək 1 baş dişi iribuynuzlu heyvanının olduğunu, əgər almaq istəyərsə həmin dişi dananı satmaq istədiyini demişdir. Kamal da heç bir problem olmadığını, lakin yaşadığı Saatlı rayonu Smadakənd kəndinə gedə bilmədiyini, əgər satmaq istəyirsə həmin dişi dananı yaşadığı kəndin yaxınlığına gətirməyini və heyvana baxdıqdan sonra qiymətdə razılaşaraq alacağını demişdir. O da Yusiflə birlikdə təxminən saat 03 radələrində Sabirabad Moranlı kəndinin yaxınlığındakı “Ana kollektor” adlanan kollektorun yanına çatmışlar. O, Kamala zəng edərək yaşadığı kəndin yaxınlığındakı kənd sakinləri arasında “Ana kollektor” adlanan kollektorun yanında olduğunu, 1 baş dişi dananı da özü ilə gətirdiyini və onun həmin heyvana gəlib baxmağını demişdir. Bir müddət sonra Kamal piyada onun yanına gələrək Yusiflə və onunla görüşmüşdür. Oğurladığı 1 baş dişi, sarı rəngli danaya baxaraq qiymət barəsində danışmağa başlamışlar. O, Kamala həmin dananı 600 manata satmaq istədiyini demişdir. Kamal da ona həmin dananı 600 manata bazarda sata bilməyəcəyini, dananı baha qiymətə satdığını, aşağı qiymətə dananı verərsə götürmək istədiyini demişdir. Kamalla söhbət etdikdən sonra dananı ona 470 manata satmağa razılaşmışdır. Onun Kamala borcu olduğundan 470 manat pulu borcuna çıxmış və Yusiflə ona pul verməmişdir. Kamala pulunun olmadığını və xərclik üçün biraz pul verməyini istəmişlər. Kamal ona 30 manat pul vermiş və yerdə qalan borcları ilə birlikdə ümumilikdə 200 manat borcu qalmışdır. Həmin dananı Kamala satdıqdan sonra kəndə qayıtmış, Kamalın ona verdiyi 30 manat pulun 15 manatını Yusifə vermiş və Yusif ondan ayrılaraq öz yaşadığı evə getmişdir. Bir müddət o, yaşadığı kənddə müəyyən işlərlə məşğul olarkən Kamal onun mobil telefon nömrəsinə zəng edərək yerdə qalan 200 manat borcunu istəmişdir. O da Kamala hazırda pulunun olmadığını və pul taparkən borcunu qaytaracağını demişdirm. Maddi cəhətdən çətinlik çəkdiyindən və pulu olmadığından yenidən Yusiflə danışaraq oğurluq etmək qərarına gəlmişlər. 03 mart 2023-cü il tarixdə saat 23 radələrində Yusiflə danışaraq kənddə görüşmüş və birlikdə piyada Saatlı rayonu Nəsimikənd kəndinə tərəf gəlmişlər. 04 mart 2023-cü il tarixdə saat 02 radələrində kəndin içərisindən keçən asfalt yolun kənarında heyvan səsi eşitmiş, həmin istiqamətə baxarkən açıq yer olduğunu, açıq sahədə də bağlı iribuynuzlu heyvanların olduğunu görmüşlər. Yusiflə birlikdə yol kənarındakı heyvanlar saxlanılan yerə yaxınlaşmış və həmin yerin açıq hissəsindən heyvanlar saxlanılan yerə daxil olmuşlar. Orada böyük iribuynuzlu sort heyvan olduğunu görüb yaxınlaşaraq bağlandığı yerdən ipini açmağa başlamışlar. Dananın ipini açaraq saxlanıldığı yerdə bayıra çıxarmış və Yusiflə birlikdə dananı aparmaq istəmişlər. Lakin oğurlamaq istədiyi heyvan böyük olduğudan və apara bilməyəcəklərindən həmin yerə buraxaraq yaşadığı kənd istiqamətində qayıtmışlar. Təxminən saat 05 radələrində asfalt yolun kənarı ilə Yusiflə birlikdə yaşadığı kənd istiqamətində qayıdarkən bir qədər aralıda damı olan ev görmüşlər. Evin kənarlarında başqa qonşu evlərin olmadığını görüb ora yaxınlaşaraq ətrafa baxmışlar. Tövlənin giriş qapısında itin olduğunu görmüş və Yusiflə birlikdə tövlənin giriş qapısına yaxınlaşmışlar. Qapının açıq olduğunu görüb daş hasarın üstünə çıxaraq Yusiflə birlikdə tövləyə daxil olmuşlar. Tövlənin açıq hissəsində inəklərin olduğunu görüb kiçik damın qapısını açaraq ora daxil olduq. Həmin damda danaları saxlanıldığını müşahidə etdik və 1 baş erkək, sarı rəngli iribuynuzlu heyvanın olduğunu görmüşlər. Dananın ipini üstündəki bıçaqla kəsərək balaca damdan çıxarmışlar. Tövlənin qapısının içəridən asma qıfılla bağlandığını görmüş və Yusif qıfılı heyvanların bağlandığı dəmir mıxla açmışdır. Qapını açdıqdan sonra o, dananın ipindən tutaraq şumluq sahə ilə Yusiflə birlikdə asfalta tərəf getmişlər. Oğurladığı heyvanı asfalt yolun kənarındakı sahə ilə yaşadığı evə tərəf aparmışdır. Yaşadığı evə çatdıqdan sonra oğurladığı dananı yaşadığı evin yaxınlığında otlayan özünə məxsus heyvanların içərisinə buraxmışlar. Yusif də onunla sağollaşdıqdan sonra yaşadığı evə getmişdir. Günorta saatlarında özünə məxsus heyvanları həyətinə bağladıqdan sonra oğurladığı dananı heyvan damına gətirərək bağlamışdır. Saat 16 radələrində o, Kamalın mobil telefon nömrəsinə zəng edərək yaşadığı evin həyətində 1 baş erkək dananın olduğunu, həmin heyvanı satmaq istədiyini və Kamalın yaşadığı evə gələrək heyvana baxmağını istəmişdir. Kamal da onunla danışıb razılaşdıqdan sonra idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə yanında tanımadığı bir nəfər şəxslə birlikdə yaşadığı ünvana gəlmişlər. Evinin qarşısına çatdıqdan sonra Kamal onu səsləmiş və küçəyə çıxdıqdan sonra Kamalla görüşüb söhbət etmişlər. Kamal onun birlikdə yaşadığı evin həyətindəki heyvan saxladığı tövləyə tərəf gəlmiş və oradakı 1 baş erkək, sarı rəngli, qısa buynuzlu dananı göstərib həmin dananı satmaq istədiyini ona demişdir. Kamal heyvana baxdıqdan sonra neçəyə satmaq istədiyini ondan soruşmuşdur. O həmin erkək dananı 800 manata satdığını demişdir. Kamal ona erkək dananı baha qiymətə satdığını, həmin qiymətə dananı bazarda sata bilməyəcəyini deyib qiymətini aşağı salmağını istəmişdir. O da qiyməti aşağı saldıqdan sonra 700 manata dananı Kamala satmağa razılaşmışdır. Onun Kamala 200 manat borcu olduğundan verəcəyi puldan həmin pulu borcuna çıxmışdır. Kamal cibindən 500 manat pul çıxarıb ona vermiş və erkək dananı onunla gələn şəxslə birlikdə tövlədən çıxarıb “Qazel”in yük yerinə mindirmişlər. Kamal da həmin şəxslə birlikdə “Qazel”in sükanı arxasına əyləşərək çıxıb getmişlər. Yusiflə həmin gün danışaraq axşam saatlarında görüşmüş və dananı satarkən ona verilmiş 500 manat puldan 250 manatını ona vermişdir. Pulu Yusifə verib yaşadığı evə qayıtmışdır. Sonradan polis əməkdaşları onu həmin oğurluqlarla əlaqədar RPŞ-nə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Yusiflə birlikdə etdiyi oğurluqların hamısını etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər və zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbi yoxdur. Etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Saatlı rayonu Smadakənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. 08 dekabr 2022-ci il tarixdə o, dostu Allahyarın mobil telefon nömrəsinə zəng edərək Saatlı şəhərinin mərkəzinə getmək istədiyini demişdir. Allahyarla razılaşdıqdan sonra onunla birlikdə idarə etdiyi avtomobillə Saatlı şəhərinə gəlmişlər. O orada işlərini yekunlaşdırdıqdan sonra birlikdə Allahyarın avtomobilinə əyləşərək yaşadığı kəndə getməyə başlamışlar. Saatlı rayonu Qara Nuru kəndi ərazisində olarkən tanımadığı şəxsin idarə etdiyi “Ford” markalı avtomobillə Allahyarın idarə etdiyi avtomobil toqquşmuşdur. Allahyar da həmin avtomobilin sürücüsü ilə danışıb razılaşdıqdan sonra yavaş-yavaş yaşadığı kəndə getmişlər. Allahyar ona avtomobilinin birlikdə Saatlı şəhərindən gələrkən əzildiyini bildirərək ona kömək etməyini və birlikdə avtomobili təmir etdirmək istədiyini demişdir. Maddi cəhətdən imkanı zəif olduğundan avtomobili təmir etdirmək üçün pulu olmamışdır. Allahyarın avtomobili təmirdə olarkən həmin təmir pulunu verməyi üçün pul tapmaq istəmişlər. Allahyar bir müddət sonra tanışı Saatlı rayonu Moranlı kəndində yaşayan Kamal adlı şəxsdən ümumilikdə 640 manat pul aldığını demişdir. Allahyar Kamaldan pulları aldıqdan sonra özünə məxsus avtomobili təmir etdirmişdir. Bir müddət sonra Kamal Allahyara pula ehtiyacı olduğunu və borc üçün verdiyi pulları geri tələb etməyə başlamışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün Allahyarla danışaraq oğurluq etmək qərarına gəlmişlər. Allahyarla danışarkən konkret olaraq hansısa evdən oğurluq etmək üçün deyil, hər hansı həyətində it olmayan evə daxil olaraq oradan heyvan oğurlamağı fikirləşmişlər. Buna görə də gecə saatlarında Saatlı rayonu Soltanabad kəndi istiqamətində gedərək hər hansı bir şəxsin evi olarsa ora daxil olub oğurluq etmək istəmişlər. 18 fevral 2023-cü il tarixdə saat 23 radələrində Allahyarla mobil telefon əlaqəsi saxlayıb kəndlərində onunla görüşmüş və birlikdə Saatlı rayonu Nəsimikənd kəndinə tərəf getmişlər. 19 fevral 2023-cü il tarixdə saat 01 radələrində Saatlı rayonu Nəsimikənd kəndinə çatdıqdan sonra yolun kənarında ara yol olduğunu görmüşlər. Kəndin içərisindəki həmin ara yola daxil olduqdan sonra bir qədər irəli getmiş, yolun qurtaracağında həyətində heyvan damı və damın yuxarısında isə ot tayasının olduğunu görmüşlər. O, Allahyarla danışarkən həmin damda iribuynuzlu heyvanın olduğunu fikirləşmişlər. Onlar həmin heyvan damının yaxınlığına gələrək ətrafa baxmış və heç kimin olmadığını görüb dama yaxınlaşmışlar. Damın qapısı kiçik pəncərə “cəftə”si ilə bağlı olduğundan asanlıqla qapını açaraq ikisi də ora daxil olmuşlar. Damın içərisində xeyli heyvanın olduğunu görmüşlər. Həmin heyvanların yanında olan 1 baş dişi, sarı rəngli olan danaya yaxınlaşmışlar. Dananın bağlandığı ipi Allahyarla açmaq istəsələr də möhkəm bağlandığından aça bilməmişlər. Allahyar üstündə olan bıçaqla dananın ipini kəsmiş və dananın ipindən tutaraq çölə çıxartmışdır. O da dananın arxasından ağacla vuraraq onların ardınca getmişdir. Asfalt yolun kənarı ilə Allahyarla birlikdə oğurladığı heyvanı yaşadığı kənd istiqamətində aparmağa başlamışlar. Heyvanı oğurladığı yerdən bir qədər kənarlaşandan sonra Allahyar Kamalın mobil telefon nömrəsinə zəng edərək 1 baş dişi iribuynuzlu heyvanının olduğunu, əgər almaq istəyərsə həmin dişi dananı satmaq istədiyini demişdir. Kamal da heç bir problem olmadığını, lakin yaşadığı Saatlı rayonu Smadakənd kəndinə gedə bilmədiyini, əgər satmaq istəyirsə həmin dişi dananı yaşadığı kəndin yaxınlığına gətirməyini və heyvana baxdıqdan sonra qiymətdə razılaşaraq alacağını demişdir. O da Allahyarla birlikdə təxminən saat 03 radələrində Sabirabad Moranlı kəndinin yaxınlığındakı “Ana kollektor” adlanan kollektorun yanına çatmışlar. Allahyar Kamala zəng edərək yaşadığı kəndin yaxınlığındakı kənd sakinləri arasında “Ana kollektor” adlanan kollektorun yanında olduğunu, 1 baş dişi dananı da özü ilə gətirdiyini və onun həmin heyvana gəlib baxmağını demişdir. Bir müddət sonra Kamal piyada onların yanına gələrək Allahyar və onunla görüşmüşdür. Oğurladığı 1 baş dişi, sarı rəngli danaya baxaraq qiymət barəsində danışmağa başlamışlar. Allahyar Kamala həmin dananı 600 manata satmaq istədiyini demişdir. Kamal da Allahyara həmin dananı 600 manata bazarda sata bilməyəcəyini, dananı baha qiymətə satdığını, aşağı qiymətə dananı verərsə götürmək istədiyini demişdir. Kamalla söhbət etdikdən sonra dananı ona 470 manata satmağa razılaşmışlar. Kamala borcu olduğundan 470 manat pulu borca çıxmış və Allahyarla ona pul verməmişdir. Kamala pulunun olmadığını və xərclik üçün biraz pul verməyini istəmişlər. Kamal onlara 30 manat pul vermiş və yerdə qalan borcları ilə birlikdə ümumilikdə 200 manat borc qalmışdır. Həmin dananı Kamala satdıqdan sonra kəndə qayıtmış, Kamalın Allahyara verdiyi 30 manat pulun 15 manatını ona vermiş və Allahyar ondan ayrılaraq öz yaşadığı evə getmişdir. Yaşadığı kənddə müəyyən işlərlə məşğul olarkən Allahyar ona zəng edərək danışarkən Kamalın ona olan 200 manat borcunu qaytarmaq istədiyini demişdir. Maddi cəhətdən çətinlik çəkdiyindən və pulu olmadığından yenidən Allahyarla danışaraq oğurluq etmək qərarına gəlmişlər. 03 mart 2023-cü il tarixdə saat 23 radələrində Allahyarla danışaraq kənddə görüşmüş və birlikdə piyada Saatlı rayonu Nəsimikənd kəndinə tərəf gəlmişlər. 04 mart 2023-cü il tarixdə saat 02 radələrində kəndin içərisindən keçən asfalt yolun kənarında heyvan səsi eşitmiş, həmin istiqamətə baxarkən açıq yer olduğunu, açıq sahədə də bağlı iribuynuzlu heyvanların olduğunu görmüşlər. Allahyarla birlikdə yol kənarındakı heyvanlar saxlanılan yerə yaxınlaşmış və həmin yerin açıq hissəsindən heyvanlar saxlanılan yerə daxil olmuşlar. Orada böyük iribuynuzlu sort heyvan olduğunu görüb yaxınlaşaraq bağlandığı yerdən ipini açmağa başlamışlar. Dananın ipini açaraq saxlanıldığı yerdə bayıra çıxarmışlar və Allahyarla birlikdə dananı aparmaq istəmişlər. Lakin oğurlamaq istədiyi heyvan böyük olduğundan və apara bilməyəcəyindən həmin yerə buraxaraq yaşadığı kənd istiqamətində qayıtmışlar. Təxminən saat 05 radələrində asfalt yolun kənarı ilə Allahyarla birlikdə yaşadığı kənd istiqamətində qayıdarkən bir qədər aralıda damı olan ev görmüşlər. Evin kənarlarında başqa qonşu evlərin olmadığını görüb ora yaxınlaşaraq ətrafa baxmışlar. Tövlənin giriş qapısında itin olduğunu görmüş və Allahyarla birlikdə tövlənin giriş qapısına yaxınlaşmışlar. Qapının bağlı olduğunu görüb daş hasarın üstünə çıxaraq Allahyarla birlikdə tövləyə daxil olmuşlar. Tövlənin açıq hissəsində inəklərin olduğunu görüb kiçik damın qapısını açaraq ora daxil olmuşlar. Həmin damda danaları saxlanıldığını müşahidə etmiş və 1 baş erkək, sarı rəngli iribuynuzlu heyvanın olduğunu görmüşlər. Dananın ipini Allahyar üstündəki bıçaqla kəsərək balaca damdan çıxarmışlar. Tövlənin qapısının içəridən asma qıfılla bağlandığını görmüş və o, qıfılı heyvanların bağlandığı dəmir mıxla açmışdır. Qapıçı açdıqdan sonra Allahyar dananın ipindən tutaraq şumluq sahə ilə onunla birlikdə asfalta tərəf getmişlər. Oğurladığı heyvanı asfalt yolun kənarındakı sahə ilə yaşadığı evə tərəf aparmışdır. Yaşadığı evə çatdıqdan sonra oğurladığı dananı Allahyar yaşadığı evin yaxınlığında otlayan özlərinə məxsus heyvanların içərisinə buraxmış və o, Allahyarla sağollaşaraq heyvanlarını otarmağa getmişdir. Təxminən saat 17-18 radələrində Allahyar onunla həmin gün danışaraq axşam saatlarında görüşmüş, dananı 700 manata Kamala satdığını, Kamalın həmin puldan 200 manatını borca çıxdığını, hazırda onda 500 manat pul qaldığını və həmin puldan 250 manatını ona vermişdir. Pulu Allahyar ona verib yaşadığı evə qayıtmışdır. Sonradan polis əməkdaşları həmin oğurluqlarla əlaqədar RPŞ-nə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Allahyarla birlikdə etdiyi oğurluqların hamısını etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər və zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbi yoxdur. Etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ifadəsində göstərdi ki, Saatlı rayonu Orta Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmədiyindən özünə məxsus həyətyanı torpaq sahəsini əkib-becərməklə, şəxsi təsərrüfatındakı iri və xırdabuynuzlu heyvanları saxlamaqla məşğul olur. Ona məxsus təsərrüfatda 4 baş, yəni bir baş erkək və 3 baş dişi xırdabuynuzlu heyvanları vardır, həmin heyvanları yaşadığı evin giriş hissəsindəki tövlədə saxlayır. 26 yanvar 2023-cü il tarixdə həmişə olduğu kimi özünə məxsus heyvanları çöl sahəyə aparıb otardıqdan sonra saat 21 radələrində gətirib tövləyə salmışdır. Həmin vaxt xırdabuynuzlu heyvanları tövləyə salarkən hamısını saymışdır. Tövlənin qapısı taxtadan olduğundan örtüb bağlamışdır. Saat 22 radələrində onun digər ailə üzvləri Sabirabad şəhərində keçirilən yas mərasimi ilə əlaqədar ora getdiyindən atası Lətiflə birlikdə idarə etdiyi avtomobillə əyləşərək Sabirabad şəhərinə getmişlər. Saat 23 radələrində ailə üzvləri avtomobilə əyləşdikdən sonra atası Lətifin idarə etdiyi avtomobillə yaşadığı Saatlı rayonu Orta Muğan kəndinə qayıtmışlar. O, yaşadığı evə gəldikdən sonra hazırlaşaraq yatmışdır. 27 yanvar 2023-cü il tarixdə saat 02 radələrində onunla qonşuluqda yaşayan bibisi nəvəsi İlham mobil telefon nömrəsinə zəng edərək yaşadıqları evin həyətindəki tövlədən 3 baş qoçun oğurlandığını və bu barədə polisə məlumat verdiklərini demişdir. O da əynini geyinərək dərhal İlhamın yaşadığı ünvana getmişdir. İlhamın atası Çingizdən nə olduğunu soruşarkən yaşadıqları evdə olmadığı müddətdə 3 baş qoçun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını demişdir. Saat 02:30 radələrində o, Çingizin yaşadığı evdən çıxaraq öz yaşadığı ünvana gəlmişdir. Evinə çatarkən həyətindəki tövləyə baxmamış və gedib yatmışdır. Saat 08 radələrində yuxudan qalxaraq özünə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanları aparıb otarmaq üçün tövləyə daxil olmuşdur. Xırdabuynuzlu heyvanları tövlədən çıxarıb otarmağa aparmaq istəyərkən 1 baş dişi və 1 baş erkək heyvanın olmadığını görmüşdür. Tövləyə baxarkən həmin heyvanların oğurlandığını müəyyən etmişdir. Bundan sonra o da bibisi oğlu Çingizi yaşadığı evə çağıraraq 2 baş xırdabuynuzlu heyvanının oğurlandığını ona demişdir. Daha sonra o da DİN-in 102 xidməti zəng mərkəzinə xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Lakin sonradan ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağışlamış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək ifadəsində göstərdi ki, Saatlı rayonu Nəsimikənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus traktorla çöl sahəyə gedib işləyərək yaşadığı evə qayıdır. Onun özünə məxsus təsərrüfatda iribuynuzlu heyvanlar vardır, həmin heyvanları yaşadığı evin həyətindəki tövlədə saxlayır. Özünə məxsus iribuynuzlu heyvanları tövlədə qalır, həyətdə ot və su verərək heyvanlara nəzarət edir. 03 mart 2023-cü il tarixdə həmişə olduğu kimi axşam saatlarında tövlədə saxladığı iribuynuzlu heyvanlarına ot və su verərək iplə bağlamışdır. Yaşadığı evdə yatdıqdan sonra 04 mart 2023-cü il tarixdə saat 05 radələrində özünə məxsus traktora əyləşərək çöl sahədə əkdiyi arpanı suvarmağa getmişdir. Çöl sahədə əkdiyi arpanı suvarıb sonra yaşadığı evə qayıtmışdır. Tövlədə saxladığı iribuynuzlu heyvanlara su və ot verərkən orada iplə bağladığı 1 baş erkək iribuynuzlu heyvanının açıq olduğunu görmüşdür. Əvvəlcə digər ailə üzvlərindən tövlədə olan iribuynuzlu heyvanının ipini nə üçün açdığını soruşmuşdur. Digər ailə üzvləri ona tövləyə getmədiklərini və heyvanların iplərini açmadıqlarını demişlər. O, dərhal tövləyə gedərək iribuynuzlu heyvanı aparıb yerinə bağlamaq istəyərkən ipinin açıldığını görmüşdür. Sonra ipi kəsilmiş 1 baş iribuynuzlu heyvanını tövləyə apararaq yerinə bağlamışdır. Sonradan ona məxsus tövlədən 1 baş iribuynuzlu heyvanını oğurlamağa cəhd edən Saatlı rayonu Smadakənd kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tövlədən 1 baş iribuynuzlu heyvanımı oğurlamağa cəhd edərkən o və digər ailə üzvləri qorxaraq narahat olmuşlar. Lakin sonradan təqsirləndirilən şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağışlamış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək ifadəsində göstərdi ki, Saatlı rayonu Soltanabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Saatlı RPŞ-nə ünvanladığı ərizə ilə bağlı qeyd edir ki, ona məxsus təsərrüfatında 12 baş iribuynuzlu heyvanlar vardır, həmin iribuynuzlu heyvanlar 6 baş inək, 5 baş balaca dana və 1 baş böyük danadan ibarət olmuşdur. Ona məxsus iribuynuzlu heyvanlar daim yaşadığı evin həyətindəki tövlədə qalmış və çöl sahədə otarmağa aparmamışdır. Həmin heyvanlar həyətindəki tövlədə bağlı şəraitdə qalaraq otdan yeyib sudan içərək tövlədə qalmışdır. Hər zaman tövlənin qapısını dəmir qıfılla içəri tərəfdən bağlayır. Həmişə olduğu kimi 03 mart 2023-cü il tarixdə özünə məxsus heyvanların otunu və suyunu verdikdən sonra tövlənin giriş hissəsinin qapısını içəri hissədən dəmir asma qıfılla bağlayaraq açarını da özü ilə götürmüşdür. 04 mart 2023-cü il tarixdə gecə saatlarında tövlənin çöl tərəfindəki qapının yanında bağladığı itin hürdüyünü eşitmişdir. O dərhal yerindən duraraq heyvanları saxladığı tövləyə tərəf getmişdir. Tövlədəki heyvanlarına baxarkən hamısının yerində olduğunu görmüşdür. Heç bir şey olmadığını gördükdən sonra tövlədən çıxaraq yaşadığı evə gəlmiş və yatmışdır. Təxminən saat 05 radələrində yenidən tövlənin yanındakı itin hürdüyünü və səs gəldiyini eşitmişdir. O, yerindən qalxaraq tövlənin yaxınlığından keçən yola tərəf getmişdir. Yol tərəfə çatdıqdan sonra tövlənin qapısının örtülü olduğunu görmüş və səs gəldiyi üçün kəndin içərisindən keçən avtomobil yoluna tərəf getmişdir. Həmin vaxt digər ailə üzvləri də həyətə düşərək ətrafa baxmağa başlamışlar. O isə küçədə heç bir şey görməyib yenidən yaşadığı ev istiqamətində qayıtmışdır. Tövlədə olan iribuynuzlu heyvalarından birinin səsinin gəldiyini eşitdiyi üçün dərhal ora getmişdir. Tövlənin qapısını açaraq içəri daxil olarkən asma qıfılın açıldığını və qapının üzərində olmadığını görmüşdür. İnəklərin hamısını sayarkən yerində olduğunu görüb tövlənin içərisindəki danaları saxlamaq üçün tikdirdiyi balaca tövləyə daxil olmuşdur. Tövləyə daxil olduqda təxminən 180 kq çəkidə 1 baş dananı bağladığı yerdən ipinin kəsilərək aparıldığını görmüşdür. O dərhal tövlənin küçəyə açılan qapısının yanına gələrkən içəridən bağladığı dəmir qıfılın açıldığını və hasarın üstünə qoyulduğunu görmüşdür. O bundan sonra bir müddət əvvəl səs eşitdiyi tərəfə getmiş və orada heç bir şey olmamışdır. İribuynuzlu heyvanını axtararkən heç bir şey tapa bilməmişdir. Bu səbəbdən məcbur qalaraq DİN-in 102 xidmətinə yaşadığı evin həyətindən 1 baş danın oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt iribuynuzlu heyvanını axtarmağa getdiyindən 05 mart 2023-cü il tarixdə RPŞ-nə ərizə ilə müraciət etmişdir. Lakin sonradan ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağışlamış, onlardan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, şikayətçi olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştiral edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Şahid ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 04 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus Saatlı rayonu Soltanabad kəndində yerləşən yaşadığı evin həyətindəki tövlədən 1 baş iribuynuzlu heyvan oğurlanmışdır. İşdə olan 08 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid Zərərçəkmiş şəxs5 məxsus 1 baş iribuynuzlu heyvanı könüllü olaraq təqdim etmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin iribuynuzlu heyvan götürülmüşdür. İşdə olan 08 mart 2023-cü il tarixdə tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 1 baş iribuynuzlu heyvana baxış keçirilərək sahibinə qaytarılmışdır. İşdə olan 27 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus Saatlı rayonu Orta Muğan kəndində yerləşən yaşadığı evin həyətindəki qamışdan ibarət tövlədən 2 baş xırdabuynuzlu heyvanlar oğurlanmışdır. İşdə olan 27 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus Saatlı rayonu Orta Muğan kəndində yerləşən yaşadığı evin həyətindəki daşdan ibarət tövlədən 3 baş xırdabuynuzlu heyvanlar oğurlanmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məktubundan görünür ki, 27 yanvar 2023-cü il tarixinə1 baş erkək, yerli cinsdən, qırmızı boz rəngli, 8 aylıq, 30-35 kq çəkidə, qoç və 1 baş dişi, yerli cinsdən, boz rəngli, 8 aylıq, 30-35 kq çəkidə, qoyun hər biri ayrı-ayrılıqda 175 manat, ümumilikdə 350 manat təşkil edir. 2 baş erkək, yerli cinsdən, qara rəngli, 1 yaş, 30-35 kq çəkidə, qoçun hər biri ayrı-ayrılıqda 160 manat, ümumilikdə 320 manat təşkil edir. 1 baş erkək, yerli cinsdən, qırmızı rəngli, 1 yaş 6 aylıq, 50-55 kq çəkidə, qoç 350 manat təşkil edir. 18 fevral 2023-cü il tarixinə 1 baş dişi, yerli cinsdən, sarı rəngli, 1 yaş, 150 kq çəkidə dana 1300 manat təşkil edir. 04 mart 2023-cü il tarixinə1 baş erkək, sort cinsdən, 1 yaş 6 aylıq, qırmızı rəngli, 230 kq çəkidə heyvan 2200 manat təşkil edir. 1 baş erkək, yerli cinsdən, sarı rəngli, 180 kiloqram çəkidə, 2 yaşlı, kiçik buynuzlu, başqa heç bir fərqləndirici əlamətləri olmayan dana 1800 manat təşkil edir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmiş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, habelə barələrində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutularaq iki gün həbsdə saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs2 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək tutularaq iki gün həbsdə saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 baş iribuynuzlu heyvan sahibi Zərərçəkmiş şəxs5 və 1 baş iribuynuzlu heyvan sahibi Zərərçəkmiş şəxs4 saxlanılır. Odur ki, bu hal nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar