Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-50/2024 12.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 12 sentyabr 2024-cü il Saatlı şəhəri Saat: 09:50 xx xxxxxx 1978-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı şəhəri, H.B.Zərdabi küçəsi, ev 25-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 6,6 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamış, 15 may 2024-cü il tarixdə saat 11:40 radələrində qazanc əldə etmək məqsədilə həmin narkotik vasitədən 1 ədəd bükümdə 0,73 qram çəkidə yaşadığı Saatlı şəhəri, H.B.Zərdabi küçəsi ev 25 nömrəli evin yaxınlığındakı parka qanunsuz olaraq satış məqsədi ilə daşıyıb, orada 10 manat pulun müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmış, qalan 1 ədəd bükümdə 0,52 qram çəkidə və 1 ədəd kibrit qutusunda 5,35 qram çəkidə qurudulmuş marixuananı 15 may 2024-cü il tarixdə saat 14:55 radələrində Saatlı şəhəri, H.B.Zərdabi küçəsində yaşadığı evin yaxınlığında üstündə qanunsuz olaraq satış məqsədilə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilib Saatlı RPŞ-yə gətirilmiş və orada 15 may 2024-cü il tarixdə saat 15:50-də onun üstünə şəxsi axtarış aparılarkən həmin 1 ədəd bükümdə 0,52 qram çəkidə və 1 ədəd kibrit qutusunda 5,35 qram çəkidə qurudulmuş marixuana əynindəki gödəkçənin sağ cibindən aşkar edilib götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 narkotik satmamışdır. Onun üstündə balaca bükümdə narkotik olub. O, küçədə cücə kəsərkən qara maşında polislər ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. Maşına minəndən 2-3 dəqiqə sonra Abbas ona zəng etmiş, lakin o, cavab verməmişdir. Sonra Xanəli müəllim telefonu ondan alaraq Abbasla danışmışdır. Polis şöbəsinə getdikdən sonra onun üzərinə baxış keçirmişlər. Baxışdan öncə cibinə kibrit qutusunu qoymuşlar və “buda sənindir” demişlər. Onu polis əməkdaşları döyüb, təziqlər göstərmişlər və o, təziq altında izahat vermişdir. Onun üstündə bir büküm naroktik olmuş, onu da öz istifadəsi üçün saxlamışdır. Kibrit qutusunda olan narkotik onun deyildir. Onu polis əməkdaşları üstünə qoymuşlar. Göstərilənlərə əsasən əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edərək həmin maddələ ilə yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 7-8 aydır tanıyır, Salam ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, təxminən 5-6 aydır ki el arasında “nəşə” adlanan narkotikdən arada bir tapanda istifadə edir. O, Bakı şəhərində yaşadığından mütəmadi olaraq Saatlı şəhərində yaşayan valideynlərinin yanında bir müddət qalıb geri qayıdır. 14 may 2024-cü il tarixdə yaşadığı evdə olarkən atası Vüqar onun mobil telefon nömrəsinə zəng edərək Saatlı şəhərinə gəlməyini və onu görmək istədiyini demişdir. O, da Bakı şəhərində tanımadığı yol avtomobilinə əyləşərək Saatlı şəhərində yerləşən ata evinə gəlmişdir. Saatlı şəhərində olarkən narkotik vasitə olan “nəşə” çəkmək istəmişdir. Həmin vaxt əvvəldən tanıdığı Salamın rayon ərazisində narkotik vasitələri satdığını bildiyindən özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun yadında qalmayan mobil telefon nömrəsinə zəng etmişdir. Salama bir neçə dəfə zəng edib tanışlıq vermiş və narkotik vasitə olan “nəşə” almaq istədiyini demişdir. Saat 11 radələrində Salam istifadəsində olan mobil telefonla onun mobil telefon nömrəsinə zəng etmişdir. Salamla mobil telefon vasitəsilə danışarkən narkotik vasitə istədiyini, narkotik vasitə olub-olmadığını və satarsa almaq istədiyini demişdir. Salam da ona narkotik vasitə olduğunu, 1 istifadə üçün olan narkotik vasitəni 10 manata sata biləcəyini və yaşadığı küçəyə gəlməyini demişdir. O da heç bir problem olmadığını dedikdən sonra Salamın yaşadığı Saatlı şəhəri, H.B.Zərdabi küçəsinə getmişdir. Saat 12 radələrində Salamın yaşadığı evin qarşısına çatdıqdan sonra səsləyib onunla görüşmüşdür. Salama 10 manat pul vermiş və Salam da yaşadığı evə gedərək 1 istifadəlik 1 ədəd kağız bükümdəki narkotik vasitə olan “nəşə”ni gətirib ona vermişdir. O Salamdan aldığı 1 ədəd kağız bükümdəki “nəşə”ni əynindəki cins şalvarın sağ yan cibinə qoymuşdur. Salamın yaşadığı evdən çıxdıqdan sonra piyada Saatlı şəhəri, Q.Qarayev küçəsinə dəmiryol xəttinin yaxınlığına gəlmişdir. Təxminən 12 radələrində dəmiryol xəttinin yaxınlığında Salamdan aldığı narkotik vasitə olan “nəşə”ni orada istifadə etmək üçün yer axtararkən bir neçə mülki geyimdə olan polislər ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman o, polis əməkdaşlarının onun marixuana saxladığını bildiyini başa düşmüş və buna görə də etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə getmişdir. Saatlı rayon Polis Şöbəsinə gətirildikdən orada təhqiqatçı Rasim Əliyev tərəfindən otaqların birində onun üstünə şəxsi axtarış keçirərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı kağız bükümü aşkar edib, onun yanında kağız bükümü açarkən içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu görmüşlər. O, da səmimi olaraq üstündən aşkar edilən kağız bükümdəki kütlənin marixuana olduğunu, öz istifadəsi üçün saxladığını və narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs 10 manata aldığımı etiraf etmişdir. Polis əməkdaşları tərəfindən üstündən aşkar edilmiş marixuana kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilərək, 1 ədəd kağız bükümlə birlikdə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və digər şəxlər protokola imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Firudun oğlu ifadəsində göstərmişdi ki, 15 may 2024-cü il tarixdə Şahid1 Həmid oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə CABnin əməliyyat müvəkkili, polis mayoru Vüsal Kazımova əməliyyat məlumatı daxil olmuşdur. Onun və Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Vüsal Kazımovun iştirakı ilə keçirilmiş tədbir nəticəsində Şahid1 saat 12 radələrində Saatlı şəhəri, Q.Qarayev küçəsində yerləşən dəmiryolu vağzalının yaxınlığında hərəkətdə olarkən tərəflərindən müəyyən edilmişdir. Şahid1 qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-nə gətirildikdən sonra Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Rasim Əliyev tərəfindən vəkil dəvət edildikdən sonra vəkilin iştirakı ilə Şahid1 üstünə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sağ cibində saxladığı 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Şahid1 üstündən aşkar edilmiş həmin kağız bükümdəki narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə onun özünün yanında elektron tərəzidə olduğu bükümlə birlikdə çəkilərkən çəkisinin 1,23 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üstündən aşkar edilmiş 01 ədəd kağız bükümdəki kütlənin qurudulmuş marixuana olduğunu, qurudulmuş marixuananı 10 manata Saatlı şəhər sakini Təqsirləndirilən şəxs aldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Sonda şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, şəxsi axtarış zamanı foto və videoçəkiliş aparılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq Şahid1 qurudulmuş marixuanaya oxşar kütləni Təqsirləndirilən şəxs 10 manat aldığını göstərdiyinə görə şəxsiyyəti müəyyən edilmiş Saatlı şəhəri, H.B.Zərdabi küçəsi ev 45-də yaşayan Təqsirləndirilən şəxs saat 15 radələrində yaşadığı evin yaxınlığında olarkən müəyyən edilib ona yaxınlaşıb özlərini təqdim edərək Saatlı RPŞ-nə gətirmişlər. Bundan sonra Saatlı RPŞ-də Təhqiqat bölməsinin təhqiqatçısı Rasim Əliyev tərəfindən vəkil dəvət etdikdən sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçəsinin sağ cibindən 1 ədəd kibrit qutusu və 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd kibrit qutusu və 01 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin kibrit qutusundakı və kağız bükümdəki narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr onun özünün yanında elektron tərəzidə olduğu bükümlə və qutu ilə birlikdə çəkilərkən çəkilərinin müvafiq olaraq 9,39 qram və 1,02 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd kibrit qutusundakı və 01 ədəd kağız bükümdəki kütlələrin qurudulmuş marixuana olduğunu, həmin kütlələri tapdığını, üstündən aşkar edilmiş kibrit qutusundakı qurudulmuş marixuanadan 1 istifadəlik götürərək tanışı Şahid1 10 manata satdığını, üstündən aşkar edilmiş qurudulmuş marixuananı isə öz istifadəsi üçün saxladığını bildirmişdir. Sonda şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, şəxsi axtarış zamanı foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abdullayev X1 Məhəmməd Firudun oğlu ilə eyniməzmunlu ifadə vermişdir. İşdə olan 15 may 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Şahid1 Həmid oğlunun əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 15 may 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 16 may 2024-cü il tarixli 3-16-16/2-18/497 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şahid1 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,73 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,52 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,35 qram, ümumi çəkisi- 5,87 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi-0,73 qram, tədqiqata istifadə olundu-0,02 qram, qalıq - 0,71 qram. Marixuananın təmiz çəkisi-5,87 qram, tədqiqata istifadə olundu-0,04 qram, qalıq - 5,83 qram. İşdə olan məhkəmə-narkoloji ekspertin 31 may 2024-cü il tarixli 3877 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 04 iyun 2024-cü il tarixdə tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Azercell MMC-nin 03 iyun 2024-cü il tarixli 11886 nömrəli məktubu ilə daxil olmuş CD şəklində olan telefon məlumatlarına əsasən 15 may 2024-cü il tarixdə Şahid1 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə saat 11:16:30-da zəng edərək 26 saniyə, saat 11:22:29-da zəng edərək 11 saniyə, saat 11:30:10-da zəng edərək 25 saniyə əlaqə saxlamış, Təqsirləndirilən şəxs isə həmin gün saat 11:37:40-da Şahid1 istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək 41 saniyə əlaqə saxlamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qismən təqsirli bilərək, üzrəindən aşkar olunmuş narkotik vasitənin satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan başqa işdə olan məhkəmə-narkoloji ekspertin 31 may 2024-cü il tarixli 3877 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Göründüyü kimi təqsirləndirilən şəxs ifadəsində uzun müddətdir narkotik vasitə istifadə etdiyini və üzərində aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirsə də, ekspert rəyi ilə onun narkotik vasitə istifadə etmədiyi və narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığı təsdiq olunur. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni istəyən olsa verəcəyini bildirmişdir. Həmçinin işdə olan ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin Şahid1 satdığı narkotik vasitə ilə üzərindən aşkar olunmuş narkotik vasitə eyni tərkiblidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 17 may 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,71 qram və 5,83 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,71 qram və 5,83 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-50/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-50/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver