Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-51/2024 03.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə qzının, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 sentyabr 2024-cü il, Saat: 14:30 Saatlı şəhəri xx.xx.1987-çi ildə Gürcüstan Respublikası Zuqdidi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Saatlı rayonu Smada kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Saatlı rayonu Smadakənd kəndində yerləşən küçədə oğlu xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə rastlaşmış, nə səbəbə hədiyyə aldığı paltarları geri qaytardığını, valideyn kimi hörmət etmədiyini bildirib, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sillə ilə sonrada taxta parçası (çubuqla) ilə bədənin müxtəlif nahiyələrinə vurması nəticəsində sonuncuya sol aşıq baldır daban oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bayır topuq nahiyəsində hematoma, döş qəfəsinin ön səthində sağ məmə xətti üzrə 4-5-ci qabırğa səviyəsində, sağ kürəkaltı nahiyədə, sol sağrının yuxarı bayır kvadrantında, sol budun orta 1/3-də bayır səthdə, sol budun aşağı 1/3-də arxa səthdə, sol baldırın aşağı 1/3-də ön səthdə qançırla nəticələnən bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığı yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qanuni nümayəndə onun keçmiş arvadı olmuşdur. Qanuni nümayəndə ilə evli olduğu müddətdə 2 övladı olmuşdur. Qızı Nurayın 10 yaşı, oğlu Əzizin isə 12 yaşı vardır. 2020-ci ildə isə Nərqilə ilə münasibətləri normal olmadığına görə rəsmi qaydada boşanmışlar. Lakin istəməmişdir ki, ailəsindən boşansın, ayrılmaqlarına əsas səbəbkar Nərqilənin atası Aslan olmuşdur. 2023-cü ildə işləmək üçün Türkiyə Respublikasına getmişdir. Hadisədən təxminən 10 gün əvvəl anası Mənəş rəhmətə getdiyi üçün Türkiyə Respublikasından yaşadığı Smadakənd kəndinə gəlmişdir. Türkiyədən gələrkən övladları üçün paltarlar almışdır. Həmin paltarları övladlarına vermək üçün yaşadıqları evə getmişdir. Həyətdə Əzizlə görüşmüş, paltarları vermək istəmişdir. Lakin Əziz anasının sözü ilə paltarları ondan almadı, geri qaytarmışdır. Ona Əzizin hərəkəti çox pis təsir etmişdir. Başa düşmüşdür ki, övladlarını öyrədən babası Aslandır. O da, evdən çıxıb qardaşı Niyazın evinə getmişdir. 22 iyul 2024-cü il tarixdə isə saat 18 radələrində küçədə olarkən oğlu Əzizin gəldiyini görmüşdür. Əzizin əlində sellofonda düyü olmuşdur. Bundan əlavə Əzizin əlində ağac parçası olmuşdur. Əzizin qarşısını kəsib ondan nə səbəbə paltarları istəmədiyini və geri qaytardığını soruşmuşdur. Əzizə irad bildirmişdir ki, “sizi bu yaşa kimi kim böyüdüb, kim sizə paltar alıb”. Sonra əsəbləşdiyi üçün sillə ilə ilk əvvəl sifətindən vurmuşdur. Əziz yerə yıxıldıqdan sonra yerə düşən ağac parçası ilə Əzizin bədəninə və ayaqlarına vurmağa başlamışdır. Bu zaman kənd sakini Əmrah evdən küçəyə çıxıb yanlarına gəlmiş və onu kənara çəkdikdən sonra Əzizi yerdən qaldırıb evlərinə yola salmışdır. O da, oradan uzaqlaşıb qardaşının evinə getmiş, dərman qəbul edib uzanıb bir qədər istirahət etmişdir. Hadisəni heç kim görməmiş, sonradan yanına Əmrah gəlmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, zərərçəkmişlə barışıq əldə etməyə cəhd etdiyini bildirib, ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda Smadakənd kənd orta məktəbinin 7ci sinifində oxuyur. X4 anası Nərqilə Temievə uzun müddətdir ki, boşanıblar. Atası Türkiyə Respublikasında qalır. Lakin anası, yəni nənəsi rəhmətə getdiyi üçün atası Azərbaycana qayıtmışdır. Hadisədən təxminən 7 gün əvvəl evdə olduğu zaman atası əlindəki sellofonda uşaq paltarları gətirərək Türkiyədən pay aldığını demişdir. O da, atasına demişdir ki, aldığı paltarları istəmir. Bu sözündən sonra atası onun üzərinə qışqırıb evlərini yandıracağını və anasını öldürəcəyini demişdir. O da, qorxusundan evə getmişdir. Bundan 3 gün sonra isə küçədə piyada evə gələrkən atası ilə yenə rastlaşmışdır. Atası onun qarşısını kəsərək əli ilə itələyib yerə yıxdıqdan sonra anasını öldürəcəyini deyib, hədə-qorxu gəlmişdir. O da, yerdən ayağa qalxan kimi evə gəlmişdir. Sonuncu hadisə zamanı, yəni 22 iyul 2024-cü il tarixdə saat 18 radələrində evə düyü və başqa ərzaq məhsulları almaq üçün mağazaya getmişdir. Mağazadan evə qayıdarkən özlərinə məxsus heyvaları da küçədə qabağıma qataraq evə gətirirmiş. Kənd məktəbinin qarşısında atası ilə yenə rastlaşmışdır. Atası ona yaxınlaşan kimi acıqlanıb söymüş, sonra sillə ilə vurub yerə yıxmışdır. Bu zaman yerdən götürdüyü taxta parçası ilə onu vurmağa başlamışdır. Atası taxta parçası ilə ayaqlarına da, sinəsinə və kürəyinə vurmağa başlamışdır. O isə ağlayıb, atasından vurmamasını xahiş etmişdir. Bu zaman küçəyə anasının əmisi oğlu Əmrah gəlib, atasını aralaşdırmış, onu da, bir qədər özü ilə evlərinə tərəf yola salmışdır. Sonra da, evə gəlib hadisəni anasına demiş, anası da, polisə şikayət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, atası Təqsirləndirilən şəxs onu taxta parçası ilə vurmasının səbəbini bilmədiyini, hadisə zamanı küçəyə anasının əmisi oğlu Əmrahın çıxdığını, hadisəni də, Əmrah gördüyünü qeyd etmişdir. Sonda təqsirləndirilən şəxs atası olsa da, onunla barışmadığını bildirdi. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü il tarixdə günorta saatlarında evdə olarkən siqaret çəkmək üçün küçəyə çıxmışdır. Bu zaman evdən təxminən 50-60 metr kənarda Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ilə mübahisə etmələrini, Nazimin Əzizin üzərinə qışqırmasını görmüşdür. Hətda görmüşdür ki, Nazim əli ilə Əzizi tutub vurmaq istəyir. Əziz küçədə onu görən kimi yanına gəlmişdir. Bu zaman Nazim onun yanında Əzizin sifətindən sillə ilə vurmuşdur. O da, Nazimi tutub kənara itələmiş və Əzizdən uzaq durmasını tələb etmişdir. Sonra Nazimə demişdir ki, nə səbəbə Əzizi vurursan. Nazim ona demişdir ki, Əziz guya onu saymır, ona ata demir, bu səbəbdən Əzizi döymək istəyir. O da, Nazimə demişdir ki, əgər uşaqı yanında bir də vursa, polisə şikayət edəcəkdir. Hətda yadındadır ki, Əziz onun yanına gələrkən ayağını yerə tam qoya bilmirdi. Əziz ona demişdir ki, atası Nazim onun ayağından taxta ilə vurmuşdur. Hətda dəqiq yadındadır ki, Nazim onun yanında Əzizin əlindəki sellofonda saxladığı düyünü və yerkökünü Əzizin əlindən alıb yerə dağıtmışdır. O da, yerdən toplayıb sellofona yığmış, sonra Əzizi evlərinə tərəf bir qədər aparmışdır. Əziz eyni zamanda küçədə özlərinə məxsus heyvanları qabağına qataraq evlərinə aparmışdır. Sonra da, Nazim küçə ilə çıxıb harasa getmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Əziz küçədə onu gördükdən sonra yanına gələrkən atasının taxta ilə ayağından vurduğunu demişdir. Lakin Nazimin əlində taxta parçası görməmişdir. Ola bilsin ki, küçəyə çıxmamışdan əvvəl Nazim Əzizi taxta parçası ilə vurmuşdur. İşdə olan 22 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeriə Saatlı rayonu Smadakənd kəndində yerləşən kənd daxili torpaq yoldur. Hadisənin baş verdiyi yolun sağ kənarında Smadakənd kənd orta məktəbinin binası yerləşir, yolun sol kənarında isə fərdi yaşayış evləri vardır. Baxış zamanı iştirak edən yetkinlik yaşına çatmayan X3 hadisənin baş verdiyi yeri, yəni atası Təqsirləndirilən şəxs tərəfindən küçədə döyüldüyü yeri əyani olaraq göstərmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 23 iyul 2024-cü il tarixli 167 nömrəli rəyində göstərilmişdir ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol aşıq baldır daban oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bayır topuq nahiyəsində hematoma, döş qəfəsinin ön səthində sağ məmə xətti üzrə 4-5-ci qabırğa səviyəsində, sağ kürəkaltı nahiyədə, sol sağrının yuxarı bayır kvadrantında, sol budun orta 1/3-də bayır səthdə, sol budun aşağı 1/3-də arxa səthdə, sol baldırın aşağı 1/3-də ön səthdə qançırlar küt əşyanın/əşyaların/, ola bilsin taxta parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-20-67 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 1(055)-51/2024 03 sentyabr 2024-cü il Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Surəti: Saatlı rayonu Smadakənd kəndində yaşayan Təqsirləndirilən şəxsna Surəti: Saatlı rayonu Smadakənd kəndində yaşayan Zərərçəkmiş şəxs Surəti: Saatlı rayonu Smadakənd kəndində yaşayan Qanuni nümayəndə qzına Surəti: Saatlı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Saatlı Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 1(055)-51/2024 saylı hökmünün surəti Sizə göndərilir. Qoşma: «04» vərəqədə hökmün surəti.
Məhkəmə qərarları › İş №1(055)-51/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-51/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver