Məhkəmə qərarları › İş №1(055)-5/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-5/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-5/2023 21.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:15-də 12 may 1973-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,082 qram və 0,096 qram, ümumi çəkisi 0,178 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanında saxlamış, 30 aprel 2022-ci il tarixdə saat 16:15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 2 bükümdəki narkotik vasitə onun yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanında evin giriş qapısından sağ tərəfdə yerləşən stolun üzərindəki 01 ədəd siqaret qutusunun içərisində aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 5 ədəd bükümdə 0,297 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş və daşıyaraq yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanında saxlamış, 04 iyun 2022-ci il tarixdə saat 15 radələrində qazanc əldə etmək məqsədi ilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edib Saatlı rayonu Sarıcalar kəndində dəmir yolu xətti üzərindən keçən avtomobil yolunda həmin narkotik vasitədən 3 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,036, 0,042 və 0,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı Şahid4 30 manata satmış, 04 iyun 2022-ci il tarixdə saat 18 radələrində onun yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanındakı evə baxış keçirilərkən dəhlizdə masanın üstündəki siqaret qutusunun içərisində qalan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,099 və 0,085 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 30 aprel 2022-ci il tarixində polislər həyətinə gəlmişlər. O, polislərin onun üçün gəldiklərini bilib, evdən qaçmışdır. Lakin daha sonra, polislər onu tutmuşlar. O, evindəki stolda 2 büküm narkotik olduğunu bilmişdir. Sonra Sabirabad Rayon Polis Şöbəsinə getmişlər. O, orada həmin narkotiki yaşadığı evin yaxınlığında gəzərkən yerdən tapdığını bildirmişdir. Bundan başqa, 04 iyun 2022-ci il tarixində Məhəmməd ona zəng edərək vəziyyətinin pis olduğunu demiş və ondan heroin istəmişdir. O, əvvəlcə Məhəmmədə heroin sata bilməyəcəyini bildirsə də, Məhəmməd ona vəziyyətinin çox pis olduğunu deyərək təkid etmişdir. O, Məhəmmədə yol pulunun olmadığını demiş, ancaq Məhəmməd ona taksi pulunu da verəcəyini bildirmişdir. O da Məhəmmədlə razılaşmış və ona 3 büküm heroin aparmışdır. Məhəmməd də qarşılığında ona 30 manat pul vermişdir. Hadisədən dərhal sonra polis əməkdaşları onlara yaxınlaşaraq onu və Məhəmmədi Saatlı Rayon Polis Şöbəsinə aparmışlar. Sonra ondan evində başqa narkotik olub-olmamasını soruşmuşlar. O da yaşadığı Sabirabad şəhərindəki evində də narkotik olduğunu etiraf etmişdir. Daha sonra polislərlə birlikdə onun Sabirabad şəhərindəki evinə getmişlər və oradakı narkotik də aşkar edilərək götürülmüşdür. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində məlumat daxil olduğundan, əməliyyat axtarış tədbirləri keçirilməsi zərurəti yaranmışdır. Bundan sonra, əməliyyat qrupu yaradılmış və o da həmin qrupda olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evinə getmişlər. Lakin o, evdə tapılmamışdır. Evinə baxış keçirən zaman stolun üzərində siqaret qutusunun içində 2 büküm narkotik vasitə aşkarlanmışdır. O, narkotikin hansı növə məxsus olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində məlumat daxil olduğundan, əməliyyat axtarış tədbirləri keçirilməsi zərurəti yaranmışdır. Bundan sonra, əməliyyat qrupu yaradılmış və o da həmin qrupda olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evinə getmişlər. Lakin o evdə tapılmamışdır. Təqsirləndirilən şəxs onlar gələn zaman evdən qaçmışdır. Daha sonra isə polis əməkdaşları tərəfindən tutulmuşdur. Evinə baxış keçirən zaman evindən 2 büküm narkotik vasitə, iynə və sair əşyalar aşkarlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Bundan sonra təxirə salınmadan əməliyyat keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəcək əməkdaşlar müəyyən edilmiş və onlar Təqsirləndirilən şəxs evinə yollanmışlar. Onlar orada olan zaman Zaur evdə olmamışdır. Təqsirləndirilən şəxs tədbirin sonunda polis əməkdaşları tərəfindən tutularaq gətirilmişdir. Evinə baxış keçirən zaman Təqsirləndirilən şəxs evində stolun üstündə narkotik tapılmışdır. Təqsirləndirilən şəxs gəldikdən sonra narkotikin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə Şahid4 Saatlı RPŞ-nə ərizə ilə müraciət edərək Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasına polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmişdir. Bununla bağlı şəxsiyyəti müəyyən edilmiş Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, digər polis əməkdaşları Şahid7 və Şahid6 iştirakı ilə Şahid4 üstünə tərəfindən baxış aparılmışdır. Baxış zamanı Şahid4 üstündə hər hansı bir narkotik vasitə, qeyri-qanuni saxlanılan əşya və ya predmet əşkar olunmamışdır. Bundan sonra şərti alıcı qismində keçiriləcək əməliyyat tədbirində iştirak etməsindən ötrü Şahid4 Sabirabad şəhərində yaşayan, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimalı olunan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə 1 ədəd 10 (on) və 4 ədəd 5 (beş) manatlıq pul əskinasları verilmişdir. Şahid4 verilən pul əskinaslarının kserosurətləri vərəqədə çıxarılmış, bu barədə tərəfindən protokol tərtib olunmuş, protokol tərtib edilərkən ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir qeyd və ya ərizə daxil olmamış, düzgün tərtib edildiyi üçün işitrakçılar tərəfindən imzalanmış, pul əskinaslarının kserosurəti protokola əlavə olunmuşdur. Həmin vaxt foto və videoçəkiliş aparılmışdır. Tədbirin davamı olaraq Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Saatlı rayonu Sarıcalar kəndindəki dəmir yolunun yanında onunla görüşmüş, onlar isə kənardan Təqsirləndirilən şəxs müşahidə etmişlər. Təqsirləndirilən şəxs Məhəmmədə narkotik vasitəni, Məhəmməd isə ona pulu verdikdən dərhal sonra onlara yaxınlaşıb hər ikisini Saatlı RPŞ-nə gətirmişlər. Saatlı RPŞdə onların üzərində axtarış aparılarkən Şahid4 əynindəki şalvarın sağ cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 30 manata Təqsirləndirilən şəxs aldığını bidirmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd 10 manatlıq və 4 ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb həmin pulların Məhəmmədə satdığı narkotik vasitənin pulu olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxmış pul əskinasları kserosurətləri çıxarılmış kağızda əks olunmuş pul əskinasları ilə eyniləşdirilərkən eyni pullar olduğu müəyyən edilmişdir. Şahid4 könüllü təqdim etdiyi 1 ədəd büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs başqa narkotik vasitəsinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da cavabında evində də narkotik olduğunu bildirmişdir. Daha sonra əməliyyat qrupu yaradılmış və birlikdə Təqsirləndirilən şəxs evinə getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirən zaman evindən də heroin aşkarlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə Şahid4 Saatlı RPŞ-nə ərizə ilə müraciət edərək Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasına polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmişdir. Bundan sonra şərti alıcı qismində keçiriləcək əməliyyat tədbirində iştirak etməsindən ötrü Şahid4 Sabirabad şəhərində yaşayan, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimalı olunan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə 1 ədəd 10 (on) və 4 ədəd 5 (beş) manatlıq pul əskinasları verilmişdir. Şahid4 verilən pul əskinaslarının kserosurətləri vərəqədə çıxarılmış, bu barədə Şahid5 tərəfindən protokol tərtib olunmuş, protokol tərtib edilərkən ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir qeyd və ya ərizə daxil olmamış, düzgün tərtib edildiyi üçün işitrakçılar tərəfindən imzalanmış, pul əskinaslarının kserosurəti protokola əlavə olunmuşdur. Tədbirin davamı olaraq Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Saatlı rayonu Sarıcalar kəndindəki dəmir yolunun yanında onunla görüşmüş, onlar isə kənardan Təqsirləndirilən şəxs müşahidə etmişlər. Təqsirləndirilən şəxs Məhəmmədə narkotik vasitəni, Məhəmməd isə ona pulu verdikdən dərhal sonra onlara yaxınlaşıb hər ikisini Saatlı RPŞ-nə gətirmişlər. RPŞ-də onların üzərində axtarış aparılarkən Şahid4 əynindəki şalvarın sağ cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 30 manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd 10 manatlıq və 4 ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb həmin pulların Məhəmmədə satdığı narkotik vasitənin pulu olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxmış pul əskinasları kserosurətləri çıxarılmış kağızda əks olunmuş pul əskinasları ilə eyniləşdirilərkən eyni pullar olduğu müəyyən edilmişdir. Şahid4 könüllü təqdim etdiyi 1 ədəd büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs başqa narkotik vasitəsinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da cavabında evində də narkotik olduğunu bildirmişdir. Daha sonra əməliyyat qrupu yaradılmış və birlikdə Təqsirləndirilən şəxs evinə getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirən zaman evindən də heroin aşkarlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ifadəsində göstərdi ki, 04 iyun 2022-ci il tarixdə Şahid4 Saatlı RPŞ-nə ərizə ilə müraciət edərək Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasına polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmişdir. Bundan sonra şərti alıcı qismində keçiriləcək əməliyyat tədbirində iştirak etməsindən ötrü Şahid4 Sabirabad şəhərində yaşayan, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimalı olunan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə 1 ədəd 10 (on) və 4 ədəd 5 (beş) manatlıq pul əskinasları verilmişdir. Şahid4 verilən pul əskinaslarının kserosurətləri vərəqədə çıxarılmış, bu barədə Şahid5 tərəfindən protokol tərtib olunmuş, protokol tərtib edilərkən ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir qeyd və ya ərizə daxil olmamış, düzgün tərtib edildiyi üçün işitrakçılar tərəfindən imzalanmış, pul əskinaslarının kserosurəti protokola əlavə olunmuşdur. Tədbirin davamı olaraq Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Saatlı rayonu Sarıcalar kəndindəki dəmir yolunun yanında onunla görüşmüş, onlar isə kənardan Təqsirləndirilən şəxs müşahidə etmişlər. Təqsirləndirilən şəxs Məhəmmədə narkotik vasitəni, Məhəmməd isə ona pulu verdikdən dərhal sonra onlara yaxınlaşıb hər ikisini Saatlı RPŞ-nə gətirmişlər. RPŞ-də onların üzərində axtarış aparılarkən Şahid4 əynindəki şalvarın sağ cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 30 manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd 10 manatlıq və 4 ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb həmin pulların Məhəmmədə satdığı narkotik vasitənin pulu olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxmış pul əskinasları kserosurətləri çıxarılmış kağızda əks olunmuş pul əskinasları ilə eyniləşdirilərkən eyni pullar olduğu müəyyən edilmişdir. Şahid4 könüllü təqdim etdiyi 1 ədəd büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Qeyd olunanlara bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs başqa narkotik vasitəsinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da cavabında evində də narkotik olduğunu bildirmişdir. Daha sonra əməliyyat qrupu yaradılmış və birlikdə Təqsirləndirilən şəxs evinə getmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirən zaman evindən də heroin aşkarlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X3 şahidlər Şahid5, Şahid6 və Şahid7 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 30 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ünvan 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısından sağ tərəfdə yerləşən stolun üzərindəki 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 iyun 2022-ci il tarixli "Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid4 üzərinə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə” protokol və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı Şahid4 əvvəlcədən nömrələri qeyd edilməklə 01 ədəd 10 (on) manatlıq A26191044 və 04 ədəd 5 (beş) manatlıq A27910968, C26917134, A26629602 və A43083365 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 04 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şahid4 könüllü olaraq 3 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütləni təqdim edərək həmin narkotiki Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona əvvəlcədən kserosurətləri çıxarılıb verilmiş pul əskinaslarının müqabilində satın aldığını bildirmiş, sonuncunun üstündən isə həmin 01 ədəd 10 manatlıq, 04 ədəd 05 manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 04 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ünvan 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin dəhlizində masanın üstündəki siqaret qutusunun içərisində 02 ədəd bükümlərdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 30 aprel 2022-ci il tarixli 18/480 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evə baxış...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,082 qr, 0,096 qr, ümumi çəkisi-0,178 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 05 iyun 2022-ci il tarixli 18/629 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid4 təqdim etdiyi...narkotik vasitəyə oxşar heroin...” sözləri yazılmış kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,036 qr, 0,042 qr, 0,035 qram, ümumi təmiz çəkisi-0,113 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd bükümdə təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki 2 ədəd bükümdə ayrıayrılqıda təmiz çəkisi-0,099 qr, 0,085 qr, ümumi təmiz çəkisi-0,184 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərlərində “Şahid4 təqdim etdiyi...narkotik vasitəyə oxşar heroin...” və “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd bükümdə təqdim etdiyi...” sözləri yazılmış 2 ədəd kağız paketdəki, ümumilikdə sayı 5 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 16 oktyabr 2022-ci il tarixli 18/1125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 07 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni tərkiblidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Sabirabad Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş, bundan başqa, Saatlı Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Saatlı Rayon Polis Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Sabirabad Rayon Polis Şöbəsinə göndərilmiş və həmin cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Həmin cinayət işi üzrə icraat tamamlandıqdan sonra ittiham aktı tərtib edilərək Sabirabad Rayon Prokurorluğuna təqdim edilmiş, lakin 11 oktyabr 2022-ci il tarixli “Əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün cinayət işinin müstəntiqə qaytarılması barədə” qərarla cinayət işi əlavə araşdırma aparılması üçün müstəntiqə qaytarılmış, bundan sonra cinayət işi aidiyyəti üzrə Saatlı Rayon Polis Şöbəsinə göndərilmiş və iş üzrə icraat Saatlı Rayon Polis Şöbəsində davam etdirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 iyul 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə ayrə-ayrılıqda təmiz çəkiləri 0,082 qram və 0,096 qram, ümumi çəkisi 0,178 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanında saxlaması, 30 aprel 2022-ci il tarixdə saat 16:15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 2 bükümdəki narkotik vasitənin onun yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanında evin giriş qapısından sağ tərəfdə yerləşən stolun üzərindəki 01 ədəd siqaret qutusunun içərisində aşkar edilərək götürülməsi, bundan başqa, onun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 5 ədəd bükümdə 0,297 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etməsi və daşıyaraq yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanında saxlaması, 04 iyun 2022-ci il tarixdə saat 15 radələrində qazanc əldə etmək məqsədi ilə narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edib Saatlı rayonu Sarıcalar kəndində dəmir yolu xətti üzərindən keçən avtomobil yolunda həmin narkotik vasitədən 3 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,036, 0,042 və 0,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı Şahid4 30 manata satması, 04 iyun 2022-ci il tarixdə saat 18 radələrində onun yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 1, ev 13 ünvanındakı evə baxış keçirilərkən dəhlizdə masanın üstündəki siqaret qutusunun içərisində qalan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,099 və 0,085 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,15 qramdan artıq olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 22 iyul 2022-ci il tarixli 4002 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul ediməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2022-ci il tarixli qərardan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün 30 aprel 2022-ci il tarixdən 02 may 2022ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 04 iyun 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 iyun 2022-ci il tarixli qərardan və seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdən 02 may 2022-ci il tarixədək və 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı dörd gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,185 qram olan 7 ədəd bükümdə narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd 10 (on) manatlıq A26191044 və 04 ədəd 5 (beş) manatlıq A27910968, C26917134, A26629602 və A43083365 nömrəli pul əskinaslarının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 aprel 2022-ci il tarixli 18/480 saylı, 05 iyun 2022-ci il tarixli 18/629 saylı və 16 oktyabr 2022-ci il tarixli 18/1125 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri ümumilikdə 94 manat 30 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il altı ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdən 02 may 2022-ci il tarixə kimi və 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutularaq dörd gün saxlanılması ona təyin olunmuş dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq dörd il beş ay iyirmi altı gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 25 oktyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,185 qram olan 7 ədəd bükümdə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 94 (doxsan dörd) manat 30 (otuz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar