Məhkəmə qərarları › İş №1(055)-52/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-52/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-52/2024 27.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Baş X2 İdarəsində nəzarətçi işləyən, Saatlı rayonunun Əlisoltanlı kəndində qeydiyyatda olan və hazırda Saatlı rayonunun Potubəyli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə saat 14:15 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedez-Benz 190» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Hacıqabul-Horadiz yolunun Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisindən keçən 63-cü kilometrliyində Horadiz istiqamətində 85 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, ötməyə başlamazdan əvvəl qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifəyət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətinin təmin olunması məqsədi ilə idarə olunma ilə əlaqədar hərəkətləri (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib ötmə əməliyyatı aparmaq üçün idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına çıxararaq qarşıdan əks istiqamətdə 60 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes-Benz-E200» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkəti üçün təhlükə yaratdığından sürücü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili öz hərəkəti istiqamətində yolun sağ çiyinininə çıxararaq dayandırmağa məcbur edərək əks zolaqda hərəkətini davam etdirərək idarə ediyi «Mercedez-Benz 190» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə olunmaz vəziyyətə saldığından avtomobillərin sol yan hissələri arasında toqquşma baş vermiş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Mercedes-Benz-E200» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sol incik sümüyünün qapalı sınığı, sol baldırın sıyrılmış yarası xəsarətləri almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Saatlı rayonu Potubəyli kəndində yaşayır və Baş X2 İdarəsində nəzarətçi işləyir. “Mercedes Benz 190” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı minik avtomobil də onun özünə məxsusdur. 01 mart 2024-cü il tarixdə o, həyat yoldaşı Şahid1 ilə Saatlı rayonu Mərkəzi xəstəxanasından yoldaşının dərmanlarını alıb yaşalıqları evə qayıtmağa başlamışdır. Avtomobilini özü idarə etmiş, həyat yoldaşı Şahid1 isə arxa oturacaqda uzanmışdır. O, Hacıqabul-Horadiz yoluna daxil olub həmin yolla yaşadığı Potubəyli kəndinə doğru hərəkət etmişdir. Hərəkət edib yolun Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindən keçən 63-cü km-nə çatmışdır. Saat 14:15 radələrində üzü Horadiz istiqamətində 85 km/saat sürətlə hərəkətdə olan zaman ondan qarşıda “Mercedes” markalı və ondan qarşıda isə yük avtomobilləri hərəkətdə olmuşdur. “Mercedes” avtomobillinə işıqlarını yandırıb söndürməklə xəbardarlıq etmişdir ki, yola çıxmasın o, onları ötüb keçsin. Bundan sonra “Mercedes” markalı avtomobilə yaxınlaşıb ötən anda qəfildən “Mercedes” avtomobilinin sürücüsü avtomobili sol tərəf istiqamətləndirmiş, bundan sonra nə baş verdiyini bilməmişdir. Dayanan da yoldan kənarda üzü əks istiqamətə olduğunu və avtomobilinin də əzildiyini, özünün və yoldaşının da xəsarət aldığını görmüşdür. Daha sonra təcili yardım avtomobili ilə xəstəxanaya gedəndə bilmişdir ki, o qarşıda hərəkətdə olan avtomobilləri ötməyə keçəndə qarşıdan əks istiqamətdə gələn sonradan adını bildiyi sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı ** CK *** dövlət deydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs da xəsarətlər almışdır. Əgər onun ötüb keçəmək istədiyi “Mercedes” markalı avtomobilin sürücüsü Şahid2 avtomobili sol tərəfə istiqamətləndirməsəydi qəza baş verməyəcəkdi. O, hadisədən bir neçə gün sonra Bakı şəhərinə getmiş və Zərərçəkmiş şəxs zəng edib onunla görüşmək istəmişdir. Lakin Zərərçəkmiş şəxs onunla görüşməmişdir və bir neçə dəfə ona zəng etsə də Xaliq onunla barışmamışdır. Hətta bir dəfə Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonuna da getmiş, lakin Zərərçəkmiş şəxs onun qəbul etməmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanın qarşılanması üçün 1000 manat pul təklif etsə də, razılıq əldə edilməmişdir. Zərərçəkmiş şəxs tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Belə ki, himayəsində iki xəstə övladı var və onlardan bri 1-ci qrup əlildir. Həmçinin özü və həyat yoldaşı da xəstədir. Həm özü, həm də həyat yoldaşı hadisə baş verən zaman xəsarət almışdır.Odur ki, göstərdiklərinin nəzərə alınıb ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı ** CK *** dövlət deydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz yolu ilə Cəbrayıl rayonundan Bakı şəhərinə qayıdan vaxt təxminən saat 14-15 radələrində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindən keçən hissədə 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Qarşıdan əks istiqamətində isə yük avtomobili hərəkət etmişdir. Ona yaxınlaşan zaman qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qarşısında gedən avtomobilləri ötüb onun yoluna çıxmışdır. Onun hərəkət yoluna Təqsirləndirilən şəxs çıxdığını görüb o, avtomobilini sağ ehtiyat hissəsinə çıxarıb dayandırmışdır ki, Təqsirləndirilən şəxs ötüb keçsin. Bu anda da Təqsirləndirilən şəxs onun avtomobilinin sol tərəfindən idarə etdiyi avtomobillə zərbə ilə vurmuşdur. Zərbədən o da sağa dərəyə düşmüşdür. Hadisə nəticəsində sol ayağından və bədənin müxtəlif yerlərindən xəsarətlər almışdır. Təcili yardım avtomobili də onu Saatlı rayon MX-na aparmışdır. Orada məlum olmuşdur ki, sol ayağı sınmışdır. Bildirmişdir ki, sürücü Təqsirləndirilən şəxs qarşısında Horadiz istiqamətində hərəkətdə olan üç avtomobili birdən ötüb onun yoluna çıxmış və o da sağa yolun kənarına çıxıb dayananda onun avtomobilini vurmuşdur. Təqsirləndirilən şəxs ötmədə olan zaman onun avtomobilinə kənar avtomobil dəyməmişdir. Hadisə nəticəsində avtomobilinə 7816 manat ziyan dəymiş və həmin ziyanın 5000 manatı sığorta tərəfindən qarşılanmışdır. Aldığı xəsarətə görə təxminən 8 ay işə çıxa bilməmişdir. Ümumilikdə ona dəymiş ziyan təxminən 12 min manat təşkil edir. Təqsirləndirilən şəxs bir dəfə yaşadığı ünvana gəlmiş, bir neçə dəfə isə özü və qohumları ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona cəmi 1000 manat pul təklif etdiyindən həmin pulu qəbul etməmişdir.Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə Bakı şəhərindən etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonuna yola düşmüşdür. Avtomobilində tanımadığı iki nəfər sərnişin də olmuşdur. O, Hacıqabul-Horadiz yoluna daxil olmuş və həmin yolla hərəkət edib yolun Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Üzü Horadiz istiqamətində hərəkətdə olan zaman qarşıda tanımadığı “Mercedes” markalı avtomobilin və ondan qarşıda isə tanımadığı yük avtomobilinin hərəkət etdiklərini görmüşdür. O, “Mercedes” avtomobilini ötüb yük avtomobilinin arxasına qayıtmışdır. Sonra yolun boş olduğunu görüb yük avotomobilini də ötüb keçib getmişdir. Ötməyə keçən zaman da hər hansı bir avtomobilə dəyməmişdir və eləcə də hər hansı bir avtomobilə təhlükə, maneə yaratmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsini də şəxsən görməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin guya onun idarə etdiyi avtomobili ötmək üçün xəbərdarlıq etdiyini, onun isə ötmə əməliyyatı etməyəcəyinə əmin olub bundan sonra özünün ötmə etmə əməliyyatı etməsi, bu zaman da onun avtomobili sol tərəfə istiqamətləndirməsi və nəticədə təqsirləndirilən şəxsin avtomobilinə sol tərəfdən dəyməsi barədə dedikləri yalandır və belə bir hal olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 mart 2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz E220” markalı, 90ZR378 dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi rayonuna yola düşmüşdür. Horadiz istiqamətində 50 km/saat sürətlə düzünə hərəkətdə olan zaman ondan qarşıda eyni istiqamətdə tanımadığı yük avtomobili hərəkətdə olmuşdur. Bu vaxt arxadan tanımadığı “Mercedes” markalı bir avtomobil gəlib onu ötüb yoluna qayıtmışdır.Bundan sonra arxadan “Mercedes” markalı başqa bir avtomobil də gəlib onu ötüb keçmişdir və həmin “Mercedes” markalı avtomobilin əks hərəkət zolağına çıxıb qarşıda gedən “Mercedes” markalı avtomobillə yük avtomobilini də ötməyə başladığını görmüşdür. Bir qədər qarşıya gələndən sonra yolun sol kənarında “Mercedes” markalı avtomobilin dərəyə düşdüyünü və hadisə baş verdiyini görüb dayanmışdır. Yerə düşüb sürücüyə köməklik etmiş və ona su vermişdir. Qarşıya baxanda təxminən 200 metr aralıda “Mercedes” markalı digər avtomobilin də əzilərək dayandığını görüb yaxınlaşmış və onun sürücüsünə də su vermiş və sürücünün əl nahiyəsinin qanadığını görmüşdür. Daha sonra dərəyə düşmüş “Mercedes” markalı avtomobilin yanına qayıtmışdır. Bu zaman isı təcili yardım hadisə yerinə gəlmişdir. O da bundan sonra çıxıb getmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan məhkəm- tibbi ekspertizasıniın xx.xx.2024-cü il tarixli 42 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol incik sümüyünün qapalı sınığı, sol baldırın sıyrılmış yarası küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 03 iyun 2024-cü il tarixli 8/1297 №-li rəyindən görünür ki, Mercedes Benz 190 markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddələrin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Saatlı RMX PHŞ-nin sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 01 mart 2024-cü il tarixli aktlarından görünür ki, sürücülər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli 3-13-016/2-63560/2024 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 407142 nömrəli «BC» katoqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminin çıxrışından görünür ki, Təqsirləndirilən şəxs Baş X2 İdarəsində nəzarətçi işləyir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin MEİS-in əlillik haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs övladı X5 1-ci dərəcəli müddətsiz əlildir. Ona “ensefalit, mielit və ensefalomielit, Mielit.Spastik paraplegiya, Aşağı ətrafların para-parezi, çanaq üzvlərinin funksional pozğunluğu” diaqnozu qoyulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini, himayəsində 1-ci dərəcəli müddətsiz əlil övladının olmasını, hadisə nəticəsində özünün və arvadının yüngül dərəcəli bədən xəsarəti almasını, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. X6 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirirlən şəxsi rəsmi iş yerinin olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə islah işləri cəzası təyin edilməlidir. İş üzrə maddi sübut olan «Mercedez-Benz 190» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sahibində saxlanılır. Odur ki, bu hal nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 378 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə iyirmi faiz pul tutulmaqla barəsində bir il altı ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan «Mercedez-Benz 190» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 378(üç yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan oldunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar