Məhkəmə qərarları › İş №1(055)-57/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-57/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-57/2024 09.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 2004-cü ildə Saatlı rayonu Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 01 may 2024-cü il tarixdə saat 03 radələrində ailə qurmaq məqsədilə könüllü olaraq 25 avqust 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı evə gətirmiş, 02 may 2024-cü il tarixdə saat 02 radələrində özündən dörd yaş fərqi ilə kiçik olan on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ailə qurmaq məqsədilə ilk dəfə Saatlı rayonu Nərimanov kəndindəki yaşadığı evin yataq otağında cinsi əlaqədə olmuş, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər ailə üzvləri ilə birlikdə kənddə yaşayarkən onunla qonşuluqda yaşamış, təxminən 2021-ci ildə Fatimə Saatlı rayonu Dəllər kənd tam orta məktəbində oxuyan zaman onunla tanış olmuş və həmin vaxtdan bir-birilərini sevmişlər. Lakin Fatimənin yaşı az olduğundan onunla münasibətinə ailəsi razı olmamışdır. Təxminən 2022-ci ildə Fatimə ailə üzvləri ilə birlikdə Xırdalan şəhərinə köçmüş və Fatimə orada yaşayarkən onunla mobil telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlamışdır. 2024-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Fatimə ilə mobil telefon vasitəsilə əlaqə saxlayarkən sonuncu onunla ailə qurmaq istədiyini, birlikdə yaşamaqlarını və gəlib yaşadığı evdən onu aparmağını istəmişdir. O da razılaşmış və 01 may 2024-cü il tarixdə saat 03 radələrində Fatimənin yaşadığı evin yaxınlığına gəlmiş və birlikdə yol avtomobilinə əyləşərək Bakı şəhəri 20 yanvar metrostansiyasının qarşısına, daha sonra Saatlı rayonuna, oradan da Nərimankənd kəndinə getmişlər. 02 may 2024-cü il tarixdə saat 02 radələrində hamı yatdıqdan sonra Fatimə yatdığı otaqdan çıxaraq onun tək yatdığı otağa gəlmişdir. Fatimə ona cinsi əlaqədə olmağı təklif etdiyindən onunla razılaşaraq könüllü şəkildə təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs yaşının 16-dan az olduğunu bilmiş və Fatimənin bakirəliyini pozmuşdur. 03 may 2024-cü il tarixdə Fatimənin anası Səkinə Fatimənin ailə qurmaq məqsədilə onunla getməsi barədə Abşeron polis idarəsinə şikayət etdiyindən birlikdə polisə gedərək izahat verib yenidən yaşadığı evə qayıtmışlar. Hazırda Fatimə ilə bir evdə ər-arvad kimi yaşayır, rəsmi nikahı yoxdur, Fatimə 18 yaşına çatandan sonra onunla rəsmi nikaha daxil olacaqdır. Həmçinin Fatimə 6-7 həftəlik hamilədir.Təqsirləndirilən şəxs sonda əməlindən peşimançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmadığını, bir evdə ər-arvad kimi yaşadıqlarını, övladlarının olacağını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər ailə üzvləri ilə birlikdə Saatlı rayonunun Nərimankənd kəndində qalarkən Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamış, orta məktəbdə oxuyan zaman tanış olmuş və həmin vaxtdan bir-birilərini sevmişlər. Lakin onun yaşı az olduğundan ailə qurmağına ailəsi razı olmamışdır. Təxminən 2022-ci ildə ailə üzvləri ilə birlikdə Xırdalan şəhərinə köçmüş və orada yaşayarkən Sənanla mobil telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlamışlar. 2024-cü ildə Sənanla mobil telefon vasitəsilə əlaqə saxlayarkən Sənana ailə qurmaq istədiyini, birlikdə yaşamaqlarını və gəlib yaşadığı evdən onu aparmağını istəmişdir. Sənan da razılaşmışdır. 01 may 2024-cü il tarixdə saat 03 radələrində Sənan onun yaşadığı evin yaxınlığına gəlmiş və birlikdə yol avtomobilinə əyləşərək Bakı şəhəri 20 Yanvar metrostansiyasının qarşısına, daha sonra Saatlı rayonuna, oradan da Nərimankənd kəndinə getmişlər. 02 may 2024-cü il tarixdə saat 02 radələrində hamı yatdıqdan sonra Sənanın tək yatdığı otağa gəlib könüllü şəkildə təbii yolla cinsi əlaqədə olmuşlar və bakirəliyi pozulmuşdur.Hazırda Sənanla ər-arvad kimi bir evdə yaşayır, rəsmi nikahı yoxdur. Yaşı 18-ə çatandan sonra onunla rəsmi nikaha daxil olacaqdır. Həmçinin artıq 6-7 həftəlik hamilədir və təqsirləndirilən şəxsdən övladı olacaqdır. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Sonda təqsirləndirilən şəxsə köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 ifadəsində göstərdi ki, Saatlı rayonu Dəllər kəndində qeydiyyatda olmaqla Xırdalan şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Saatlı rayonu Nərimankənd kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər ailə üzvləri ilə birlikdə kənddə yaşayarkən onlarla qonşuluqda yaşamış və təxminən 3 ildir ki, qızı Fatimə ilə bir-birilərini sevmişlər. Lakin qızı Fatimənin yaşı az olduğundan Sənanla münasibətinə razı olmamışlar. Təxminən 2022-ci ildə ailə üzvləri ilə birlikdə Xırdalan şəhərinə köçmüşlər. Fatimə də ailə üzvləri ilə birlikdə yaşayaraq ev işlərində onlara kömək etmişdir. 01 may 2024-cü il tarixdə səhər saatlarında yuxudan qalxıb işə getməyə hazırlaşarkən qızı Fatimənin evdə olmadığını görmüş və Fatimə ilə əlaqə saxlayarkən sonuncu Təqsirləndirilən şəxsla ailə qurmaq məqsədilə evdən getdiyini bildirirərək harada olduğunu ona deməmişdir. O da narahat olduğundan Abşeron rayon polis idarəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. 03 may 2024-cü il tarixdə qızı Fatimə Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayon polis idarəsində izahat verərkən Saatlı rayonu Nərimankənd kəndində cinsi əlaqədə olduqlarını bilmişdir. Sənan və Fatimə könüllü olaraq ailə qurmaq məqsədilə getmişlər və hazırda ər-arvad kimi yaşayırlar. Artıq Fatimə hamilədir. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin onun qızı ilə ər-arvad kimi yaşadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı rayonu Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun gəlinidir. Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əvvəllər ailə üzvləri ilə birlikdə kənddə yaşayarkən onunla qonşuluqda yaşamış, həmin vaxtdan Sənanla Fatimə bir-birilərini görüb-sevmişlər. Lakin Fatimənin yaşı az olduğundan Sənanla Fatimənin münasibətinə razı olmamışlar. 01 may 2024-cü il tarixdə səhər saatlarında Sənan zəng edərək ailə qurmaq məqsədilə Fatiməni Saatlı rayonuna gətirdiyini, hazırda Fatimə ilə birlikdə Saatlı rayonundakı parkda olduğunu demişdir. O və ailə üzvləri Sənana parkda qalmamalarını və Fatimə ilə birlikdə yaşadıqları evə gəlmələrini demişlər. Bir müddət sonra Sənanla Fatimə yaşadıqları evə gəlmişlər.02 may 2024-cü il tarixdə Abşeron rayon polis idarəsindən polis əməkdaşı zəng edərək Fatimənin anası Səkinənin qızının Sənan tərəfindən qaçırılması ilə bağlı müraciət etdiyini və bununla bağlı Sənanla Fatimənin ora gəlib izahat verməli olduqlarını demişdir. 03 may 2024-cü il tarixdə Fatimə ilə Sənanı yol avtomobili ilə Abşeron rayonuna yola salmışdır. Sənanla Fatimə polis idarəsində izahat verib yaşadığı evə qayıtmışlar. Sonradan 02 may 2024-cü il tarixdə gecə saatlarında onlar yatdıqdan sonra Sənan və Fatimənin cinsi əlaqədə olduğunu bilmişdir. Sənan və Fatimə könüllü olaraq ailə qurmaq məqsədilə yaşadığı evə gəlmişlər. Hazırda Sənan və Fatimə ər-arvad kimi birlikdə yaşayırlar. Fatimə artıq hamilədir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 04 may 2024-cü il tarixli 100 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti 02 may 2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədən səthində, o cümlədən arxa keçəcək dəliyi girəcəyində və ətrafında hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. İşdə olan məhkəmə-tibbi ekspertizanın 11 iyul 2024-cü il tarixli 307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya və anomaliya aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthi üzərində və cinsiyyət orqanında hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 iyul 2024-cü il tarixli 2217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan ambulator məhkəmə-psixoloji ekspertizasının 30 iyul 2024-cü il tarixli 2218 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sakit təbiətlilik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qeyd edilən xüsusiyyətlərin ona qarşı hüquqazidd hərəkətlər edilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək təzahürləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs psixi vəziyyəti normaya uyğundur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəlik ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının nəticələrini görə bilmək qabiliyyətindədir. İşdə olan Zərərçəkmiş şəxs 24 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 09 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müayinə olunmuş və onda 6-7 həftəlik hamiləlik müəyyən edilmişdir. İşdə olan Saatlı RİH başçısının Nərimanov kənd İƏDN-nin 10 avqust 2024-cü il tarixli, 335 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir evdə qeyri-rəsmi ərarvad kimi yaşayırlar. İşdə olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, gənc olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxs və qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə ailə həyatı qurmasını və ailə münasibətlərindən övladının dünyaya gələcəyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs oğluna cəza təyini məsələsini müzakirə edib təqsirləndirilən şəxsin təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, gənc olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxs və qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə ailə həyatı qurmasını və ailə münasibətlərindən övladının dünyaya gələcəyini, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran hallarının müəyyən edilməməsini müstəsna hallar kimi qiymətləndirərək, CM-nın istinad edilən 152.1-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğuna görə və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 70-ci maddəsi tətbiq edilərək bir il sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd edilənlərlə bərabər, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı hökmün qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını məqsədə uyğun hesab edir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.4 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən təyin edilmiş bir il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək, ona bir il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Saatlı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar