Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-55/2025 02.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Saatlı rayonu Genişkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işsiz, Saatlı rayonu Genişkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan 450,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, 27 fevral 2025-ci il tarixdə saat 02 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində həmin narkotik vasitəni idarə etdiyi “Lada-Niva" markalı, **- HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, orada yol kənarında həmin tarixdə saat 02:05dən 02:19-dək baxış keçirilərkən idarə etdiyi “Lada-Niva" markalı, 77- HX-189 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən həmin 01 ədəd ağ rəngli plastik qabda xeyli miqdarda, təmiz çəkisi 450,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3-4 ay əvvəl narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Həmin vaxtlardan, yəni 2024-cü ilin oktyabr ayında Saatlı rayonu, Dədə Qorqud kəndi ərazisində yerləşən çöl sahədən yabanı halda bitən 2 ədəd çətənə kolunu tapmış və həmin kolları qurudaraq narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Həmin vaxtdan etibarən qurudulmuş marixuananı bir ədəd ağ rəngli plastik qaba yığıb, özünə məxsus “Lada-Niva” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamışdır. Arabir həmin narkotik vasitədən götürüb istifadə etmişdir. 27 fevral 2025-ci il tarixdə saat 02 radələrində Saatlı rayonu, Dədə Qorqud kəndi ərazisində yerləşən çöl sahədə işlədiyi fermaya gedərkən, mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üstünün yoxlanılacağını demişlər. O, etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, səmimi şəkildə bildirmişdir ki, üzərində narkotik vasitə yoxdur, lakin avtomobilində narkotik vasitə qurudulmuş marixuana var. Daha sonra avtomobilində olan bir ədəd ağ rəngli plastik qabda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütləyə baxış keçirilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli plastik qabdakı kütlə tərəzidə çəkilmiş, qabda qablaşdırılaraq üzərində imza edilmiş. Bütün bunlarla bağlı protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 fevral 2025-ci il tarixdə Saatlı rayonu, Genişkənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o, polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Daha sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ardınca əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində iştirak edən şəxslərin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və ondan ibarət olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. 27 fevral 2025-ci il tarixdə saat 02:05-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri çərçivəsində Saatlı rayonu, Dədə Qorqud kəndi ərazisində, çöl sahədə Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatı barədə Təqsirləndirilən şəxs bildirilmiş, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuş, eyni zamanda şübhəli şəxs qismində saxlanıldığı, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu və təhqiqat zamanı müdafiəçinin təmin ediləcəyi Təqsirləndirilən şəxs izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ cibindən "Redmi" markalı mobil telefonu çıxarıb təqdim etmiş və üzərində başqa əşyanın olmadığını bildirmişdir. Daha sonra idarə etdiyi "Niva" markalı avtomobildə narkotik vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə avtomobilində narkotik vasitənin olduğunu və təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs avtomobilinin yük yerindən bir ədəd plastik qabı çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni tapdığını bildirmişdir. Plastik qab açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmişdir. Plastik qabda olan qurudulmuş marixuanaya oxşar kütlə qab ilə birlikdə tərəzidə çəkilmiş, çəkisinin 780 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bir ədəd plastik qabdakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə həmin qabda qablaşdırılmış və təhqiqat bölməsinə təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə, bir ədəd "Redmi" markalı mobil telefon, həmçinin Təqsirləndirilən şəxs və idarə etdiyi nəqliyyat vasitəsi Saatlı Rayon Polis Şöbəsinə gətirilmiş və müvafiq təhqiqat orqanına təhvil verilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş və yekununda şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, araşdırma zamanı öz vəsaiti və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmişdir. Götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə bir ədəd sellofanda qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin özünə məxsus olduğunu, satış məqsədi daşımadığını və qurudulmuş marixuana olduğunu bildirmişdir. Bütün bu hərəkətlər videoçəkilişlə qeydə alınmış, protokol tərtib olunmuş və iştirakçılarla birlikdə o da protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 27 fevral 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Genişkənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Lada- Niva" markalı, 77- HX-189 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 01 ədəd ağ rəngli plastik qabda olduğu qab ilə birlikdə çəkisi 780 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 27 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Genişkənd kənd sakini Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 27 fevral 2025-ci il tarixli 18/190 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi” sözləri və imzalar olan plastik qabda təmiz çəkisi – 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 1267 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il, xx.xx.2014 və xx.xx.2020-ci il təvəllüdlü uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, üzərindən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 27 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 449,90 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 449,90 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-55/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-55/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver