Məhkəmə qərarları › İş №1(055)-5/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-5/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-5/2024 16.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi barədə) Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:30-da xx xxxxxx 1984-cü il tarixdə Saatlı rayonu Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 02 radələrində Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs evinin qarşısına gəlib Zərərçəkmiş şəxs küçəyə çağırıb hansı səbəbdən mobil telefon vasitəsi ilə tanışı Şahid2 onun arvadı barəsində nalayiq ifadələr deməsini bildirdikdə aralarında yaranmış mübahisə zamanı əlindəki, istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona təpə nahiyəsində yara və həmin zərbədən yıxılarkən sol kürəküstü nahiyədə qançırdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, yəni sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 13 iyul 2023-cü il tarixdə saat 02 radələrində Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs evinin qarşısında onunla arasında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi, həmçinin də ziyan tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, 13 iyul 2023-cü il tarixdə saat 02 radələrində Saatlı rayonu Yeni Novruzlu kəndində onun yaşadığı fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs ilə arasında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun baş nahiyəsinə dəmir parçası ilə vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi, həmçinin də ziyan tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 yanvar 2024-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39-cu maddələrinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığından və zərər çəkmiş şəxsin şikayəti olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilsin Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar