Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-49/2023 09.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi 06 iyul 2023-cü il tarixdə Saatlı Rayon Məhkəməsinə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində tanışı X2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı-Becar mənzilinin 106-cı km, piket 2-də 30 metr uzunluğunda 756,90 manat dəyərində "xxxx" QSC-nin İnfrastruktur departamentinə məxsus “MKPAB” 7x4 tipli rabitə kabelini oğurlamaqla, rabitə xəttindən ibarət özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş "xxxx" QSC –yə 756,90 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında rabitə xətlərinə münasibətdə özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 31 may 2022-ci il tarixdə saat 23 radələrində tanışı X2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı-Becar mənzilinin 106-cı km, piket 6-7-də, 45 metr uzunluğunda 1135.35 manat dəyərində "xxxx" QSC-nin İnfrastruktur departamentinə məxsus “MKPAB” 7x4 tipli rabitə kabelini oğurlamaqla, rabitə xəttindən ibarət özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş "xxxx" QSC–yə 1135.35 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında rabitə xətlərinə münasibətdə özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 24 iyun 2022-ci il tarixdə saat 00:30 radələrində tanışı X2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, Dədə Qorqud küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus əmlakı tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü Saatlı rayonu, Mollavaizli kəndində yerləşən ərazisi açıq çayxanasından 1 ədəd 670 manat dəyərində samovarı oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 670 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 iyul 2022-ci il tarixdə saat 23:50 radələrində tanışı X2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, M.Ağayev küçəsi 2 nömrəli evdə yaşayan X1 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin yaxınlığında küçədən 2 baş, hər biri 300 manat dəyərində dişi qoyunu oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Cavid Əliyevə cəmi 600 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs4 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin yaxınlığındakı tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, tövlədən 2 baş, 450 manat dəyərində, 90 kq çəkidə və 380 manat dəyərində, 70 kq çəkidə qoçu oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 830 manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 455 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və istintaqa məlum olmayan yerdə qanunsuz olaraq saxlamış, həmin narkotik vasitəni 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində yerləşən “İnter Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında bir ədəd polietilen torbaya qablaşdırılmış vəziyyətdə piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib, həmin tarixdə saat 15:10 radələrində narkotik vasitə olan 455 qram təmiz çəkidə qurudulmuş marixuananı əlindəki polietilen torbada aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 17 iyul 2022-ci il tarixdə saat 00:20 radələrində tanışı X2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, 28 may küçəsi 39 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs1 Müseyib qızının əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki qəhəlin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan qəhələ daxil olaraq, oradan 1 baş 300 dəyərində ana qoyunu və 1 baş 200 dəyərində erkək quzunu oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 500 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi 30 iyun 2023-cü il tarixdə Saatlı rayon prokuroru, baş ədliyyə müşaviri Adil Vəliyev tərəfindən təsdiq edilərək, iş baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilən cinayət işinin məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi, həmçinin Təqsirləndirilən şəxs2 işin məhkəmə baxışına təyin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə cinayət-prosessual qanunvericiliyi cinayət təqibi üzrə icraatların birləşdirilməsi üçün cinayət işləri arasında dolayı əlaqənin mövcudluğunu qəbul etməyərək, birbaşa əlaqənin olmasını tələb edir. Cinayət işləri arasında bu əlaqə isə ya subyektlər arasındakı (bir neçə şəxsin bir cinayəti birlikdə törətməsi) əlaqədən, ya da cinayət əməlləri ilə subyektin əlaqəsindən (bir şəxsin bir neçə cinayəti törətməsi) əmələ gəlir. Belə əlaqələrin mövcud olduğu halda, cinayət işlərinin birləşdirilməsi bir tərəfdən icraatın sürətli şəkildə davam etdirilməsinə, məhkəmə proseslərinin uzadılmasını aradan qaldırmaqla işlərə vaxtında baxılmasına şərait yaratmış olur, digər tərəfdən isə iştirakçılıqla törədilən cinayətlərdə cinayətin iştirakçılarının əməlləri bir-biri ilə əlaqəli olduğundan icraatda lüzumsuz təkrarlığın qarşısının alınmasına, işin daha hərtərəfli və obyektiv araşdırılmasına kömək etmiş olur. Həmin Qərarda ifadə olunmuş yekun hüquqi mövqeyə görə cinayət təqibi üzrə icraatların birləşdirilməsi barədə qərar qəbul etmək üçün ilk növbədə cinayət işləri arasında birbaşa əlaqə olmalıdır. İkincisi, cinayət işlərinin birləşdirilməsi faydalı olmalıdır (yəni, prosessual qənaət prinsipinin gözlənilməsinə və cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsinə yönəlməlidir). Üçüncüsü, cinayət işlərinin birləşdirilməsinə qanunvericiliklə birbaşa qadağa qoyulmamalıdır. Azərbaycan Respublikası CPM-nin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Həmin Məcəllənin 289.3 və 289.3.1-ci maddələrinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar gəstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi, qanunvericilik müstəntiq tərəfindən ittiham aktının tərtib edilməsi zamanı həmin aktın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların göstərilməli və ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsvirinin əks etdirilməli olmasını imperativ norma kimi müəyyən etmişdir. Cinayət işinin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Məhəmməd oğlu və Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələr üzrə cinayət əməllərini ayrı-ayrılıqda olmaqla X2 ilə birlikdə törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlləri birlikdə törədilmədiyi, cinayət işləri arasında birbaşa əlaqə olmadığı və bu vəziyyətdə cinayət işlərinin birləşdirilməsinə qanunvericiliklə birbaşa qadağa qoyulduğu halda, ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla cinayə təqibi bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar kobud pozuntulara yol verildikdə çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə görə cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Göründüyü kimi, məhkəmə hazırlıq iclasında cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilməsi müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin olunmasını, cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsimi mümkünsüz edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində hazırkı qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 barəsində isə 08 avqust 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsə də, sonuncu Saatlı Rayon Məhkəməsinin qərarına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Odur ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Saatlı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(055)-49/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-49/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver