Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-53/2023 03.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:40-da xx xxxx 1992-ci il tarixdə Saatlı rayonunun Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı-Becar mənzilinin 106-cı km, piket 2-də 30 metr uzunluğunda 756,90 manat dəyərində "xxxx" QSC-nin İnfrastruktur departamentinə məxsus “MKPAB” 7x4 tipli rabitə kabelini oğurlamaqla rabitə xəttindən ibarət özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş "xxxx" QSC-yə 756,90 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 31 may 2022-ci il tarixdə saat 23 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı-Becar mənzilinin 106-cı km, piket 6-7-də, 45 metr uzunluğunda 1135,35 manat dəyərində "xxxx" QSC-nin İnfrastruktur departamentinə məxsus “MKPAB” 7x4 tipli rabitə kabelini oğurlamaqla rabitə xəttindn ibarət özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş "xxxx" QSC-yə 1135,35 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 24 iyun 2022-ci il tarixdə saat 00:30 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, Dədə Qorqud küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü Saatlı rayonu Mollavaizli kəndində yerləşən ərazisi açıq çayxanasından 1 ədəd 670 manat dəyərində samovarı oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 670 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 12 iyul 2022-ci il tarixdə saat 23:50 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, M.Ağayev küçəsi ev 2-də yaşayan Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında küçədən 2 baş, hər biri 300 manat dəyərində dişi qoyunu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 cəmi 600 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 13 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığındakı tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq tövlədən 2 baş, 450 manat dəyərində, 90 kq çəkidə və 380 manat dəyərində 70 kq çəkidə qoçu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 830 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 455 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və istintaqa məlum olmayan yerdə qanunsuz olaraq saxlamış, həmin narkotik vasitəni 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən “İnter Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında bir ədəd polietilen torbaya qablaşdırılmış vəziyyətdə piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib həmin tarixdə saat 15:10 radələrində narkotik vasitə olan 455 qram təmiz çəkidə qurudulmuş marixuananı əlindəki polietilen torbada aşkar edərək götürmüşlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2 dəfə yox, 1 dəfə - 06 aprel 2022-ci il tarixdə oğurluq etmişdir. Bundan əlavə o, Zərərçəkmiş şəxs3 məxsus qoçları da oğurlamamışdır. O, Zərərçəkmiş şəxs3 evini belə tanımamışdır. Hadisə yerinə baxış keçirməzdən 2 gün qabaq o, inzibati həbsdə olan zaman polislər onu Zərərçəkmiş şəxs3 evinə aparmışlar və həmin yerlə tanış etmişlər. Daha sonra isə onu hadisə ilə bağlı öyrətmişlər və o, baxış zamanı onların öyrətdiklərini demişdir. O, üzərində narkotik daşımamışdır. Qalan epizodları isə qəbul edir. Lakin etiraf etmədiyi hissələri polis şöbəsində onun üstünə yıxmışlar. O, həmin epizodları hədə-qorxu olunduğu üçün qəbul etmişdir və haraya deyiblərsə, oraya qol çəkmişdir. Həmçinin onun şöbəyə gətirilənə qədər üzərində narkotik olmamışdır. Onun üzərində nə sellofan torba, nə də narkotik olmuşdur. Ona görə də ittihamda olan üzərində narkotik olması ilə bağlı hissəni də qəbul etmir. O, dəymiş ziyanlardan bəzilərini ödəmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hadisə günü gecə 12-də heyvanları tövləyə salmışdır. Qapılarda qeyri-adi bir qıfıl olmamış, qapıları iplə bağlamışdır. Gecə saat 4-də quzunun səsinə ayılmışdır. Həyətdə 2 ədəd qoçunun olmadığını görmüşdür. Hadisə keçən ilin sentyabr ayında olmuşdur. Dərhal polisə məlumat vermişdir. Gəlib həyətə baxmışlar. 3-4 ay sonra isə Tərlanı gətirmişlər. Onun həyətindən oğurluğu Tərlanın etdiyini demişlər. Onlar dedikdən sonra Tərlan da onun həyətindən oğurluq etdiyini etiraf etmişdir. Tərlan qoçları maşına qoyub apardığını demişdir. Lakin sonra polislər onun piyada apardığını bildirmişlər. O, oğurluğu Tərlanın etdiyinə inanmır. Həmçinin həmin qoçları tək adamın aparması mümkün deyil. Çünki həmin qoçların ayrı-ayrılıqda xalis çəkisi 50 kiloqramdan çoxdur. Həm də həmin qoçlar adamı yaxına buraxan heyvan deyil, onlara adam yaxınlaşan kimi vuran qoçlardır. Onun fikrincə oğurluğu Tərlan yox, başqa şəxslər etmişdir. Bu günə qədər də ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur departamentinin 7 saylı İmişli işarəvermə və rabitə sahəsinin nümayəndəsi X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin əməlləri nəticəsində nümayəndəsi olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2 oğurluq nəticəsində ümumilikdə 1892.25 manat ziyan dəymişdir. Onun tələbi təqsirləndirilən şəxsin sadəcə vurmuş olduğu ziyanı ödəməsidir. Məhkəmə istintaqında iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə 25 sentyabr 2023-cü il tarixli ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmiş, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o rayonda taksi fəaliyyəti ilə məşğul olur. Tərlanla bağlı onu deyə bilər ki, bir dəfə Amidlə birlikdə onları Musalı qəsəbəsinə aparmışdır və sonra qayıtmışdır. Daha sonra isə Amidlə Tərlan ona yenidən zəng etmişlər və onları apardığı yerdən geri gətirmişdir. Əllərində bükülü nə isə olmuşdur, amma o, əllərindəkinin nə olduğunu bilməmişdir. Həmin zaman saat təxminən axşam 7-8 radələri olmuşdur. Səhəri gün isə polislər onu hadisə ilə bağlı şöbəyə dəvət etmişlər. Hadisə ilə bağlı bildikləri bunlardır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, rayonda taksi fəaliyyəti ilə məşğul olur. Sadəcə 2 dəfə Tərlangil ona xəstələri olduğu üçün qoyun satmalı olduqlarını demişlər və o da Tərlangilin satacaqları qoyunları dedikləri yerə aparmışdır. Hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, rayonda təsərrüfat ilə məşğul olur. Tərlan və Amid ona qoyun və samovar satmışlar. Hər dəfəsində 2 ədəd qoyun olmaqla onlardan ümumilikdə 4 qoyun almışdır və onun əvəzində 400 və 500 manat pul vermişdir. Samovarın əvəzində isə 400 manat vermişdir. Polislər ona hadisəni bildirdikdən sonra aldıqlarını olduğu kimi geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və saxlanması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şəxsiyyəti müəyyən edilmiş Saatlı rayon sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, digər polis əməkdaşları Şahid7 və Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirində Təqsirləndirilən şəxs Saatlı şəhəri ərazisində yerləşən “İnterpetrol” adlanan yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişdir. Həmin zaman onun əlində göy sellofan torba olmuşdur. O, şöbədə olan zaman onun üzərində olan göy sellofan torbadan marixuanaya oxşar kütlə aşkar edilmiş və özü hadisəni etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ifadəsində göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və saxlanması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şəxsiyyəti müəyyən edilmiş Saatlı rayon sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, digər polis əməkdaşları Şahid7 və Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirində Təqsirləndirilən şəxs Saatlı şəhəri ərazisində yerləşən “İnterpetrol” adlanan yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişdir. Həmin zaman onun əlində göy sellofan torba olmuşdur. O, şöbədə olan zaman onun üzərində olan göy sellofan torbadan marixuanaya oxşar kütlə aşkar edilmiş və özü hadisəni etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ifadəsində göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şəxsiyyəti müəyyən edilmiş Saatlı rayon sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü onun, digər polis əməkdaşları Şahid6 və Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirində Təqsirləndirilən şəxs Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən “İnterpetrol” adlanan yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişdir. Həmin zaman onun əlində göy sellofan torba olmuşdur. O, şöbədə olan zaman onun üzərində olan göy sellofan torbadan marixuanaya oxşar kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilərkən çəkisinin 470 qram olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs özü hadisəni etiraf edərək həmin narkotik vasitəni taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, polis əməkdaşları Təqsirləndirilən şəxs onun yanında olarkən “İnterpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında saxlayaraq polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs əlində göy sellofan torba olmuşdur, lakin həmin sellofan torbanın içində nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir qərəzi yoxdur. Təqsirləndirilən şəxs nə vaxt istəsə, ona köməklik etmişdir. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əlində sellofan torbada narkotik gəzdirmişdir. O, polis əməkdaşları tərəfindən şöbəyə aparılmış, həmin sellofan torbadan narkotik vasitə aşkar olunmuşdur. Həmçinin o, içki içib sərxoş halda etdiyi əməlləri demiş, oğurluq etdiyini, oğurladığı malları sataraq yeyib-içdiyini bildirmişdir. O və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs etdiyi əməllər müəyyən edilmiş, o, inzibati həbsdə olarkən istintaqla bir yerdə onu baxış keçirilməsi üçün aparmışlar. Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirməzdən iki gün qabaq inzibati həbsdə olan zaman polis əməkdaşlarının onu baxış keçirilən yerə aparmaları barədə ifadəsi tamamilə əsassızdır. Nə onun, nə də digər polis əməkdaşlarının inzibati həbsdə olan və müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxsi oradan çıxarmaq səlahiyyətləri yoxdur. İttihamda göstərilən əməllərin onun tərəfindən törədilməməsi ilə bağlı dedikləri əsassızdır. Məhkəmə istintaqı zamanı şahid Saatlı Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğurluq etməsini eşitmişdir, lakin onunla bağlı heç bir cinayət işinin istintaqında iştirak etməmiş, hər hansı baxış keçirilməsi və ya bu kimi digər istintaq hərəkətlərinin həyata keçirilməsində iştirak etməmişdir. Lakin onu bilir ki, Təqsirləndirilən şəxs bir çox cinayət əməlləri törətmişdir və onu cəmiyyət üçün faydalı şəxs hesab etmir. Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirməzdən iki gün qabaq inzibati həbsdə olan zaman polis əməkdaşlarının onu baxış keçirilən yerə aparmaları barədə ifadəsi ilə bağlı ona deyə bilər ki, inzibati həbsdə olan şəxsi çıxarmağa heç kimin səlahiyyəti yoxdur və bu qeyrimümkündür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 13 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə Saatlı RPŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 sentyabr 2022-ci il tarixdə Saatlı RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən narkotik vasitəyə oxşar kütlə aşkar edilməmiş, o, əynindəki göy rəngli cins şalvarın cibindən 1 ədəd “Bakı” siqaretini təqdim etmişdir. Əlindəki göy rəngli polietilen torbanın içərisindən açıq halda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin göy rəngli polietilen torbanın içərisinə baxış keçirilərkən yaşıl rəngli spesifik iyə məxsus narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə polietilen torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 470 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki polietilen torbada aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş polietilen torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə məhkəməbioloji ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 14 sentyabr 2022-ci il tarixli, 18/1021 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs əlindəki...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi- 455,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 1(101)-1084/2015 saylı hökmünün surətindən, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli 7(003)-186/2018 saylı qərarından, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 1(005)-27/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi xaric edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmü ilə təyin olunmuş dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti üç il doqquz aya endirilmiş, Salyan Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq dörd ay on altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası bir ay on səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 23 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 22 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Saatlı şəhəri, 28 May küçəsi ev 5-də yaşayan X1 məxsus evin həyətyanı sahəsində olan tövlədən 2 baş qoyunu oğurlamaqda ehtimal edilən Saatlı şəhəri sakinləri X4 və X8 izahatları alınarkən qeyd olunan evin həyətyanı sahəsindən 16 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində oğurluq etdiklərini etiraf etdikdən sonra Amid Fətullayev tanışı Təqsirləndirilən şəxs ilə əlbir olub 31 may 2022-ci il tarixdə saat 23 radələrində Saatlı-Məzrəli-İmişli avtomobil yolunun Saatlı şəhəri, M.Ağayev küçəsi istiqamətində "xxxx" ASC-nin inzibati binasının arxasından keçən dəmir yolu xəttinin kənarı ilə torpağın altı ilə gedən, içərisində mis olan 45 metr uzunluğunda kabeli torpaqdan çıxarıb oğurladıqlarını, 24 iyun 2022-ci il tarixdə gecə saatlarında Saatlı rayonu Mollavaizli kəndində yerləşən çayxanadan 1 ədəd samovar oğurladıqlarını, bundan başqa, birlikdə 12 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində Saatlı şəhəri, M.Ağayev küçəsində qonşuları Cavidə məxsus olan 2 baş xırdabuynuzlu heyvanı küçədən götürüb aparmaqla oğurladıqlarını bildirmiş, oğurladıqları qoyunları və bir ədəd samovarı Saatlı rayonu Qıraqlı kəndində yaşayan Raqil adlı şəxsə satdıqlarını bildirmiş, qeyd olunanları Təqsirləndirilən şəxs təsdiq etmiş, Şahid1 izahatında Amid Fətullayevdən ayrı-ayrı vaxtlarda hər birində 2 baş olmaqla ümumilikdə 4 baş xırdabuynuzlu heyvan və bir dəfə də qapaqsız vəziyyətdə yararsız samovar aldığını, qoyunların həyətindəki qəhəldə olduğunu, samovarı isə təmir üçün ustaya verdiyini, aldıqlarını araşdırmaya təqdim edə biləcəyini bildirmişdir. Baxış zamanı həyətə daxil olduqda qarşıda bir mərtəbəli yaşayış evi olduğu, həyətin sağ hissəsi ilə hərəkət edib getdikdə isə xırdabuynuzlu heyvanların saxlanılması üçün qəhəlin olduğu müəyyən edilmişdir. Baxış zamanı Amid Fətullayev tanışları Təqsirləndirilən şəxs və Qüdrət Nəsirovla birlikdə oğurladıqlarını digər tanışı Rövşənə məxsus “VAZ 2106” markalı **-XL-*** qeydiyyat nişanlı avtomobil ilə Şahid1 yaşadığı evin həyətinə daxil olub həyətyanı sahədə özünün satdığını, həmin zaman tanışlarının avtomobildə gözlədiklərini bildirmişdir. Şahid1 Amid Fətullayevin dediklərini təsdiq edərək yaşadığı evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs ona satılan ümumilikdə 4 baş qoyunu və 1 ədəd samovarı aldığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirmə protokolundan görünür ki, hadisə yeri Saatlı rayonu Kamallı kəndindən keçən Saatlı-Becar dəmir yolu mənzilinin 106-cı kilometrliyi, piket 6-7-dir. Dəmir yolu xəttinin sağ və sol tərəfi ağac və kollardan ibarət boş ərazidir. Ərazidə hər hansı yaşayış və ya digər tikili yoxdur. Dəmir yolu xətti tökmə yatağın üzərində qurulmuşdur. Oğurluğun baş verdiyi yer Saatlı-Becar dəmir yolu mənzilinin sağ tərəfində tökmə yataqdan 4-5 metr kənarda yerləşir. Hazırda ərazidə qazıntının aparıldığı və bərpa olunmuş xəttin basdırıldığı müşahidə olunur. Sonradan bərpa olunmuş kabellərin birləşdiyi yerlər arasındakı məsafənin 45 metr olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Saatlı-Becar dəmir yolu mənzilinin 106-cı kilomterliyi, piket 6-7-də, mənzilin sağ tərəfində "xxxx" QSC-nin İmişli işarəvermə və rabitə sahəsinə məxsus 45 metr uzunluğunda 7x4 MKBAB tipli rabitə kabeli 31 may 2022-ci il tarixdə saat 23 radələrində naməlum şəxs (lər) tərəfindən oğurlanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Saatlı şəhəri, M.Ağayev küçəsi ev 2-də yaşayan Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə 3 baş xırdabuynuzlu heyvanının oğurlanması barədə məlumat vermiş, bununla əlaqədar hadisə yerinə baxış keçirilməyə gedərkən Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək 3 baş xırdabuynuzlu heyvanın həyətindəki tövlədən çıxaraq naməlum istiqamətdə gedərək itməsi barədə məlumat vermişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki tövləyə baxış keçirilmişdir. Həyətin qapısının açıq olması müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 qapının açıq olduğunu, xırdabuynuzlu heyvanların oradan çıxıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evin digər hissəsindəki küçəyə gedərkən 1 baş xırdabuynuzlu heyvanın orada olduğu müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs1 həmin 1 baş xırdabuynuzlu heyvanın həyətindəki itmiş xırdabuynuzlu heyvanlardan olduğunu bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 23 iyul 2022-ci il tarixdə Saatlı RPŞ-nə ərizə ilə müraciət edərək 24 iyun 2022-ci il tarixinə keçən gecə özünə məxsus olan Saatlı rayonu Mollavaizli kəndində yerləşən çayxananın həyətyanı sahəsinə naməlum şəxs və ya şəxslərin daxil olub oradan 1 ədəd 670 manat dəyərində samovarı oğurladıqlarını bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus çayxana Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Saatlı rayonu Mollavaizli kəndindən keçən asfalt yolun sağ kənarında yerləşir. Çayxana meşəlik ərazidə yerləşdiyi və çayxananın həyətyanı sahəsində mətbəx kimi istifadə olunan tikilinin olduğu, həyətyanı sahəsi isə hasarsız, açıq vəziyyətdə olduğu müşahidə edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 23 iyun 2022-ci il tarixdə saat 00 radələrinə kimi çayxanada olmuş, samovar isti olduğundan saxlanc yeri kimi istifadə olunan tikiliyə qoya bilməmiş, bu səbəbdən də qapağını çıxarıb özünü çöldə saxlamış, 24 iyun 2022-ci il tarixdə səhər radələrində çayxanaya gələrkən samovarın çayxananın həyətyanı sahəsində olmadığını görüb oğurlandığını bilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus çayxanadan 24 iyun 2022-ci il tarixinə keçən gecə 1 ədəd 670 manat dəyərində samovarı oğurlayan Amid Fətullayev və Təqsirləndirilən şəxs həmin samovarı Saatlı rayon Qıraqlı kəndində yaşayan Şahid1 satdıqlarını bildirdikdən sonra həmin samovara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 Saatlı RPŞ-nə bir ədəd samovar gətirərək həmin samovarı ona Amid Fətullayevin satdığını, Amid Fətullayev və Təqsirləndirilən şəxs samovara baxış keçirən zaman oğurladıqları samovar olduğunu və Şahid1 satdıqlarını bildirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, samovar tökmə mis materialdan olmaqla 40 litrlik, sarımtıl rəngli, qədimi, Tula istehsalı, qapaqsızdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Saatlı şəhər sakinləri X1 məxsus olan oğurlanmış 2 baş qoyun, Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış 2 baş qoyun və Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış 1 ədəd samovar istintaq zamanı müəyyən olunduğundan həmin əşyalara zərər çəkmiş şəxslərin iştirakı ilə baxış keçirilmiş, zərər çəkmiş şəxslərə təqdim edilmiş qoyunların və samovarın özlərinə məxsus olduğunu qeyd etmişlər. Qeyd olunan qoyunlar və samovar müvafiq qərar ilə maddi sübut kimi tanındığından saxlanılması üçün zərər çəkmiş şəxslərə təhvil verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı Saatlı Rayon Polis Şöbəsinə ərizə təqdim edərək 24 iyun 2022-ci il tarixdə oğurlanmış samovarına görə ona dəymiş ziyanın tam ödənildiyini, müraciəti ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşlarının iştirakı ilə xidməti “FORD” markalı **-JB-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Saatlı RPŞ-dən çıxaraq ilk öncə Saatlı-Məzrəli-İmişli avtomobil yolunda avtomobili hərəkət etdirib Saatlı rayonu Kamallı kəndindən keçərək dəmir yolu xətti boyunca torpağın altı ilə gedən hissəni göstərərək tanışı Amid Fətullayev ilə birlikdə kabelləri kəsib oğurladıqları yeri göstərmişdir. Bundan sonra o, yenidən gəldiyi avtomobili Saatlı rayonu Mollavaizli kəndi istiqamətində hərəkət etdirib kəndin mərkəzindən keçən asfalt yolun kənarında yerləşən çayxananın yaxınlığında avtomobili saxlatdırıb avtomobili göstərdiyi çayxananın arxa hissəsinə sürdürüb, arxa hissəsindən keçən yol ilə çayxananın arasında olan su kanalını göstərib həmin yerdə gözlədiyi yeri, tanışı Amid Fətullayevin isə kanalı keçmə yolu ilə çayxananın həyətinə daxil olduğu, həmin çayxanadan samovarı oğurlayıb gətirdiyi yeri göstərmişdir. Bundan sonra o, yenidən gəldiyi avtomobili Saatlı şəhəri, M.Ağayev küçəsi istiqamətində hərəkət etdirib həmin küçədə yeni salınmış evlərin olduğu hissədə avtomobili saxlatdırıb tanışı Amid Fətullayev ilə birlikdə küçədə olan 2 baş xırdabuynuzlu heyvanları oğurladıqları yeri göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisindən keçən Saatlı-Becar dəmir yolu mənzilinin 102-ci kilometrliyinin 2-ci piketində üzü İmişli istiqamətində dəmir yolu xəttindən sağ tərəfdə, dəmir yolundan 10 metr aralıda baş vermişdir. Belə ki, 06 aprel 2022-ci il tarixdə saat 19:15 radələrində həmin yerdə 30 metr uzunluğunda 7x4 MKPAB markalı kabel naməlum şəxs (lər) tərəfindən oğurlanmışdır. Hazırda 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin işçiləri tərəfindən kəsilmiş 30 metr uzunluğunda rabitə kabeli bərpa olunmuşdur. Hadisə yerinin sol tərəfində dəmiryolu xətti, sağ tərəfində çöllük ərazi yerləşir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə Saatlı Rayon Polis Şöbəsinin binasından çıxaraq Saatlı rayonu Musalı kəndinə gedib dəmir yolu xəttinin aşağı hissəsini göstərərək oradan dostu Amid Fətullayevlə birlikdə 06 aprel 2022-ci il tarixdə həmin yerə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs bir qədər irəli getdikdən sonra mis tərkibli kabelin olduğu yeri göstərərək Amid Fətullayevlə birlikdə gətirdikləri balta, bıçaq və burğacla kabeli kəsdiklərini və orada hissələrə böldüklərini bildirmişdir. Təqsirləndirilən şəxs bir qədər yolun kənarına gedərək oradakı yulğun ağaclarının yanını göstərərək oğurladıqları mis tərkibli kabelləri həmin yerə qoyduğunu və getdiklərini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli 9/7022 saylı rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş 175829 saylı, 19 may 2022-ci il tarixli məktuba əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 75 metr, “7x4 MKPAB” markalı rabitə kabelinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1892,25 manat (75x25,23 m) müəyyən edilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus 2 baş qoçun oğurlanması barədə verdiyi məlumatla əlaqədar olaraq Zərərçəkmiş şəxs3 yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs3 fərdi yaşayış evinin Saatlı rayonu Yeni Novruzlu kəndində ara küçədə olduğu, oğurluq olan tövlənin isə onun yaşadığı ev ilə übəüz avtomobil yolunun digər tərəfində yerləşdiyi müəyyən olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 deməsinə görə, tövlənin giriş qapısını iplə bağlayır. Baxış zamanı orada ipin olmadığı, kəsildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 ona məxsus 2 baş qoçun həmin tövlədən oğurlandığını bildirmişdir. Baxış zamanı həmin tövlənin giriş qapısında hər hansı bir sındırma və əzik izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs3 həmin qapını hər hansı formada kilidləmədiyini, sadəcə örtüb bağladığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" ASC-nin direktorunun Saatlı RPŞ-yə ünvanladığı məktubdan görünür ki, 1 baş erkək, yerli cinsdən, sarı rəngli, 1 yaş, 90 kq çəkidə qoçun qiyməti 450 manat, 1 baş erkək, yerli cinsdən, sarı rəngli, 1 yaş, 70 kq çəkidə qoçun qiyməti 380 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə müdafiəçisi Səxavət Məmmədlinin iştirakı ilə Saatlı RPŞ-nin inzibati binasından çıxıb Saatlı rayonu Yeni Novruzlu kəndinə gedərək Zərərçəkmiş şəxs3 yaşadığı küçəyə daxil olub Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evi ilə üzbəüz yerləşən şifer materialdan olan tövlənin həyətinin giriş qapısını göstərib həmin giriş qapısının bağlandığı ipi kəsdyi və oradan tövlənin həyətinə daxil olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tövlənin həyətinə daxil olduqda sağ tərəfdə yerləşən mişar daşından olan tövləni və həmin tövlənin dəmir materialdan olan giriş qapısını göstrərək həmin qapını açıb, oradan 2 baş qoçu oğurladığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 iyul 2022-ci il tarixli və 25 sentyabr 2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı Saatlı Rayon Polis Şöbəsinə və hazırki cinayət işinin məhkəmə icraatı zamanı məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 3(055)-774/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə saat 05:30 radələrində Saatlı-Becar mənzilinin 103-cü kilometrliyinin 9-cu piketində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 367,99 manat dəyərində 13 metr uzunluğunda 7x4 MKBAB markalı kabeli oğurlayaraq özgə əmlakını taladığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2 dəfə yox, 1 dəfə - 06 aprel 2022-ci il tarixdə oğurluq etdiyini, Zərərçəkmiş şəxs3 məxsus qoçları oğurlamadığını, həmçinin ona qarşı irəli sürülmüş ittihamda üzərində narkotik olması ilə bağlı hissəni də qəbul etmədiyini bildirmişdir. Lakin ona istinad edilən cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsi, iş üzrə dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid9, Şahid10, Şahid8 ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şahid və təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması protokolları ilə, həmin protokollara əlavə edilmiş foto şəkillərlə də öz təsdiqini tapmışdır. Ona görə də təqsirləndirilən şəxsin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2 dəfə yox, 1 dəfə - 06 aprel 2022-ci il tarixdə oğurluq etməsi, Zərərçəkmiş şəxs3 məxsus qoçları oğurlamaması, həmçinin ona qarşı irəli sürülmüş ittihamda üzərində narkotik olması ilə bağlı hissəni də qəbul etməməsi barədə ifadəsi özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Saatlı Rayon Məhkəməsinin inzibati xəta haqqında 21 iyul 2023-cü il tarixli 3(055)-774/2023 saylı qərarı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən 06 aprel 2022 və 31 may 2022-ci il tarixlərindən başqa, 08 aprel 2023-cü il tarixdə də Saatlı-Becar mənzilinin 103-cü kilometrliyinin 9-cu piketində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 367,99 manat dəyərində 13 metr uzunluğunda 7x4 MKBAB markalı kabeli oğurlamışdır. Buradan da görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2 dəfə yox, 1 dəfə - 06 aprel 2022-ci il tarixdə oğurluq etdiyini, 31 may 2022-ci il tarixdə oğurluq etmədiyini bildirsə də, 08 aprel 2023-cü il tarixdə də həmin ərazidən oğurluq etmişdir. Məhkəmə hesab edir ki, göstərilənlər Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2 dəfə yox, 1 dəfə - 06 aprel 2022-ci il tarixdə oğurluq etməsi ilə bağlı ifadəsinin mötəbərliyini şübhə altına alır. Beləliklə, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı-Becar mənzilinin 106-cı km, piket 2-də 30 metr uzunluğunda 756,90 manat dəyərində "xxxx" QSC-nin İnfrastruktur departamentinə məxsus “MKPAB” 7x4 tipli rabitə kabelini oğurlamaqla rabitə xəttindən ibarət özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş "xxxx" QSC-yə 756,90 manat məbləğdə maddi ziyan vurması, bundan başqa, onun təkrarən 31 may 2022-ci il tarixdə saat 23 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı-Becar mənzilinin 106-cı km, piket 6-7də, 45 metr uzunluğunda 1135,35 manat dəyərində "xxxx" QSC-nin İnfrastruktur departamentinə məxsus “MKPAB” 7x4 tipli rabitə kabelini oğurlamaqla rabitə xəttindn ibarət özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş "xxxx" QSC-yə 1135,35 manat məbləğdə maddi ziyan vurması, bundan başqa, onun təkrarən 24 iyun 2022-ci il tarixdə saat 00:30 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, Dədə Qorqud küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü Saatlı rayonu Mollavaizli kəndində yerləşən ərazisi açıq çayxanasından 1 ədəd 670 manat dəyərində samovarı oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs2 670 manat məbləğdə maddi ziyan vurması, bundan başqa, onun təkrarən 12 iyul 2022-ci il tarixdə saat 23:50 radələrində tanışı X4 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, M.Ağayev küçəsi ev 2-də yaşayan Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında küçədən 2 baş, hər biri 300 manat dəyərində dişi qoyunu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 cəmi 600 manat məbləğdə maddi ziyan vurması, bundan başqa, onun təkrarən 13 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində Saatlı rayonu Yeni Novruzlu kəndində yaşayan Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığındakı tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq tövlədən 2 baş, 450 manat dəyərində, 90 kq çəkidə və 380 manat dəyərində 70 kq çəkidə qoçu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 830 manat məbləğdə maddi ziyan vurması, bundan başqa, onun istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 455 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və istintaqa məlum olmayan yerdə qanunsuz olaraq saxlaması, həmin narkotik vasitəni 13 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən “İnter Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında bir ədəd polietilen torbaya qablaşdırılmış vəziyyətdə piyada satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşlarının onu Saatlı RPŞ-nə gətirib həmin tarixdə saat 15:10 radələrində narkotik vasitə olan 455 qram təmiz çəkidə qurudulmuş marixuananı əlindəki polietilen torbada aşkar edərək götürmələri məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrinin dispozisiyasına görə məsuliyyət oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci madələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən bəziləri ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 15 sentyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 15 noyabr 2022-ci il tarixli 6842 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus 2 baş qoyunun və 1 ədəd samovarın sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 4(055)-41/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də Təqsirləndirilən şəxs digər cinayət işi üzrə hazırda həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 454,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan 30 metr uzunluğunda 7x4 MKPAB markalı kabel sahibi - zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur departamentinin 7 saylı İmişli işarəvermə və rabitə sahəsinə qaytarılmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 sentyabr 2022-ci il tarixli 18/1021 saylı və 19 oktyabr 2022-ci il tarixli 9/7022 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 81 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 maddələri ilə iki il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq iki il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılması ona təyin olunmuş iki il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq iki il yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 03 oktyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 454,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan 30 metr uzunluğunda 7x4 MKPAB markalı kabel sahibi - zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur departamentinin 7 saylı İmişli işarəvermə və rabitə sahəsinə qaytarılsın. İş üzrə 81 (səksən bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-53/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-53/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver