Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-50/2023 15.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, Saat: 16:40 xx xxxx 1984-cü ildə Ağdam rayonunun Maxsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Ağdam rayonunun Maxsudlu kəndində qeydiyyatda olmaqla Sabirabad şəhəri, H.Əliyev pr, bina 2, mənzil 5-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2,81 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 19 aprel 2023-cü il tarixdə saat 19:40 radələrində qazanc əldə etmək məqsədilə Saatlı rayonu Bəylik kəndi ərazisində yerləşən “Görüş” restoranına qanunsuz olaraq daşıyıb, orada əvvəlcədən aldığı 58 manat pulun müqabilində həmin narkotik vasitədən bir kibrit qutusunda 1,82 qram çəkidə əməliyyat tədbirinin iştirakçısı şərti alıcı Şahid1 58 manata qanunsuz olaraq satmış, qalan 1 ədəd salfet bükümdə 0,99 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 19 aprel 2023-cü il tarixdə saat 20:55-də Saatlı RPŞ-də onun üstünə şəxsi axtarış aparılarkən aşkar edilib götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad şəhəri, H.Əliyev prospektində ev 2, mənzil 5-də arvadı və iki yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşayır. O, 2-ci qrup əlildir, bir çox xəstəlikləri var, ən əsas xəstəliyi dövlətin daima diqqətində olan ağır xəstəlik hesab olunan dağınıq skleroz xəstəliyidir. O, əvvəllər 2 dəfə məhkum olunmuşdur. O, arada tapanda, xəstəliyi ilə əlaqədar, ağrılarını azaltmaq üçün narkotik vasitələrdən istifadə edir. Saatlı rayon sakini Şahid1 ilə 2023-cü ilin aprel ayının əvvəllərində təsadüfən Sabirabad şəhərində tanış olmuş və münasibətləri yaranmış, Pərvin ilə düşmənçilik və ədavəti olmamışdır. O, Pərvin ilə Sabirabad şəhərində görüşüb söhbət edərkən Pərvin ona narkotik vasitələrdən istifadə etdiyini deyib, Sabirabad rayonunda narkotik satılıbsatılmadığını soruşmuşdur. O da “nəşə”nin 1 kibrit qutusunun 50 manata satıldığını demişdir. Çünki eşitmişdir ki, bir kibrit qutusu “nəşə” 50 manata satılır. 19 aprel 2023-cü il tarixdə günortadan sonra, dəqiq saatı xatırlamır yaşadığı evdə olarkən Pərvin ona zəng özü üçün 1 kibrit qutusu “nəşə” yəni narkotik olan marixuana istəmiş, onda olan əvvəldən dediyi kimi 1 kibrit qutusu narkotikin 50 manata olduğunu, 8 manat da ona yol pulu və siqaret pulu verərsə tapa biləcəyini demişdir. Həmin gün saat 18 radələrində Pərvin yenə onun mobil telefon nömrəsinə zəng edərək Saatlı rayonunda “Görüş” restoranında olduğunu və onunla görüşmək istədiyini demişdir. Pərvin zəng etdikdən sonra o, evdən çıxıb həmin restorana getmiş, Pərvin ilə həmin restoranın həyətində görüşərkən Pərvin ona narkotik vermək üçün əvvəlcədən razılşadığı kimi 58 manat, 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul vermişdir. O, həmin pulu Pərvindən götürüb tanımadığı taksi sürücüsünün avtomobili ilə Sabirabad şəhəri Mərkəzi bazarının yaxınlığında olan göz klinikasınan yanına getmiş və tanımadığı şəxslə görüşüb Pərvinin verdiyi puldan 50 manat həmin şəxsə verib 1 ədəd kibrit qutusunda narkotik almış və həmin kibrit qutusundakı marixuananın üstündən bir qədər salfet kağızının içərisinə gələcəkdə öz istifadəsi üçün götürüb, kibrit qutusundakı narkotiki şalvarının cibinə eyni taksi ilə yenidən “Görüş” restoranına gəlmiş və restoranın həyətində saat 19:40 radələrində Pərvinlə görüşüb 1 ədəd kibrit qutusundakı narkotiki Pərvinə vermişdir. Birlikdə restorandan avtomobil yolunun kənarına çıxarkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, onu və Pərvini Saatlı RPŞ-nə aparmışlar, orada şəxsi axtarış zamanı Pərvin ona satdığı bir ədəd kibrit qutusundakı narkotiki əynindəki gödəkçəsinin cibindən çıxararaq polis əməkdaşlarına təqdim edib həmin narkotiki ondan polis tərəfindən əvvəlcədən ona verilmiş 58 manat pulun müqabilində aldığını demişdir. O da başa düşmüşdür ki, Pərvin polis tərəfindən keçirilən tədbirdə iştirak edib və ondan narkotik almaq üçün Pərvinə pul polis tərəfindən verilib, ona görə də, Pərvinin könüllü təqdim etdiyi həmin narkotiki ona 58 manata satdığını bildirmişdir. Polis əməkdaşları təklif etdikdən sonra Pərvinə satdığı narkotikin müqabilində Pərvinin ona verdiyi 3 ədəd 1 manatlıq və özünə məxsus 4 ədəd 1 manatlıq pul əskinaslarını əynindəki şalvarının cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşlarına 4 ədəd 1 manatlıq pul əskinaslarının özünə məxsus olduğunu, digər 3 ədəd 1 manatlıq pul əskinaslarının isə Şahid1 satdığı narkotikdən qalan pul olduğunu demişdir. Polis əməkdaşları özlərində olan kserosurətlər ilə onun təqdim etdiyi 3 ədəd 1 manatlıq pul əskinaslarını eyniləşdirərkən onların eyni nömrəli olduğu bilinmişdir. Həmin vaxt onun üstünə şəxsi axtarış aparılarkən həmçinin aldığı narkotikdən özü üçün götürdüyü 1 ədəd bükümdə narkotik də aşkar edilmişdir.Sonda protokol tərtib olunmuş, foto və video çəkiliş aparılmışdır. Saatlı rayon polis Şöbəsində onun iştirakı ilə istintaq hərəkətləri aparılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmişdir. Sonda əməlini səmimi etiraf edib peşman olmasını, müddətsiz 2-ci dərəcə əlil olmaqla dağınıq skleroz xəstəliyindən əziyyət çəkməsini, valideynlərinin xəstə olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı rayonu Qaracalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəlindən tanıyır, onunla təsadüfən Sabirabad şəhərində tanış olmuş, Tural ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Tural ilə bir neçə dəfə Sabirabad rayonunda görüşüb söhbət edərkən onun danışığından Turalın Saatlı rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitələr sataraq əhalinin cavan təbəqəsini zəhərlədiyini bilmiş, eyni zamanda onun narkotik satan şəxslərə nifrəti olduğu üçün Turalın ifşa olunmasında polis əməkdaşlarına könüllü kömək etmək qərarına gəlmişdir. Buna görə də 19 aprel 2023-cü il tarixdə günorta saatlarında Turalın telefon nömrəsinə zəng edərək danışarkən söhbət narkotikdən düşmüş və Tural ona 1 kibrit qutusu narkotikin 58 manata sata biləcəyini demişdir. O sonra Saatlı RPŞ-yə gedib özünü təqdim edərək, Sabirabad şəhər sakini Tural adlı şəxsin Saatlı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq köməklik etmək istədiyini bildirərək bu barədə Saatlı RPŞyə ərizə ilə müraciət etmişdir. Tural ona narkotikin 1 kibrit qutusunu 58 manata sata biləcəyini dediyi üçün polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədilə ona kserosurətləri çıxarılmış 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları verilmiş və bu barədə protokol tərtib edilərək imza edilmişdir. Polis əməkdaşları tərəfindən keçirilən tədbirin davamı olaraq o, polis şöbəsindən çıxaraq saat 18 radələrində polis əməkdaşları ilə birlikdə Saatlı rayonu Bəylik kəndində yerləşən “Görüş” restoranına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlayıb Saatlı rayonunda “Görüş” restoranında olduğunu, narkotik vasitəni ora gətirməsini və onunla görüşmək istədiyini demişdir. Bir qədər sonra Tural həmin yerə gəlmişdir. Orada Turalla görüşüb polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinaslarını Turala vermişdir. Tural pulu ondan alıb gözləməyini deyib oradan çıxıb getmiş və birazdan narkotiki götürüb gələcəyini demişdir. Tural gedib təxminən saat 19 radələrində onun olduğu “Görüş” restoranının həyətinə qayıtmış və orada 1 ədəd kibrit qutusunu ona verərək içərisində narkotik “nəşə” olduğunu demişdir. O, kibrit qutusunu açıb içərisinə baxdıqda narkotik olduğunu görmüşdür. Bundan sonra Tural ilə birlikdə restoranın həyətindən çıxarkən tədbirdə iştirak edən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək ikisini də Saatlı RPŞ-nə aparmışlar. Saatlı RPŞ-də onun və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən könüllü olaraq əynindəki gödəkçəsinin cibindən bir ədəd kibrit qutusunu çıxarıb, həmin qutunun içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq, ümumilikdə 58 manata aldığını demişdir. Həmin bir ədəd kibrit qutusu şəxsi axtarış zamanı açılarkən içərisində narkotik vasitə olan marixuana olduğu aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun göstərdiklərini təsdiq edərək onun könüllü olaraq təqdim etdiyi həmin 1 ədəd kibrit qutusundakı kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuanaya görə ondan aldığı 58 manat puldan 3 manatının cibində olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üstünə axtarış aparılarkən əynindəki şalvarının cibindən 7 ədəd 1 manatlıq pul əskinasları və 1 ədəd kağız büküm aşkar edilmişdir. Həmin pul əskinasları kserosurətləri çıxarılaraq Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün ona əvvəlcədən verilmiş kserosurətlər ilə eyniləşdirilərkən 3 ədəd 1 manatlıq pul əskinaslarının kserosurətlər ilə eyni olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onun könüllü təqdim etdiyi kibrit qutusundakı kütlə və Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kağız bükümdəki kütlə qablaşdırılıb götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd 3 manatlıq pul əskinasları da 1 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonda şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, şəxsi axtarış zamanı foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 aprel 2023-cü il tarixdə Ağdam rayonu Maxsudlu kəndində qeydiyyatda olmaqla, Sabirabad şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmçinin Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şahid1 ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək Sabirabad şəhər sakini Tural adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq polis əməkdaşlarına köməklik etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinasları Şahid1 verilmiş, bununla bağlı protokol tərtib edilmiş, Şahid1 verilmiş 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinaslarının kserosurəti çıxarılaraq həmin protokola əlavə edilmişdir. Tədbirin davamı olaraq saat 18:30 radələrində Şahid1 Saatlı rayonu Bəylik kəndi ərazisində yerləşən “Görüş” restoranında Təqsirləndirilən şəxsla görüşdükdən sonra tədbir ilə bağlı ona verilən 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinaslarını Turala vermişdir. Tural 58 manat məbləğində pulu Pərvindən alaraq Sabirabad şəhəri istiqamətində çıxıb getmiş və bir müddət sonra yenidən həmin yerə qayıtmışdır. Təqsirləndirilən şəxs Pərvindən aldığı pulun müqabilində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya oxşar kütləni Saatlı rayonu Bəylik kəndi ərazisində yerləşən “Görüş” restoranının qarşısında Şahid1 verərkən dərhal tədbirdə iştirak edən polis əməkdaşları ilə birlikdə onlara yaxınlaşıb özünü təqdim edərək hər ikisini Saatlı RPŞ-yə gətirmişlər. Bundan sonra Saatlı RPŞ-də Təhqiqat bölməsinin təhqiqatçısı Əlizadə Əliyev tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 üstünə şəxsi axtarış aparılarkən Şahid1 könüllü olaraq cibindən bir ədəd kibrit qutusunu çıxarıb, həmin qutunun içərisində polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş 1 ədəd 50 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinasına Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin bir ədəd kibrit qutusu, şəxsi axtarışda iştirak edən şəxslərin yanında açılarkən içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid1 göstərdiklərini təsdiq edərək onun könüllü olaraq təqdim etdiyi 1 ədəd kibrit qutusundakı kütlənin narkotik vasitə olan marixuana olduğunu və ona 58 manata satdığını səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış zamanı sonuncu əynindəki şalvarının cibindən 1 ədəd salfet bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və Şahid1 satdığı narkotikdən öz istifadəsi üçün götürüb saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən həmçinin onun cibindən 7 ədəd 1 manatlıq pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin pulun 3 manatının Şahid1 ondan aldığı narkotik vasitəyə görə verdiyi pul olduğunu, yerdə qalan 4 manatının özünə məxsus olduğunu, Şahid1 aldığı 55 manat pulun isə borcu olduğundan həmin pulla borcunu qaytardığını bildirmişdir. Həmin 3 manat məbləğində pul əskinasları kserosurətləri çıxarılaraq Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Şahid1 əvvəlcədən verilmiş kserosurətlər ilə eyniləşdirilərkən 1 ədəd 3 manatlıq əskinaslar ilə eyni olduğu müəyyən edilmişdir. Şahid1 könüllü təqdim etdiyi 1 ədəd kibrit qutusundakı və Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd salfet bükümdəki kütlə qablaşdırılıb götürülmüşdür. Sonda şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Firudun oğlu Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2023-cü il tarixli 18/434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 satılan...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-1,82 qram olan yaşılımtıl rəngli, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üstündən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd salfet bükümündə təmiz çəkisi-0,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid1 təqdim etdiyi marixuana ilə Təqsirləndirilən şəxs üstündən götürülmüş marixuana eyni tərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 22 may 2023-cü il tarixli 3112 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddənin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 may 2023-cü il tarixli 1319 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayiənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan 19 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş X1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinazlarının ona verilməsi barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan Ağdam rayonu Maxsudlu kəndində qeydiyyatda olmaqla, Sabirabad şəhəri, H.Əliyev prospekti ev 2, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 1 ədəd 50 manatlıq A07619635 nömrəli, 1 ədəd 5 manatlıq A38242645 nömrəli, 3 ədəd 1 manatlıq B11192587, A07776469 və B36742737 nömrəli pul əskinasları verilmişdir. İşdə olan 19 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan kibrit qutusunu çıxarıb təqdim edərək, həmin kibrit qutusunu ona verilmiş 58 manat miqdarda pulun müqabilində Təqsirləndirilən şəxs aldığını, Təqsirləndirilən şəxs da qara rəngli şalvarının sol cibindən 7 ədəd 1 manatlıq pul əskinaslarını çıxararaq həmin pulub 4 manatının özünə məxsus olduğunu, 3 manatının isə Şahid1 satdığı narkotik vasitəyə görə onun verdiyini bildirmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının qabaq sol cibindən 1 ədəd salfet bükümündə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlənin Şahid1 satdığı narkotik vasitədən götürüb öz istifadəsi üçün saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş pul əskinasları kserosurətləri ilə eyniləşdirilərkən əskinasların əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Şahid1 verilən 3 ədəd 1 manatlıq B11192587, A07776469 və B36742737 nömrəli pul əskinasları olduğu, şərti alıcı Şahid1 könüllü təqdim etdiyi 1 ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya oxşar kütlənin çəkisinin 4,91 qram, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd sellofan bükümdəki qurudulmuş marixuanaya oxşar kütlənin çəkisinin 1,93 qram olduğu məlum olmuşdur. Həmin kütlələr ayrı-ayrı zərflərdə, 3 ədəd 1 manatlıq pul əskinasları isə başqa bir zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından 10 ay 28 gün əvvəl şərti olaraq cəzanı şəkməkdən azad olunmuşdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,77 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və müddətsiz 2-ci dərəcə əlil olmaqla dağınıq skleroz xəstəliyindən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona 21 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə ittiham elan olunmuş, barəsində Saatlı Rayon Məhkəməsinin qərarı ilə həmin tarixdə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 13 iyul 2023-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə həbsdə saxlama müddəti 20 gün müddətə, yəni 09 avqust 2023-cü il tarixədək uzadılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 12,77 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 3 (üç) ədəd 1 (bir) manatlıq B11192587, A07776469 və B36742737 nömrəli pul əskinazları cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 19 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 2,77 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Maddi sübut olan 3 (üç) ədəd 1 (bir) manatlıq B11192587, A07776469 və B36742737 nömrəli pul əskinazları cinayət işi materiallarında saxlanılsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-50/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-50/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver