Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-50/2025 17.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Saatlı şəhəri, Babək küçəsi 32 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 yeni yaşayış massivi, fərdi evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə saat 13:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Salmanova (Nuruşova) Gülsüm Əhmədağa qızına ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-773/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(055)-823/2022 saylı qərarı ilə 15 (on beş) gün müddətinə və xx.xx.2024-cü il tarixli, 3(055)-144/2024 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il il tarixədək 10637,65 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Salmanova (Nuruşova) Gülsüm Əhmədağa qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-773/2018 saylı qətnaməsi üzrə icra sənədini maddi imkanı ilə əlaqədar icra etməmişdir. Hazırda evlidir və bir nəfər azyaşlı uşağı vardır. Aliment borcunu ödəmək iqtidarında deyildir. Buna baxmayaraq aliment ödəməməsinə görə peşmançılıq keçirir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını və ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-773/2018 saylı qətnaməsi üzrə icra sənədi borclu Təqsirləndirilən şəxs tərəfindən icra edilməmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, aliment borcundan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ödənilməmiş qalan aliment borcunu tələb edir. Təqsirləndirilən şəxs aliment borcunu tamamilə ödəmədiyi halda ona cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-773/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər bir uşaq üçün hər ay 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Salmanova (Nuruşova) Gülsüm Əhmədağa qızına verilməsi qət edilmiş, qeyd olunan icra sənədi üzrə Saatlı rayon icra və probasiya şöbəsində xx.xx.2018-cü il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmiş, tələb könüllü müddətə təmin olunmadığından Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(055)-43/2019 saylı, qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra hərəkətləri zamanı borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2019-cu il tarixdə borclunun axtarılması barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Saatlı RPŞ-nə göndərilmiş və borclu barəsində xx.xx.2019-cu il tarixdə 700093 saylı axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs müəyyən edilərək şöbəyə gətirilmiş, həmin vaxt borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuş, borclu aliment borcundan qismən ödəniş etdiyi üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(055)-322/2020 saylı qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sonradan aparılmış icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2021-cu il tarixdə borclunun axtarılması barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Saatlı RPŞ-nə göndərilmiş, xx.xx.2022-ci il tarixdə borclu Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilmiş, borclu aliment borcunu ödəməkdən yayındığı üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə borclu 9720,00 manat məbləğində aliment borcunu ödəməkdən yayındığı üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək yenidən 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu işə girdiyi üçün icra sənədi xx.xx.2024-cü il tarixdə borclunun iş yerinə göndərilmişdir. Həmin vaxt borclunun əmək haqqından 842.35 manat vəsait tutularaq tələbkarın xeyrinə ödənilmişdir. Borclu işdən azad edildikdən sonra aliment borcundan heç bir vəsait ödəməmişdir. İnzibati tənbehlərdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq tələb yenə icra olunmamış, aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 2(055)-773/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini ona dəfələrlə inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş, əməlində qərəzlilik müşahidə olunmuşdur. Borclu Təqsirləndirilən şəxs tələbkar Nuruşova (Salmanova) Gülsüm Əhmədağa qızının xeyrinə təqdimat verilən günədək 10637,65 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Salmanova (Nuruşova) X8 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün İcra Xidməti vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-773/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 02 yanvar 2010-cu ildə anadan olmuş X9 və 12 fevral 2015-ci ildə anadan olmuş X5 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 08 may 2018-ci il tarixdən başlanaraq hər ay hər bir uşağa 80 (səksən) manat, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 8(055)-43/2019 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 3(055)-823/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(055)-144/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X7 xx.xx.2023-cü il təvəllüdlü X12 adlı bir nəfər uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80,00 manat olmaqla, cəmi 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Salmanova (Nuruşova) Gülsüm Əhmədağa qızına ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-773/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(055)-823/2022 saylı qərarı ilə 15 (on beş) gün müddətinə və xx.xx.2024-cü il tarixli, 3(055)-144/2024 saylı qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il il tarixədək 10637,65 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Salmanova (Nuruşova) Gülsüm Əhmədağa qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında 10 mart 2025-ci il tarixdə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə tutulmuş və 07 may 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama təcridxanasından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdən 07 may 2025-ci il tarixədək tutularaq iki gün saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunması təklif edilən əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdən 07 may 2025-ci il tarixədək tutularaq iki gün saxlanılması ona təyin olunmuş bir il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 17 iyun 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə münasibətdə hökmün surətinin ona verildiyi andan) 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-50/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-50/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver