Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-57/2023 17.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:00-da xx xxxxxx 1978-ci il tarixdə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayının ortalarında yaşadığı Saatlı rayonu Seyidlər kəndindəki evinin həyətyanı bağ sahəsində yabanı halda bitmiş kolların arasında xüsusi olaraq hazırladığı yerdə qanunsuz olaraq torpağa əkmiş, orada bitmiş 07 ədəd çətənə (kannabis) ştilini mütəmadi olaraq suvarıb, gübrə verməklə və diblərini yumşaltmaqla qulluq göstərərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 06 iyun 2023-cü il tarixdə arvadı Şahid3 Hafis qızının onun evin həyətində narkotik tərkibli bitkilər əkməsi barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat verdiyini bildikdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə həmin gün qeyd edilən 07 ədəd çətənə (kannabis) bitkisini əkdiyi torpaqdan çıxarıb qanunsuz olaraq toplayaraq yaşadığı evin bağ sahəsində gizlətmiş, 07 iyun 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun ünvanına baxış keçirilərkən həmin 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi götürülmüşdür, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkməklə, yetişdirməklə və toplamaqla kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotikdən istifadə etmir. Lakin həyətində əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını 5-6 il əvvəl Saatlı rayonu Qıraqlı kənd sakini olan, hazırda Rusiyada yaşayan İntiqam adlı şəxsdən almışdır. Ümumilikdə 8-9 toxum əkmiş, lakin onlardan 7-si yetişmişdir. Həmin bitkiləri həyətdəki bağ sahəsində göyərti əkdiyi yerdə əkib-becərmişdir. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Saatlı rayonu Seyidlər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik əkib-becərməsi ilə bağlı heç bir məlumatları olmamışdır. Polis əməkdaşları ilə Təqsirləndirilən şəxs həyətinə baxış keçirildiyi vaxt həmin bitkilər torpaqdan çıxarılmış və yarpaqları solmuş vəziyyətdə aşkar edilmiş, polis əməkdaşları tərəfindən həmin bitkilər şəkilləri çəkilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər yanacaqdoldurma məntəqəsində, İmişli rayonunda meşə təsərrüfatında işləmişdir. Onu yaxşı bir insan kimi tanıyır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 göstərdi ki, 06 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək əri Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olması barədə məlumat vermişdir. 07 iyun 2023-cü il tarixdə hal şahidlərinin, aqronomun, onun, Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid5, Saatlı Rayon Polis X2 təhqiqatçısı Əlisafa İsgəndərovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən torpaqdan çıxarılmış vəziyyətdə çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs arvadı onunla bağlı 102 xidmətinə zəng etdikdən sonra onun həmin bitkiləri torpaqdan çıxararaq kənara qoyması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri öz istifadəsi üçün əkibbecərdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 göstərdi ki, 07 iyun 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı hal şahidi qismində dəvət edilmiş, baxış zamanı həyətdə qazılmış yer olması aşkar edilmiş, lakin həmin yerdə ağac olmamış, narkotik tərkibli bitkilərin həmin yerdən çıxarıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özünün əkdiyini etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 07 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı rayon Seyidlər kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yabanı kol bitkilərinin arasında qanunsuz olaraq əkib-becərdiyi və torpaqdan çıxardığı 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 iyun 2023-cü il tarixli rəydən görünür ki, Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sahə rəisi, alim aqronom X1 rayon Seyidlər kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxışda iştirak etmiş, baxış zamanı həyətyanı torpaq sahəsində daş hasardan çəkilmiş çəpərin yanında eni 2 m, uzunluğu 2 m olan torpaq sahəsindən çıxarılmış bitkilər aşkar edilmiş, həmin bitkilərə baxış keçirilmiş, baxış zamanı həmin sahədə əzilmiş bitkilərin yerlərində üzvi gübrə verilməsi, suvarma aparılması və alaq otlarından təmizlənməsi məlum olmuşdur. Həmin bitkilərin 7 ədəd narkotik tərkibli çətənə bitkisi olmaları müəyyən edilmiş, boyları orta hesabla 80 sm və 40 sm olmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri özünün əkdiyini, polislərin gəldiyini bilib bitkiləri kökündən çıxarıb kənara qoyduğunu etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 08 iyun 2023-cü il tarixli 18/603 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətindən....” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 7 ədəd nəm vəziyyətdə ümumi çəkisi 370,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Ağayev X8 Rayon Məhkəməsinin 01 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək 3 il müdədətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən 3 il azadlıqdan məhrum etmə cəzası və 2000 manat məbləğində cərimə cəzası dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cərimə cəzasını çəkməkdən azad edilmişdir. Məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 iyul 2023-cü il tarixli 125 və 126 saylı arayışlardan, doğum haqqında şəhadətnamənin surətindən və 12 oktyabr 2023cü il tarixli arayışdan görünür ki, Ağayev X8 rayonu Seyidlər kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, onun himayəsində 28 fevral 2011-ci il tarixdə anadan olmuş X6 və 27 oktyabr 2013-cü il tarixdə anadan olmuş X7 adlı iki nəfər azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayının ortalarında yaşadığı Saatlı rayonu Seyidlər kəndindəki evinin həyətyanı bağ sahəsində yabanı halda bitmiş kolların arasında xüsusi olaraq hazırladığı yerdə qanunsuz olaraq torpağa əkməsi, orada bitmiş 07 ədəd çətənə (kannabis) ştilini mütəmadi olaraq suvarıb, gübrə verməklə və diblərini yumşaltmaqla qulluq göstərərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etməsi, 06 iyun 2023-cü il tarixdə arvadı Şahid3 Hafis qızının onun evin həyətində narkotik tərkibli bitkilər əkməsi barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat verdiyini bildikdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə həmin gün qeyd edilən 07 ədəd çətənə (kannabis) bitkisini əkdiyi torpaqdan çıxarıb qanunsuz olaraq toplayaraq yaşadığı evin bağ sahəsində gizlətməsi, 07 iyun 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun ünvanına baxış keçirilərkən həmin 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin götürülməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkməklə, yetişdirməklə və toplamaqla kultivasiya etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı 3-15 ədəd olduqda xeyli miqdar başa düşülür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yeddi ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu əkib onlara aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə xeyli miqdarda kultivasiya etdiyindən onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin 27 iyul 2023-cü il tarixli 4778 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 07 iyun 2023-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 09 iyun 2023-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 369,65 qram olan 7 (yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilmiş 08 iyun 2023-cü il tarixli 18/603 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 369,65 qram olan 7 (yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-57/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-57/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver