Məhkəmə qərarları › İş №1(055)-48/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-48/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-48/2025 14.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Saatlı rayonu Əbilkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PXin 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki o, tamah niyyəti ilə 14 fevral 2023-cü il tarixdə saat 01 radələrində tanışı Saatlı rayonu Əbilkənd kənd sakini Zərərçəkmiş şəxs2 məxsus rayonun Əbilkənd kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsindəki heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən tövlənin qapısını açmaqla qanunsuz daxil olub, oradan 1 baş 1000 manat dəyərində erkək cinsli dananı çıxarıb gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 01 sentyabr 2024-cü il tarixdə saat 00:30 radələrində, Sabirabad rayonu Qaratəpə kəndində yaşayan Zərərçəkmiş şəxs3 yaşayış sahəsi hesab edilən evinə qapının qıfılını linglə sındırıb, qanunsuz olaraq daxil olmaqla otaqdakı çaydanların içərisindən 5000 manat və 4995 manat, böyük əl çantasının içərisindən isə 200 manat olmaqla, ümumilikdə 10195 manat pulu, həmin otaqdan 01 ədəd 100 manat dəyərində böyük əl çantasını, 04 ədəd hər birinin qiyməti 40 manat olmaqla, ümumi dəyəri 160 manat olan kiçik əl çantalarını, 01 ədəd 60 manat dəyərində koftanı, 01 ədəd 90 manat dəyərində qadın geyimini, 12 ədəd hər birinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 360 manat olan kalqotkaları, 20 ədəd hər birinin qiyməti 3 manat olmaqla, ümumi dəyəri 60 manat olan corabları, ümumi dəyəri 50 manat olan müxtəlif növlü şokalad, konfetlər və qoz-fındıq ləpəsini, 01 ədəd 50 manat dəyərində ətiri, 01 ədəd 10 manat dəyərində darağı, 01 ədəd 5 manat dəyərində burun dəsmalını və 01 ədəd 500 manat dəyərində mirvarı boyunbağını, 02 ədəd hər birinin qiyməti 20 manat olmaqla, ümumi dəyəri 40 manat olan tilovu, 01 ədəd 35 manat dəyərində yubkanı, 01 ədəd 45 manat dəyərində jaketi, 01 ədəd 10 manat dəyərində bıçağı, 01 ədəd 10 manat dəyərində əl kremini, 01 ədəd 5 manat dəyərində qazan qapağını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs3 cəmi 11785 manat xeyli miqdarda maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 20 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində xalası oğlu Saatlı rayonu Orta Muğan kənd sakini Zərərçəkmiş şəxs1 məxsus rayonun Orta Muğan kəndində yerləşən yaşayış evinin yaxınlığındakı heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən tövlənin qapısını açmaqla qanunsuz daxil olub, oradan 1 baş 900 manat dəyərində dişi cinsli dananı çıxarıb gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 900 manat məbləğində maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona verilən ittihamlar üzrə özünü yalnız Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus heyvanların oğurlanması hissəsində təqsirli bilir. Belə ki, o, Zərərçəkmiş şəxs2 rayon sakini kimi tanınmışdır. Münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Tərlan yaşadığı evin həyətindəki tövlədə iribuynuzlu heyvan saxlamış və heyvandarlıqla məşğul olmuşdur. O, maddi imkanı olmadığı üçün Tərlana məxsus heyvanlardan 1 baş dananı oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 14 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrində Tərlanın yaşadığı evin qarşısına gəlmişdir. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin hasarından həyətə daxil olmuşdur. Daha sonra həyətdə sağ tərəfdə mişar daşlarından tikilmiş Tərlana məxsus tövlənin qapısının iplə bağlandığını görmüş, ipi açaraq tövləyə daxil olmuşdur. Tövlədə iribuynuzlu heyvanlar olmuşdur. Həmin heyvanlardan 1 baş dananı tövlədən çıxarmış, sonra tövlənin qapısını bağlayaraq həyətin qapısından çölə çıxarmışdır. Heç kəs görməsin deyə həmin dananı çöl sahə ilə Sabirabad rayonu Qaratəpə kəndindən Şəhriyar kəndinə gətirmişdir. Kənddə olan heyvan alverçilərindən birinə dananın özünə məxsus olduğunu deyərək 900 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 onun xalası oğludur. Münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Sahil yaşadığı evin yaxınlığında mişar daşlarından tikilmiş tövlədə iribuynuzlu heyvan saxlamış və heyvandarlıqla məşğul olmuşdur. O, maddi vəziyyəti ağır olduğuna görə xalası oğlu Sahilin heyvanlarından 1 baş dananı oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 18 oktyabr 2024-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində qəssab kimi işləyən kənd sakini Nurlan adlı şəxsin mobil nömrəsinə zəng etmiş və Nurlana dananın özümə məxsus olduğunu, satmaq istədiyini bildirmişdir. Qəssab Nurlan heyvanın oğurluq olub-olmadığını soruşmuş, o, da cavabında heyvanın oğurluq olmadığını, özünə məxsus olduğunu demişdir. Daha sonra 20 oktyabr 2024-cü il tarixdə səhər saat 12 radələrində bibisi nəvəsi Şahid4 yaşadığı evə getmiş, orada yuyunub hazırlaşmış və axşam saat 19 radələrində Zaməddinlə görüşüb birlikdə Saatlı rayonu Qarayevka (Orta Muğan) kəndində yerləşən kollektorun qarşısında dayanmış, bir müddət siqaret çəkib söhbət etmişlər. Söhbət zamanı Bakı şəhərinə gedəcəyini bildirmiş və Zaməddindən ayrılmışdır. Daha sonra kənd ərazisində olmuş və havanın tam qaralmasını gözləmişdir. Təxminən saat 23 radələrində xalası oğlu Sahilin yaşadığı evin qarşısına gəlmişdir. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin yaxınlığındakı mişar daşlarından tikilmiş Sahilə məxsus tövlənin qapısının cəftə ilə bağlandığını görmüş, cəftəni açıb tövləyə daxil olmuşdur. Tövlədə iribuynuzlu heyvanlar olmuşdur. Həmin heyvanlardan 1 baş dananı bağlandığı ipdən açıb iplə birlikdə tövlədən çıxarmışdır. Daha sonra tövlənin qapısını bağlayıb cəftəni keçirmiş və heç kəs görməsin deyə həmin dananı çöl sahə ilə Sabirabad rayonu Nərimankənd kəndində yerləşən qırmızı rəngli “Lukoil” yanacaq doldurma məntəqəsinin həyətinə gətirmişdir. Yolda olarkən əvvəlcə Zaməddinə zəng etmiş, işinin çıxdığını və hələ ki Bakıya getmədiyini, kənd ərazisində yol kənarında dana tapdığını bildirmişdir. Bundan sonra qəssab Nurlanın mobil nömrəsinə zəng edərək dananı YDM-nin həyətinə gətirəcəyini demişdir. YDM-nin həyətinə çatdıqda Zaməddin də ora gəlmiş, dana barədə ondan soruşmuşdur. O, da cavabında dananı kənd ərazisində tapdığını və pul lazım olduğu üçün satacağını bildirmişdir. O, düşünmüşdür ki, dananı satarkən Zaməddin onun yanında olarsa, qəssab Nurlan dananı oğurladığından şübhələnməyəcəkdir. Ona görə də Zaməddinə zəng edib ora çağırmışdır. Daha sonra qəssab Nurlan 2 tanımadığı şəxslə birlikdə “Qazel” markalı avtomobillə həmin yerə gəlmişdir. Onlar heyvana baxmış, qiymət barədə danışmış və razılaşmışlar. Həmin dananı 850 manata Nurlana satmışdır. Daha sonra Nurlan dananı “Qazel” markalı avtomobilə yükləmiş və oradan uzaqlaşmışlar. Sonra Zaməddinə dananı tapıb satmağı barədə heç kəsə danışmamasını tapşırmış və sürücüsünü tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində həmin pulu xərcləmişdir. Hazırda həmin şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməmişdir. Hadisə baş verdiyi vaxt Ağcabədi rayonunda olmuşdur. Həmin vaxt Ağcabədi rayonunda qarpız yığımı üzrə fəhlə kimi çalışmışdır. O, Sabirabad RPŞ-də ifadə verərkən döyüldüyündən, ona psixi və fiziki təzyiqlər olduğundan həmin oğurluğu məcbur olub etiraf etmişdir. Ona görə də həmin epizod üzrə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus həyətyanı sahədə mal-qara saxlamışdır. Həmin heyvanlarla ailəsini dolandırmışdır. Onun 3 baş inək və 1 baş danası olmuşdur. 01 fevral 2023-cü il tarixdən etibarən Bakı şəhərində olmuşdur. Hadisə baş verən gün də Bakıda olmuşdur. Belə ki, xəbər almışdır ki, 14 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrində ona məxsus 1 baş erkək dana oğurlanmışdır. Bunu bildikdən sonra həmin heyvanı tapmaları üçün atasına məlumat vermişdir. Evdə ailə üzvləri heyvanı axtarsalar da, heyvan tapılmamışdır və bu səbəbdən atası Saatlı RPŞ-yə müraciət edərək ərizə vermişdir. Daha sonra Saatlı RPŞ-yə gələrək oğurluq hadisəsi üzrə ifadə vermişdir. O, bildirmişdir ki, oğurlanan 1 baş iribuynuzlu heyvan erkək cinsli, qırmızılı-ağlı rəngli dana olmuşdur. Həmin heyvanın diri çəkisi təxminən 150 kiloqram olmuşdur. Heyvanın oğurlanması nəticəsində ona təxminən 1000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, şəxsi təsərrüfatında iribuynuzlu heyvanlar saxlamışdır. Həmin iribuynuzlu heyvanları həyətyanı sahəsində yerləşən tövlədə saxlamışdır. Həyətində olan iribuynuzlu heyvanların ümumi sayı 5 baş olmuşdur. Onlardan iki başı inək, iki başı erkək buzov, bir başı isə dişi düyə olmuşdur. Həmin 5 baş iribuynuzlu heyvanı gündüz vaxtı həyətində bağlı vəziyyətdə saxlamış və onlara mütəmadi olaraq yem vermişdir. Hava qaralana yaxın təxminən saat 17–18 radələrində heyvanları örüşdən gətirərək həyətindəki mişar daşlarından hörülmüş tövləyə salmışdır. Hər gün olduğu kimi, 20 oktyabr 2024-cü il tarixdə də təxminən saat 17–18 radələrində həyətindəki ümumi 5 baş heyvanı tövləyə salmış və onların hər birini kəndirlə bağlamışdır. Daha sonra evə gedərək yatmışdır. 21 oktyabr 2024-cü il tarixdə səhər saat 07 radələrində həyətə düşmüş və tövləyə baxmışdır. Tövləyə baxdıqda, 1 baş iribuynuzlu heyvanın yerində olmadığını görmüşdür. Bundan sonra heyvanı axtarmağa başlamış, lakin tapa bilməmiş və oğurlandığını anlamışdır. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng zidməti”nə zəng edərək məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, baxış keçirmiş və bu barədə protokol tərtib etmişlər. Daha sonra Saatlı Rayon Polis Şöbəsinə getmiş və orada ərizə ilə müraciət etmişdir. Həyətindəki tövlədən oğurlanmış 1 baş iribuynuzlu heyvan 90 kiloqram çəkidə, 3–4 aylıq, tündqəhvəyi, qırmızımtıl rəngli, dişi cinsli düyə olmuşdur. Oğurluq hadisəsi zamanı ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı vəfat etdiyindən ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri vəzifəsində 25 ildir ki, çalışmışdır. Yaşadığı Sabirabad rayonu Qaratəpə kəndində yerləşən evindən təxminən 2 kilometr məsafədə, asfalt yolun kənarında özünə məxsus 40 hektar torpaq sahəsi var. Həmin sahədə pambıq əkibbecərmiş və pambıq əkini ilə bağlı MKT ilə müqavilə bağlamışdır. Ərazinin suvarılması məqsədilə pul müqabilində qonşu kənddən bir nəfər işçi çağırmışdır. Özünün isə hər gün səhər saatlarında ərazidə yerləşən, mişar daşından tikilmiş, iki otaqdan ibarət olan tikiliyə, düşərgəyə getdiyi bildirmişdir. Kəndin bələdiyyəsinin inzibati binası yararsız vəziyyətdə olduğu üçün sənəd işlərini də həmin düşərgədə görmüşdür. 31 avqust 2024-cü il tarixdə, axşam saat 19 radələrində düşərgədən çıxaraq taxta qapını qıfılla bağlamış, açarını isə özü ilə götürmüşdür. Keçirilən parlament seçkiləri ilə əlaqədar olaraq 01 sentyabr 2024-cü il tarixdə səhər saat 04 radələrində düşərgəyə gəlmişdir. Həmin vaxt qapının açıq olduğunu, kilidin isə sındırıldığını aşkar etmişdir. İçəri daxil olduqda yeşiklərin üzərinə və pəncərənin qarşısına qoyulmuş çayniklərin içərisində olan 5000 manat və 4995 manat pulların oğurlandığını görmüşdür. Bundan əlavə, 1 ədəd böyük əl çantası və 4 ədəd kiçik əl çantası, sellofanın içində olan 1 ədəd istifadə olunmuş kofta, 1 ədəd platya, təxminən 12 ədəd kalqotka və təxminən 20 ədəd corab da oğurlanmışdır. Böyük əl çantasının içində 200 manat pul, müxtəlif növ şokolad, konfet, qoz-fındıq ləpəsi olmuşdur. Digər 4 çantada isə ətir, daraq və burun dəsmalı olmuşdur. Bundan başqa, oğurlanmış paltarların olduğu sellofanın içində bir ədəd mirvari boyunbağı da olmuşdur. Həmin mirvari boyunbağını bacısı təxminən 15 il əvvəl Hac ziyarətindən gələrkən hədiyyə almışdır. Sözügedən mirvari boyunbağı da oğurlanmışdır. Onun konkret qiymətini bilməmişdir. Qeyd etdiyi əşyalardan başqa heç bir əşyanın oğurlanmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsini davam etdirərək bildirmişdir ki, ona məxsus oğurlanmış pul vəsaitinin cəmi 10.195 manatdır. Bundan başqa, 01 ədəd 100 manat dəyərində böyük əl çantası, 04 ədəd hər birinin qiyməti 40 manat olmaqla, ümumi dəyəri 160 manat olan kiçik əl çantaları, 01 ədəd 60 manat dəyərində kofta, 01 ədəd 90 manat dəyərində platya qadın geyimi, 12 ədəd hər birinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 360 manat olan kalqotkalar, 20 ədəd hər birinin qiyməti 3 manat olmaqla, ümumi dəyəri 60 manat olan corablar, ümumi dəyəri 50 manat olan müxtəlif növlü şokalad konfetlər, qoz-fındıq ləpəsi, 01 ədəd 50 manat dəyərində ətir, 01 ədəd 10 manat dəyərində daraq, 01 ədəd 5 manat dəyərində burun dəsmalı və 01 ədəd 500 manat dəyərində mirvarı boyunbağı, 02 ədəd hər birinin qiyməti 20 manat olmaqla, ümumi dəyəri 40 manat olan tilov, 01 ədəd 35 manat dəyərində yubka, 01 ədəd 45 manat dəyərində jaket, 01 ədəd 10 manat dəyərində bıçaq, 01 ədəd 10 manat dəyərində əl kremi, 01 ədəd 5 manat dəyərində qazan qapağı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 11785 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun bacısıdır. 01 sentyabr 2024-cü il tarixdə bacısı Fatmaya məxsus evdən oğurluq olmuşdur. Araşdırma zamanı oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Hazırda Zərərçəkmiş şəxs3 dəymiş ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır və aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. O, kənd ərazisində iribuynuzlu heyvanları ucuz alıb baha satmaqla əldə etdiyi gəlir vasitəsilə ailəsini dolandırmışdır. 20 oktyabr 2024-cü il tarixdə, axşam saat 23 radələrində Telman öz istifadə etdiyi mobil nömrədən onun mobil nömrəsinə zəng edərək, özünə məxsus bir baş iribuynuzlu heyvanı satmaq istədiyini və pula ehtiyac duyduğunu bildirmişdir. O da cavabında heyvana baxdıqdan sonra almağa qərar verə biləcəyini demişdir. Telman bir daha təsdiqləmişdir ki, heyvan onun özünə məxsusdur və qiymətini 900 manat olaraq göstərmişdir. O, rayon sakinləri olan dostları Şahid2 və Şahid3 ilə birlikdə Sabirabad rayonu Nərimankənd kəndində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin həyətinə getmişdir. Onlar ora ona məxsus “Qazel” markalı avtomobillə getmişdilər. Yanacaqdoldurma məntəqəsinin həyətində Telman və onun yanında olan Zaməddin adlı şəxsi görmüşdür. Telman, həmin şəxsin xalası oğlu olduğunu bildirmişdir. Heyvanın niyə gecə və niyə yanacaqdoldurma məntəqəsinin həyətində satıldığını soruşduqda, Telman atasının ürək xəstəsi olduğunu və narahatçılıq yaratmamaq üçün bu üsula əl atdığını demişdir. Onların arasında heyvanın qiyməti ilə bağlı danışıq olmuş və 850 manata razılaşma əldə olunmuşdur. Telman heyvanın bir daha özünə məxsus olduğunu vurğulamışdır. O, Telmana 850 manat pul vermiş və heyvanı öz avtomobilinə yükləyərək yaşadığı evin həyətinə gətirmişdir. Ertəsi gün həmin heyvanın oğurluq olduğunu öyrəndikdə dərhal Daxili İşlər Nazirliyinin 102 Zəng Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşlarının iştirakı ilə heyvan sahibinə qaytarılmışdır. O, Təqsirləndirilən şəxs satdığı iribuynuzlu heyvanın oğurluq olduğunu bilməmiş, dəfələrlə Telmandan heyvanın özünə məxsus olub-olmadığını soruşmuş və Telman hər dəfə heyvanın özünə məxsus olduğunu demişdir. O, heyvana görə Telmana 850 manat pul vermiş, sonradan heyvanın oğurluq olduğunu bildikdə isə dərhal polisə məlumat vermiş, heyvan sahibinə qaytarılsa da, ona 850 manat maddi ziyan dəymiş və Telman bu məbləği ona ödəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və Telman onun anasının dayısı oğludur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 20 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində evə qayıdarkən Telmanın onun yaşadığı evdə olduğunu görmüşdür. Telman ona yuyunub paltarını geyinərək Bakıya işləməyə gedəcəyini bildirmişdir. Təxminən saat 20 radələrində Telmanla birlikdə kənd ərazisinə çıxmışlar. O, sinif yoldaşı Məhəmmədlə görüşmək üçün kənddəki futbol meydançasına getmişdir. Saat 21 radələrində Məhəmməd gəlmiş və birlikdə saat 23 radələrində Qaratəpə kəndində yerləşən “Göbələk” çayxanasına tərəf hərəkət etmişlər. Məhəmməd çayxanaya daxil olduqdan sonra, Telman öz istifadə etdiyi mobil nömrə ilə ona zəng edərək Sabirabad rayonu Nərimankənd kəndində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin həyətinə gəlməsini bildirmişdir. Gecə saat 00:00-01:00 radələrində o, Telmanın dediyi yerə getmiş və orada Telmanla görüşmüşdür. Telmanın yanında bir baş qəhvəyi rəngli iribuynuzlu dana olmuşdur. Telmana dana barəsində sual verdikdə, Telman cavabında dananı xalası Səbinənin yaşadığı evdən qayıdarkən yol kənarında tapdığını və satmaq məqsədilə gətirdiyini bildirmişdir. Qısa müddət sonra, sürücüsünü tanımadığı “Qazel” markalı avtomobil onların olduğu yerə yaxınlaşmış, içərisindən üç nəfər şəxs düşmüşdür. Onların kimliyini bilməmişdir. Həmin şəxslər Telmana yaxınlaşmış və Telman onlarla dananı satmaq məqsədilə qiymət danışığı aparmışdır. Telman dananın atasına məxsus olduğunu, lakin atasından xəbərsiz satmaq istədiyini bildirmişdir. Nəticədə, 850 manat məbləğində razılaşma əldə olunmuş və dananı həmin şəxslərə satmışdır. O, Telmandan bu hərəkətinin səbəbini soruşduqda, Telman özünə məxsus “VAZ 2107” markalı avtomobilin cərimə olunduğunu və bu səbəbdən duracağa qoyulduğunu, həmin cəriməni ödəmək üçün pula ehtiyacı olduğunu bildirmişdir. Sonra Telman Bakı şəhərinə yola düşmüş, o isə evinə qayıtmışdır. Şahid4 ifadəsini davam etdirərək bildirmişdir ki, Təqsirləndirilən şəxs yanında olan dananı oğurladığını ona deməmiş, həmin dananı yol kənarından tapdığını bildirmişdir. O, Telmanla oğurluq barədə danışmamış və dananın oğurluq olduğunu bilməmişdir. Hadisə baş verən zaman, yəni 20 oktyabr 2024-cü il tarixdə saat 18 radələrindən etibarən o, kənd ərazisində olmuşdur. İşdə olan 16 fevral 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 məxsus Saatlı rayonu Əbilkənd kəndində yerləşən evin həyətyanı sahəsində baş vermişdir. Zərərçəkmiş şəxs2 məxsus iribuynuzlu heyvan evin həyətindəki tövlədə saxlanılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs2 atası Nəcəf Feyzullayev iştirak etmiş və sonuncu heyvanların saxlanıldığı tövlənin yerləşdiyi yeri göstərmiş, həmin tövlənin qapısının kənar şəxs tərəfindən açıldığı yeri göstərmiş və heyvanın talandığını bildirmişdir. İşdə olan 21 oktyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs1 məxsus Saatlı rayonu Orta Muğan kəndində yerləşən evin həyətyanı sahəsində baş vermişdir. Zərərçəkmiş şəxs1 məxsus iribuynuzlu heyvan evin həyətindəki tövlədə saxlanılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs1 heyvanların saxlanıldığı tövlənin yerləşdiyi yeri göstərmiş, həmin tövlənin qapısının kənar şəxs tərəfindən açıldığı yeri göstərmiş və heyvanın talandığını bildirmişdir. İşdə olan 01 sentyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs3 məxsus Sabirabad rayonu Qaratəpə kəndində yerləşən evin həyətyanı sahəsində baş vermişdir. Zərərçəkmiş şəxs3 məxsus əmlaklar evin həyətindəki çardağında saxlanılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs3 özünə məxsus əmlakların saxlanıldığı çardağın yerləşdiyi yeri göstərmiş, həmin çardağın qapısının kənar şəxs tərəfindən açıldığı yeri göstərmiş və özünə məxsus əmlakların talandığını bildirmişdir. İşdə olan 02 noyabr 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Sabirabad rayonu Şəhriyar kəndində yerləşən Şahid1 məxsus yaşayış evinin həyətyanı sahəsidir. Baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs ona 1 baş iribuynuzlu heyvan satdığını, həmin heyvanı hazırda həyətdəki tövlədə saxladığını, heyvanın zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus olduğunu və Təqsirləndirilən şəxs həmin heyvanı oğurladığını bilmədiyini qeyd etmişdir. Tərəfimdən həmin heyvana baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 da həmin heyvana baxıb və əlamətlərinə görə ona məxsus heyvan olduğunu təsdiq etmişdir. Bu barədə videoçəkiliş aparılaraq və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yerində yoxlanılarkən, o, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus Saatlı rayonu Əbilkənd kəndindəki evinin həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən tövlənin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan 01 baş iribuynuzlu heyvanı oğurladığı yeri, oğurladığı heyvanları apardığı istiqaməti, daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus rayonun Orta Muğan kəndində yerləşən yaşayış evinin həyətyanı sahədə yerləşən heyvanların saxlanıldığı saxlanc yeri hesab edilən tövlənin qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan 01 baş iribuynuzlu heyvanı oğurladığı yeri, oğurladığı heyvanı apardığı istiqaməti əyani olaraq göstərmişdir. Bunlarla bağlı protokol tərtib edilib, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yerində yoxlanılarkən, o, zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus Sabirabad rayonu Qaratəpə kəndindəki evinin həyətindəki çardağın qapısını açmaqla oraya qanunsuz daxil olub, oradan 9995 manat pulu və ümumi qiyməti 400 manat olan müxtəlif geyim əşyalarını oğurladığı yeri, daha sonra geyim əşyalarını tulladığı su kollektorunu, habelə bəzi əmlakları saxladığı yaşadığı evin həyətyanı sahəsindəki zirzəmini əyani olaraq göstərmişdir. Bunlarla bağlı protokol tərtib edilib, videoçəkiliş aparılaraq və fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan 22 dekabr 2024-cü il tarixli “Əşyaları tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim edilən əşyaları əlamətlərinə və xüsusiyyətlərinə görə tanıyaraq özünə məxsus olduğunu təsdiq etmişdir. Bu barədə fotoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. İşdə olan “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin CD disk kompyuterin oxuyucusuna taxdıqdan sonra dərhal ekranda 1 ədəd fayl peyda oldu. “Lukoil-də alqı-satqı” adlı fayl 2 dəqiqə 25 saniyə müddətindədir. “Lukoil-də alqı-satqı” adlı fayldakı videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 01:06 dəqiqədən etibarən Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvanı Sabirabad rayonu Nərimankənd kəndində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin həyətində Sabirabad rayon sakini Şahid1 satır və sonuncuya məxsus yük avtomobilinin yük yerinə həmin heyvanı yükləyir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Saatlı RPŞ-yə daxil olmuş məktubda göstərimişdir ki: 1. 1 (bir) baş 90 kiloqram çəkidə, 3-4 aylıq, tünd-qəhvəyi rəngli, erkək cinsli, başqa heç bir fərqləndirici əlamətləri olmayan iribuynuzlu heyvan olan dananın 14 fevral 2023-cü il tarixə olan orta bazar qiyməti 1000 manat təşkil edir. 2. 1 (bir) baş 90 kiloqram çəkidə, 3-4 aylıq, tünd-qəhvəyi rəngli, dişi cinsli, başqa heç bir fərqləndirici əlamətləri olmayan iribuynuzlu heyvan olan dananın 20 oktyabr 2024-cü il tarixə olan orta bazar qiyməti 900 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus, saxlanc yeri hesab edilən tövlədən 1 baş dişi cinsli dananın, Zərərçəkmiş şəxs2 məxsus, saxlanc yeri hesab edilən tövlədən 1 baş erkək cinsli dananın oğurlanması epizodları üzrə verilmiş ittiham özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus, saxlanc yeri hesab edilən tövlədən 1 baş inəyin oğurlaması epizodları üzrə cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 evindən oğurluq edilməsi epizodu üzrə obyektiv nəticəyə gəlmək üçün ilk olaraq ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs həmin epizod üzrə ittiham elan etmək üçün əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi aparılmalıdır. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən oğurluq etməsi əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, 21 dekabr 2024cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokol, 22 dekabr 2024-cü il tarixli “Əşyaları tanınmaya təqdim etmə haqqında” protokol, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə ilkin olaraq təqsirləndirilən şəxsin qeyd edilən epizod üzrə özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. - Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Zərərçəkmiş şəxs3 evindən oğurluq etməsini bildirməsidir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün Zərərçəkmiş şəxs3 evindən oğurluq etməsi ilə bağlı etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalmasını barəsində həbs qətimkan tədbiri seçildikdən 2 gün sonra ƏNnin PX-nin 03 saylı İstintaq Təcridxanasına daxil olarkən də bildirmiş, bu barədə “xüsusi məlumat” 07 yanvar 2025-ci il tarixdə Sabirabad rayon prokurorluğuna daxil olmuş və həmin fakt üzrə Sabirabad rayon prokurorluğu tərəfindən ilkin yoxlanılma aparılsa da, 07 mart 2025-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sabirabad rayon prokurorluğunun 07 mart 2025-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırmanı aparan Sabirabad rayon prokurorluğunun böyük müstəntiqi Ələkbər Poladov, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş və ƏN-nin PX-nin 03 saylı İstintaq Təcridxanasının “xüsusi məlumat”nda qeyd edilən xəsarətlərin yaranma mənbəyini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin etmədən, yalnız Sabirabad RPŞ-nin polis əməkdaşlarının izahatını almaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xəsarət yetirlmədiyi qənamətinə gəlmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm hazırkı məhkəmə istintaqı zamanı, həm də Sabirabad rayon prokurorluğunda ilkin yoxlama aparılarkən zorakılığa və hədəyə məruz qalmasını bildirməsi barədə eyni xarakterli ifadələrinə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən qeyd edilir ki, ...Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı və “Assenov və digərləri Bolqarıstana qarşı”). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması xx.xx.2024-cü il tarixdə ƏN-nin PX-nin 03 saylı istintaq təcridxanasına daxil olanda bədəninə baxış keçirilərkən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ƏN-nin PX-nin 03 saylı istintaq təcridxanasına daxil olduqdan sonra həbs olunan zaman fiziki zorakılığa məruz qalmasını bildirmiş, bu barədə xüsusi məlumat 07 yanvar 2025-ci il tarixdə Sabirabad rayon prokurorluğuna daxil olmuş, beləliklə Təqsirləndirilən şəxs tutulmasından 13 gün sonra araşdırma aparılmağa başlanılmış, bu fakt üzrə ilkin yoxlama da səthi aparılmışdır. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilməmiş və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə material üzrə cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şəxsi işində olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdə saat təxminən 13:30 radələrində Ədliyyə Nazirliyi PX-in 03 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı və 23 dekabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçildiyi halda 24 saatdan artıq müvəqqəti saxlama yerində saxlanıla bilməməsi barədə imperativ norma olmasına baxmayaraq sonuncu barəsində həbs qətimkan tədbiri seçildikdən 2 gün sonra, yəni 25 dekabr 2024-cü il tarixdə Penitensiar Xidmətin 03 saylı istintaq təcridxanasına keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 157.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməldir. Məhkəmə polis orqanının Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan 4 gün, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 2 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, vaxtında polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir. Beləliklə vaxtında ətraflı araşdırmanın təmin edilməməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasına keçirilməməsi Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərin yetirilmə mexanizminə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyri-mümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi PX-in 03 saylı İstintaq Təcridxanasına daxil olarkən bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmənda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi 07 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi faktının araşdırılması ilə bağlı Sabirabad rayon prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən «inter alia» hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəsini mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə təhlil edilən hallar ilə bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərar görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsinə əsaslanmaqla işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra pis rəftara məruz qalmış, məhz bunun təsiri ilə məhkəməyədək icraatda Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməsi ilə bağlı etirafedici izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan müddəasını nəzərə alaraq kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 21 dekabr 2024-cü tarixli protokolundakı izahatı, 21 dekabr 2024cü il tarixli tarixli şübhəli və 23 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri də sübutlar siyahısından çıxarılmalı və həmin sübutlar əsaslı sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyulan sübutlar kimi qəbul edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusatlar araşdırlarkən həmin halların təsdiq edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 21 dekabr 2024-cü tarixli protokola əlavə edilmiş vidoediskə məhkəmə baxışında baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində gizlətdiyi Zərərçəkmiş şəxs3 evindən oğurladığı əşyaların bir qisminin olduğu torbanı göstərmək üçün polis əməkdaşları ilə yaşadığı evin zirzəmisinə girir. Vidoegörüntüdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs torbanı tapa bilmədiyi üçün, polis əməkdaşının yönləndirməsi və torbanı göstəməsi ilə Təqsirləndirilən şəxs torbanı götürərək polis əməkdaşına təqdim edir. Göstərilən hal, Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalması və nəticədə etirafedici ifadələr verməsi ilə bərabər, bir daha «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 21 dekabr 2024-cü tarixli protokolu şübhə altına alan hal kimi qiymətləndirilir və həmin protokol ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalması və nəticədə etirafedici ifadələr verməsi barədə şübhələri məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlar daha da qüvvətləndirir ki, bu sübutlar barədə fikirlər Təqsirləndirilən şəxs barəsində əldə edilmiş sübutları qiymətləndirərkən məhkəmə tərəfindən qeyd ediləcəkdir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu qeyd edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Sabirabad RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13- 103/2-31141/2024 nömrəli məktub vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə, Sabirabad rayonu, Qaratəpə kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus əl damında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl ǝksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan 02 ədəd əl izi (ADİS-in məlumat bankına Sabirabad RPŞ-dən daxil olmuş) xx.xx.2000-ci ildə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət və orta barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Məhkəmə, məktubda qeyd edilən məlumatları inandırıcı hesab etməyərək sübut kimi qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ittihama əsasən oğurluq olunmuş Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və əlabarmaq izləri götürülmüşdür. Həmin əl-barmaq izləri təqdid edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sabirabad RPŞ-nin xx.xx.2024cü il tarixli 3-13-103/2-25312/2024 nömrəli məktub vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə, Sabirabad rayonu, Qaratəpə kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus daxmada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Məhkəmə, ilk dəfə Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə baxış keçirilərək götürlümüş əl izində eynilik aşkar edilmədiyi halda, hadisədən 2 ay sonra hadisə yerində yenidən götürülmüş əl izi ilə Təqsirləndirilən şəxs sol əlinin şəhadət və orta barmaqlarının əksi ilə eynilik təşkil etməsini inandırıcı hesab etmir. Belə ki, iş materiallarında olan Sabirabad RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə baxış zamanı götürülmüş 4 ədəd əl izi yenidən yoxlanılması üçün DİN-in KTİ-nə göndərilmişdir. Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə baxış keçirilərək əl izi götürüldüyü məktubdan görülsə də, lakin iş materiallarında baxışın keçirilməsini özündə əks etdirən protokol müəyyən edilməmişdir. Bu da, həqiqətən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə baxış keçirilibkeçirilmədiyi, DİN-in KTİ-nə göndərilmiş əl izlərinin hansı şəraitdə, necə götürülüməsi, həmin izlərin həqiqətənmi Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən götürməsi barədə əsaslı şübhələr yaradır. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi ilkin baxışla ikinci baxış arasında təxminən 2 ay müddət keçmişdir. Keçən 2 ay müddət ərzində Təqsirləndirilən şəxs məxsus olduğu guman edilən əl izinin hadisə yerində qalmasını məhkəmə ağlabatan hesab etmir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda qeyd edilən bütün bu hallar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunu sübut növü kimi şübhə altına aldığından həmin məktub ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs həm ibtida isitintaq zamanı, həmdə məhkəmə istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurluq olunduğu gün, yəni xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunda olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində (051) ***-**-** nömrəli mobil telefonu olduğunu bildirmişdir. Lakin, "xxxx" MMC-dən daxil olmuş cavab məktubda göstərilmişdir ki, "xxxx" MMC-yə məxsus (051) ***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 00:00-dan xx.xx.2024-cü il tarixdə saat 00:00-dək olan müddətdə istifadəsi aşkar edilmədiyi üçün həmin dövr üzrə əhatə dairəsinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 evindən oğrurluq olduğu zaman Ağcabədi rayonunda bostanda qarpız yığmış və qohumları X2, X7, X12 da onunla birlikdə işləmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. 2024-cü il tarixində bir yerdə işləmişlər. Ağcəbədi rayonunda qarpız yığmışlar. Dəqiq tarixi bilməsə də, sezonla, may ayından oktyabr aylarına kimi işləmişlər. Telman avtomobili olduğundan onunla bir yerdə gedib gəlmişlər. Ağcabədidən Saatlıya gəldikdə axşam üstü 7-8 kimi rayona çatıb həmin günün səhərisi gecə saat 3-4 arası yenindən Ağcəbədiyə gedirmişlər ki, səhər orda olsunlar. X8 özünün Ağcəbədi rayonunda olub-olmamasını müəyyən etmək üçün, ona məxsus (050) ***-**-** saylı telefon nömrəsinin və (070) ***-**-** saylı telefon nömrəsinin 31 avqust 2024-cü il tarixdən 03 sentyabr 2024-cü il tarixədək anten dairəsinə dair məlumatlar "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüşdür. "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarından görünür ki, X8 istifadəsində olan (050) ***-**-** saylı telefon nömrəsi və (070) ***-**-** saylı telefon nömrəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağcabədi rayonu ərazisində aktiv olmuşdur. Mhəkəmə, Təqsirləndirilən şəxs hadisə günü Ağcabədi rayonunda olmasını təsdiq edəcək birbaşa sübut olmasa da, əlavə şahidin ifadəsini inandırıcı qəbul edərək, qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə günü məhz Ağcabədi rayonunda olmasını bildirməsi əvvəldən düşünülmüş və cinayətdən yayınmaq üçün fikir kimi qəbul edilməməlidir. Çünki əlavə şahid X10 məxsus mobil telefonların hadisə günü Ağcabədi rayonunda olacağını və X8 da Təqsirləndirilən şəxs dediklərini təsdiq edəcəyini Təqsirləndirilən şəxs əvvəlcədən güman etməsi mümükün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən oğrurluq olduğu gün Ağcabədi rayonunda olması barədə dedikləri dolayı sübutlarla təsdiq olunduğundan, onun bu ifadəsi əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 124.1-ci maddəsinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur”. Həmin Məcəllənin 124.1.1 və 124.1.2-ci maddələrinə əsasən bu sübutlar “cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı”, “hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir”. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan normalarının əlaqəli təhlilindən görünür ki, cinayət prosesi tərəflərinin əldə etdiyi sübutun mötəbərliyi ilk olaraq onun cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə edilməsi baxımından qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Odur ki, istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən sübutlar (eləcə də dövlət ittihamçısı tərəfindən məhkəmə baxışı zamanı əldə edilmiş sübutlar) təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməsi epizodu üzrə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməsi epizodu üzrə cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməsi epizodu üzrə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarınının 38-ci bəndinə qeyd edilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməsi epizodu üzrə üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və onun həmin epizod üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün, həmin epizod ittihamdan xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdən 08 noyabr 2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanılmış, bundan başqa, 21 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 dekabr 2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdən 08 noyabr 2024cü il tarixdək, eyni zamanda, 21 dekabr 2024-cü il tarixdən 23 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 23 dekabr 2024-cü il tarixdən 14 yanvar 2026-cı il tarixədək həbsdə saxlanıldığı cəmi 01 il, 26 gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus bir baş iribuynuzlu heyvanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, Zərərçəkmiş şəxs3 yaşayış sahəsi hesab edilən evindən oğurluq edilməsi epizodu üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd tilov, 1 ədəd yubka, 1 ədəd jaket, 1 ədəd bıçaq, 1 ədəd əl kremi, 1 ədəd qazan qapağı Saatlı RPŞ-də saxlanılmalıdır. İş üzrə maddi sübut olan üzərində “Fatma xanım” yazısı əks olunmuş 1 ədəd dəvətnamə cinayət işi materiallarında saxlanılmaldır. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdən 08 noyabr 2024-cü il tarixdək, eyni zamanda, 21 dekabr 2024-cü il tarixdən 23 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 23 dekabr 2024-cü il tarixdən 14 yanvar 2026-cı il tarixədək həbsdə saxlanıldığı cəmi 01 il, 26 gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından iki il, bir ay, iyirmi iki gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün Zərərçəkmiş şəxs3 yaşayış sahəsi hesab edilən evindən oğurluq edilməsi epizodu üzrə cinayət işi materialları ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd tilov, 1 ədəd yubka, 1 ədəd jaket, 1 ədəd bıçaq, 1 ədəd əl kremi, 1 ədəd qazan qapağı Saatlı RPŞ-də saxlanılsın. İş üzrə maddi sübut olan üzərində “Fatma xanım” yazısı əks olunmuş 1 ədəd dəvətnamə cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar