Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-56/2025 02.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Saatlı şəhəri, X5 küçəsi ev 75-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi 0,676 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, xx.xx.2025-ci il tarixdə saat 10:52-də Saatlı şəhəri, X5 küçəsi ev 75 ünvanında yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edib həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada saat 10:52-dən 11:01-dək olan müddətdə üstü yoxlanılarkən əynindəki gödəkçənin sağ yan cibində saxladığı həmin 1 ədəd şəffaf sellofan bükümdə 0,676 qram çəkidə narkotik vasitə olan heroin aşkar edərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il olar ki, arabir el arasında “kakos” adlanan narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 21-22 radələrində Bakı şəhəri Nərimanov rayonunda “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda gəzinən zaman yerdə bir ədəd balaca sellofan büküm olduğunu görmüşdür. Əyilib yerdən həmin bükümü götürdükdə içərisində “kakos” olduğunu görmüş və ətrafda olanların ona diqqət yetirmədiklərindən əmin olduqdan sonra həmin içərisində “kakos” olan bükümü özü istifadə etmək məqsədi ilə əynində olan sarı rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin gün gecə saatlarında tanımadığı yol avtomobili ilə Bakı şəhərindən çıxıb xx.xx.2025-ci il tarixinə keçən gecə saat təxminən 03-04 radələrində Saatlı şəhərində yaşadığı evə çatmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 10:45 radələrində qarlı havada yaşadığı küçədə gəzinən zaman yanında bir avtomobil dayanmış və içərisindən mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə endikdən sonra ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etməyini istəmişlər. O da özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməyi təklif edilmişdir. O da əynində olan sarı rəngli gödəkçənin sağ yan cibində saxladığı içərisində “kakos” olan bükümü və bir ədəd mobil telefonu təqdim etmişdir. Həmin bükümü Bakı şəhəri, Nərimanov rayonundan tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra hava şəraiti ilə əlaqədar avtomoibilə əyləşib, orada üzəridən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 0,69 qram olmuşdur. Bundan sonra üstündən aşkar edilmiş “kakos” bükümlə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanaraq müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Bundan başqa üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Üstündən aşkar edilərək götürülmüş “kakos”dan başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş “kakos” olan sellofan büküm açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da “kakos”u Bakı şəhəri, Nərimanov rayonundan tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üstündən aşkar edilmiş “kakos” yenidən qabalaşdırılaraq götürülmüşdür. Təqdim etdiyi “Samsung” markalı mobil telefon da götürülmüşdür. Üstündən aşkar edilmiş “kakos”dan başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşka edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 01 mart 2025-ci il tarixdə Saatlı şəhəri, X5 küçəsi ev 75 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 10:50 radələrində Saatlı şəhəri, X5 küçəsində piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Təqsirləndirilən şəxs həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd büküm çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” olduğunu, həmin “kakosu” Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerdən tapdığını bildirmişdir. Həmin büküm açılıb açılıb içərisində baxılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0,68 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə, 01 ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə və 1 ədəd “Samsung” markalı mobil telefonla birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Mirzahid Abasov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin olmasını bildirmiş, həmin kütləni 28 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tapdığını və istifadə etmək məqsədi ilə üstündə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd sellofon bükümə baxış zamanı, içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üstündə başqa əşya və predmet olmadığını bildirmişdir. Daha sonra təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid2 oрlu və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 01 mart 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümlə birlikdə 0,68 qram çəkidə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 01 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhəri, X5 küçəsi ev 75-də yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan bükümlə birlikdə 0,68 qram narkotik vasitə olan heroinə oxşar kütləyə baxış keçirilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2025-ci il tarixli 18/198 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi– 0,676qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertin 18 aprel 2025-ci il tarixli 2189 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opiodlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddəsilə təqsirli bilinərək 01 il, 08 ay, 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 01 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 03 mart 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən 03 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,576 qram qalan narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən 03 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il doqquz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,576 qram qalan narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-56/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-56/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver