Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-54/2023 04.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saat: 14:30 Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağayev X2 şəhəri, Dədə Qorqud küçəsi ev 10-da yaşayan Zərərçəkmiş şəxs əmlakını vahid niyyətlə tamah məqsədi ilə və əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki toyuq və hinduşkalar saxlanılan hinin qapısını açıb, qanunsuz olaraq saxlanc yeri hesab olunan hinə daxil olaraq cəmi 456 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 21 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki toyuq və hinduşkalar saxlanılan hinin qapısını açıb, qanunsuz olaraq hinə daxil olmaqla oradan 1 ədədinin dəyəri 45 manat olan ümumilikdə 180 manat dəyərində 4 ədəd hinduşkaları və 1 ədədinin dəyəri 12 manat olan ümumilikdə 96 manat dəyərində 8 ədəd toyuqları götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa, o, 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki toyuq və hinduşkalar saxlanılan hinin qapısını açıb, qanunsuz olaraq hinə daxil olmaqla oradan 1 ədədinin dəyəri 45 manat olan ümumilikdə 90 manat dəyərində 2 ədəd hinduşkaları götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa, o, 05 fevral 2023-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki toyuq və hinduşkalar saxlanılan hinin qapısını açıb, qanunsuz olaraq hinə daxil olmaqla oradan 1 ədədinin dəyəri 45 manat olan ümumilikdə 90 manat dəyərində 2 ədəd hinduşkaları götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən 0,484 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamış, həmin psixotrop maddəni 07 fevral 2023-cü il tarixdə saat 11 radələrində Saatlı şəhəri M.Kərimov küçəsində yaşadığı evin yaxınlığında bir ədəd falqa kəsiyi bükümündə qablaşdırılmış vəziyyətdə piyada satış məqsədi olmadan üstündə qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib, həmin tarixdə saat 12:10 radələrində psixotrop maddə olan 0,484 qram təmiz çəkidə metamfetamini əynindəki şalvarın cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı şəhəri, M.Kərimov küçəsi ev 64-də ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, rayon ərazisində hər hansı iş olduqda gedib fəhləlik edir. Zərərçəkmiş şəxs bir rayonda yaşadığından uzun müddətdir ki, tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, maddi cəhətdən çətinlik çəkdiyindən və borcları yarandığından oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 21 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş və həyətə daxil olmuşdur. Əlinin yaşadığı evin həyətindəki hinə tərəf yaxınlaşmış və qapısını açaraq içəri keçmişdir. Hində xeyli toyuqların və hinduşkaların olduğunu görüb dərhal hindən 8 ədəd toyuğu və 4 ədəd hinduşkanı tutaraq həyətə çıxmış, daha sonra yol kənarına gəlib tanımadığı yol avtomobilinə əyləşərək Sabirabad şəhərinə getmişdir. 22 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Sabirabad şəhərində “Qlobus” adlanan dairənin yaxınlığında oğurladığı toyuqları və hinduşkaları satmaq üçün müştəri axtarmağa başlamış, bir müddət sonra tanımadığı bir nəfər şəxsə toyuqların bir ədədini 8 manata, hinduşkanın 1 ədədini isə 30 manata satmışdır. Həmin şəxsdən toyuqlara görə 64 manat, hinduşkalara görə isə 120 manat, ümumilikdə isə 184 manat pul alaraq evə qayıtmışdır. Həmin pulları sonradan borclarına vermiş və yaşadığı evə ərzaq, lazım olan ləvazimatlar almışdır. O, pulu xərcləyib qurtardıqdan sonra 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində piyada yaşadığı evdən çıxaraq Əlinin yaşadığı evin qarşısına gəlmişdir. O, ətrafa baxaraq heç kimin olmadığına əmin olub Əlinin yaşadığı evin həyətinə daxil olaraq hinə tərəf yaxınlaşmışdır. Hinin qapısını açaraq içəri daxil olmuş və oradakı hinduşkalardan 2 ədədini tutub bayıra çıxmışdır. Hinduşkaların ayaqlarını bağlayıb yenidən yol kənarına gəlmiş və tanımadığı yol avtomobilinə əyləşərək Sabirabad şəhərində yerləşən “Qlobus” adlanan dairənin yanına gəlmişdir. Oğurladığı hinduşkaları dairənin yaxınlığında tanımadığı bir nəfər şəxsə bir ədədini 30 manata satmış və ümumilikdə həmin şəxsdən 60 manat pul almışdır. Həmin pulu xərcləyib qurtardıqdan sonra 05 fevral 2023-cü il tarixdə saat 20:30 radələrində yenidən Əlinin yaşadığı evin qarşısına gəlmiş və ətrafda heç kimin olmadığını görüb həyətə daxil olmuşdur. O, hər dəfə olduğu kimi həyətdəki hinə tərəf yaxınlaşmış və oradan 2 ədəd hinduşkanı oğurlayıb küçəyə çıxmışdır. Tanımadığı yol avtomobilinə əyləşərək Sabirabad şəhərində yerləşən “Qlobus” adlanan dairənin yanına getmiş və hinduşkaları satmaq üçün adam gözləməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs yanındakı bir neçə nəfər şəxslə ona yaxınlaşdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs hinduşkaların özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları da bundan sonra onu Saatlı polis şöbəsinə dəvət etmişlər və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən Zərərçəkmiş şəxs yaşadığı evdən etdiyi oğurluqların hamısını etiraf etmişdir. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, arada tapanda el arasında “şüşə” adlanan psixotrop maddə olan metamfetamindən istifadə edir. 05 fevral 2023-cü il tarixdə saat 12 radələrində şəxsi işi ilə əlaqədar evdən çıxıb küçə ilə rayonun mərkəzinə tərəf gedərkən təsadüfən yolun kənarında yerdə 01 ədəd falqa büküm görmüş və maraq üçün həmin bükümü yerdən götürüb açıb içinə baxdıqda içərisində psixotrop maddə olan metamfetamin olduğunu bilmiş və dərhal öz istifadəsi üçün həmin metamfetamini əynindəki cins şalvarının cibinə qoyub Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazar istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxtdan da metamfetamin yadından çıxaraq cins şalvarının cibində qalmışdır. 07 fevral 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Saatlı şəhəri, M.Kərimov küçəsi ilə Saatlı rayon mərkəzi bazarı istiqamətində hərəkətdə olarkən Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq metamfetamin saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə getmişdir. Saatlı rayon Polis Şöbəsinə gətirildikdən orada üstünə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ arxa cibində saxladığı falqa kəsiyi bükümünü aşkar edib, onun yanında bükümü açarkən içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu görmüşlər. O da üstündən aşkar edilən falqa bükümdəki kütlənin metamfetamin olduğunu və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən üstündən aşkar edilmiş metamfetamin falqa büküm ilə birlikdə götürülmüşdür. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Törətdiyi əməllərə görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, cinayət prosesi iştirakçılarının ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 07 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra onun və digər polis əməkdaşı Şahid2 iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 11 radələrində Saatlı şəhəri, M.Kərimov küçəsində mərkəzi bazar istiqamətində hərəkətdə olarkən tərəflərindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞyə gətirildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibində saxladığı 01 ədəd büküm aşkar edilmişdir. Həmin 01 ədəd büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlə qablaşdırıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdəki kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir.Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Firudun oğlu Şahid1 ifadəsi ilə eyniməzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, şikayətçi olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsə də, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 28 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətindəki hindən ümumilikdə altı ədəd hinduşka və səkkiz ədəd toyuqlar oğurlanmışdır. İşdə olan 06 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətindəki hindən ümumilikdə iki ədəd hinduşka oğurlanmışdır İşdə olan 16 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus iki ədəd hinduşkaya baxış keçirilmişdir. İşdə olan “Araz-Şöhrət” şikətindən Saatlı RPŞ-yə daxil olmuş məktubdan görünür ki, 09 fevral 2023-cü il tarixdə 3-4 kiloqramlıq bir ədəd hinduşkanın bazarda satış qiyməti 40-45 manat, bir ədəd toyuğun bazarda satış qiyməti 10-12 manat arasında olmuşdur. İşdə olan 07 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ arxa cibində saxladığı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 08 fevral 2023-cü il tarixli 18/145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd falqa kəsiyi bükümündə təmiz çəkisi-0,484 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Metamfetaminin təmiz çəkisi 0,484 qram olub, tədqiqata istifadə olundu 0,05 qram, qalıq-0,434 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 27 aprel 2023-cü il tarixli 2482 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 may 2023-cü il tarixli 1342 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə məhkum olunmuşdur. Məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi iş üzrə cinayət prosesi iştirakçılarının ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri düzgün tövsif olunmuşdur və o,həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı övladının olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də eyni xarakterli cinayət əməllərini törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.434 qram qalan narkotik vasitə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd hinduşka zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılır.Odur ki, bu hal nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iki il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq iki il beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı bu gündən, yəni 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.434 qram qalan narkotik vasitə metamfetamin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-54/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-54/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver