Məhkəmə qərarları › İş №1(055)-52/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-52/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-52/2025 25.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Saatlı rayonu Qırağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Saatlı rayonu Qırağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 23 yanvar 2025-ci il tarixdə saat 14:20 radələrində ünvan 1 ünvanında yaşayan, tanışı Şahid1 sonuncunun yaşadığı evin yaxınlığındakı “Muğan market”in yanında əvvəlcədən verdiyi 120 manat pulun müqabilində 02 ədəd kibrit qutusunda xeyli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 6,46 qram və 3.62 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satın alaraq satış məqsədi olmadan qanunsuz olaraq əldə edib və üstündə saxlamış, 23 yanvar 2025-ci il tarixdə saat 15:30 radələrində Saatlı rayonu Qırağlı kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edərək həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və 15:30-dan 15:42-dək üstü yoxlanılarkən əynindəki gödəkçənin sol cibindən həmin 1 ədəd kibrit qutusunda 6,46 qram və digər kibrit qutusunun içərisində Şahid1 aldıqdan sonra 9 ədəd gümüşü rəngli kağız bükümlərə ayırdığı, ayrı-ayrılıqda təmiz çəkiləri 0,40 qram, 0,21 qram, 0,36 qram, 0,28 qram, 0,51 qram, 0,53 qram, 0,23 qram, 0,32 qram, 0,78 qram, ümumilikdə təmiz çəkisi 3.62 qram, cəmi 2 ədəd kibrit qutularında 10,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 2-3 ildir ki, istifadə etmişdir. Belə ki, o, əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. O, həbsdə olan qardaşı Nurəli Astanovun vasitəsilə Şahid1 tanımışdır. İslamla münasibətləri yaxşı olmuş və birlikdə bir neçə dəfə məclislərdə də iştirak etmişlər. xx.xx.2025-ci il tarixində gecə saat 12 radələrində istifadəsində olan (050) ***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəsinə zəng etmiş və narkotik almaq istədiyini bildirmişdir. İslam da cavabında ona hazırda narkotikin olmadığını, lakin axtarıb tapıb xəbər edəcəyini bildirmişdir. O, narkotikin neçəyə başa gələcəyini İslamdan soruşduqda, İslam cavabında ona 1 kibrit qutusunda narkotik vasitəni 60 manata həll edəcəyini bildirmişdir. Beləliklə, o, İslamdan 2 kibrit qutusundan qurudulmuş marixuana istəmişdir. xx.xx.2025-ci il tarixində saat 12 radələrində İslama zəng etmiş, İslam da onu yaşadığı Saatlı şəhəri Mirağa Ağayev küçəsindəki evinin qarşısına çağırmışdır. O, kənddən çıxıb yol taksilərinin biri ilə İslamın yaşadığı evin yaxınlığına getmişdir. O, İslamın yaşadığı evin yaxınlığında olan zaman İslama zəng edərək xəbər vermişdir və həmin vaxt İslam onun yanına gəlmişdir. Onlar görüşmüşlər və o, İslamdan 2 kibrit qutusunda narkotiki almaq istədiyini bir daha bildirmişdir. İslam da onun yanında Asim Qarayevə zəng etmiş və narkotik barəsində qısa danışmışdır. Bundan sonra o, əvvəlcədən dediyinə uyğun olaraq 2 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana üçün 1 ədəd 100 manatlıq, 1 ədəd də 20 manatlıq əskinazlar olmaqla, ümumilikdə 120 manat pul əakinasını İslama vermişdir. İslam da ondan 120 manat pulu götürmüş və 15-20 dəqiqəyə gələcəyini və gözləməyini bildirmişdir. Bir müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Saatlı şəhəri Mirağa Ağayev küçəsində Muğan Marketin yaxınlığında olan zaman İslam onun yanına gəlmiş və 2 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı ona vermişdir. Beləliklə, o, İslamdan hər birinin qiyməti 60 manat olmaqla, 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 120 manata almışdır. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaları üstündə saxlamış və yaşadığı evə aparmışdır. Orada özü istifadə etmək üçün 1 kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı 9 ədəd siqaret falqasına büküb yenidən kibrit qutusuna yığmış və daha sonra həmin 2 ədəd kibrit qutusunu gödəkçəsinin sol yan cibinə qoyub kənd ərazisinə gəzməyə çıxmışdır. Kənd ərazisində evinin yaxınlığında mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üstünün yoxlanılacağını demişlər. O da, bununla bağlı etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra o, səmimi olaraq üstündə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra əynindəki gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və əynindəki şalvarın arxa sağ cibində 1 ədəd “Redmi” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Həmin əşyalara baxış keçirilmiş və 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana kütlələri və 1 ədəd özünə məxsus “Redmi” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra həmin 2 ədəd kibrit qutusundakı kütlələr elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib edilmiş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sahibi çoxdan tanıyır, onunla dostuq etmişdir. 23 yanvar 2025-ci il tarixdə saat təxminin 11 radələrində Sahiblə görüşmüşdür. Lakin o, Sahibə narkotik vasitə satmamışdır. İbtidai istintaq vaxtı təzyiq altında olduğundan elə ifadə vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 1 ildir ki, istifadə etmişdir. O, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Münasibətləri yaxşı olmuş, birlikdə məclislərdə iştirak etmişlər. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Sahibin qardaşı və hazırda həbsdə olan Nurəli Astanovla onun münasibəti yaxşı olmuş və Sahibi də qardaşı Nurəlinin vasitəsilə tanınmışdır. xx.xx.2025-ci il tarixdə gecə saat 12 radələrində yaşadığı evdə olduğu zaman Sahib, onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəsinə zəng etmiş və ondan narkotik istəmişdir. O da cavabında Sahibə bildirmişdir ki, hazırda narkotik vasitə yoxdur, lakin tanışlarından axtarıb tapmağa çalışacaqdır. Həmin vaxt Sahib ona kart hesabını göndərməsini və ora pul göndərəcəyini demişdir. O da Sahib ilə razılaşmış və kart hesabını göndərmişdir. Sonra qonşusu X3 istifadəsində olan mobil nömrəyə, istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə zəng etmiş və Asimdən dostlarının gələcəyini və dostları ilə birlikdə çəkməsi üçün narkotikin olub-olmadığını soruşmuşdur. O, rayon sakinlərindən Asimin narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmişdir və buna görə də Asimdə narkotikin olacağını güman edib Asimə zəng etmişdir. Asim isə hazırda narkotikin olmadığını, lakin bir az sonra xəbər edəcəyini bildirmişdir. O, bunu eşitdikdən sonra Sahibə yenidən zəng etmiş, lakin Sahibin mobil nömrəsinə zəng çatmamışdır. Bir neçə dəfə Sahibə zəng etdikdən sonra, Sahibdən xəbər çıxmadığı üçün Asimə geri zəng etmiş və qonaqlarının gəlmədiyini bildirərək narkotiki almaqdan imtina etmişdir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Sahib onun mobil nömrəsinə zəng etmiş və o, zəngin səsinə yuxudan ayılmışdır. Zəngə cavab verdikdə Sahib gecə telefonu söndüyü üçün onunla əlaqə saxlaya bilmədiyini və dünən dediyi kimi narkotik almaq istədiyini bildirmişdir. O, Sahibi yaşadığı evin qarşısına çağırmışdır. Bir müddət sonra Sahib onun yaşadığı evin qarşısına gəlmiş və o, paltarını geyinib həyətə düşmüşdür. Sahib ilə görüşmüş və Sahibdən nə istədiyini soruşmuşdur. Sahib isə ona 2 kibrit qutusunda narkotik vasitə almaq istədiyini bildirmiş və ona 1 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq olmaqla, ümumilikdə 120 manat pul vermişdir. O, Sahibin yanında Asimə zəng etmiş və ona qonaqlarının indi gəldiyini və narkotik almaq istədiyini bildirmişdir. Asim də onu yaşadığı evin qarşısına çağırmışdır. O, Sahibdən 120 manat pul götürmüş və Asimin yaşadığı evin qarşısına getmişdir. Həmin zaman özü əlavə olaraq 15 manat da pulun üstünə qoymuş və Asim ilə görüşmüşdür. Beləliklə, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Saatlı şəhəri, M.Ağayev küçəsində Asimin yaşadığı evin yaxınlığında Asimdən 135 manat pul müqabilində 2 kibrit qutusunda və 1 ədəd polietilen bükümdə olmaqla ümumilikdə 3 ədəd narkotik vasitə qurudulmuş marixuana almışdır. Daha sonra o, 2 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı həmin tarixdə saat 14 radələrində Saatlı şəhəri M.Ağayev küçəsində yerləşən “Muğan market”in qarşısında Sahibə vermişdir. Sahib ondan həmin narkotiki götürmüş və ayrılmışdır. Daha sonra o, Asimdən aldığı 1 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə 1 ədəd kibrit qutusuna yığmışdır. Axşam saat 18 radələrində yaşadığı küçədə mülki geyimli şəxslər kənardan ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üstünün yoxlanılacağını demişlər. O da bununla bağlı etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. O, səmimi olaraq üstündə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Bundan başqa, üzərində olan 1 ədəd “Redmi” markalı mobil telefon, 11 manat pul əskinası, 1 ədəd “Kapital Bank”a məxsus plastik kart, 1 ədəd “Winchester” markalı siqaret qutusu, 1 ədəd “West” markalı siqaret, 1 ədəd alışqan və dərman reseptlərini polis əməkdaşlarına təqdim etmişdir. Həmin əşyalara baxış keçirilmiş və 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana kütləsi, 1 ədəd özünə məxsus “Redmi” markalı mobil telefon və 1 ədəd “Kapital Bank”a məxsus plastik kart polis əməkdaşları tərəfindən götürülmüşdür, digər əşyalar isə ona qaytarılmışdır. Daha sonra həmin 1 ədəd kibrit qutusundakı kütlə elektron tərəzidə çəkilmiş və kağız zərfə qablaşdırılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş və o, digər iştirakçılar kimi protokolun doğruluğuna imza atmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 yanvar 2025-ci il tarixdə Saatlı rayonu Qırağlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq, o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslər CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid4 və ondan ibarət olmuşdur. Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. 23 yanvar 2025-ci il tarixində saat 15:30-da başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri nəticəsində Saatlı rayonu Qırağlı kəndi ərazisində Təqsirləndirilən şəxs müəyyən olunmuşdur. Daxil olmuş məlumat barədə Təqsirləndirilən şəxs bildirilmiş, üstündə hər hansısa qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə olub-olmaması soruşulmuş, şübhəli şəxs qismində saxlanıldığı, azadlığının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs, əynindəki şalvarının sağ arxa cibindən 1 ədəd "Redmi" markalı mobil telefonu, şalvarının sağ cibindən 1 ədəd 10 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinazları, 1 ədəd çeki, gödəkçəsinin sol cibindən isə 2 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutularının içərisində narkotik olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqda, birinin içərisində qurudulmuş marixuanaya oxşar kütlə, digər kibrit qutusunun içərisində isə gümüşü rəngli 9 ədəd büküm aşkar olunmuşdur. 9 ədəd büküm açıldıqda, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotiki özü çəkmək üçün bükümlərə bükdüyünü bildirmişdir. Həmin 9 ədəd büküm elektron tərəzidə çəkilərkən çəkisinin 5.26 qram, digər içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan kibrit qutusu isə qutu ilə birlikdə çəkilərək çəkisinin 9.49 qram olduğu müəyyən olunmuşdur. Marixuanaya oxşar kütlə olan 2 ədəd kibrit qutusu bir ədəd zərfdə qablaşdırılaraq təhqiqat bölməsinə təqdim edilməsi üçün götürülmüşdür. "Redmi" markalı mobil telefon götürülmüş, pul əskinazları və çek isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra aşkar edilmiş qurudulmuş marixuana, "Redmi" markalı mobil telefon və Təqsirləndirilən şəxs Saatlı polis şöbəsinə gətirilmiş, müvafiq təhqiqat orqanına təhvil verilmişdir. Həmin faktla bağlı protokol tərtib edilmişdir. Protokol oxunmuş, şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olduğu və öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs həmin kütlələrlə birlikdə təhqiqat bölməsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır, götürülmüş kütlələrə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş kütlələr açılmışdır və içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əşya olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmışdır, möhürlənmişdir və imzalanmışdır. Şifahi sorğu əsasında, Təqsirləndirilən şəxs həmin kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, qurudulmuş marixuana olduğunu və 23 yanvar 2025-ci il tarixdə tanışı Şahid1 120 manat pul müqabilində aldığını etiraf etmişdir. Bütün bu hadisələr videoçəkilişlə qeydə alınmış və protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 23 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Qırağlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki gödəkçənin sol cibində saxladığı 2 ədəd kibrit qutularında, həmin kibrit qutusunun birinin içərisində 9 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlələri tanışı Şahid1 120 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan 23 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Qırağlı kənd sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanalara baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütlələri tanışı Şahid1 120 manat pul müqabilində aldığını bir daha etiraf etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/69 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,46qr, 01 ədəd kibrit qutusunda 09 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,40qr, 0,21qr, 0,36qr, 0,28qr, 0,51qr, 0,53qr, 0,23qr, 0,32qr, 0,78qr, ümumi çəkisi- 10,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində: “...Şahid1 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,91qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3) Tədqiqata təqdim olunmuş üzərində: “...X3 idarə etdiyi..” sözləri və imzalar olan polietilen torbada 01 ədəd plastik qabda 14 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 2,51qr, 4,87qr, 6,31qr, 2,66qr, 5,11qr, 5,50qr, 4,96qr, 5,44qr, 5,46qr, 5,28qr, 5,46qr, 4,83qr, 5,42qr, 5,47qr, 01 ədəd yarımçıq halda kibrit qutusunda təmiz çəkisi-2,52qr,ümumi çəkisi- 71,80qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi - 0,48qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. 01 ədəd polietilen bükümdə təmiz çəkisi -18,41qr, 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 100qr, 860qr, ümumi çəkisi – 978,41qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını və təqdim edilən kütlələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə satmaması barədə ifadəsinə münasibətdə qeyd edir ki, Saatlı Rayon Məhkəməsinin icraatında Şahid1 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs öz törətdiyi əməlini etiraf etdiyindən və iş materiallarına olan sübutlarla cinayət əməli tam təsdiq olunduğundan Şahid1 ifadəsi yalnız özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 23 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 25 yanvar 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 9,88 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 9,88 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar